E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə55/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   51   52   53   54   55   56   57   58   ...   121

 
114
Təcrübə göstərir ki, tikintinin müddəti və  dəyəri, tikinti məhsulunun keyfiyyəti, gələcək 
tikinti obyektində əmək məhsuldarlığı, tikinti məhsulunun maya dəyəri və istehsalın rentabelliyi 
xeyli dərəcədə layihə  həll etmələrindən asılıdır. Odur ki, investisiya qoyuluşunun iqtisadi 
səmərəliliyini 
əksər hallarda layihələşdirmənin keyfiyyəti 
şərtləndirir. Tikintinin 
layihələşdirilməsi perspektiv və illik layihə-axtarış  işləri planlarına görə  həyata keçirilir. Belə 
planın tərkibinə layihə-axtarış  işlərinə  sərf ediləcək investisiya qoyuluşunun həcmi, gələcək 
illərin tikintisi üçün layihə-axtarış  işlərinin titul siyahısı, tikintinin texniki-iqtisadi 
əsaslandırılmasına dair hesablamalar, tikinti işləri aparılacaq rayonun planı haqqında məlumatlar 
və sair daxil edilir. 
Adətən, sənaye tikintisi üçün layihə  və axtarış  işlərini layihə  və axtarış  təşkilatları ilə 
sifarişçilər arasında bağlanmış müqavilələrə  əsasən xüsusi layihə  və axtarış  təşkilatları yerinə 
yetirirlər. Sifarişçilər bu işlərin yerinə yetirilməsi üçün ayrılan vəsaitin sərəncamçılarıdır. 
Neft sənayesində tikintinin layihələşdirilməsində neft-qaz yataqlarının qiymətləndirilməsi 
və layihələşdirmənin texniki-iqtisadi cəhətdən  əsaslandırılması mühüm əhəmiyyət kəsb edir. 
Neft-qaz yataqlarının iqtisadi qiymətləndirilməsi dedikdə, vaxt amilini nəzərə almaqla onların 
ehtiyatlarından istifadənin xalq təsərrüfatı  əhəmiyyəti nəzərdə tutulur. Yatağın iqtisadi 
qiymətləndirilməsində  məqsəd - yaxın və uzaq gələcəkdə - onun ehtiyatlarından istifadənin 
səmərəli variantını seçməkdən ibarətdir. Yataqlarının iqtisadi qiymətləndirilməsindən aşağıdakı 
məsələlərin həlli üçün istifadə edilir:
 
 
1.
 
yatağın neft-qaz ehtiyatını müəyyənləşdirmək; 
2.
 
yatağın istismar dövrünü təyin etmək; 
3.
 
neft layının neftvermə əmsalını müəyyən etmək; 
4.
 
yatağın səmərəli işlənmə sistemini seçmək
5.
 
yatağın istismar ardıcıllığını müəyyən etmək. 
Yuxarıda göstərilən məsələlər içərisində neft-qaz yatağının səmərəli işlənmə sisteminin 
seçilməsi mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, neft-qaz yataqlarını istismar etdikdə eyni 
zamanda bir-birilə qarşılıqlı əlaqədə olan və idarə edilməsi mümkün olan iki proses baş verir: 
1.
 
birincisi, lay qüvvələrinin təsiri altında məsaməli mühitdə maye və qazın hərəkət 
prosesi; 
2.
 
ikincisi, maye və qazın quyu dibindən Yer səthinə qaldırılması prosesi. 
Bu baxımdan neft-qaz laylarının işlənməsi dedikdə, layda quyu dibinə maye və ya qaz 
hərəkəti prosesinin müxtəlif vasitələrlə idarə edilməsi prosesi nəzərdə tutulur. Layda maye və ya 
qaz hərəkəti prosesini, quyuların iş recimindən, laya qazılacaq quyuların sayından, onların 
yerləşmə  və  işə salınma qaydasından, istismar edilməsi  şəraitindən və  nəhayət, layın enerji 
bazasına süni olaraq təsir edilməsindən asılı olaraq idarə etmək olar.  
Beləliklə, laya qazılcaq quyuların sayını, onların yerləşmə  və  işə salınma qaydasını 
müəyyən etmək, quyuların texnoloji recimlərini tənzim etmək və layın enerji bazasına təsir 
göstərməklə laydan quyudibinə maye və ya qaz hərəkətinin idarə edilməsinə layın işlənməsi 
deyilir. Layda maye və ya qaz hərəkətinin idarə edilməsi məqsədilə görülən işlərin məcmusuna 
layın işlənmə sistemi deyilir. Neft-qaz yatağının işlənmə sistemini layihələşdirdikdə  aşağıdakı 
texniki-iqtisadi məsələlər həll olunur: 
1.
 
lay hansı recimlə istismar edilməlidir; 
2.
 
layı müəyyən edilmiş recimdə istismar etmək üçün ona süni təsir göstərmək lazımdır, 
ya yox; 
3.
 
istismar və inceksiya quyuları hansı qayda ilə yerləşdirilməlidir, onların sayı  və  işə 
salınması qaydası necə olmalıdır; 
4.
 
istismar və inceksiya quyuları hansı iş recimlərində işləməlidir; 
5.
 
neft-qaz yatağının işlənməsini layihələşdirmək üçün hansı göstəricilər zəruridir. 
Adətən, neft-qaz yatağının işlənməsini layihələşdirərkən yatağın yaxın 5-10 il və uzaq 
40-50 il ərzində illik neft və qaz hasilatının miqdarı əsas təşkil edir; 
 


 
115
6.
 
yatağın işlənmə sisteminin iqtisadi göstəricilərinin hesablanması hansı  qaydada və 
üsulla həyata keçirilməlidir. Yatağın işlənmə sisteminin iqtisadi göstəricilərinin 
hesablanma qaydası,  əmək sərfinin və  xərclərin  əsas işlənmə ünsürlərindən, 
elementlərindən asılılığını  aşkar etməkdən ibarətdir.  İqtisadi hesablamalarda əmək 
məhsuldarlığı, investisiya qoyuluşunun həcmi və effektivliyi, hasil ediləcək neft və 
qazın ayrı-ayrı sistemlər, variantlar üzrə maya dəyəri hesablanır; 
7.
 
seçilmiş  ən yaxşı  işlənmə sistem iqtisadi cəhətdən  əsaslandırılır. Bu məsələni həll 
etmək üçün nəzərdə tutulan sistemlərin texniki-iqtisadi göstəriciləri tutuşdurulur, 
müqayisə edilir. Səmərəli işlənmə sistemi o sistem hesab edilir ki, onun həyata 
keçirilməsi ən az investisiya qoyuluşu ilə başa gəlir; 
8.
 
dəqiqləşdirilmiş layihənin iqtisadi göstəriciləri hesablanılır /lay sınaq məqsədilə 
istismar edildikdən sonra/. Layın sınaq istismar zamanı yeni alınan məlumatı nəzərdə 
tutulan  əlavə  işlənmə variantlarının  əsasında səmərəli işlənmə sisteminin layihəsi 
dəqiqləşdirilir. İşlənmənin sınaq müddətində mədən məlumatı əsasında eyni zamanda 
iqtisadi göstəricilər də dəqiqləşdirilir. 
Beləliklə, səmərəli işləmə sisteminin seçilməsi kompleks məsələdir və onu həll edərkən 
xalq təsərrüfatının neft və neft məhsullarına, təbii qaza olan tələbatının və həmin neft və qazın 
hasil edilməsinə lazım olan investisiya qoyuluşlarının ödənilməsinin və  işlənmənin sonunda 
ehtimal olunan itgiləri, yəni layın neft və qaz ehtiyatından istifadə  əmsalını  nəzərə almaq 
lazımdır. 
Məlumat üçün qeyd edək ki, neft sənayesi mürəkkəb və uzun müddət istehsal prosesini 
həyata keçirən sahələrdən biridir. Odur ki, neft-qaz yataqlarının işlənməsi müddətində neft və 
qaz hasilatı  həcminin artması, onun sabitləşməsi, azalması  və habelə köhnə yataqlarda qalmış 
karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesi baş verir. Yataqların işlənməsi və istismarı 
investisiya qoyuluşları  həcminin müntəzəm surətdə artırılmasını, fasiləsiz olaraq yeni neft-qaz 
quyularının işə salınmasını, dayanmış köhnə neft quyularının bərpasını  və istismara 
qaytarılmasını tələb edir. Layihə-tədqiqat işlərinin başlanmasından ilkin neft və qazın alınmasına 
qədər olan vaxt müddəti orta hesabla 4-6 il təşkil edir. Deməli, neft-qaz yataqlarının 
mənimsənilməsi çox risk tələb edir. Risk dedikdə, vəziyyətin müəyyən ehtimalla aydınlığı 
nəzərdə tutulur. 
Neft-qaz yataqlarının işlənməsi layihəsinə  təsir xarakterinə görə risklər qeyri-həyat 
qabiliyyətli risklərə, borcun ödənilməsi ilə əlaqədar olan risklərə və bitməmiş tikinti-quraşdırma 
risklərinə ayrılır.  Qeyri-həyat qabiliyyətli risklər layihənin kifayət qədər vəsaitlər axını 
generasiya etmək qabiliyyəti olmaması imkanını  nəzərdə tutur. Hətta daha yararlı layihələr də 
investisiya qoyuluşlarının hərəkəti üzrə müvəqqəti problemlərlə  və kreditlər üzrə faizlərin 
ödənilməsində imkansızlıqlarla qarşılaşa bilər. Belə növ imkansızlıqlar borcların ödənilməsi üzrə 
risklər adlanır. Yeni texnika və texnologiya tətbiq edilən layihələrdə bitməmiş tikinti riskləri 
daha çox olur, baxmayaraq ki, bu layihələrin cari dəyəri əvvəlcədən nəzərdə tutulduğu dəyərdən 
əhəmiyyətli dərəcədə fərqlənir. 
Yaranma mənbələrinə görə texniki, geoloji, qiymət, kredit, vergi, iqtisadi və siyasi risklər 
fərqləndirilir.  Texniki risk dedikdə, texniki və texnoloji problemlərin meydana gəlməsi imkanı 
başa düşülür.  Geoloji risk - layihənin kifayət qədər geoloji cəhətdən öyrənilməməsindən irəli 
gəlir. Qiymət riski - həm layihənin məhsulunun, həm də layihənin həyata keçirilməsi zamanı 
istifadə olunan resrusların qiymətlərinin dəyişməsi imkanını xarakterizə edir. Vergi riski dedikdə, 
tikinti-quraşdırma müddətinin uzanması  nəticəsində vergi güzəştlərinin alınmaması  və yaxud 
vergi tariflərinin dəyişməsi imkanlarını səciyyələndirir. Kredit riski - götürülmüş kreditlər üzrə 
bankların faiz tariflərinə yenidən baxılması  və onların artırılması imkanları ilə  əlaqədardır. 
İqtisadi risklər ümumi iqtisadi vəziyyətin dəyişməsi və bu dəyişmələrin layihəyə  təsiri 
imkanlarını özündə birləşdirir.  Siyasi risklər tam bir qrup mümkün problemlərin həlli ilə 
əlaqədardır ki, onların da ən ağırı silahla toqquşmaların yaranması imkanlarıdır. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə