E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə53/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   49   50   51   52   53   54   55   56   ...   121

 
110
Əgər hesablanmış özünüödəmə müddəti normativ müddətdən azdırsa, onda İ1 variantı İ2 
variantından daha səmərəli hesab olunur. Ümumi səmərəlilik kəmiyyətinə  əsasən müəyyən 
edilən normativ ödənilmə müddəti elə vaxt dövründən ibarətdir ki, həmin vaxt ərzində xalis 
məhsul, mənfəət, yaxud maya dəyərinin aşağı salınmasından  əldə edilən qənaət  şəklində olan 
səmərə  kəmiyyətcə  həmin məqsəd üçün ayrılmış investisiya qoyuluşu ilə müqayisə edilir. 
Ödənilmənin faktiki müddəti normativ müddətdən artıq olmamalıdır. 
İnvestisiya qoyuluşunun effektivlik əmsalı - həmin investisiya qoyuluşunun minimum 
effektivlik normasını ifadə edir və digər şərtlər eyni olduqda, bundan da aşağı səviyyədə olması 
məqsədəuyğun hesab edilmir. Başqa sözlə, investisiya qoyuluşunun effektivlik əmsalı il ərzində 
onun nə  qədər hissəsinin ödənildiyini göstərir və investisiya qoyuluşunun özünüödəmə 
müddətinə əks olan kəmiyyətdir, yəni Enor = 1:töd. Hesablama zamanı effektivlik əmsalı 0,15-ə 
bərabər qəbul edilir. 
Gətirilmiş xərclər - texniki və təsərrüfat məsələlərinin həlli variantlarından ən yaxşısının 
seçilməsində  tətbiq olunur. Hər hansı texniki məsələlərin, səmərələşdirici təkliflərin, tikinti 
layihələrin, məhsulun /işin, xidmətin, tikintinin/ keyfiyyətinin müxtəlif üsullarla artırılmasının 
həllində mümkün variantlar müqayisə edilərkən, digər şərtlər eyni olduqda, minimum gətirilmiş 
xərclər tələb edən variant ən yaxşı variant hesab edilir. Gətirilmiş  xərclər - məhsulun maya 
dəyərində  nəzərdə tutulan cari xərclərin məbləğindən /Xcari/ və birdəfəlik investisiya 
qoyuluşundan /İqoy/ ibarətdir; investisiya qoyuluşunun cari xərclərlə müqayisəsinə  həmin 
xərcləri investisiya qoyuluşunun normativ effektivlik əmsalına /Enor/ vurmaqla nail olunur. 
Gətirilmiş xərclərin kəmiyyətini hesablamaq üçün aşağıdakı düsturlardan istifadə edilir: 
 
Xgət = Md + En X İqoy 
və ya 
Xgət = İqoy + Eöd X Md 
 
Verilmiş düsturlarda Md kəmiyyəti /layihə, yaxud plan maya dəyəri/ konkret şəraitdə 
sahəyə lazım olan istehlak dəyərlərinin istehsalına çəkilən xərclərin normal məbləğini, Enor X 
İqoy kəmiyyəti isə - normativ mənfəətin kəmiyyətini xarakterizə edir. Bu kəmiyyət tikinti-
quraşdırma işlərinin həyata keçirilməsinə çəkilən bütün ehtiyatlardan, yaxud istifadə olunan əsas 
və dövriyyə istehsal fondlarının dəyərindən alınır

Məhsulun maya dəyəri - sahənin /müəssisənin/ məhsul istehsalına və satışına sərf etdiyi 
cari xərclərin pul formasında ifadəsidir. Məhsulun maya dəyəri - sahənin istehsal-təsərrüfat 
fəaliyyətinin bütün tərəflərini əks etdirən və onun işinin səmərəliliyini xarakterizə edən sintetik, 
ümumiləşdirici göstəricidir. Məhsulun maya dəyərinin tərkibinə daxildir: istehlak olunmuş 
istehsal vasitələrinin dəyəri /məsələn,  əsas istehsal fondlarının istismarı  və amortizasiyası ilə 
əlaqədar olan məsrəflər, xammal və materiallara, yarımfabrikatların alınmasına, yanacaq və 
enerjiyə  çəkilən xərclər/, sahə  işçilərinin  əməyinin ödənilməsi məsrəfləri və sosial sığorta 
ayırmaları. Məhsulun maya dəyərinin strukturu ayrı-ayrı  xərc növlərinin nisbəti ilə xarakterizə 
olunur və  hər bir sahənin spesifik xüsusiyyətlərini  əks etdirir. Belə ki, neftqazçıxarma 
sənayesində  ən çox xərclər  əməyin ödənilməsi və  əsas istehsal fondlarının amortizasiyasına 
çəkilən xərclərdir, yüngül və yeyinti sənayesində isə əməyin ödənilməsi xərclərinin xüsusi çəkisi 
nisbətən kiçik olmaqla xammal və materiala çəkilən xərclər 85-90% təşkil edir. 
Elmi-texniki tərəqqi nəticəsində bütün sahələrdə maddi-enerji ehtiyatlarına çəkilən 
xərclərin payı artırılır və  əməyin ödənilməsinə  çəkilən xərclərin xüsusi çəkisi isə azaldılır. 
Müəssisənin /sahənin/ bütün istehsal xərcləri məhsul istehsalının maya dəyərini /sex maya dəyəri 
ilə ümumizavod xərclərinin məbləğini/ təşkil edir. Məhsulun tam maya dəyərinə istehsal maya 
dəyəri /buna texnoloji maya dəyəri də deyilir/, məhsulun satışı ilə əlaqədar xərclər, istehsaldan 
kənar xərclər daxildir. Adətən, səmərəli variantı seçərkən istehsal, texnoloji maya dəyəri 
göstəricisindən istifadə edilir. 
 


 
111
Məhsulun  əmək tutumu - məhsul vahidi istehsalına, yaxud müəyyən texnoloji 
əməliyyatın /işin, xidmətin/ yerinə yetirilməsinə /norma-saatla, yaxud adam-saatla/ sərf olunan iş 
vaxtını xarakterizə edən göstəricidir. Məhsulun  əmək tutumu texnoloji, tam və xalq təsərrüfatı 
məhsulunun əmək tutumuna görə fərqləndirilir.
 
Məhsulun keyfiyyəti - məhsulun təyinatına müvafiq olaraq müəyyən  şəxsi və istehsal 
tələbatını ödəmək qabiliyyətini  şərtləndirən xassələrin məcmusudur. Məhsulun keyfiyyətinin 
yüksəldilməsi iqtisadi artımın mühüm amili, istehsalın intensivləşdirilməsinin vacib şərtidir. 
Bazar iqtisadiyyatı şəraitində məhsulun keyfiyyətinin yaxşılaşdırılması mühüm iqtisadi və siyasi 
vəzifə kimi çıxış edir. Məhsulun keyfiyyətinin iqtisadi cəhətdən  əsaslandırılmış yüksəlişi çox 
vaxt əlavə vəsait sərfi ilə bağlı olsa da, xalq təsərrüfatı baxımından, adətən, əvvəlki keyfiyyətdə 
məhsul istehsalı həcmini genişləndirməyə nisbətən daha məqsədəuyğun sayılır. Ən yaxşı və daha 
təkmil texnikadan istifadə olunması onun tətbiqi imkanlarını genişləndirir və əhalinin tələbatını 
daha dolğun və az məsrəflə ödəməyə imkan verir. Yüksək keyfiyyətli məmulat istehsalından 
götürülən iqtisadi səmərə, qazanj hər bir məhsul vahidindən istifadə olunmasının səmərəsindən 
və onun istehsal miqyasından asılıdır. 
İllik qənaət - təkrar istehsalın bütün mərhələlərində maddi-enerji, əmək və maliyyə 
ehtiyatlarından daha səmərəli istifadə etmək deməkdir. Ehtiyatlara qənaətin  əsasını  təbii və 
maddi ehtiyatlardan kompleks istifadə olunması, itcilərin və  səmərəsiz məsrəflərin aradan 
qaldırılması, təkrar maddi-enerji ehtiyatlarının və onlarla bağlı olan məhsulların təsərrüfat 
dövriyyəsinə daha çox cəlb olunması  təşkil edir. Qənaətin iki növünü: şərti-illik və ilin 
axırınadək qənaət növlərini fərqləndirirlər və onları hesablamaq üçün aşağıdakı düsturlardan 
istifadə edilir:
 
 
Şərti-illik qənaət: 
Qş.-i. = (Md.pl. - Md.baz) X Nil 
 
İlin axırınadək qənaət: 
Qi.ax. = (Md - Md) nay X Nil 
 
Burada: Md.pl Md.baz. - plan və bazis illərindəki məhsul vahidinin tam maya dəyəri
Md  və  Md - tədbirin tətbiqindən  əvvəl və sonrakı  məhsul vahidinin tam maya 
dəyəri
Nil - il ərzində istehsal ediləcək məhsulların miqdarı
nay - tədbirin tətbiqindən ilin axırınadək olan ayların sayı
 
İnvestisiya qoyuluşunu qiymətləndirərkən sərf edilmiş  məsrəflər və  əldə edilən səmərə 
vaxta görə tutuşdurulan, müqayisə edilən olmalıdır. Bu, investisiya qoyuluşunun müqayisəli 
iqtisadi səmərəliliyini təyin etmək üçün mühüm şərtdir, çünki müqayisə edilən variantlar, əsasən, 
tikinti tsiklinin uzunluğu, tikinti və mənimsəmə prosesində investisiya qoyuluşunun vaxta görə 
bölüşdürülməsi, yeni obyektin növbə ilə yaradılması imkanı ilə fərqlənə bilər. 
Vaxt amilinin təsiri ictimai əmək məhsuldarlığının dəyişməsi nəticəsində istehsal 
vasitələrinin dəyərində  və cari məsrəflərdə  əks olunur. Bundan başqa, obyektlərin tikilməsi və 
mənimsənilməsi dövründə investisiya qoyuluşunun «dondurulması» amilini nəzərə almaq 
lazımdır. Halbuki növbə ilə aparılacaq tikintilərdə investisiya qoyuluşunu müvəqqəti olaraq, daha 
gej müddətə keçirmək olar və  həmin vəsaitlər iqtisadiyyatın digər sahələrində  və ya 
neftqazçıxarma sənayesinin başqa bölmələrində lazımi səmərə ilə istifadə edilə bilər. 
Neftqazçıxarma idarələrinin yenidən qurulması  və texnika ilə yenidən təhciz edilməsi, elm və 
texnikanın nailiyyətlərin istehsala tez tətbiq edilməsi investisiya qoyuluşunun səmərəliliyi 
səviyyəsinə təsir edir. Beləliklə, hər hansı bir təsərrüfat və təşkilati-texniki tədbirin səmərəliliyini 
yalnız mütləq məbləğə görə deyil, həmçinin vaxt amilinə görə gətirilmiş investisiya qoyuluşuna 
görə aydınlaşdırmaq lazımdır. Gətirilmə müvafiq ilin məsrəflərini gətirilmə əmsalına vurmaq və 
ya bölməklə həyata keçirilir. Gətirilmə əmsalı aşağıdakı düsturla hesablanır: 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə