E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə51/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   47   48   49   50   51   52   53   54   ...   121

 
106
Azərbaycan Respublikasının Qanunu ilə  tənzimlənir. Bu qanunda ölkədə investisiya 
qoyuluşlarının hüquqi və iqtisadi prinsipləri müəyyən edilmişdir. Digər tərəfdən, bu qanun 
Azərbaycan iqtisadiyyatına xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl texnika və 
texnologiyaların, idarəetmə təcrübəsinin cəlb olunmasına, onlardan səmərəli istifadə edilməsinə 
yönəldilmişdir və xarici investorların hüquqlarının müdafiəsinə təminat verir. Göstərilən qanunla 
xarici sərmayənin cəlb olunması üçün edilən güzəştlər ölkəyə son illərdə investisiya axınının 
güclənməsi üçün geniş imkanlar açmışdır.
 
Azərbaycan Respublikasının  İqtisadi  İnkişaf Nazirliyinin hesablamalarına görə 
Azərbaycana orta hesabla ildə 2,0-2,5 milyard ABŞ dollar məbləğində xarici sərmayə daxil 
olmuşdur. 1996-cı ildə 494,4 milyon ABŞ dolları məbləğində xarici sərmayə daxil olmuşdur ki
bu da 1995-ci ilə nisbətən 3,1 dəfə çoxdur. 1997-ci ildə Azərbaycana 916,2 milyon ABŞ dolları 
həcmində xarici sərmayə daxil olmuşdur ki, bu da 1995-ci ilə nisbətən 5,8 dəfə çoxdur. «Əsrin 
müqaviləsi» adlanan məlum neft kontraktından sonra respublika iqtisadiyyatının inkişafının neft 
amili üzərində qurulması müşahidə olunmaqdadır. Belə ki, ölkəyə daxil olan xarici sərmayənin 
əksər hissəsi neft sektoruna yönəldilmişdir. Aşağıda Azərbaycan iqtisadiyyatına yönəldilmiş 
xarici investisiyaların həcmi verilmişdir.
 
Cədvəl 32 
Azərbaycan iqtisadiyyatina yönəldilmiş xarici investisiyalarin həcmi 
 
İllər 
investisiyalarin məbləği 
/milyard manat
Ümumi həcmdə payi 
/faizlə
1995 
393,5 34,5 
1996 
1884,3 58,5 
1997 
3007,6 66,1 
1998 
3731,6 67,7 
1999 
2666,6 57,4 
2000 
2537,7 52,4 
2001 
3665,4 62,4 
 
ARDNŞ ilə xarici ölkələrin aparıcı neft şirkətləri arasında bağlanmış müqavilələrdə tikinti 
obyektlərindən istifadə qaydası müəyyən edilmişdir. Müqavilələrdə tikinti obyektləri iki qrupa: 
ARDNŞ-ə  məxsus obyektlərə  və podratçıların obyektlərinə ayrılmışdır. ARDNŞ-ə  məxsus 
obyektlərdə podratçının hüquqi vardır ki, neft-qaz əməliyyatları aparmaq üçün zəruri olan 
quyulardan pulsuz istifadə etsin. Podratçı ARDNŞ-in müstəqim və ya dolayı sahibliyinə, yaxud 
nəzarəti altında olan obyektləri, o cümlədən, bunlarla yanaşı, infrastrukturu, gəmiləri, qazma 
qurğularını, nəqletmə vasitələrini, təchizat bazalarını, anbarları, liman qurğularını  əsaslı  təmir, 
rekonstruksiya etdikdə  və ya modernləşdirdikdə ARDNŞ  həmin obyektlərdən neft-qaz 
əməliyyatlarının yerinə yetirilməsi üçün zəruri olan dərəcədə istifadə edilməsində podratçıya 
üstün hüquq verilməsini təmin edir. 
Podratçı neft-qaz əməliyyatları ilə  əlaqədar olan nəzarət və ya istismar etdiyi bütün 
obyektlərə  /podratçının obyektləri/ texniki xidmət və onların təmiri üçün cavabdehdir. 
Podratçının obyektlərindən üçüncü tərəfin istifadə etməsi müqabilində verilən haqq neft-qaz 
əməliyyatları hesabına daxil olur. ARDNŞ podratçının obyektlərində olan artıq qurğulardan 
istifadə etmək hüququna malikdir, bu şərtlə ki, həmin istifadə neft-qaz əməliyyatlarının 
aparılmasına maneçilik törətməsin. Üçüncü tərəfin podratçı ilə razılaşdırılmış  şərtlərlə artıq 
qurğulardan istifadə edilməsinə icazə verilir. Sıfır balansı  əldə edilənədək podratçının 
obyektlərindən istifadə edilməsində üstünlük əvvəlcə podratçıya, sonra üçüncü tərəfə və nəhayət, 
ARDNŞ-ə verilir. 
ARDNŞ podratçının obyektlərindən qarşılıqlı surətdə razılaşdırılan  və neft-qaz 
əməliyyatları hesabına daxil edilən haqqı ödəməklə istifadə edir. Sıfır balansı  əldə edildikdən 
sonra podratçının obyektlərindən əvvəlcə podratçı, sonra ARDNŞ, nəhayət, üçüncü tərəf istifadə 
edir. Sıfır balansı əldə edildikdən sonra ARDNŞ podratçının obyektlərindən pulsuz istifadə edir, 


 
107
amma podratçı özünün hər hansı obyektindən müvəqqəti olaraq istifadə etmirsə  və bu obyekti 
yalnız ARDNŞ istismar edirsə, belə obyektin cari planlı təmiri qarşılıqlı razılaşma üzrə  həyata 
keçirilir. Podratçının ixtiyarı vardır ki, köhnəlmiş və ya faydalı iş ehtiyatı tükənmiş avadanlığı və 
obyektləri satsın. Lakin bu zaman o, ARDNŞ-ə  məlumat verməlidir.  Əgər 30 gün ərzində 
ARDNŞ bu avadanlığı və obyektləri öz balansına daxil etmirsə, podratçının onları təklif edilən 
ən sərfəli qiymətlə satmağa ixtiyarı vardır. Bu cür satışlardan  əldə edilən vəsait neft-qaz 
əməliyyatları hesabına daxil edilir. 
 
 
7.3. İnvestisiya qoyuluşundan istifadənin qiymətləndirilməsi 
 
İnvestisiya qoyuluşları müxtəlif istiqamətlərə yönəldilir. Odur ki, investisiya qoyuluşundan 
istifadənin qiymətləndirilməsi konkret şəraitdən asılı olaraq həmin istiqamətlərin spesifik 
xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilməlidir. Adətən, müxtəlif növ məsrəflərin iqtisadi 
səmərəliliyi istehlak edilmiş ehtiyatlardan istifadə olunması  səviyyəsini, istehsalın son 
nəticələrinin aşkar edilməsi və qiymətləndirilməsi, həmçinin optimal variantın seçilməsi üçün 
müəyyən edilir. Bu məqsədlə müxtəlif göstəricilərdən istifadə edilir. Lakin ictimai istehsalın 
səmərəliliyinin müəyyən edilməsində özünün miqyasına, öyrənilmə tarixinə, müəssisələrin 
iqtisadi potensialındakı roluna, iqtisadi inkişaf və sosial tərəqqidəki əhəmiyyətinə və sair bu kimi 
əlamətlərə görə investisiya qoyuluşu  əvəz edilməzdir. Çünki investisiya qoyuluşunun iqtisadi 
səmərəliliyi, müəssisənin  əsas fondlarının genişləndirilməsi və sadə  təkrar istehsalına çəkilən 
xərclə bundan alınan nəticə arasındakı əlaqə və kəmiyyət asılılığını səciyyələndirən göstəricidir. 
İnvestisiya qoyuluşunun bilavasitə nəticəsi istehsal güclərinin genişləndirilməsi və qeyri-istehsal 
obyektlərinin işə salınmasından ibarət olduğu halda, onun son nəticəsi - məhsul istehsalının və 
sənaye xarakterli xidmətlərin, ümumiyyətlə isə, məhsul buraxılışının artmasıdır.  İnvestisiya 
qoyuluşunun ümumi və müqayisəli iqtisadi səmərəliliyi fərqləndirilir. 
Ümumi iqtisadi səmərəlilik milli gəlirin, ya da xalis məhsulun /xalq təsərrüfatı  və sahə 
miqyasında/, yaxud da mənfəətin /müəssisə miqyasında/ artımının, həmin artımı  təmin edən 
investisiya qoyuluşuna olan nisbətidir. Xalis məhsul /milli gəlir/ maddi istehsal sahələrində 
yaradıldığından investisiya qoyuluşu da yalnız bu sahələrdə, həm də geniş  təkrar istehsala 
yönəldilmiş həcmdə /yığım fondu hesabına/ nəzərə alınır, sadə təkrar istehsala /yəni amortizasiya 
fondu hesabına/ investisiya qoyuluşu isə  nəzərə alınmır. Xalis məhsulun, yaxud milli gəlirin 
artımı əvvəlki ilin investisiya qoyuluşuna aid edilir. 
İnvestisiya qoyuluşunun ümumi iqtisadi səmərəlilik göstəricisini əsas fondların səmərəlilik 
göstəricisindən fərqləndirirlər. Sonuncu göstərici xalis məhsulun, yaxud milli gəlirin  əsas 
fondların orta illik dəyərinə olan nisbətini, yəni fondverimi göstəricisini xarakterizə edir. 
İnvestisiya qoyuluşlarının artımı bir qayda olaraq, cari məsrəflərin azalması hesabına 
kompensasiya olunur və  əvəzi müəyyən müddətdə ödənilir. Ümumi səmərəliliyin, yaxud 
fondveriminin yüksəlməsi - istehsalın həcminin artması, məhsulun /işin, xidmətin/ keyfiyyətinin 
yaxşılaşdırılması, tikinti-quraşdırma xərclərinin və müddətlərinin azaldılması, istehsal güclərinin 
mənimsənilməsinin sürətləndirilməsi və layihədə  nəzərdə tutulmuş texniki-iqtisadi göstəricilərə 
nail olunması, işçilərin ixtisasının yüksəldilməsi nəticəsində mümkün olur. Qeyri-maddi istehsal 
sahələrində investisiya qoyuluşunun və digər məsrəflərin səmərəliliyi onlardan irəli gələn səmərə 
ilə - natural göstəricilərdə və qismən də dəyər ölçülərində /məsələn, istehlak üzrə təzahür edən 
səmərə ilə/ müəyyən olunur. 
İnvestisiya qoyuluşunun ümumi iqtisadi səmərəliliyini qiymətləndirərkən bir sıra 
göstəricilərdən - ehtiyatların ayrı-ayrı növlərinin tətbiq olunmasının səmərəlilik dərəcəsini 
səciyyələndirən  əmək məhsuldarlığı, fondvermi, fondtutumu və istehsalın material tutumu 
göstəricilərindən istifadə edilir. 
Əmək məhsuldarlığı - insanların məqsədəuyğun fəaliyyətinin səmərəliliyini xarakterizə 
edir. Maddi istehsalda vaxt vahidi ərzində yaradılan məhsulun miqdarı ilə ölçülür. Əmək 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə