E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə49/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   45   46   47   48   49   50   51   52   ...   121

 
102
məhsuldarlığını, işinin dəqiqliyini və aşınmaya davamlılığını artırır, əmək şəraitini yaxşılaşdırır. 
Əmək vasitələrinin modernləşdirilməsinə  çəkilən xərclər, adətən, qısa müddətdə ödənilir. 
İstehsalın texniki səviyyəsinin, onun intensivləşdirilməsinin yüksəldilməsində əmək vasitələrinin 
modernləşdirilməsi mühüm rol oynayır. 
Yeni texnikanın yaradılması - prosesi bir sıra ardıcıl əlaqədar mərhələlərdən keçir: elmi-
tədqiqatlardan, layihələşdirmədən, konstruksiyalaşdırmadan, təcrübə nümunəsinin hazırlanıb 
sınaqdan keçirilməsindən, onun zavod miqyasında istehsalından, yeni texnikanın istifadə edildiyi 
istehsallarda onun tətbiqi və  tədqiqindən. Buna uyğun olaraq, yeni texnikanın yaradılması  və 
tətbiqində dörd tip təşkilat iştirak edir:  
1.
 
elmi-tədqiqat müəssisələri; 
2.
 
layihə-konstruktor büroları; 
3.
 
zavodlar; 
4.
 
yeni texnikadan istifadə edən istehlakçı müəssisələr. 
Elmi-texniki tərəqqinin sürətləndirilməsi, elm və texnika nailiyyətlərinin istehsalatda daha 
tez və  səmərəli tətbiq edilməsi xeyli dərəcədə göstərilən təşkilatların düzgün qarşılıqlı 
əlaqəsindən, onların quruluşundan və idarə aidiyyətindən asılıdır. Yeni texnikanın yaradılması 
vahid bir prosesdir, bu proses onu yerinə yetirən bütün bölmələrin həm əlaqələndirmə, həm də 
təşkilati cəhətdən sıx əlaqədar olmasını tələb edir. 
Elmi tədqiqatlar - praktiki problemlərin həll edilməsində mühüm rol oynayır. Çünki elmi 
tədqiqatların nəticələri bilavasitə  təcrübədə  tətbiq edilir, yeni texnoloji proseslərdə, 
konstruksiyalarda, materiallarda və sairdə öz təcəssümünü tapır. Elmi tədqiqatlar həm nəzəri, 
həm də praktiki əhəmiyyət kəsb edə bilər. Elmi tədqiqatlara məsələnin qoyuluşu, mövcud 
informasiyanın qabaqcadan təhlili, oxşar məsələlərin həllinin şərtləri və metodları, eksperimentin 
planlaşdırılması, təşkili və aparılması, alınmış  nəticələrin araşdırılması, ümumiləşdirilməsi və 
istehsala tətbiqi daxildir. 
Təcrübə-konstruktor işləmələri - təcrübə-konstruktor, yaxud elmi-tədqiqat təşkilatlarının 
istehsal fəaliyyətinin nəticələri, yeni məmulat istehsalında və ya proseslərdə aralıq mərhələdir. 
Təcrübə-konstruktor işləmələri özünə 
təcrübə nümunələrinin layihələşdirilməsini, 
hazırlanmasını, sınaqdan çıxarılmasını  və sazlanmasını, həmçinin yeni məhsulun, yaxud yeni 
texnoloji proseslərin seriyalı  və kütləvi istehsalının sonrakı  təşkili üçün lazım olan texniki 
sənədlərin buraxılışını daxil edir. Təcrübə-konstruktor işləmələri elmi tədqiqatlara, ixtiralara, 
istehsal yenilikçilərinin təkliflərinə əsaslanır. Təcrübə-konstruktor işləmələri müəssisənin texniki 
inkişaf planına müvafiq olaraq aparılır və ya dövlət büdcəsi, ya da sifarişçilərin vəsaitləri 
hesabına həyata keçirilir. Adətən, təcrübə-konstruktor işləmələri aşağıdakı ardıcıllıqla həyata 
keçirilir:  
1.
 
təcrübə nümunəsinin layihələşdirilməsi və onun hazırlanması üçün texnologiyanın və 
avadanlığın işlənməsi; 
2.
 
təcrübə nümunəsinin istehsalı, sınaqdan keçirilməsi və  təcrübə nümunəsinin axıra 
çatdırılması. 
Təcrübə istehsalı - yeni məhsul növlərinin, yaxud texnoloji proseslərin yaradılmasının 
mühüm mərhələsidir. Təcrübə istehsalı elmi-tədqiqat, yaxud təcrübə-konstruktor işləmələrinin 
yüksək keyfiyyətlə başa çatdırılmasında, layihə-konstruktor sənədlərinin işlənib hazırlanmasında 
mühüm rol oynayır.
 
Təcrübə istehsalına aşağıdakılar aiddir: 
 
1.
 
ayrı-ayrı məsələlərin həlli üçün eskiz layihələşdirmənin təmini; 
2.
 
yeni texnoloji proseslərin yaradılması; 
3.
 
yeni texniki sənədlərin aprobasiyası; 
4.
 
seriyalı proseslərin və məmulatların mənimsənilməsində müəssisələrə texniki kömək 
göstərilməsi. 
Təcrübə istehsalının tərkibi və miqyası müəssisənin təcrübə-konstruktor bürosunun tematik 
planının məzmunu və  həcmi, onun ölçüsü və texniki təchizatı ilə müəyyən olunur. Adətən, 


 
103
təcrübə istehsalının sexləri buraxılan məhsulun xarakterindən asılı olaraq əşya və ya texnoloji 
əlamətlərinə görə ixtisaslaşdırılır. 
Yeni texnika o zaman səmərəli hesab edilir ki, onun tətbiqi nəticəsində  məhsulun 
əməktutumu azalsın, keyfiyyəti yaxşılaşsın, maya dəyəri aşağı düşsün, əmək məhsuldarlığı artsın 
və bütün bunların da əsasında istehsalın səmərəliliyi və rentabelliyi yüksəlmiş olsun. Yeni 
texnikanın yaradılması və tətbiqində mühüm məsələlərdən biri müxtəlif variantlar içərisindən ən 
səmərəlisini seçməkdən ibarətdir. Bunun üçün texnoloji maya dəyəri göstəricisindən istifadə 
edilir. Texnoloji maya dəyəri dedikdə, texnloci proseslərin həyata keçirilməsinə çəkilən xərclərin 
məcmusu nəzərdə tutulur. Ümumi şəkildə  məhsulun texnoloji maya dəyərinin tərkibinə daxil 
olan bütün xərcləri şərti olaraq iki hissəyə, qrupa - şərti-sabit və şərti-dəyişən xərclərə ayırmaq 
olar. Məhsul vahidinin texnoloji maya dəyərini hesablamaq üçün aşağıdakı düsturdan istifadə 
edilir: 
 
Md.t. = (Xd. + Xs.) : N
yeni
 
 
Burada

Xd. və Xs
məhsul vahidinin hazırlanmasına sərf edilən şərti-dəyişən və şərti- 
Sabit xərclərin həcmi; 
N
yeni
  
cari ildə yeni yaradılacaq məhsulların miqdarı. 
 
Elmi-texniki tərəqqinin müasir səviyyəsi eyni bir məhsulun müxtəlif üsullarla 
hazırlanmasına imkan verir. Odur ki, yeni məhsulu layihələşdirərkən onların hazırlanmasında 
istifadə edilən müxtəlif üsullardan ən səmərəlisini seçmək zərurəti yaranır. Bunun üçün məhsul 
vahidinin texnoloji maya dəyəri ayrı-ayrı variantlar, üsullar üzrə müqayisə edilir. Məhsul iki 
üsulla hazırlandığı halda məhsul vahidinin texnoloji maya dəyərini müqayisə etdikdə üç hal 
yarana bilər. 
A.
 
birinci üsulla hazırlanan məhsul vahidinin texnoloji maya dəyəri, ikinci üsuldakına 
nisbətən azdır, yəni  Md.t
1
. < M
1
d.t
2
.-dir. Belə olan halda birinci üsulla yeni məhsulun 
hazırlanması iqtisadi cəhətdən daha əlverişlidir; 
B.
 
ikinci üsulla hazırlanan məhsul vahidinin texnoloji maya dəyəri, birinci üsuldakına 
nisbətən azdır, yəni  M
1
d.t > M

d.t
2
.-dir. Belə olan halda yeni məhsulun ikinci üsulla 
hazırlanması əlverişlidir; 
C.
 
hər iki üsulla hazırlanan məhsul vahidinin texnoloji maya dəyəri eynidir, yəni M
1
d.t. = 
M
1
d.t.-dir. Belə olan halda səmərəli variantı, üsulu seçmək üçün «Kritik proqram» 
göstəricisindən istifadə edilir. Variantlar üzrə  məhsul vahidinin texnoloji maya dəyəri 
eyni olan istehsal həcminə «Kritik proqram» deyilir. «Kritik proqram» göstəricisi natural 
formada ifadə edilir və aşağıdakı düsturla hesablanır: 
 
Nkr. = (Xs. - Xs.) : (Xd. - Xd.) 
 
Burada: 
Xs. və Xs. 
 variantlar üzrə şərti-sabit xərclər
Xd. və Xd. 
həmin variantlar üzrə şərti-dəyişən  xərclər. 
 
Yeni məhsul /texnika/ yaradılarkən  və ya layihələşdirilərkən onun etibarlılığının təmin 
olunmasına xüsusi fikir verilməlidir.  Məhsulun /texnikanın/ etibarlığı  - onun göstərilən həddi 
dairəsində öz istismar göstəricilərinin  əhəmiyyətini saxlamaqla öhdəsinə düşən funksiyaları 
yerinə yetirə bilməsi qabiliyyətidir. Bu funksiyalar göstərilmiş recimlərlə  və istifadə, texniki 
xidmət, təmirlər, saxlanma və  nəqledilmə  şərtləri ilə müəyyən olunurlar. Texnikanın etibarlığı 
saz işləməsi, uzunömürlüyü və təmirə yararlığı ilə xarakterizə olunur. Texnikanın saz işləməsi 
dedikdə, müəyyən edilmiş recimlərdə və istismar şəraitində texnikanın fasiləsiz iş qabiliyyətini 
saxlamaq xassəsi; uzunömürlülük dedikdə, müəyyən edilmiş recimlərə və istismar qaydalarına 
əməl etmək şərti ilə uzun müddət /təmir üçün zəruri fasilələrlə/ iş qabiliyyətini saxlamaq xassəsi; 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə