E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə45/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   41   42   43   44   45   46   47   48   ...   121

 
94
məqsədi ilə  məxsusi energetik strategiya formalaşdırmağa və gerçəkləşdirməyə  məhkumdur. 
Energetik strategiyanın optimal forması bizimlə müəyyən təzahür paralelləri olan Rusiyada 
1992-ci ildən başlayaraq geniş tətbiq olunur. 
Azərbaycanın  ərazisinin 70%-i neft-qaz resursları ilə perspektivlidir. Kontraktların  əhatə 
etdiyi zonada hasilat yaxın 10-12 il ərzində apogeyə yüksələcəkdir. Onilliyin sonunda təkcə 
«Azəri-Günəşli» və «Çıraq» platformasından gündə 1 milyon barrel, ildə isə 56-57 milyard ton 
neft hasil ediləcək və gəlir toplumunda bu miqyas hər il 9 milyard dollara ekvivalent olacaqdır. 
Ölkənin kəşf olunmuş və perspektiv təbii qaz potensialı da 1-2 trilyon m
3
 civarında hesablansa da 
daxili istehlak tələbləri müasir vaxtda 50% miqdarında təmin olunur. Belə ki, hazırda Bakı, 
Sumqayıt və 48 inzibati regional əraziyə qaz verilir. Rayonlara verilən qazın miqdarı çox kiçik 
həcmdədir və illik olaraq 200-250 milyon m
3
 təşkil edir. Bakı şəhərinə gündəlik olaraq 9,3-9,7 
m

həcmində verilən
 
təbii qazın miqdarı da kifayətedici deyildir. Vurğulanmalıdır ki, «Şahdəniz» 
layihəsi sankiyalaşdırıldıqdan 4-5 il sonra Azərbaycan nəinki daxili ehtiyaclarını dolğun təmin 
edəcək və hətta Avropa bazarına fəal təbii qaz ixrac edən dövlətlərdən birinə çevriləcəkdir. Milli 
energetik gücün dəyərləndirilməsi və qlobal proseslər reallığından çıxış edərək iqtisadiyyatın 
energetik strategiya kontekstində proqnozlaşdırılan inkişaf səviyyəsinin təmin olunmasında 
YEK-də enerji resurslarının mümkün artımına nail olmaq və bu resurslardan istifadənin 
effektivliyini yüksəltmək kimi mühüm məsələnin həlli vacib sayılmalıdır. Məhz ÜDM-in artım 
templərinin təmin edilməsi iqtisadiyyatın enerji effektivliyinin köklü yüksəlişi ilə bağlı olacaqdır.  
 


 
95
III HİSSƏ 
RASİONAL TƏSƏRRÜFAT QURUCULUĞU VƏ 
İNVESTİSİYON SİYASƏT 
 
VII FƏSİL 
NEFT-QAZ SƏNAYESİNDƏ İNVESTİSİYA QOYULUŞU VƏ ONDAN 
İSTİFADƏ İSTİQAMƏTLƏRİ 
 
7.1. İnvestisiya qoyuluşunun mahiyyəti, tərkibi və quruluşu 
 
Neft hasilatının və  əmək məhsuldarlığının müntəzəm surətdə artmasının, elmi-texniki 
tərəqqi və istehsalın səmərəliliyinin yüksəldilməsinin, deməli, neftqazçıxarma sənayesinin 
mənfəətlə işləməsinin əsas vasitələrindən biri bütövlükdə bu sahənin əsas fondlarının geniş təkrar 
istehsalını müəyyən edən əsaslı tikintidən və ona yönəldilən investisiyanın həcmindən ibarətdir. 
Əsaslı tikinti əsas fondların yaradılmasının bütün mərhələlərini, yəni obyektlərin 
layihələşdirilməsindən başlamış ta onların işə salınmasınadək olan mərhələləri özündə əhatə edir. 
Əsaslı tikinti prosesinin əsas mərhələsi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi və 
tikilməkdə olan obyektlərin işə salınmasının təmin edilməsidir. 
Azərbaycanın neft sənayesində  əsaslı tikintinin müntəzəm olaraq böyük həcmdə 
aparılması, onun inkişafının bütün mərhələlərində neftqazçıxarma sənayesinin xarakterik 
xüsusiyyəti ilə bağlıdır. Sovet hakimiyyəti illərində  hər il milli gəlirin təqribən 20%-ə  qədəri, 
hazırda isə investisiya qoyuluşunun 50%-dən çoxu neftqazçıxarma sənayesinin əsas fondlarının 
artırılmasına və təkmilləşdirilməsinə sərf olunur. 
Neftqazçıxarma sənayesində əsaslı tikinti - iqtisadiyyatın digər sahələrində olduğu kimi
yeni obyektlərin tikilməsi, mövcud olanların isə yenidən qurulması, genişləndirilməsi və texnika 
ilə yenidən silahlandırılması  səviyyəsinin yüksəldilməsi məqsədilə  həyata keçirilən tikinti-
quraşdırma işlərini  əhatə edir. Hazırda  əsaslı tikintinin keyfiyyətini və  səmərəsini yüksəltmək, 
tikinti istehsalını  və layihə-smeta işlərini yaxşılaşdırmaq, tikintidə  təsərrüfat mexanizmini 
təkmilləşdirmək məqsədilə iqtisadiyyatın digər sahələrində olduğu kimi, tikintidə  də iqtisadi 
islahatlar aparılır. Qarşıda tikinti istehsalının sənayeləşdirilməsi səviyyəsini daha da yüksəltmək, 
tikintinin və quraşdırma işlərinin kompleks mexanikləşdirilməsini təmin edən mütərəqqi 
texnologiyanı, maşın və mexanizmlər sistemini geniş tətbiq etmək durur ki, bu da tikintidə əmək 
məhsuldarlığını artırmağa,  əl  əməyinin həcmini aşağı salmağa, tikinti-quraşdırma işlərinin 
dəyərini azaltmağa, investisiya tsiklini qısaltmağa, obyektlərin normativ müddətdə tikilib 
istifadəyə verilməsini təmin etməyə imkan verəcəkdir. 
Yeni tikinti dedikdə, yeni meydançalarda ilk dəfə təsdiq olunmuş layihə əsasında bina və 
qurğuların, infrastruktur obyektlərinin, neftqazçıxarma idarələrinin və onların struktur 
bölmələrinin tikilməsi və işə salınması nəzərdə tutulur. 
İstehsalın genişləndirilməsi - yeni layihə əsasında tikinti obyektlərinin ikinci və sonrakı 
növbələrinin,  əlavə istehsal komplekslərinin və infrastrukturlarının tikilməsi, fəaliyyət göstərən 
neftqazçıxarma idarələrinin  ərazisində yeni əsas istehsal sahələrinin yaradılması  və ya 
əvvəlkilərin genişləndirilməsidir. Mövcud neftqazçıxarma idarələrini genişləndirərkən yeni 
tikintiyə nisbətən istehsal gücü, adətən, daha tez müddətlərdə və az investisiya qoyuluşu ilə artır. 
İstehsalın yenidən qurulması - vahid layihə  əsasında texnoloji bölmələrdə  və köməkçi 
xidmətlərdə tam və ya qismən yeni avadanlıqların qurulması, yaxud mənəvi köhnəlmiş və fiziki 
aşınmış avadanlığın əvəz edilməsi, istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, qeyri-
mütənasibliyin aradan qaldırılması ilə onun başqa cür /məsələn, əsas istehsalın mövcud sexlərini 
genişləndirmədən və yenilərini tikmədən, lakin lazımi hallarda köməkçi və xidmətedici təyinatlı 
yeni obyektlərin tikilməsi və mövcud olanlarının genişləndirilməsi ilə/ qurulmasıdır. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə