E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə44/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   40   41   42   43   44   45   46   47   ...   121

 
92
5.
 
Xəzərdənizneftdonanmasına mənsub spesifik gəmilərdən neft kontraktları çərçivəsində 
səmərəli istifadə imkanları aranmalı  və onların rəqabətqabiliyyətliliyini təmin edən 
proqramlar hazırlanmalı; 
6.
 
neft kontraktlarının işlənməsinə yardımçı olan nəqliyyat sferasının texniki imkanlarını 
genişləndirən tədbirlərin daha səmərəli yüksəlişdə davam etdirilməsi: 
7.
 
respublikanın  əlaqələndirici dövlət strukturları neft kontraktları layihələrin 
reallaşmasına tələb olunan zəruri servis xidməti qurumlarının təsis etməli və 
müqavilələrdə  nəzərdə tutulan bu tip müvafiq maddələr üzrə  mənimsəmə  xərclərinin 
Azərbaycan təşkilatlarına verilməsi strategiyasını hazırlamalıdır; 
8.
 
Azərbaycan tərəfi yeni neft kontraktlarının bağanılmasında daha çox mövcud milli neft 
infrastrukturundan istifadəni şərtləndirən tələblərlə çıxış etməlidir. 
Yeni müəssisə  və qurumların təşkilində, müvafiq zavodların rekonstruksiyasında və 
mövcud infrastrukturun mobilliyinin artırılmasında ilk partiyalarda ilkin maliyyə mənbəyi kimi, 
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun /ARDNF/ müvafiq təyinatlı  vəsaitlərindən 
istifadə imkanları da nəzərdən keçirilməlidir. 
 
 
6.4. Neft sektorunun iqtisadiyyatın digər sahələrinin inkişafında rolu 
 
Statistik məlumatlar göstərir ki, respublikanın neft sektorunda ümumi inkişaf templərində 
digər sənaye sahələrinə nisbətdə müəyyən geriləmə vardır. Belə ki, 2001-ci ildə ümumi sənayedə 
orta artım sürəti 5,1% olduğu halda, neft sənayesində bu artım illik olaraq 4% təşkil etmişdir. 
Şübhəsiz ki, bu fərq natural və pul ifadəsində yenə  də neft sektorunun üstünlüyündədir. Digər 
tərəfdən belə  vəziyyət müsbət hal kimi qiymətləndirilməlidir. Azərbaycanda hədəf seçilən 
industrial siyasət digər sənaye sahələrinin reabilitasiyası və yeni istehsal güclərinin formalaşması 
ilə müşayiət olunmalıdır. 
Neft-qaz sənayesi iqtisadiyyatın bütün sahələri ilə  təmasları vardır. Bu təmaslar ilk 
növbədə yanacaq-enerji resurslarının istehlakında təyinat tapır. Son il ərzində neft-qaz 
məhsullarının sənaye sahələrində istehlakı xeyli məhdudlaşmışdır ki, bu da müvafiq olaraq 
mövcud proporsionallığın dəyişməsində  əks olunmuşdur. Belə hal xüsusən təbii qazın 
təchizatında daha kəsginliyi ilə müşahidə olunmaqdadır. Burada təbii qazın hasilatının aşağı 
düşməsi faktına baxmayaraq, ötən illərə nisbətdə əhali tərəfindən təbii qaz istehlakına olan tələb 
xeyli artmışdır. Faktiki materialların təhlili göstərir ki, bir sıra sənaye sahələrinin tənəzzülünə 
baxmayaraq burada enerjidaşıyıcılarına tələbat proporsiyası müvafiq miqdarda azalmamışdır. 
Neft-qaz emal prosesində və elektrik istehsalı sahəsində itgilər SSRİ və universal standartlardan 
xeyli yüksəkdir. Təbii qazın istehsal tsiklində spesifik konyuktur məqamları nəzərə almaqla bu 
itgilər 2% həddində normallaşdırılır. Respublikada isə uzun illərdir ki, bu göstərici 10-12% və 
bəzən isə daha yüksək hədləri aşır. Belə vəziyyət elektrik enerjisinin istehsalında da mövcuddur. 
Lakin son illər bu sahədə görülən tədbirlər nəticəsində itgilərin müəyyən qədər aşağı salınması 
nəzərə çarpır. Bütün bu proseslər texnoloji köhnəlik amilləri ilə  səciyyələndirilsə  də, burada 
təsərrüfatsızlıq amili və subyektiv neqativ təzahürlər də istisna olunmur. 
Neft-qaz sənayesi ilə digər sənaye sahələrinin inkişafında proporsionallıq mövcuddur. 
Respublikanın sənaye sahələrinin inkişafı strategiyası bu proporsionallığın qiymətləndirilməsini 
şərtli etmişdir. Qeyd olunmalıdır ki, 1994-2001-ci illərdə neft sektoruna nisbətdə respublikanın 
qeyri-neft sektorunun milli iqtisadiyyatda payı bir qədər məhdudlaşmışdır. Statistik məlumatlara 
istinadən göstərmək olar ki, 1997-ci ildə qeyri-neft sektorunu əhatə edən sahələrinin ÜDM payı 
89%-dən 2002-ci ildə 70%-ə enmişdir.
 
Enmə prosesi 1995-ci ilə nisbətdə isə  dəfəli ölçüdədir. 
Proporsiya dəyişiklikləri bir qədər də investisiya amilləri ilə bağlanılır. Belə ki, ölkə 
iqtisadiyyatına cəlb edilmiş bütün investisiyaların orta hesabla 
2
/
3
-si neft sektoruna, qalan 
1
/
3
-i isə 
qeyri-neft sektoruna yönəlmişdir. Bu prosesdə ixracat amili də özünü nişan verir. Qiymət meyli 
istisna olmaqla xam neftin xarici bazarda əlverişli satışında məhdudiyyətlər yoxdur /2003-cü ildə 


 
93
xam neftin satış  gəlirləri büdcədə 19,5 ABŞ dolları  həcmində  təyinat tapmışdır/. Respublikada 
digər sənaye sahələrində istehsal olunan məhsullar isə  rəqabət zəifliyindən ixrac imkanlı 
deyildirlər. Bu görüntü statistik məlumatlardan da sezilir. Qeyri-neft sektorunun hazırda ÜDM-
də 
2
/
3
 hissəlik payına baxmayaraq ölkənin 2002-ci ilin tədiyyə balansında ixracatın mütləq 
əksəriyyəti, 90%-i neft və neft məhsulları aktivindədir. Dünya Bankının Azərbaycanla bağlı 
proqnostik məlumatlarında qeyd olunur ki, 2003-2005-ci illərdə respublikada ÜDM-də neftin 
payı illik olaraq 13,8%, növbəti mərhələdə 2006-2010-cu illərdə isə 33,6% artacaqdır. Müvafiq 
göstəricilər qeyri-neft sektorunda 7,5 və 5 faiz arası  tərəddüd edəcəkdir. Azərbaycanın neft 
sektorunda aşağıdakı üç mərhələnin təzahürü proqnoz edilir: 
1.
 
investisiyaların artımı və akkummulyasiyası /2002-2005-ci illər/; 
2.
 
neft hasilatının və müvafiq olaraq neft gəlirlərinin sürətli artımı /2005-2012-ci illər/; 
3.
 
resessiya /2013-2025-ci illər/. 
Azərbaycan Respublikasında bağlanmış neft kontraktları üzrə işləmələr müddəti 25-30-illik 
mərhələni əhatə edir. Dünya neft bazarında qiymət sabitliyinin pozulması senarisində bu balans-
proqnozun pozulacağı istisna olunmur. Belə hal isi iqtisadi inkişaf və bütövlükdə iqtisadiyyat 
üçün radikal təhlükəli reallıqdır. Çünki respublika büdcəsinin gəlir maddələri əsaslı dərəcədə neft 
sektoruna və xam neft ixracına əsaslanır. Digər status dəyişiklikləri baş verməzsə 2025-2030-cu 
illərdə Azərbaycan ərazilərində yerləşən yataqlarda qalıq ehtiyatlarının mənimsənilməsi ölkənin 
tam sərəncamına keçəcəkdir. Bu aydınlığı nəzərə alan neft kontraktı tərəfdaşları 2025-ci ilə qədər 
layihələrində  nəzərdə tutmuş  işləmələrin maksimal həcmdə reallaşmasını  təmin etməyə  də 
səylərini artıracaqlar. Bunun üçün ən həcmli neft müqaviləsi «Əsrin kontraktı» və digər məhsul 
verəcək kontraktlar kommulyativ toplumda Azərbaycan neft strategiyasının XXI əsr 
perspektivini reallaşdıracaqlar. 2010-2012-ci illərdə neft hasilatının və neft gəlirlərinin pik 
nöqtəyə yüksəliş təmin olunacaq və sonrakı mərhələdə hasilat enmə fazasına keçəcəkdir. 2017-
2019-cu illərdə neft gəlirlərinin səviyyəsi 2010-2012-ci illərə nisbətdəki həcmin 50%-nə, 2022-
2024-cü ildə isə müvafiq səviyyənin 25%-nə bərabər olacaqdır. 
Neft hasilatı ilə digər sənaye sahələrinin inkişafında ənənəvi proporsionallıq 1994-2001-ci 
illərdə neftin üstün xeyrinə  dəyişmişdir.  /Əlavə  №6-də Azərbaycanda  əsas iqtisadi fəaliyyət 
növləri üzrə sənaye istehsalının strukturu verilmişdir/ 
Əlavə  №6-da təqdim olunan məlumatlardan görünür ki, 1998-2000-ci illərdə neft-qaz 
hasilatı  və bu sahə ilə  əlaqədar xidmətlərdə dinamizm mövcuddur. Lakin bununla belə, neftin 
emalında geriləmə müşahidə olunur. Təhlil göstərir ki, 1998-2000-ci illər üzrə neft-qaz hasilatı 
və bu sahə ilə  əlaqədar xidmətlərdə artım emal sektorundan buraxılışın məhdudlaşdırılması 
hesabına formalaşır. Neftin xam şəkildə ixracı üstünlük əldə edir və emalda geriliklər yaranır. 
Ümumi təhlil spektrində  cədvəl  №4-də  əks olunan məlumatlar göstərir ki, neft hasilatının 
dinamikası ilə digər sahələrin inkişaf bağlılığı proporsional ölçüdə tərəqqi etmir. 
Respublikada həyata keçirilən neft strategiyası yalnız makroiqtisadi sabitlik effekti üçün 
deyil, həm də iqtisadi inkişafı yüksəldən amil aspektlidir. Neft sənayesinin inkişaf 
konsepsiyasına istinad edərək bir sıra ölkələrin təcrübəsi göstərir ki, neft gəlirlərinə ünvanlanmış 
strategiya yalnız makroiqtisadi sabitliyin qorunub saxlanılmasını  əhatə etməməli və o, 
iqtisadiyyatın digər sahələrinin inkişafına da yardımçı olmalıdır. Bunun üçün isə respublikanın 
davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında ARDNF sərvətlərindən digər sənaye 
sahələrinin dirçəldilməsi üçün dolğun və  səmərəli istifadə proqramları hazırlanmalı  və eyni 
zamanda bu proqram ölkədə energetik strategiyanın formalaşması amilinə çevrilməlidir. 
Energetik resursların istehsal və istehlak balansı işlənməli və sənaye istehsalının artım templərini 
ifadə edən əsaslandırmalar aparılmalıdır. 
Energetik strategiya yeni institusional yaranış deyildir. Planetin iqtisadiyyatı energetik libas 
aldığı zamanlarda analoji strategiyalar silsiləvi olaraq müxtəlif ölkələrdə intişar tapmış, 
mütəmmadi təbəllüdatlara uğramışdır. Bir qədər fərqli adlanışda Sovetlər İttifaqında da energetik 
strategiya daim işlənmiş, gerçəkləşmiş  və yeniləşdirilmişdir. Hər bir ölkə enerji resurslarının 
mövcudluq diapazonunun fərqinə varmadan özünün energetik təhlükəsizliyini təmin etmək 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə