E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə41/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   37   38   39   40   41   42   43   44   ...   121

 
86
Təqdim edilən sxemdən göründüyü kimi, neft-qaz industriyasında sahəvi emal kompleksi 
mühüm yer tutur. Bu kompleksi neftin xam şəkildə satışının alternativ güc mərkəzidir. Ona görə 
də bu, sahəvi infrastruktura diqqət və qayğı ilə yanaşmaq lazımdır. Azərbaycanda hazırda iki neft 
emalı zavodu «Azərneftyağ» və «Azərneftyanacaq» fəaliyyət göstərir. Zavodların birgə layihə 
gücü 25 milyon ton neftə hesablanmışdır. Bu zavodlar müvafiq layihə istehsal gücünə 
modifikasiya edilən zaman onların tam fuksional çevrədə  işləməsi üçün ittifaqın digər 
regionlarından neftin gətirilməsi nəzərdə tulmuş  və faktiki olaraq istehsal prosesi bu silsilədə 
davam etdirilmişdir. 1975-ci ildə  gətirilən xammal hesabına burada rekord miqdarda 23,43 
milyon ton neft emal edilmişdir. Hazırda isə bu zavodlar yalnız yerli xammal hesabına fəaliyyət 
göstərirlər. Burada hər il istehsal gücündən 3 dəfə az, orta hesabla 7,5-8,5 milyon ton neft emal 
edilir. Bu zavodların istehsal tsikli və texnoloji forması son dərəcə müasir deyildir və onların 
qabaqcıl texnologiyalara əsaslanan tərzdə modernləşməsi və diversifikasiyası  zərurətləri 
mövcuddur. Ümumiyyətlə, dünya təcrübəsində belə nəhəng zavodlar inşaasına üstünlük verilmir. 
Lakin buna baxmayaraq bir sıra ölkələr, xüsusən də, Çexiya, Polşa, Macarıstan, Qazaxıstan, 
Özbəkistan və Türkəmənistan milli energetik strategiyalarına müvafiq olaraq bu tip zavodların 
inşaasına və modernizasiyasını reallaşdırırlar. Lakin bütün bunlara baxmayaraq, həmən 
zavodlarda neft kontraktları  çərçivəsində  əlavə emal proseslərini gerçəkləşdirmək mümkündür. 
Bu proses ilk növbədə mazut, dizel yanacağı  və kerosin istehalında reallaşdırıla bilər. Belə ki, 
kontrakt tərəfdaşları dəmir yolu nəqliyyatı vasitəsi ilə bu məhsulların Avropa bazarlarına çıxışını 
təmin edə bilərlər. Bakı zavodlarında emal tarifləri də yüksək deyildir. Proses kommersiya 
şərtlərinə uyğun olaraq həm ödənişli və  həm də tollinq prossedurunda reallaşdırıla bilər. 
Hasilatın pay bölgüsü prinsipli tipik müqavilələr belə  vəziyyətdə  hər payçının müstəqil 
strategiyasını rəhbər tutur. Bu o deməkdir hər bir payçı öz neftinin sərbəst sahibidir. Onun xam, 
yarımfabrikat və ya hazır məhsul şəkildə hasilat məntəqəsindən istehlakçıya çatdırılmasına özü 
qərar verir. Məlumdur ki, neft xam şəkildə son istehlak məhsulu ola bilməz. O tam istehlak üçün 
hökmən emal prosesindən keçməlidir. Azərbaycan nefti də Avropa bazarlarına çatdırıldıqdan 
sonra müvafiq ölkələrdə emal prosesindən keçir. Avropada, xüsusən  İtaliya və Fransada 
keyfiyyətli və müasir standartlı emal və neft məhsulları istehsal edilən tam industrial komplekslər 
fəaliyyət göstərirlər. Azərbaycanda fəaliyyət göstərən neft kontraktları tərəfdaşları bu baxımdan 
belə strateji xəttin reallığına üstünlük verirlər. Lakin bu kontraktlarda payçı kimi iştirak edən 
ARDNŞ heç şübhəsiz ki, milli neft strategiyasına uyğun olaraq öz sərəncamında qalan artıq 
neftin Bakının emal zavodlarına göndərişini təmin edə bilər və onların səmərəli fəaliyyəti bir 
daha təmin edilmiş olar. 
Bakı şərəhində neft emalı müəssisələri ilə yanaşı, qeyd olunduğu kimi, qaz emalını həyata 
keçirən müvafiq zavodlar da mövcuddur. Bu zavodlar içərsində 1961-ci ildə istifadəyə verilmiş 
və 2002-ci ildə özəlləşdirməyə açıq elan edilmiş Bakı Qaz Emalı Zavodu mühüm yer tutur. 
Zavodda  əsasən maye qaz, propan-butan-pentan fraksiyası, qaz-benzin, eyni zamanda, yerli 
kimya sənayesi üçün müxtəlif neft-kimya xammalı  və sair məhsullar istehsal olunur. Əsasən 
respublikanın köhnə  dəniz yataqlarında çıxarılan qaz böyük proporsiyalarda bu zavodda qəbul 
olunaraq emal və təmizlənmə prosesindən keçir. Lakin zavodun istehsal gücü ölkədə hasil olunan 
kommulyativ toplumlu bütün qazın emalı  və  təmizlənməsinin reallaşdırılmasına müvafiq 
deyildir. Yaxın illərdə Azərbaycanda qaz hasilatının artacağı təqdirdə zavodun istehsal gücünün 
artırılmasına və yaxud tələblərə uyğun müvafiq tipli və ölçülü zavodların tikilməsinə ehtiyac 
yaranacaqdır. 
Azərbaycan Respublikasında artan təbii qaz hasilatı  kəmərlərsiz isteklak olunan maye və 
sıxılmış qazın istehsalının da genişlənməsini  şərtləndirir. Qeyd olunmalıdır ki, Azərbaycanda 
qismən də olsa daxili bazara əsaslanan maye qaz istehsal edən özəl formatlı müəssisələr 
mövcuddur. Artan qaz perspektivi isə bu sahədə  də texnoloji nailiyyətləri  əks etdirən yeni 
istehsal sahələrinin açılmasını diqtə edir. Maye və  sıxılmış qaza nəinki, respublikamızda, hətta 
yaxın xarijdə də ehtiyaclar var və bu ehtiyaclar daim artmaqdadır. 
 


 
87
«Əsrin kontraktı» bu çərçivədə hasil ediləcək səmt qazının Azərbaycana pulsuz 
veriləcəyini nəzərədə tutur. Burada məqsəd ondan ibarətdir ki, təzyiq problemindən asılı 
olmayaraq bu qazın səmərəli  şəkildə tutulması tam təmin edilməlidir. «Əsrin kontraktı» 
çərçivəsində hasil ediləcək səmt qazının həm təbii və həm də sıxılmış şəkildə məişətdə istifadəsi 
və ixraca yönəldilməsi məqsədi ilə yeni müvafiq industrial müəssisələrin inşaası vacibdir. Digər 
tərəfdən,  Şahdəniz layihəsinin gerçəkləşmə perspektivi bu strateji əhəmiyyətli istiqamətin 
reallaşmasında vacib amilə çevriləcəkdir. Ona görə  də, Azərbaycanda «metan epoxasının» 
başlanmasına rəğmən müvafiq strukturların yaradılması indidən həllini tapmalıdır. 
Respublikamızda isə artıq bir neçə onillikdir ki, təbii qazın saxlanılması Bakı  şəhəri 
yaxınlığında mövcud Qaradağ  və Qalmaz yeraltı qaz anbarları vasitəsi ilə  həyata keçirilir. Bu 
anbarların  ümumi aktiv həcmi 3 milyard m
3
-dir. Nəzəri-elmi  əsaslandırma və  sınanmış 
praktikaya görə meqapolislərdə, ümumiyyətlə, energetik ehtiyacları  təbii qaz istehlakına 
standartlaşdırılmış şəhərlərdə bu yanacaq növünə olan tələbin 10% miqdarında anbar ehtiyatının 
olması  zəruridir. Nəzər çəkilən reallıqlar fonunda Bakı  şəhərini və ümumilikdə, Azərbaycan 
Respublikasını fasiləsiz təbii qazla təmin etmək üçün bu anbarların gücü 10 milyard m
3
-ə 
çatdırılmalıdır. Bu həcm həmin anbarlar üçün müvafiqdir. Burada yalnız həmən anbarların 
müvafiq həcmə uyğun modernizasiyası reallaşdırmaq lazımdır. Potensial problemi isə ölkədə 
artacağı gözlənilən təbii qazın hesabına təmin olunacaqdır. Bu perspektivin reallaşmasında neft 
kontraktları üzrə tərəfdaşların səyləri vacib hesab edilir. 
Əksər neft kontraktlarını əhatə edən tərəfdaşlar hər il 100-120 min ABŞ dolları həcmində 
geofiziki tədqiqatlar üzrə «Azneft» İB-nin müvafiq təşkilatlarına sifarişlər verir. Lakin 
vurğulandığı kimi, konsorsium tərəfdaşları neft hasilatı üçün tələb olunan təchizat-xidmət 
xarakterli investisiyaları daha çox ana ölkələrində qeydiyyatdan keçmiş  təşkilatlara verməyə 
təşəbüslüdürlər. Belə bir faktı qeyd etmək lazımdır ki, «Xəzərdənizneftdonanması» idarəsinin 
sərəncamında geofiziki axtarışları təmin edən unikal gəmilər vardır. Bu gəmilər Xəzər dənizinin 
digər regionlarında, xüsusən Qazaxıstan respublikasında da müxtəlif sifarişləri yerinə yetirirlər. 
Xəzər qapalı  dəniz olduğundan onun dünya okeanına bir başa çıxışı da məhduddur. Bu çıxış 
çoxlu naviqasiya problemləri olan Volqa-Don kanalı vasitəsi ilə təmin olunur. Xəzər sahillərində 
isə analoji təyinatlı  gəmilər istehsal edən zavodlar yoxdur. Bu fakt isə ona dəlalət edir ki, 
müvafiq profilli gəmilər xarijdən gətirilməlidir. Belə olan təqdirdə isə «Xəzərdənizneftdonanma» 
idarəsinin bu tip gəmiləri Sovetlər  İttifaqı zamanında olduğu kimi, yenə  də  Xəzər 
akvatoriyasında inhisarçılıq imkanlarında qalırlar. Xəzər neftinə yönələn investisiyalardan 
faydalanmaq məqsədi ilə bir sıra qərb biznesmenləri Qazaxıstana mənsub gəmiləri icarəyə 
götürərək, onun müvafiq modifikasiyasını  təmin etmişlər. Konsorsium tərəfdaşları da bu 
reallıqdan istifadə edərək daha çox öz Qərb partnyorları ilə  işləməyə üstünlük vermişlər. Belə 
analoji hallar təkcə neft sektorunda deyil, digər xidmət sahələrində  də mövcuddur. Belə ki, 
Bakıda dünya standartlarına cavab verən yetərli milli mehmanxana, restoranlar şəbəkəsinin 
olmasına baxmayaraq, ölkəmizə  təşrif gətirən  əjnəbilər Avroatlantik məkana mənsub müvafiq 
komplekslərin xidmətlərindən istifadəyə daha çox üstünlük verirlər. Belə komplekslər isə yerli 
milli analoqlarında yalnız bahaçılığı ilə fərqlənirlər. Göründüyü kimi, paradoksda heç də rəqabət 
problemi yoxdur. Bu gerçəklik proteksionist siyasətin təzahürü kimi qiymətləndirilməlidir. 
Aşağıda təqdim edilən sxemdə  Azərbaycan neft təsərrüfatının sahəvi infrastrukturu 
verilmişdir. 
 
 
 
 
 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə