E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə38/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   34   35   36   37   38   39   40   41   ...   121

 
80
/«Azneft»  İstehsalat Birliyinin strukturlarına daxil olan təşkilatların siyahısı  əlavə  №3-də 
verilmişdir/ 
ARDNŞ-də 70 mindən çox əməkdaş çalışır ki, onların da 25%-ni mühəndis-texniki işçilər 
təşkil edirlər. Şirkətin əsas fondları 5 milyard ABŞ dolları civarında hesablanır. Əsas neft hasilatı 
köhnə yataqlardan təmin edilir. Artıq bir neçə ildir ki, bu yataqlardan stabil olaraq 9 milyon ton 
neft çıxarılır. Neftin 7,5 milyon tonu dənizdə, qalan 1,5 milyon tonu isə qurudan hasil edilir. 
Beynəlxalq neft kontraktları çərçivəsində də hasil edilən neftdə ARDNŞ-in payı vardır. 
Dənizdə  və quruda olmaqla Azərbaycanda kəşf olunmuş, işləməyə verilmiş  və 
perspektivdə olan 231 struktur mövcuddur. Bu strukturların 38,1%-i dənizdə, 61,9%-i isə quruda 
cəmləşmişdir. Respublikada 69 neft yatağı  aşkarlanmışdır. Bu yataqların 42-si qurunun, 27-si 
dənizin payına düşür. Bütün fəalliyyəti  ərzində Azərbaycana məxsus yataqlardan 1,8 milyard 
tondan çox karbohidrogen resursu çıxarılmışdır. Hasilat pikləri: neft üzrə 1941-ci ildə 23,4 
milyon ton neft, 1981-ci ildə 15 milyard m
3
 təbii qaz. 
Quruda sənayeləşən neft hasilatının yaşı 130 ili ötmüşdür. Burada əsas neft yataqları, /70%
Abşeron-Qobustan neft-qazlı rayonunda cəmləşmişdir. 1960-cı illərdən başlayaraq quru 
ərazilərində neft hasilatı  kəskin enmə ilə müşayiət olunur. Hasilatın artırılması yüksək kapital 
tələblidir. Elə bu məqsədlə də, dövlət müstəqilliyinin bərpasının ilk illərindən burada müştərək 
müəssisələr təşkil edilmişdir.  İlk müştərək müəssisələr qalıq ehtiyatlarının mənimsənilməsi və 
reabilitasiya prosesinin aparılması  məqsədi ilə  fəaliyyətləndirilmişlər. Hazırda quru ərazilərdə 
səhmdar əməkdaşlıq və «prodakşin şerrinq» - hasilatın pay bölgüsü əsasında konsorsium formatlı 
müştərək müəssisələr də /MM/ fəaliyyət göstərirlər. «Azneft» İB-nin hər il hazırlanan ümumi 
illik hesabatlarda MM-lərin fəaliyyəti qənaətbəxş hesab edilmir. Burada hasilatın, qazmanın 
aşağı düşməsi, fondun yeniləşməməsi, neftin keyfiyyətinin aşağı olması və digər texniki-iqtisadi 
göstəricilərin qeyri-qənaətbəxş olduğu  əks olunur. MM-lər kompleksi 2003-cü ildən «Azneft» 
İB-nin balansından çıxarılaraq ARDNŞ tərəfindən holdinq nəzarəti əsasında fəaliyyət göstərirlər. 
/Quru ərazilərdə yerləşən müştərək müəssisələrin təsnift siyahısı əlavə №4-də verilmişdir./ 
Azərbaycanın neft sənayesinin perspektivləri dəniz  şelfində görüntü verir. Burada əsas 
neftli strukturlar Abşeron arxipelaqında /82%/ cəmləşmişdir. Köhnə yataqlar silsiləsində  əsas 
neft hasilatı /70%/ Cünəşli yatağından təmin olunur. Dənizdə neft hasilatın yüksək həddi 1970-ci 
ildə /12,9 milyon ton/, təbii qazın hasilatı isə 1982-ci ildə /14,3 milyard m
3
/ baş vermişdir. 
Azərbaycan respublikasının  ən yeni neft tarixi vurğulandığı kimi, dövlət müstəqilliyinin 
bərpası  mərhələsindən başlanır.  Bu  tarixi  başlanğıc mənbəyini dəqiq olaraq 1994-cü ilin 20 
sentyabrında inkişaf etmiş dünya ölkələrinin aparıcı neft şirkətlərinin Azərbaycanın «Azəri-
Günəşli» və «Çıraq» /AGÇ/ yatağının işləməsi üzərə bağladığı ilk müqavilə - «Əsrin 
kontraktı»dan alır. Ötən müddət  ərzində, 1994-2003-cü illərdə Azərbaycanın neft sektorunda 
«Əsrin kontraktı» da daxil olmaqla 22 müqavilə bağlanmışdır.  /Azərbaycanın neft sektorunda 
1994-2003-cü illərdə bağlanmış neft müqavilələrinin təsnifat strukturu əlavə №5-də verilmişdir/ 
Bu müqavilələrdə 14 ölkənin 32 neft şirkəti təmsil olunmuşdur. Yaxın 15-20 ildə müvafiq 
müqavilələr üzrə Azərbaycanın neft sektoruna 50-60 milyard ABŞ dolları  həcmində  sərmayə 
qoyulacaqdır. Artıq bu sərmayələrin 10 milyard dolları  tətbiqini tapmışdır.  İnvestisiya həcmi 
proporsiyasında ABŞ kompaniyaları üstünlük təşkil edirlər. Onların investisiya payı bütün 
sərmayə qoyluşlarının 65%-i həcmindədir. Beynəlxalq neft kontraktlarının 5-i quru ərazilərdə 
istimarı nəzərdə tutulur və burada 3 kontrakt üzrə istismar davam etdirilir. Digər iki kontrakt üzrə 
fəaliyyət isə  işləmə  mərhələsindədir. Dənizdə bağlanmış müqavillər üzrə 15 əməliyyat  şirkəti 
yaradılmışdır. Ehtiyat parmaterliliyi və investisiya həcmliliyi baxımından  ən tutumlu neft 
müqaviləsi «Əsrin kontraktı»dır. Burada maksimal ehtiyatlar 700 milyon tondan çox hesablanır 
və bütün kontraktlar üzrə  sərmayə qoyuluşlarının yarsına qədəri bu kontraktın üzərinə düşür. 
«Əsrin kontraktı» üzrə 1997-ci ildən başlayaraq neft hasilatı  təmin edilir. Müqavilənin 
reallaşması üçün konsorsium tərəfdaşları Böyük Britaniyanın Bp şirkətinin operatorluğu ilə 
Azərbaycan Beynəlxalq  Əməliyyat  Şirkətinin /ABƏŞ/ qurumunu təsis etmişlər. Müəssisə tipi 
kimi, ABƏŞ  məhdud məsulliyyətli profilə malikdir və Qalman adalarında konsorsium 


 
81
tərəfdaşlarının səhm paketi proporsiyasında offoşor  şirkət kimi qeydiyyatdan keçmişdir. 
Müqavilənin şərtlərini əks etdirən layihədə nəzərdə tutulmuş birinci faza üzrə işlər tamamlanmış 
və ikinci fazanının reallaşması prosesinə başlanmışdır. İndiyədək «Əsrin kontraktı» çərçivəsində 
«Çıraq» platformasından ümumilikdə 27 milyon tondan çox neft çıxarılmış  və xarici bazarlara 
göndərilmişdir. Son beş il ərzində ABƏŞ  tərəfdaşları Supsa terminalı vasitəsi ilə 150-dən çox 
neft tankeri yola salmışlar. 
Xəzər neftin Avropa bazarlarına nəqli prosesində iki kəmər: Bakı-Supsa və Bakı-
Novorossiysk fəaliyyət göstərir. Supsa kəməri 6 milyon ton buraxlışa malikdir. Modifikasiyada 
isə, genişləndirməklə buraxlış  həcmini 10 milyon tona yüksəltmək mümkündür. Bakı-
Novorossiysk kəmərinin müasir buraxlış gücü də, təxminən Bakı-Supsa ilə eyniyyət təşkil edir. 
Lakin bu kəmərin genişləndirməsi imkanları 15 milyon ton hesablanır. Bu kəmərlərdə tariflər də 
müxtəlifdir. Bakı-Novorossiysk kəmərinin tarifləri 15 dollar 60 sent olduğu halda, Bakı-Supsa da 
bundan 5-6 dəfə  aşağı, 2 dollar 70 sentə  bərabərdir. Belə  vəziyyətin mövcudluğu hər milyon 
tonda 13 milyon dollar itkiyə  bərabərdir. Bu dissonans da tikinti xərcləri ilə  əlaqədar olaraq 
müqavilə  şərtlərində  əksini tapmışdır. Kəmərlərdən AÇG-dan hasil edilən ilkin neftlə yanaşı, 
köhnə yataqlardan çıxarılan neft də nəql olunur. Böyük neftin hasilatını isə Bakı-Tbilisi-Ceyhan 
kəməri təmin edəcəkdir. Bakı-Ceyhan-Şərq-Qərb enerji dəhlizidir. Bu saziş Azərbaycanı qlobal 
enerji mərkəzinə çevirmişdir. /Bakı-Ceyhanın strukturu: Operator BP-32,6%, ARDNŞ-25%, 
UNOCAL-8,9%, Statoil-8,71%, türk TPAO-6,53%, Agip-5,0%, TotalFinaEif -5%, Itochu-3,4%, 
Inpex-2,5%, Delta Hess-2,36%/ Ceyhana xam neft ixrac edən 1760 kilometrlik boru kəməri 
olacaqdır.  Əsas diametrik ölçüləri 42 düym olan kəmərdə 8 nasos və 98 ventil stansiyası 
qurulacaqır. Layihə 2,95 milyard dollar sərmayə qoyuluşu tələb edir. Boru kəməri 1500-dən çox 
sayla kəsişəcək,  ən hündür 2700 metr yüksəklikdən keçərək Ceyhanda dəniz səviyyəsinə 
enəcəkdir. 30 ay çəkəcək tikinti üzrə fiziki işlər artıq başlanmış  və 2005-ci ilin sonunda 
bitəcəkdir. Kəmər vasitəsi ilə ilk nəql 2006-ci ilin yazında gözlənilir. 
Azərbaycanın Xəzər Sektorunda fəaliyyət nəticəliyi təmin edilən ikinci mühüm neft 
kontraktı «Şahdəniz» müqaviləsidir. Son 20 ildə planetar miqyasda ikinci belə unikal təbii qaz 
yatağı  aşkarlanmamışdır. Dünya ümumi qaz ehtiyatlarının az qala 1%-i həcmində hesablanan 
yatağın ehtiyatlarının miqyası burada hasilat sona yetəndə daha dəqiq aşkarlıda bilinəcəkdir. Bu 
yataqdan ilk mərhələdə  ildə 8,1 milyard m
3
 qaz hasil olunacaq və gələcəkdə 15 milyard m
3
-ə 
çatdırılacaqdır. Azərbaycan və Gürcüstan ərazilərindən Türkiyəyə uzanan Bakı-Tbilisi-Ərzurum 
yeni qaz boru kəmərinin Şahdəniz qazının Avropa bazarlarına çıxışını təmin edəcəkdir. Bu yataq 
Azərbaycanın Xəzər sektorunda hasil ediləcək neftin miqdarını 2007-ci ildə 50 milyon tona 
yüksəlməsinə də yardımçı olacaqdır. Yataqdan hasil edilən neft və qaz öncə Səngəçal terminalına 
çatdırılmalıdır. Bunun üçün isə  Səngəçal terminalında moderinləşmə  və rekonstruksiya işləri 
aparılacaq, onun illik gücü neft və kondensat üzrə 26,5 milyon tona, təbii qaz üzrə isə 11 milyard 
m
3
-ə çatdırılması  nəzərdə tutulur. Yataqda qaz hasilatı 2007-ci ildə 8 milyard m
3
 illik həcmə 
çatacaqdır. 
 
 
6.2. Neftqazçixarma kompleksinin müasir durumu və problemləri 
 
Azərbaycanın neft industriyası yeni təbəllüdatlar mərhələsindədir. Yüz ildən çox istismarı 
davam edən köhnə yataqlarda hasilat perspektivləri məhdudlaşsa da Xəzərin Azərbaycan 
sektorunda ötən  əsrin sonlarında işləmələrə verilmiş  nəhəng yataqlar potensialı milli neft 
sənayesinin yeni mütərəqqi fazaya daxil olmasını əsaslandırır. Bununla belə vurğulanmalıdır ki, 
köhnə istismar sahələrində mövcud qalıq və proqnoz ehtiyatlar burada hasilatın tam XXI əsr 
boyu davamlı olacağını şərtləndirir. 
Dəniz və quru sahələrinə  təsnif olunan köhnə istismar zonasında istehsal prosesi 
gərginliklərlə müşayiət olmaqda davam edir. İstehsal çətinliyinin daha ağır sahəsi isə quru 
əraziləri  əhatə edir. Müvafiq istismar zonasında yerləşən quyuların lay enerjisinin tükənməsi, 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə