E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə37/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   33   34   35   36   37   38   39   40   ...   121

 
77
Cədvəl 23 
 
İdxal və ixrac əməliyyatlari üzrə gömrük rüsumlari 
/ABŞ  dolları/ 
Yekun elan edilmiş dəyəri 
Gömrük rüsumlarinin məbləği 
0 - 100.000 
dəyərin 0,15%-i 
100001-1.000.000 $150+$100.000-dan 
artıq məbləq üçün dəyərin 0,10%-i 
1000001 - 5000000 
$1050 + $1000001-dən artıq  məbləq üçün dəyərin 0,07%-i 
5000001 - 10000000 
$3850 + $5000001-dən artıq məbləq üçün dəyərin 0,05%-i 
10000000-dən yuxarı 
$6350 + $10000000-dən artıq  məbləq üçün dəyərin 0,01%-i 
 
Podratçı və onun subpodratçıları Azərbaycan Respublikasında qüvvədə olan xarici ticarət 
qaydalarında göstərilən malların idxalına və ixracına, həmçinin istehsalçı ölkələrdən mallar 
idxalına və bağlanmış müqavilələrin şərtlərinə görə podratçıya çatan karbohidrogenlərin ixracına 
aid qadağanlar və müxtəlif məhdudiyyətlər ilə bağlı tələblərə əməl etməkdən də azad olunurlar. 


 
78
VI FƏSİL 
SƏMƏRƏLİ TƏSƏRRÜFAT QURUCULUĞU VƏ DİNAMİK 
İQTİSADİ İNKİŞAF AMİLLƏRİ 
 
6.1. Milli neft-qaz kompleksinin təsərrüfat strukturunun özəllikləri 
 
Strateji məhsul olan neft-qaz resurslarının istənilən ölkənin həyatında rolu mühümdür. Neft 
mühüm istehsal, iqisadi-maliyyə resursu müasir zaman olmaqla sənaye potensialını  və 
iqtisadiyyatı hərəkətə gətirən, ölkənin hərbi qüdrətini tərənnüm edən əsas komponentdir. Əsaslı 
olaraq bu resursa istinadən bəşər cəmiyyəti özünü lazimi enerji, nəqliyyat sistemi ilə təmin etmiş 
olur. Enerji resurslarını dövlət, müəsissə və insanlar reallaşdırmaqla qarşılıqlı ödəmələri həyata 
keçirir və  nəticədə ölkənin maliyyə  və iqtisadi həyatında dolğun iştirak edirlər. Neftin sosial 
gücü, onun şəhər yaratma və aqlomerasiya effekti də mühümdür. Bütün bunlarla yanaşı, neft-qaz 
resursları müxtəlif formada iqtisadiyyatın bütün sahələrində  və  cəmiyyət üzvləri tərəfindən 
istehlak olunur. Obrazlı deylimdə neft-qaz kompleksi iqtisadiyyatın investisiya istiliyini təmin 
edən ən güclü və rahat sektoru funksiyasi rolunu yerinə yetirir. 
Azərbaycanın neft təsərrüfatı uzun tarixi bir yol keçmişdir. Burada min illər primitiv 
üsullarla davam edən hasilat XIX əsrin ortalarında sənaye xarakteri almış və 1872-ci ildə iltizam 
sisteminin ləğvi ilə yeni təsərrüfatçılıq ukladında formalaşmışdır. Neft fontanları ilə müşayiət 
olunan sürətli mexaniki qazma nailiyyətləri isə sahəyə xarici kapitalın gəlişinə zəmin olaraq bir 
çox Azərbaycanlıları sahibkarlara, klassik deylimdə «neft xuda»lara çevirmişdir. Azərbaycanda 
neft sənayesinin ilk strukturu mədən sahibkarlığı formasında təşəkkül tapmış, hər bir sahibkar 
neft işləmələri prinsiplərinin ticari tələblərinə uyğun olaraq məxsusi formada yaratmışdır. Lakin 
bununla belə, daha sistemli strukturlar da yaradılıb fəaliyyətləndirilmişdir. Norveçli iş adamları 
Nobellərin Azərbaycan neftinin istismarı ilə əlaqədar Bakıda 1879-cu ildə təşkil etdikləri «Nobel 
qardaşları» kampaniyası da məhz komplekslilik baxımından xeyli fərqli statusda çıxış etmiş və 
dünya neft tarixinə ilk şaquli inteqrasiyalı  şirkət kimi daxil olmuşdur. Azərbaycan neft 
sənayesində sahibkar funksionallığına əsaslanan neft təsərrüfatı yarım əsrə qədər davam etmiş və 
Azərbaycan Xalq Cümhuriyyəti mərhələsində də, bu biznes formatında qalmışdır. Sonrakı tarixi 
mərhələdə, 1920-ci ilin bolşevik istilasında Azərbaycanın neft sənayesi milliləşdirildi. Bir çox 
struktur və adlanış  dəyişikliklərinə  məruz qalmasına baxmayaraq, Azərbaycan neft təsərrüfatı 
ümumən «Azneft» istehsalat kompleksi /«Azneft»  İB/  adı altında yenidən təşəkkül tapdı  və 70 
ildən çox bir müddətdə fəaliyyətini davamlı etdirdi. 
İlk Azərbaycan nefti quru ərazilərdə hasil olunurdu. Bununla belə, 1902-1905-ci illərdə 
Bakı buxtası  və Pirallahı adası sahilləri yaxınlığında, dənizdə ilk quyular qazılmış  və buradan 
neftin çıxarılmasına başlanılmışdır. Lakin açıq dənizdə,  şelfli hövzədə tam industrial tələbli 
səviyyədə neft hasilatına 1949-ci ildən start verilmişdir. Azərbaycanın Xəzər sektorunda «Qara 
daşlar»da ilk quyunun fontan vurması ilə  əlaqədar mərkəzi paytaxt Bakıda olmaqla ittifaq 
əhəmiyyətli yeni neft istismarlı qurum, «Xəzərdənizneftqaz»  İstehsalat Birliyi yaradılmışdır. 
Ayrı-ayrı ittifaq əhəmiyyətli mərkəzi icra qurumlarına tabe olaraq hər iki qurum «Azneft» və 
«Xəzərdənizneftqaz»  İstehsalat Birlikləri yanaşı olaraq 30 ildən çox bir müddətdə sovet 
sisteminin rəqabət xüsusilə, təşkilatları kimi, istehsal yarışını davam etdirmişlər.  İstiqlalın 
bərpasının ilk ilində bu qurumlar birləşdirilmiş  və çox qısa bir müddətdən sonra yenidən 
ayrılaraq müstəqil balanslarda fəaliyyətlərini göstərmişlər. 2003-cü ildən başlayaraq isə  hər iki 
neft kompleksi yenidən birləşərək vahid «Azneft» İstehsalat Birliyi adı altında fəaliyyət 
göstərməkdədir. 
1994-cü ildə dünyanın aparıcı neft kompaniyalarının Xəzər akvatoriyasında aşkarlanan 
yeni nəhəng yataqlar üzrə bağladıqları  «Əsrin müqaviləsi» isə milli neft sənayesində yeni bir 
mərhələnin başlanğıcını qoymuş və Azərbaycanda xarici müştərək kapitala əsaslanan «Hasilatın 
pay bölgüsü» təyinatlı yeni neft biznesi strukturu təşəkkül tapmışdır. 


 
79
Ölkə neft sənayesinin təşəkkülü, formalaşması  mərhələləri və sistem özəlliyinə verilən 
şərh, bir daha onunla əsaslandırılır ki, milli neft sektorundakı müasir fəaliyyət strukturunun 
düzümü, mahiyyət və prinsipləri genetik obrazda daha görüntülü təcəssüm edilsin. 
Azərbaycan müasir neft industriyası struktur düzümü aşağıdakı ən ümumi konfiqurasiyaya 
malikdir: 
I.Subsahəvi; 
1
 
quruda; 
2
 
dənizdə. 
II.İstismar müddətli; 
1
 
köhnə yataqlar; 
2
 
yeni strukturlar. 
III.Təsərrüfatçılıq orientasiyası
1
 
istehsalat birlikləri; 
2
 
xarici kapitallı müştərək müəssisələr; 
3
 
hasilatın pay bölgüsü-konsorsium. 
Dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin neft sənayesi Azərbaycan 
Respublikasının Dövlət Neft Şirkəti /ARDNŞ/ adlı vahid qurumda təşkilatlanmışdır. ARDNŞ 
kəşfiyyatdan son istehlakçıya qədər istehsal tsiklini əhatə edən  şaqulu inteqrasiyalı holdinq 
təyinatlı strukturdur. Beynəlxalq arenada fəaliyyət göstərən analoji qurumlardan fərqli olaraq 
ARDNŞ bazar prinsiplərinə  və korporativ ənənəyə müvafiq olaraq tam sistemli 
səhmləşməmişdir. Səhmləşmə isə onun təsisçisi olduğu müştərək qurumlarda mövcuddur. Belə 
reallıq təşkilata daha çox qeyri-bazar strukturlu təyinat görüntüsü verir. Yarandığı gündən bir 
neçə struktur dəyişikliyinə  məruz qalan şirkət,  əzəli statusunu saxlamaqla 2003-cü ildən daha 
yığcam təşkilatı  şəbəkədə modifikasiya olunmuşdur. ARDNŞ müasir ümumi təşkilatı strukturu 
aşağıdakı kimidir: 
1.«Azneft» İstehsalat Birliyi;  
2.«Geofizika və mühəndis geologiyası» İstehsalat Birliyi;  
3.«Neft kəmərləri» idarəsi;  
4.«Marketinq və iqtisadi əməliyyatlar» idarəsi;  
5.«Xarici sərmayələr» idarəsi;  
6.«Azərneftyağ» neft emalı zavodu;  
7.«Azərneftyanacaq» neft emalı zavodu;  
8.Bakı dərin özüllər zavodu. 
ARDNŞ  ən mühüm və  ən nəhəng istehsalat kompleksi, «Azneft» İstehsalat Birliyi də 
irihəcmli müəssisə  və müəssisə birlikləri  şəbəkəsinə malikdir. Birliyin strukturunda dünya neft 
sənayesində ikinci dəniz neft armadası olan 300-ə  qədər gəmi ilə  təmsil olunan 
«Xəzərdənizneftdonanma» idarəsi də fəaliyyət göstərir. «Azneft» İB-nin ən mühüm strukturları 
isə Neftqazçıxarma və Qazma işləri idarələridir. NQÇİ-lərin struktur düzümünə  əsasən 
aşağıdakılar daxildir: 
1.
 
neftqazçıxarma mədənləri; 
2.
 
nəqliyyat sexi; 
3.
 
xüsusi texnika sexi; 
4.
 
tikinti işləri sexi
5.
 
quyuların əsaslı və yeraltı təmiri sexi; 
6.
 
elektrik avadanlıqları təmiri və prokatı sexi; 
7.
 
elmi-tədqiqat və istehsalat işləri sexi; 
8.
 
istehsalın avtomatlaşdırılması sexi; 
9.
 
neftin və texniki suyun kompleks  hazırlanması sexi; 
10.
 
qazın yığılması və hazırlanması sexi; 
11.
 
yardımçı təsərrüfat; 
12.
 
sosial təyinatlı qurumlar. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə