E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə52/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   48   49   50   51   52   53   54   55   ...   121

 
108
məhsuldarlığının fərdi, lokal və ictimai növlərinin fərqləndirirlər.  İjtimai  əmək məhsuldarlığı 
istehsal olunmuş milli gəlirin maddi istehsalda çalışan hər işçiyə düşən həcmi ilə ölçülür. Əmək 
məhsuldarlığının yüksəldilməsinin  əsas amilləri bunlardır: elmi-texniki tərəqqi,  əmək 
kollektivlərinin mədəni-texniki səviyyəsinin artırılması, istehsalın və  əməyin təşkilinin 
təkmilləşdirilməsi,  əməyin nəticələrinə görə  işçilərin maddi və  mənəvi marağının 
gücləndirilməsi. 
Fondverimi - sahənin /şirkətin, müəssisənin/ istehsal əsas fondlardan istifadənin 
səmərəlilik səviyyəsini xarakterizə edən ümumiləşdirilmiş göstəricidir. Fondverimi göstəricisi 
istehsal əsas fondların 1000 manatlıq, yaxud 10000 manatlıq dəyərinə düşən məhsul istehsalının 
miqdarıdır. Fondverimi  məhsulun illik həcmini istehsal əsas fondların orta illik tam balans 
dəyərinə bölməklə müəyyən edilir. Fondverimi göstəricisi fəaliyyətdə olan və yeni işə salınan 
müəssisələr üçün bütün fondlar və ayrılıqda isə  əsas fondların aktiv hissəsi üzrə hesablanır. 
Fondverimini hesablamaq üçün məhsulun illik həcmi sahənin /müəssisənin/ topdansatış 
qiymətində hesablanır,  əsas fondlar isə, aşınma nəzərə alınmadan, onların ilk dəyəri ilə 
qiymətləndirilir. Fondverimi son illərdə daima azalmağa doğru meyl edir. Fondveriminin 
yüksəldilməsinə - əsas fondların strukturunun təkmilləşdirilməsi, yəni onların aktiv hissəsinin 
payının artırılması, köhnəlmiş  və  səmərəsiz  əmək vasitələrinin yenisi, yüksək məhsuldarlı 
vasitələrlə  əvəz edilməsi, növbədaxili boş dayanmaların aradan qaldırılması, yaxud minimuma 
endirilməsi, iş yerlərinin attestasiyasının keçirilməsi və artıq avadanlıqların satılması, 
avadanlıqların planlı-xəbərdarlıq təmirinin vaxtında və  dəqiq təşkili, ona qulluq edilməsinin 
yaxşılaşdırılması hesabına nail olunur. 
Fondtutumu - fondveriminə  əks olan göstərici olub, məhsulun 1000 manatına, yaxud 
10.000 manatına düşən istehsal əsas fondların dəyərini səciyyələndirir. Müəssisələr üzrə 
fondtutumu istehsal əsas fondların orta illik balans /aşınma çıxılmaqla/ dəyərinin müəyyən 
dövrdə /məsələn, rübdə, ildə/ buraxılmış xalis məhsulun, yaxud əmtəəlik məhsulun həcminə 
nisbəti kimi müəyyən olunur. Fondtutumu göstəricisindən tikinti layihəsini işləyib hazırladıqda, 
məhsul buraxılışını artırmaq üçün əlavə investisiya qoyuluşu həcmini müəyyən etdikdə və digər 
hesablamalarda istifadə edilir. 
İstehsalın material tutumu - pul, dəyər ifadəsində  məhsul /iş, xidmət/ vahidinə düşən 
material sərfinin həcmini səciyyələndirən göstəricidir.  İstehsalın material tutumunu 
hesablayarkən bütün material ehtiyatlarını /məsələn, xammal, əsas və köməkçi materiallar, 
yanacaq, istilik və elektrik enerjisi, satın alınmış komplektləşdirici məmulatlar və 
yarımfabrikatlar/ sərfi nəzərə alınır. Xalq təsərrüfatı, sahə /müəssisə/ və  məhsul üzrə istehsalın 
material tutumu fərqləndirilir. Xalq təsərrüfatı üzrə material tutumu ümumi daxili məhsula, 
yaxud milli gəlirə görə, sahə /müəssisə/ miqyasında isə xalis, yaxud əmtəəlik məhsula görə 
hesablanır. Məhsulun metal tutumu, enerji tutumu, kimya tutumu və sair istehsalın material 
tutumunun ayrı-ayrı  tərkib ünsürləridir. Dəyər, natural-dəyər, yaxud natural ifadəsində 
hesablanan bu göstəricilərin köməyi ilə ümumi istehsalın material tutumu ilə maddi-texniki 
ehtiyatların konkret növlərinin sərfi normaları arasında  əlaqə yaradılır.  İstehsalın material 
tutumunun azaldılmasının  əsas amilləri - texniki tərəqqi, yəni maşın və mexanizmlərin 
konstruksiyasını  təkmilləşdirmək, parametrlərini yaxşılaşdırmaqla yanaşı kütləsini /vəznini, 
çəkisini/ azaltmaq, elektrotexnikanın son nailiyyətləri əsasında məmulatları miniatürləşdirmək və 
mikrominiatürləşdirmək, mütərəqqi materiallar tətbiq etmək, aztullantılı  və tullantısız 
texnologiya tətbiq etmək, qənaəti maddi cəhətdən stimullaşdırmaq və ehtiyatlardan israfçılıqla 
istifadəyə görə məsuliyyəti artırmaq, onların ciddi uçotunu aparmaq, hər kəsdə sahiblik, ictimai 
əməyin nəticələrinə görə qayğılı münasibət hissi tərbiyyə etməkdən ibarətdir. 
Məhsulun metal tutumu - məhsul, yaxud milli gəlir vahidinə metal sərfini xarakterizə 
edən göstəricidir. Metal tutumu göstəricisi natural və  dəyər ifadələrində hesablanır: məhsul 
vahidinə, 1 milyon manatlıq əmtəəlik məhsula, xalis məhsula, ümumi daxili məhsula və ya milli 
gəlirə tonla, yaxud manatla metal sərfi. Metal tutumunun xüsusi göstəriciləri sərf olunan metalın 
və istehsal olunan məhsulun növləri üzrə - məhsul vahidinə qara metal prokatı  sərfi, çuqun və 


 
109
polad  ərintiləri sərfi və başqa metal məhsulu növləri üzrə müəyyən olunur. Bütövlükdə xalq 
təsərrüfatı üzrə  məhsulun metal tutumu natural ifadədə /məsələn, tonla/ istehlak olunmuş qara 
metal həcminin ümumi daxili məhsula, yaxud milli gəlirə nisbəti kimi, ayrı-ayrı sahələr 
/müəssisələr/ üzrə isə istehlak olunmuş qara metal həcminin  əmtəəlik məhsulun həcminə olan 
nisbəti kimi hesablanır. 
Məlumat üçün qeyd edək ki, məhsulun metal tutumu göstəricisinin natural və  dəyər 
ifadələri əksər hallarda bir-birlərinə uyğun gəlmir. Məhsul vahidinə /məmulatın kütlə tutumu/ və 
ya məmulatın  əsas texniki parametrləri vahidinə  /məsələn, güc, məhsuldarlıq, yükgötürmə 
vahidinə və sair/ metalın xüsusi sərfi göstəricisi konstruksiyanın mütərəqqiliyini səciyyələndirir. 
Eyni zamanda daha möhkəm, lakin həm də daha bahalı konstruksiya materialları tətbiqi hesabına 
məmulat kütləsinin azaldılması  dəyər ifadəsində  həmin məmulatın metal tutumu göstəricisinin 
yüksəldilməsinə  səbəb ola bilər. Buna görə  də  məmulat istehsalına metal sərfini  əks etdirən 
istehsalın metal tutumu ilə yanaşı  məmulatın istismar tutumu da müəyyən edilir və bu zaman 
metalın təkcə  məmulat istehsalına deyil, həmçinin normativ xidmət müddəti  ərzində istehlakı 
prosesində  sərfi də  nəzərə alınır. Məmulatın istismar metal tutumu onun etibarlığını  və 
uzunömürlüyünü artırmaq, təmirə  və ehtiyat hissələrinə  tələbatı azaltmaq hesabına azaldılır. 
Məmulatın istismar tutumunun azaldılması metala qənaətin mühüm istiqamətidir. Məhsulun 
metal tutumunun azaldılmasına istehsalın strukturunun təkmilləşdirilməsi, istehsal olunan 
məhsulun öz tərkibinə, çeşidinə, keyfiyyətinə, ictimai tələbatın bütün istehlak xassələrinə uyğun 
gəlməsi mühüm təsir göstərən amillərdir. 
Məhsulun enerji tutumu - məhsul, yaxud milli gəlir vahidinə  sərf olunmuş enerjinin 
miqdarını xarakterizə edir. Bütövlükdə xalq təsərrüfatı üzrə ilkin yanacaq-enerji sərfinin istehsal 
olunmuş milli gəlirin, yaxud ümumi ictimai məhsulun həcminə nisbəti kimi, ayrı-ayrı sahələr 
/müəssisələr/ üzrə isə,  əmtəəlik  /xalis/ məhsulun həcminə nisbəti kimi hesablanır. Bu zaman 
istehsal-istismar ehtiyaclarında istehlak olunmuş, yəni texnoloji ehtiyaclara sərf edilmiş hər cür 
yanacaq-enerji növləri nəzərə alınır. Məhsulun enerji tutumunun azaldılması istehsalın 
intensivləşdirilməsinin, ehtiyatlara qənaət olunmasının mühüm istiqamətləridir; buna enerji 
istehsalı və istehlakı proseslərinin hər vasitə ilə təkmilləşdirilməsinə yönəldilmiş texniki, iqtisadi, 
təşkilati, texnoloji və tərbiyəvi tədbirlər sisteminin həyata keçirilməsi ilə nail olunur. 
Məhsulun kimya tutumu - məhsul, yaxud milli gəlir vahidinə kimya sənayesinin 
məhsullarının sərfini səciyyələndirir. Hazırda elə bir sənaye məhsulu tapılmaz ki, onun 
istehsalında kimya sənayesinin məhsullarından istifadə edilməsin. Kimya sənayesinin 
məhsullarından istifadə edilməsi təbii materiallara qənaət etməyə, təbii materialların süni 
materiallarla əvəz etməyə imkan verir. 
Elm və texnikanın müasir inkişaf mərhələsi təsərrüfat məsələlərinin çoxvariantlılığı ilə 
xarakterizə olunur. Belə bir hal investisiya qoyuluşundan istifadəni qiymətləndirmək üçün 
müqayisəli iqtisadi səmərəlilik göstəricilərindən istifadə olunmasını  zəruri edir. Müqayisəli 
iqtisadi səmərəlilik göstəricilərinə müxtəlif variantlar üzrə investisiya qoyuluşunun özünüödəmə 
müddəti və effektivlik əmsalı, məhsulun maya dəyəri, illik qənaət, gətirilmiş məsrəflər, məhsulun 
əmək tutumu, keyfiyyəti və sair aiddir. 
İnvestisiya qoyuluşunun özünüödəmə müddəti - investisiya qoyuluşu həcminin il 
ərzində ondan istifadə nəticəsində əldə edilən gəlirə olan nisbəti kimi hesablanır, yəni töd = İqoy 
: Gil. Bir qayda olaraq, müxtəlif variantlar müxtəlif investisiya qoyuluşu və cari xərclər tələb 
edir. Çoxlu sayda variantlar içərisindən ən yaxşısını seçmək üçün onlar investisiya qoyuluşu və 
cari xərc üzrə cüt-cüt müqayisə edilir və onlardan ən az müddətdə ödənilən variant seçilir. 
Nəticədə investisiya qoyuluşunun və cari xərclərin nisbətləri üzrə variantların müqayisəli 
effektivliyi aşağıdakı düsturla müəyyən edilir: 
 
töd = (İ1 - İ2) : (X1 - X2) 
 
Burada: 
İ1 və İ2 - müqayisə edilən variantlar üzrə investisiya qoyuluşu, manat; 
X1 və X2 - həmin variantlar üzrə cari xərclər



Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə