E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə48/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   44   45   46   47   48   49   50   51   ...   121

 
100
arasında maddələr mübadiləsi kimi çıxış etmir. Qeyri-maddi istehsal sahəsində əmək fəaliyyəti 
spesifik istehlak dəyəri - xidmətlər yaradır və reallaşdırır. Qeyri-maddi istehsal sahələrində 
yaradılan xidmətlərin müxtəlifliyinə baxmayaraq, onlar arasında bir ümumilik var ki, bu da 
onları bir sahə daxilində birləşdirir və maddi istehsaldan aşağıdakı xüsusiyyətlərinə görə 
fərqləndirir: 
1.
 
qeyri-maddi istehsal sahələrinin fəaliyyəti ilk növbədə insan amilinin formalaşmasına 
şərait yaradır. Odur ki, bu sahələrin inkişafı əhalinin həyat səviyyəsinin yüksəldilməsinə 
və insanların mənəvi inkişafına bilavasitə təsir göstərir; 
2.
 
qeyri-maddi istehsal sahələrində əmək prosesi maddi istehsala nisbətən yaradıcı, yüksək 
intellektual xarakter daşıyır, yəni burada canlı  əmək böyük rol oynayır. Ona görə  də 
qeyri-maddi istehsal sahələrində canlı əməyin maddiləşmiş əməklə əvəz olunması, onun 
mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün geniş imkanlar yoxdur. Bu o deməkdir 
ki, qeyri-maddi istehsal sahələrinin inkişafı,  əsasən,  əmək resursları hesabına həyata 
keçirilir; 
3.
 
qeyri-maddi istehsal sahələri maddi istehsal sahələrinə nisbətən daha çox 
əməktutumludur. Bununla belə, xidmətlərin yaradılmasında maddi resursların 
əhəmiyyəti getdikcə artır. Bu, öz əksini qeyri-maddi istehsal sahələrinin fondtutumunun, 
məsrəflərin ümumi həcminin quruluşunda maddi xərclərin və qeyri-maddi istehsal 
fondlarının tərkibində onun aktiv hissəsinin xüsusi çəkisinin artmasında büruzə verir; 
4.
 
bəzi qeyri-maddi istehsal sahələrində xidmətlərin istehsalı və istehlakı məkan və zaman 
ərzində üst-üstə düşmür, deməli, qeyri-maddi istehsal sahələrində çalışan işçilərin 
əməklərinin nəticələrini bir yerdən digər yerə daşımaq və yığıb saxlamaq mümkün deyil. 
Odur ki, maddi istehsala nisbətən qeyri-maddi istehsal sahəsi daha çox regional 
amillərdən asılıdır və xidmət bazarı, əsasən, yerli, lokal xarakter daşıyır; 
5.
 
qeyri-maddi istehsal sahələrində  əməyin nəticələri maddi istehsal sahələrindən fərqli 
olaraq, ancaq şəxsi və qeyri-maddi istehsal təyinatlı ictimai istehlakı ödəyir. Bu 
baxımdan maddi istehsala nisbətən qeyri-maddi istehsal sahəsi həmişə istehlak sahəsi 
kimi çıxış edir və burada əmək vasitələri kimi uzun müddət istifadə edilən istehlak 
malları öz dəyərlərini istehsal olunan poliqrafiya məhsullarının üzərinə keçirmir; 
6.
 
qeyri-maddi istehsalın  əksər sahələrinə, məsələn, təhsilə, səhiyyəyə, mədəniyyətə  və 
digər ictimai nemətlər yaradan sahə, bazar mexanizminin mövcudluğu, büdcə 
maliyyələşdirilməsi və normativ iqtisadiyyat kimi baxmaq olar. Maddi istehsal 
sahələrinin məhsullarından fərqli olaraq qeyri-maddi istehsal sahələrinin məhsulların 
bölünməzliyi, birgə istehlak edilməsi, yüksək sosial əhəmiyyət kəsb etməsi, ictimai-
dövlət mülkiyyəti və dövlət maliyyələşdirilməsi formasının üstünlük təşkil etməsi ilə 
fərqlənirlər.  İjtimai nemətlərin bölünməzliyi ayrı-ayrı adamlar tərəfindən onların fərdi 
formada istehlakını mümkün etmir. Bu nemətlərin istehlakı cəmiyyətin bütün üzvlərinə 
şamil edilir və bir qayda olaraq, ictimai, birgə formada həyata keçirilir. Dünyanın bir 
çox ölkələrində ictimai nemətlər dövlət tərəfindən maliyyələşdirilir. Bu o deməkdir ki, 
qeyri-maddi istehsal sahəsinin məhsullarının, xidmətlərinin müəyyən hissəsi bazar 
mexanizmindən kənarda qalır; 
7.
 
qeyri-maddi istehsal sahəsində tətbiq edilən əmək dəyər yaratmır və bu sahədə istifadə 
edilən maddi vəsaitlərin dəyəri  əməyin nəticələrinin üzərinə keçirilmir. Lakin, bazar 
iqtisadiyyatı şəraitində qeyri-maddi istehsal sahələrindəki xidmətlər dəyər, pul forması 
alır. Xidmətlərin dəyəri olmadan dəyər forması alması yeganə hal deyil. Belə ki, real 
həyatda dəyəri olmayan şeylər də dəyər, qiymət forması alır. Məsələn, torpaq, qiymətli 
kağızlar, təbiət nemətlərinin dəyəri olmasa da qiyməti var. 
İqtisadiyyatın sosial inkişafının istiqamətinin gücləndirildiyi bir şəraitdə ictimai tələbatın 
ödənilməsində qeyri-maddi istehsal sahəsinin rolu xeyli artır.  İjtimai istehsalın inkişafı xeyli 
dərəcədə iqtisadiyyatın, elm və  mədəniyyətin təşkili və idarə edilməsindən, maddi istehsala 
xidmətdən asılı olur. Həm  əhalinin tələbatının ödənilməsi və  həm də istehsalın inkişafı üçün 


 
101
mənzil-kommunal təsərrüfatının, səhiyyənin, maarifin, idmanın və digər sosial yönümlü 
tədbirlərin böyük əhəmiyyəti vardır. Bununla belə, sənayenin inkişafına yönəldilmiş ümumi 
investisiya qoyuluşunun tərkibində istehsal təyinatlı obyektlərin tikintisinə  sərf edilən vəsaitin 
payı ildən-ilə artır.  /Əlavə  №7-də Azərbaycanda tikinti obyektləri üzrə investisiya qoyuluşunu  
əks etdirən cədvəl verilmişdir./ 
 
 
7.2. İnvestisiya qoyuluşunun obyektləri və maliyyələşdirilmə mənbələri 
 
Neftqazçıxarma sənayesinin inkişafına yönəldilmiş investisiya, əsasən geoloji-kəşfiyyat və 
axtarış  işlərinə, quyuların tikintisinə, qazma işlərinin həyata keçirilməsinə, neft-qazın 
çıxarılmasına və emal olunmasına, neft, neft məhsulları və təbii qazın nəql edilməsi üçün boru 
kəmərlərinin çəkilməsinə, neft-qaz anbarlarının tikilməsinə  sərf edilir. Odur ki, neftqazçıxarma 
sənayesində  həmin obyektlər investisiya qoyuluşunun obyektləri hesab edilir. Göstərilən 
obyektlərin iqtisadi mahiyyəti ondan ibarətdir ki, onlar aşağıdakıları təmin edirlər:  
1.
 
neft və qaz hasilatının lazımi sürətini və miqyasını; 
2.
 
neft sənayesinin, bütövlükdə  sənayenin və xalq təsərrüfatının inkişafındakı optimal 
nisbətləri; 
3.
 
istehsalın maddi-texniki bazasının inkişafını; 
4.
 
yeni texnikanın və mütərəqqi texnologiyanın yaradılmasını; 
5.
 
respublikamızın ərazisi üzrə  məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinin həyata 
keçirilməsini; 
6.
 
əhalinin maddi və mədəni səviyyəsinin yüksəldilməsini. 
İnvestisiya qoyuluşunun obyektlərinin təyinatından və xarakterindən asılı olaraq onun 
müxtəlif növlərini fərqləndirirlər. Burada gələcək obyektlərin məqsədli təyinatına görə istehsal 
obyektlərinin, mədəni-məişət obyektlərinin, inzabati binaların tikintisi, geoloji-kəşfiyyat və 
axtarış işlərinin həyata keçirilməsinə, ətraf mühitin mühafizəsi əsas yer tutur. 
İnvestisiya qoyuluşları aşağıdakı fərqləndirici təsnifata malikdirlər: 
1.
 
əsas fondların təkrar istehsalı formalarına görə /yeni tikintiyə, mövcud istehsalların 
genişləndirilməsinə, yenidən qurulmasına, avadanlıqların modernləşdirilməsinə, 
texnika ilə yenidən silahlandırılmasına/; 
2.
 
əsaslı tikinti işlərinin texnoloji quruluşuna görə  /tikinti-quraşdırma işlərinə 
avadanlıq və istehsal inventarlarının alınmasına, layihə-axtarış işlərinə/. 
Biz  əvvəllərdə yeni tikinti, istehsalın genişləndirilməsi, yenidən qurulması  və texnika ilə 
yenidən silahlandırılmasından bəhs etmişdik. İndi isə investisiya qoyuluşunun mühüm 
obyektlərindən olan əmək vasitələrinin modernləşdirilməsindən, yeni texnika və 
mütərəqqi texnoloji proseslərin yaradılmasından danışmaq istərdik. 
Əmək vasitələrinin modernləşdirilməsi - fəaliyyətdə olan əmək vasitələrinin 
təkmilləşdirilməsi və onlarda əməli dəyişiklik aparmaq, qovşaq və hissələri  əvəz etmək və 
möhkəmləndirmək, istehsal əməliyyatlarını mexanikləşdirmək və avtomatlaşdırmaq üçün 
tərtibatlar və cihazlar quraşdırmaqla onların istehsalını müasir texniki-iqtisadi səviyyəsinə cavab 
verən vəziyyətə  gətirilməsidir.  Əmək vasitələrinin modernləşdirilməsi  əsas fondların, başlıca 
olaraq,  əmək alətlərinin və  hər  şeydən öncə  iş maşın və avadanlıqların daim təzələnməsi 
formasıdır

O, iş maşın və avadanlıqların texniki səviyyəsinin yüksəldilməsini, işin iqtisadi 
göstəricilərinin yaxşılaşdırılmasını  təmin edən bəzi konstruksiya dəyişiklikləri etməyi nəzərdə 
tutur. Əmək vasitələrinin modernləşdirilməsi əsas fondların mənəvi köhnəlməsini qismən aradan 
qaldırmağa imkan verir. Əmək vasitələrinin kompleks modernləşdirilməsi daha mütərəqqi 
texnoloji proseslərin tətbiqi, istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, 
ixtisaslaşmanın dərinləşməsi ilə birlikdə  həyata keçirildikdə xüsusilə  səmərəli olur. Əmək 
vasitələrinin modernləşdirilməsi nəticəsində avadanlıq axın və avtomatlaşdırılmış xəttə qoşulur, 
xüsusi texnoloji tərtibat və  ləvazimatlarla təhciz edilir. Avadanlığın modernləşdirilməsi onun 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə