E. M. Hacızadə Z. S. Abdullayev


Aradan qaldırılması imkanlarından asılı olaraq



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə56/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   52   53   54   55   56   57   58   59   ...   121

 
116
Aradan qaldırılması imkanlarından asılı olaraq risklər müntəzəm /bazar, diversifikasiya 
olunmayan/ və qeyri-müntəzəm /spesifik, diversifikasiya olunan/ risklərə bölünür. Müntəzəm 
risklər iqtisadiyyatda baş verən proseslər nəticəsində əmələ gəlir və onu diversifikasiya yolu ilə 
aradan qaldırmaq mümkün olmur. Bazar riskləri ümumi risklərin təqribən 30-50%-ni təşkil edir. 
Qeyri-müntəzəm risklər isə risklərin diversifikasiya yolu ilə, yəni müxtəlif layihələrə  vəsaitlər 
qoymaqla aradan qaldırıla bilinən risklərdir. 
Məlumat üçün qeyd edək ki, respublikamızda fəaliyyət göstərən bir çox xarici neft 
şirkətlərinin kifayət qədər maliyyə vəsaitlərinə malik olmalarına baxmayaraq uzun müddətli borc 
maliyyələşdirilməsinə /kreditləşdirməyə/ üstünlük verilir. Bunun müsbət cəhəti ondan ibarətdir 
ki, bu zaman riskin bir hissəsi borcu verən bank idarəsinə ötürülür. 
Uzun müddətli borc maliyyələşdirilməsi kredit idarələri tərəfindən reqress /tənəzzül, 
geriləmə, dala getmə/ dərəcələrinə görə üç qrupa ayrılır:  
1.
 
tam reqress hüquqlu kreditlər - borc vəsaitlərinin müəssisənin bütün vəsaitləri və 
istənilən maliyyə əməliyyatı hesabına qaytarılmasını nəzərdə tutur; 
2.
 
reqress hüququ olmayan kreditlər və yaxud layihə maliyyələşdirilməsi yaranan borc 
vəsaitlərinin yalnız həyata keçirilən layihədən alınan gəlirlər hesabına ödənilməsini 
nəzərdə tutur. Bu zaman kredit idarələri üçün riskin dərəcəsi artır və buna görə  də 
verilmiş kreditlər üzrə faiz tarifləri də yüksək olur; 
3.
 
məhdud reqress  hüquqlu risklər - tam reqress hüquqlu və reqress hüququ olmayan 
kreditlərin verilməsi qaydalarının eyni zamanda qarışıq tətbiqini nəzərdə tutur. 
İşlənmə sisteminin effektivliyi bir sıra amillərdən asılıdır. Onlara aiddir: 
1.
 
ölkənin xam neftə, neft məhsullarına və təbii qaza olan tələbatını ödəyən işlənmə tempi
2.
 
neft-qaz yatağının sənaye əhəmiyyətli neft-qaz ehtiyatlarından istifadə etmə dərəcəsi; 
3.
 
material və əmək məsrəflərinin səviyyəsi. 
Ölkənin xam neftə, neft məhsullarına və təbii qaza olan tələbatı daima artdığından neft və 
qaz hasilatını çoxaltmaq üçün yatağın işlənmə müddətini qısaltmaq zərurəti yaranır. Lakin 
yatağın işlənmə müddəti nə  qədər qısaldılarsa, investisiya qoyuluşu da bir o qədər artacaqdır. 
Ona görə də işlənmə müddətinin seçilməsi çox məsuliyyətli məsələdir. Yatağın işlənmə müddəti 
planlaşdırılmış neft və qaz hasilatının artma tempindən, yatağın geoloji və iqtisadi şəraitindən, 
kəşf edilmiş ehtiyatların həcmindən, onların joğrafi yerləşdirilməsi və işlənməyə hazırlığından və 
həmçinin neftqazçıxarma idarələrində istifadə olunan texnika və texnologiyanın vəziyyətindən 
asılıdır. Lay təzyiqinin bir səviyyədə saxlanması, işlənmə müddətini qısaltmağa və neft-qaz 
hasilatını yüksək səviyyədə saxlamağa kömək edir. Təzyiqin saxlanması fontan dövrü 
qurtardıqda da neftin quyudibinə sürətlə axınını təmin edir ki, bu da dərinlik nasos istismarının 
effektivliyini artırır. 
Neftçıxarma tempini yüksəltmək məqsədilə  təzyiqlər fərqinin artırılmasına, istismar 
qurğularında quyudibi təzyiqini neftin qazla doyma təzyiqindən 10-15% aşağı salmaqla nail 
olunur. İşlənmə tempini müəyyən etdikdə su-neft kontaktında və keçiriciliyi kiçik olan laylarda 
yaradılan təzyiq qradiyentlərini nəzərə almaq lazımdır. Maksimum neftvermə  əmsalına uyğun 
olan təzyiq qradiyenti laboratoriya üsulu ilə  və yaxud da istismar təcrübəsi  əsasında müəyyən 
edilir. 
Bircinsli olmayan layda quyular arasındakı məsafə azaldıqda neftvermə əmsalı artır. Lakin, 
bu tədbir işlənmə xərclərinin artması ilə əlaqədardır. Müasir şəraitdə neftqazçıxarma sənayesində 
istifadə olunan texnika və texnologiya yatağın işlənmə prosesində neftverməni 60-70%-ə 
çatdırmağa imkan verir. Quyular arasındakı  məsafənin düzgün götürüldüyünü, layın geoloji 
quruluşunun daha dəqiq öyrənilməsi ilə müəyyən etmək olar. İşlənmə layihəsində ehtiyat 
quyularının qazılması da nəzərdə tutulmalıdır. 
Maddi və  əmək məsrəflərini layihələşdirərkən respublikanın ümumi neft-qaz hasilatında 
neft rayonuna düşən xüsusi hasilat, neft və qaz hasilatının həmin rayona daxil olan yataqlar üzrə 
paylanması və işlənmənin plan tapşırığını ödəyən texniki sxemi müəyyən edilməlidir. İnvestisiya 
qoyuluşunun həcmini müəyyənləşdirərkən aşağıdakı xərclər nəzərə alınır: 


 
117
a.
 
kəşfiyyat, istismar və inceksiya quyularının qazılmasına çəkilən xərclər. Bu xərclərin 
artırılması neft-qaz hasilatının müntəzəm surətdə çoxaldılmasına geniş imkanlar açır; 
b.
 
layın neftvermə əmsalını artırmaq və lay təzyiqini saxlamaq məqsədilə neft quyusuna 
su vurulması üçün  inceksiya quyularının saxlanmasına çəkilən xərclər; 
c.
 
köməkçi və xidmətedici sex və  təsərrüfatların saxlanılmasına çəkilən xərclər. Bu 
xərclərin həcmi nə qədər az olarsa, bir o qədər də neft və qaz hasilatının maya dəyəri 
aşağı olar ki, bu da istehsalın rentabelliyinin yüksəldilməsi amillərindəndir; 
d.
 
mənzil və mədəni-məişət obyektlərinin tikilməsinə və saxlanılmasına çəkilən xərclər. 
Bu xərclər neft-qaz hasilatının artırılmasına bilavasitə deyil, dolayı yolla təsir göstərir
e.
 
yolların, körpülərin, dambaların, estekadaların və sair bu kimi işlərin tikintisinə  və 
saxlanılmasına çəkilən xərclər; 
f.
 
su təchizatı və kanalizasiya ilə əlaqədar olan xərclər. 
Kəşfiyyat, istismar və injeksiya quyularının qazılmasına çəkilən xərclər layın yatma 
dərinliyindən, quyunun konstruksiyasından və rayondakı qazma şəraitindən, mədən obyektlərinin 
tikilişi, atqı  xəttlərinin uzunluğu, ölçü çənlərinin, trapların və neft rezervuarlarının /qaz 
anbarlarının/ sayı quyu şəbəkəsi sıxlığından asılıdır. Yerdə qalan digər xərclər yatağın bütün 
işlənmə variantları üçün eynidir. 
 
 
7.5. Neftqazçıxarma müəssisələrində tikinti - quraşdirma işlərinin təşkili və 
planlaşdirilmasi 
 
Neftqazçıxarma idarələrində tikinti-quraşdırma işlərinin təşkili və planlaşdırılması müvafiq 
prinsiplərin əsaslanmasını tələb edir. Onlara aiddir: 
1.
 
investisiya qoyuluşlarını, hər şeydən öncə, mövcud istehsalların yenidən qurulmasına 
və texnika ilə silahlandırılmasına yönəltməli; 
2.
 
obyektləri işə salmağa və tikintidə  zəruri artıq məhsul yaratmağa imkan verən 
tikililəri və obyektləri sahənin tikinti planına daxil etməli; 
3.
 
həm planlaşdırılan sahələrdə, həm də bir-birinə yaxın sahələrdə əlaqədar obyektlərin 
tikinti müddətlərini və işə salınmasını uyğunlaşdırmalı; 
4.
 
istehsal təyinatlı obyektlərin mənzil-məişət və infrastruktur obyektləri ilə kompleks 
tikintisini təmin etməli; 
5.
 
planda nəzərdə tutulan tapşırıqları /sifarişləri/ maddi ehtiyatlarla, podrat tikinti 
təşkilatlarının gücü ilə əlaqələndirməli və sair. 
Neft sənayesində tikinti-quraşdırma işlərini yüksək səviyyədə  həyata keçirmək məqsədilə 
əsaslı tikinti şöbəsi yaradılır və bu şöbə tikinti-quraşdırma işlərini sənədləşdirir və onun yerinə 
yetirilməsinə operativ nəzarət edir. Tikinti-quraşdırma işlərinin planlaşdırılmasının  ən mühüm 
mərhələsi tikinti-quraşdırma işləri üzrə planı  işləyib hazırlanmaqdan ibarətdir. Bu planda yeni 
tikiləcək obyektlər, mövcud istehsalların genişləndirilməsi, yenidən qurulması və yein texnika ilə 
silahlandırılması müəyyənləşdirilir, onların zəruriliyi və  məqsədəuyğunluğu texniki-iqtisadi 
cəhətdən  əsaslandırılır. Tikinti planında yeni tikiləcək, genişləndiriləcək, yenidən qurulacaq və 
texnika ilə yenidən silahlandırılacaq obyektlərin yeri, investisiya qoyuluşunun və tikinti-
quradırma işlərinin həcmi, yerinə yetirilməsi müddətləri, tikinti üçün ayrılmış  ərazidən istifadə 
olunması səviyyəsi, təsərrüfat əlaqələri və sair həlletmələri müəyyən edilir. 
İnvestisiya qoyuluşunun həcmi - istehsal və qeyri-istehsal sahələrində əsas fondların sadə 
və geniş  təkrar istehsalı üçün nəzərdə tutulur və ona görə  də  hər bir konkret şəraitdə onun 
həcminin düzgün müəyyən edilməsi zəruri şərtlərdən biridir. Adətən, sahənin bütün investisiya 
qoyuluşu iki qrupa bölünür: 
1.
 
neftqazçıxarma idarələrinin və ya onun obyektlərinin inkişafı ilə bilavasitə əlaqədar 
olan tam investisiya qoyuluşu /İq.t./; 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə