E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə59/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   55   56   57   58   59   60   61   62   ...   121

 
122
qoyuluşundan istifadənin iqtisadi səmərəliliyini xarakterizə edən mühüm göstəricilərdən biri də 
əmək məhsuldarlığıdır. Əmək məhsuldarlığının yüksəldilməsində, digər amillərlə yanaşı, tikinti 
məhsulunun  əmək tutumunun azaldılması, iş vaxtı itgilərinin aradan qaldırılması, tikinti-
quraşdırma işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması  nəticəsində  işçilərin nisbətən 
azad edilməsi və sair mühüm rol oynayır. Odur ki, əgər investisiya qoyuluşu tikinti məhsulunun 
əmək tutumunun azaldılmasını  təmin edən təşkilati-texniki tədbirlərin həyata keçirilməsinə 
yönəldilmişdirsə, onda tikinti məhsulunun  əmək tutumunun azaldılması hesabına  əmək 
məhsuldarlığının yüksəldilməsi faizini hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir: 
 
ƏMFə.t. = (100 X Kə.t.) : (100 - Kə.t.) 
 
Burada: 
Kə.t.-tikinti məhsulunun əmək tutumunun azalma %-i. 
 
Əgər investisiya qoyuluşu iş vaxtı itgilərinin aradan qaldırılması üzrə  həyata keçirilən 
texniki-təşkilati tədbirlərə sərf edilmişdirsə, onda iş vaxtı itgilərinin aradan qaldırılması hesabına 
əmək məhsuldarlığının artma faizini müəyyən etmək üçün aşağıdakı düsturdan istifadə etmək 
olar: 
ƏMFit. = {(K’it - Kit) X 100} : (100 - Kit) 
 
Burada:  Kit və K’it təşkilati-texniki tədbirlərin tətbiqindən əvvəl və sonra iş vaxtı itkisi. 
 
Əgər investisiya qoyuluşu növbə  ərzində  işçinin iş vaxtı fondunun artırılması  məqsədilə 
həyata keçirilən təşkilati-texniki tədbirlərə yönəldilərsə, onda növbə  ərzində  işçinin faydalı  iş 
vaxtı fondunun artırılması hesabına  əmək məhsuldarlığının artma faizini hesablamaq üçün 
aşağıdakı düsturdan istifadə edilir: 
 
ƏMFfay. = {(t’fay. - tfay.) X 100} : tfay. 
 
Burada: tfay. və t’fay. - tədbirin tətbiqindən əvvəl və sonar faydalı iş vaxtı fondu, növbə- 
saat və ya adam-saatla. 
 
Əgər investisiya qoyuluşu fəhlələrin-işçilərin sayının azaldılmasını  təmin edən təşkilati-
texniki tədbirlərin həyata keçirilməsinə sərf edilirsə, onda işçilərin sayının azaldılması hesabına 
əmək məhsuldarlığının artma faizini hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir: 
 
ƏMFiş. = {(F – F’) X 100} : (F - Faz.) 
 
Burada: 
F və F’ - bazis və plan illərindəki fəhlələrin sayı
Faz. - plan ilində azad olmuş fəhlələrin miqdarı
 
İnvestisiya qoyuluşunun iqtisadi səmərəliliyini avadanlıqların sərbəstləşməsi hesabına əldə 
edilən qənaətlə  də müəyyənləşdirmək olar. Əgər investisiya qoyuluşu avadanlıqların 
sərbəstləşdirilməsi məqsədilə  həyata keçirilən təşkilati-texniki tədbirlərə  sərf edilərsə, onda 
avadanlığın sərbəstləşməsi nəticəsində  əldə edilən qənaətin məbləği aşağıdakı düsturla təyin 
edilir: 
Qava. = {(A’ay. : N’pl.) - (Aay. : Npl.)} X Npl 
 
Burada: Aay. və A’ay. - təşkilati-texniki tədbirlərin tətbiqindən əvvəl və sonra  
amortizasiya ayırmalarının məbləği; 
Npl. və N’pl. - həmin dövrlərdə hazırlanmış məhsulların sayı. 
İnvestisiya qoyuluşunun iqtisadi səmərəliliyini gətirilmiş  məsrəflərə  və illik qənaətə görə 
də müəyyən etmək olar.  
 
 


 
123
7.7. İnvestisiya qoyuluşundan istifadənin yaxşilaşdirilmasi yollari 
 
Müasir dövrdə  əsaslı tikintinin qarşısında duran əsas vəzifələrdən biri - investisiya 
qoyuluşunun səmərəliliyinin yüksəldilməsidir. Onu aşağıdakılar hesabına həll etmək 
mümkündür: 
1.
 
investisiya qoyuluşunun quruluşunun təkmilləşdirilməsi - mövcud istehsal sahələrinin 
yenidən qurulması  və texnika ilə yenidən silahlandırılması üçün məsrəflərin xüsusi 
çəkisinin artırılmasını  nəzərdə tutur. Bazar iqtisadiyyatına keçid dövründə dövlətin 
iqtisadi strategiyası əsas diqqəti «ağırlıq mərkəzini yeni tikintidən mövcud istehsalların 
texnika ilə yenidən silahlandırılmasına və yenidən qurulmasına keçirmək, bu məqsədlərə 
yönəldilən vəsaitin istehsal üçün investisiya qoyuluşunun ümumi həcmində payını xeyli 
artırmaq, avadanlıq və maşınlar üçün məsrəfin investisiya qoyuluşunda xüsusi çəkisini 
yüksəltmək» istiqamətinə yönəldir; 
2.
 
investisiya qoyuluşlarının mühüm buraxılış tikintilərində  təmərgüzləşdirilməsi - 
mövcud investisiya qoyuluşundan daha səmərəli istifadəni təmin edir və ona görə  də 
tikinti-quraşdırma işlərinin təşkilinin mütərəqqi forması hesab edilir. İstehsal 
təmərküzləşdirildikcə onun idarə edilməsi və ona xidmət göstərilməsi üzrə ümumi 
məsrəflər məhsul buraxılışının artmasına nisbətən az artır ki, bu da onların nisbi 
qənaətinə doğru aparır; 
3.
 
tikinti-quraşdırma işlərinin müddətlərinin qısaldılması - məhsul həcminin artmasına, 
bitməmiş istehsalın həcminin azalmasına, məhsul vahidinə  çəkilən  əmək sərfinin və 
maya dəyərinin azalmasına səbəb olur; 
4.
 
başa çatmamış tikintinin optimal həcmə  qədər azaldılması - əsaslı tikintinin 
planlaşdırılmasındakı qüsurları aradan qaldırmaqla, investisiya qoyuluşlarının çoxlu 
obyektlər üzrə  səpələnməsinin qarşısını almaqla, tikinti həcminin tikinti təşkilatlarının 
istehsal gücləri ilə tarazlaşdırılmasını  təmin etməklə, tikinti-quraşdırma təşkilatlarını 
maliyyə, material və  əmək resursları ilə kifayət qədər təmin etməklə, plandankənar 
obyektlərin ucaldılması hallarını aradan qaldırmaqla, layihə-smeta sənədlərinin vaxtında 
işlənib hazırlanmasını  təmin etmək və podratçıya verilməsi ilə, tikinti materialları  və 
konstruksiyalarının, texnoloji maşın və avadanlıqların tikinti obyektlərinə göndərilmə 
vaxtının pozulması hallarının minimuma endirilməsi ilə, inşaatçıların lazımi maşınlar, 
avadanlıqlar, mexanikləşdirilmiş alətlərlə təmin edilməsi ilə nail olunur; 
5.
 
tikintidə elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edilməsi - yeni materialların, 
yığma konstruksiyaların, mütərəqqi texnologiyanın və sair tətbiqini nəzərdə tutur. 
Hazırda tikinti istehsalının sənayeləşdirilməsi səviyyəsinin yüksəldməsini, tikintinin və 
quraşdırma işlərinin kompleks mexanikləşdirilməsini təmin edən mütərəqqi 
texnologiyanı, maşın və mexanizmlər sisteminin geniş tətbiq etmək durur; 
6.
 
tikinti-quraşdırma işlərinin təşkilinin və planlaşdırılmasının təkmilləşdirilməsi. 
Tikinti-quraşdırma işlərinin təşkilinin təkmilləşdirilməsi tikinti təşkilatlarında mövcud 
ehtiyatlardan istifadə olunması, çoxlu xərc çəkmədən ictimai əmək məhsuldarlığının 
yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Planlaşdırmanın təkmilləşdirilməsi 
onun elmi səviyyəsinin yüksəldilməsini, ictimai istehsalın mütərəqqi strukturunun 
formalaşdırılmasını, istehsalın intensivləşdirilməsini, istehsal və elmi-texniki 
potensialdan daha dolğun istifadə olunmasını, planlaşdırmada elektron-hesablama 
maşınlarından və digər texniki vasitələrdən, xüsusilə avtomatlaşdırılmış planlaşdırma 
sistemindən istifadəni nəzərdə tutur; 
7.
 
layihələşdirmənin və smetaların işlənib hazırlanmasının keyfiyyətinin 
yaxşılaşdırılması - əsaslı tikintinin keyfiyyətini və  səmərəsini yüksəltmək, tikinti 
istehsalını  və layihə-smeta işlərini yaxşılaşdırmaq, tikintidə  təsərrüfat mexanizmini 
gücləndirmək məqsədini daşıyır; 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə