E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə57/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   53   54   55   56   57   58   59   60   ...   121

 
118
2.
 
əsas istehsal ilə əlaqədar olan infrastrukturun yaradılmasına yönəldilən investisiya
yəni «əlaqədar» investisiya qoyuluşu /İq.ə./. 
Neftqazçıxarma idarələrinin inkişafı ilə bilavasitə  əlaqədar olan tam investisiya 
qoyuluşunun həcmi aşağıdakı düsturla hesablanır: 
 
İq.t. = İq.m. + İq.ə. + İq.d. + İq.b. 
 
Burada: 
İq.m. - birbaşa investisiya qoyuluşunun həcmi
İq.ə. - «əlaqədar» investisiya qoyuluşunun həcmi; 
İq.d. dövriyyə fondlarının yaradılmasına yönəldilmiş investisiya  
qoyuluşunun həcmi; 
İq.b. - istehsal hazırlığı ilə bağlı investisiya qoyuluşu. 
 
Birbaşa investisiya qoyuluşunun həcmi neftqazçıxarma idarələrinin sənaye-istehsal 
obyektlərinin inkişafına yönəldilmiş  məsrəfləri özündə birləşdirir və  aşağıdakı düsturla təyin 
olunur: 
 
İq.m. = İq.ə.f. + İq.l. + Vzər. 
 
Burada: İq.ə.f. - əsas fondların yaradılmasına yönəldilmiş investisiya qoyuluşunun həcmi; 
İq.l. - layihə-axtarış və hazırlıq işlərinin yerinə yetirilməsinə yönəldilmiş  
investisiya qoyuluşunun həcmi, manat; 
Vzər- əsas fondların ləğv edilməsi nəticəsində əmələ gələn zərərin ödənilməsinə  
sərf edilmiş vəsaitin həcmi, manat. 
 
Vzər. = Dq.d. + Xsök. - Dmat. 
 
Burada: 
Dq.d. - avadanlığın qalıq, ləğv dəyəri
Xsök. - avadanlığın sökülməsinə çəkilən xərclər
Dmat. - material tullantılarının dəyəri.  
 
Tam investisiya qoyuluşu ETT-nin ayrı-ayrı istiqamətləri üzrə də hesablana bilər. Məsələn, 
yeni texnikanın /avadanlığın, qurğunun, tikintinin/ yaradılması və mənimsənilməsi ilə əlaqədar 
olan tədbirlərin həyata keçirilməsi üçün lazım olan tam investisiya qoyuluşunun həcmini 
müəyyən etmək üçün aşağıdakı düsturdan istifadə etmək olar: 
 
İq.t. = (Bd + Vf + İq.i) - (Daş + Dq.d + Vzər

 
Burada:  Bd - avadanlığın, qurğunun balans dəyəri
Vf - baza və tətbiq edilən variantlar üzrə dövriyyə vəsaitlərinə tələbatlar  
arasındakı fərq; 
İq.i. - infrastrukturun yaradılmasına yönəldilmiş investisiya qoyuluşunun 
həcmi; 
Daş. - avadanlığın aşınma dərəcəsi nəzərə alınmaqla dəyəri. 
 
Tədbirin həyata keçirilməsi nəticəsində yaradılan  əsas fondların balans dəyəri özündə iki 
dəyəri: yeni investisiya qoyuluşunu /İq.y./ və  tədbirin həyata keçirilməsi üçün istifadə olunan 
mövcud avadanlığın /texnikanın, qurğunun/ qalıq dəyərini /Dq.d./ əks etdirir. Avadanlığın qalıq 
dəyəri /Dq.d./ onun amortizasiya olunmayan dəyəri və sökülmə  dəyərinin /əgər belə bir dəyər 
varsa/ cəmindən ibarətdir. Yeni investisiya qoyuluşunun həcmini /İq.y./ hesablamaq üçün 
aşağıdakı düsturdan istifadə edilir: 
 
İq.y. = Da. + Xd. + Xq. + Xm. + Xt. + Xa 
 


 
119
Burada: 
Da. - yeni avadanlığın /texnikanın/ dəyəri; 
Xd. - həmin avadanlığın daşınmasına çəkilən xərc
Xq. - həmin avadanlığın quraşdırılmasına çəkilən xərc
Xm. - avadanlığın modernləşdirilməsinə çəkilən xərc
Xt. - tikinti-quraşdırma işlərinə çəkilən xərc
Xa. - alətlərin hazırlanmasına çəkilən xərc
 
Neft sənayesində  «əlaqədar» investisiya qoyuluşu /İq.ə./  əsasən infrastrukturun 
yaradılmasına yönəldilir. «Əlaqədar» investisiya qoyuluşu dedikdə, maliyyələşdirilməsi 
mənbələrindən asılı olmayaraq, ərazi və funksiyalarına görə birbaşa investisiya qoyuluşu 
obyektləri ilə  əlaqədar olan obyektlərə yönəldilmiş investisiya nəzərdə tutulur. Məsələn, tikinti 
meydançasından kənarda yerləşən giriş yollarının çəkilişinə, elektrik ötürmə xətlərinin çəkilişinə 
və digər mühəndis kommunikasiyalarına sərf edilən investisiya qoyuluşları  «əlaqədar» 
investisiya qoyuluşları adlanır. «Əlaqədar» investisiya qoyuluşunun həcmi fond ünsürlərinin 
dəyəri /Df.ü./ ilə bu ünsürlərin istehsalı üçün xüsusi investisiya qoyuluşu /İq.x./ hasilinin cəminə 
bərabərdir, yəni:
 
İq.ə. = Df.ü. + İq.x. 
 
Neft sənayesində, sənayenin digər sahələrində olduğu kimi, tikinti-quraşdırma işlərinin 
planlaşdırılmasında tikintinin smeta dəyərinin müəyyənləşdirilməsi və titul siyahısının işlənib 
hazırlanması mühüm yer tutur. Çünki bu iki sənədə  əsasən neftqazçıxarma idarələrində tikinti-
quraşdırma işlərini həyata keçirmək mümkün olur. 
Tikintinin smeta dəyəri - vasitəsi ilə dəyər ifadəsində investisiya qoyuluşlarının və tikinti-
quraşdırma işlərinin həcmi müəyyən edilir. Smeta dəyəri  əsasında tikintidə sifarişçilər ilə 
podratçılar arasında istismara verilmiş obyekt üzrə hesablamalar həyata keçirilir. Başqa sözlə, 
tikintinin smeta dəyəri tikinti məhsulunun qiymətini müəyyən etmək üçün əsas təşkil edir. 
Tikintinin smeta sənədlərinin vaxtında və düzgün işlənib hazırlanması, tikintidə israfçılığa yol 
verilməməsi tikintinin smeta dəyərinin aşağı salınmasının ən mühüm şərtlərindən biridir. 
Tikinti-quraşdırma işlərinin smeta dəyəri yekun maliyyə-smeta hesablaması ilə müəyyən 
edilir. Onu təsdiq etdikdən sonra yekun maliyyə-smeta hesablanması tikinti-quraşdırma işlərini 
maliyyələşdirmək üçün əsas sənəd hesab edilir. Smeta sənədləşdirilməsinin tərkibinə 
planlaşdırılan dövrdə  həyata keçiriləcək tikinti-quraşdırma işlərinin maliyyə-smeta 
hesablamaları, tikinti-quraşdırma işlərinin ayrı-ayrı növlərinin dəyəri, tikinti-quraşdırma işlərini 
aparmaq üçün alınan avadanlıq və onun quraşdırılmasına çəkilən xərclər, tikinti-quraşdırma 
işlərinin yerinə yetirilməsi üçün lazım olan xammal, material, yanacaq və sair dəyəri daxil edilir. 
Tikintinin titul siyahısı - müəyyən olunmuş qaydada təsdiq edilən inşaat obyektlərinin 
siyahısıdır; siyahıda, hər bir obyektin tikilməsi yeri, gücü, dəyəri, müddəti, tikilməyə başlanması 
və qurtarması vaxtı, investisiya qoyuluşunun illər üzrə bölüşdürülməsi, istifadəyə verilməsi tarixi 
göstərilir. Təsdiq olunmuş titul siyahısı tikintinin davam etdiyi bütün dövr ərzində dəyişməz plan 
sənədidir və sifarişçi, podratçı, plan, maliyyə, bank və  təchizat orqanları, avadanlıq və digər 
texniki vasitələr göndərən təşkilatlar üçün məcburidir. Titul siyahısı  əsasında icraçılar üzrə 
podrat tikinti-quraşdırma işləri planlaşdırılır, tikinti maliyyələşdirilir və maddi-texniki təchizatla 
təmin olunur. Hər il titul siyahısında nəzərdə tutulan hər bir tikinti obyekti üçün sifarişçilər 
podratçılarla birlikdə tikintidaxili titul siyahısı  işləyib hazırlayırlar; bu siyahıda, cari ildə inşa 
edilməli olan bina və qurğuların, yaxud yenidən qurulacaq obyektlərin adları sadalanır, onların 
hər birinin smeta dəyəri, ilin əvvəlinə  vəsait qalığı, avadanlıq alınması  xərcləri və tikinti-
quraşdırma işlərinin həcmi qeyd edilməklə illik plan, obyektlərin işə salınması tapşırıqları 
göstərilir. Tikinti-quraşdırma işlərinin ümumi smeta dəyərindən asılı olmayaraq istehsalın texniki 
təchizatına dair titul siyahısı /tikinti-quraşdırma tapşırıqlarını illərə bölməklə/ sifarişçi 
müəssisənin rəhbərliyi tərəfindən təsdiq edilir. 
Neftqazçıxarma idarələrində tikinti-quraşdırma işləri,  əsasən, iki üsulla: podrat və 
təsərrüfat üsulları ilə həyata keçirilir. Bunlardan podrat tikinti üsulu daha mütərəqqi üsul hesab 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə