E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə54/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   50   51   52   53   54   55   56   57   ...   121

 
112
Əgət. = (1 - Eg.nor)

 
Burada:  Eg.nor - gətirilmə normativi
 
n - hesablanmış ilin başlanğıcından həmin ilin məsrəflərini ayıran illərin sayı
 
Qeyd edək ki, gətirilmiş investisiya qoyuluşu məbləği yalnız şərtidir və ancaq müqayisəli 
iqtisadi səmərəlilik hesablamaları üçündür və müvafiq obyektlərin hazırlanması və ya tikintisinin 
plan dəyərinin təyin olunması üçün əsas sayıla bilinməz. Məsələn, sənaye obyekti üç il ərzində 
tikilə bilər.
 
Fərz edək ki, investisiya qoyuluşunun tikinti illərinə görə bölüşdürülməsinin iki 
variantı vardır. Bu variantlar aşağıdakı cədvəldə əksini tapmışdır: 
Cədvəl 33 
İnvestisiya qoyuluşunun variantlar üzrə bölgüsü 
/milyon manat/
 
Variantlar üzrə investisiya qoyuluşu 
Tikintiilləri 
variant-1 
variant-2 
Birinci il üçün 
10 30 
İkinci il üçün 
10 20 
Üçüncü il üçün 
40 10 
Y e k u n u: 
60 60 
 
Verilmiş misaldan görünür ki, birinci varianta görə tikintinin birinci ilində ikinci variantla 
müqayisədə investisiya qoyuluşuna 20 milyon manat /30 - 10/ məbləğində  qənaət edilmişdir. 
Müvəqqəti azad olmuş vəsaitlərdən neftqazçıxarma sənayesinin digər bölmələrində istifadə oluna 
bilər.  Əgər müvəqqəti azad olunmuş  vəsaitdən səmərəli istifadə edilərsə, gətirilmə normativi 
Eg.nor.= 0,10-a bərabər olarsa, onda birinci ilin axırına dövriyyəyə buraxılmış vəsait 22 milyon 
manat [20 (1 + Eg.nor) = 20 (1 + 0,10] məbləğində qayıdacaqdır.  İkinci ilin başlanğıcında 
tikintinin birinci varianta görə yerinə yetirilməsində yenə də 10 mln. manat /20 - 10/ məbləğində 
qənaət  əldə edilir, bundan başqa, ona birinci ildən sonra alınan vəsait  əlavə olunur. Odur ki, 
ikinci ildə dövriyyəyə 32 mln. manat /10 + 22/ investisiya qoyuluşu buraxmaq olar ki, bu da ilin 
axırında 35,20 milyon manat [32 (1 + 0,10)] məbləğində qayıda bilər. Tikintinin üçüncü ilində 
ikinci variant ilə müqayisədə birinci variant 30 milyon manat /40 - 30/ çox vəsait tələb edir. 
Lakin ikinci ilin axırında 35,20 milyon manat alındığından sərbəst qalıq 5,20 milyon manat 
/35,20 - 30,00/ olacaqdır. Beləliklə, tikintinin birinci variantla həyata keçirilməsi ikinci varianta 
nisbətən 5,20 milyon manat vəsaitə qənaət etməyə imkan verir. Düzdür, bu heç də iki variantdan 
hansı variantın daha səmərəli olması haqqında son fikiri söyləməyə imkan vermir. Bunun üçün 
investisiya qoyuluşu ilə yanaşı, səmərəliliyin digər göstəricilərini də hesablayıb bir-birilə 
müqayisə etmək lazımdır. 
İnvestisiya qoyuluşunun müqayisəli iqtisadi səmərəlilik hesablamaları çox hallarda 
planlaşdırma və layihələşdirmə zamanı  hər hansı  tədbirin optimal variantının seçilməsi üçün 
aparılır. Yaxşı variant mümkün variantlar içərisində müxtəlif üsullar ilə seçilə bilər.  Əgər 
mümkün variantlar içərisində  tətbiqi  ən az xüsusi investisiya qoyuluşu tələb edən və  məhsul 
vahidinin istehsalı  ən az maya dəyərinə başa gələn elə bir variant vardırsa, həmin variant ən 
yaxşı, optimal variant hesab edilir. Lakin təcrübədə çox hallarda xüsusi investisiya qoyuluşu 
böyük olan variantların tətbiqi zamanı, məhsul vahidinin ən az maya dəyəri təmin olunmur. Belə 
hallarda lazımi variant səmərəliliyin normativ əmsalı  və ya variantlar üzrə  gətirilmiş  məsrəflər 
vasitəsilə müəyyən edilir. Fərz edək ki, istehsalın həcmini 80 milyon manatlıq artırmaq üçün üç 
variant mövcuddur: 
1.
 
birinci variant - mövcud istehsalın genişləndirilməsi; 
2.
 
ikinci variant - yeni obyektin tikilməsi; 
3.
 
üçüncü variant - mövcud istehsalın texnika ilə yenidən qurulması. 
 


 
113
Aşağıdakı cədvəl məlumatlarından istifadə edərək hansı variantın daha səmərəli olduğunu 
müəyyənləşdirək: 
Cədvəl 34 
İnvestisiya qoyuluşları variantları 
 
Variantlar 
Göstəricilər 
Ölçü vahidi 

II 
III 
Maya dəyəri üzrə illik məhsul buraxılışı 
milyon manat/il 
80 70 73 
İnvestisiya qoyuluşu 
milyon manat 
42 98 60 
Normativ səmərəlilik əmsalı 
əmsal 
0,12 0,12 0,12 
Gətirilmiş investisiya qoyuluşu 
milyon manat/il 
5,04 11,76 7,20 
Normativ ödəmə müddəti 
il 
8,33 8,33 7,33 
Normativ ödəmə müddəti  ərzində mayadəyəri üzrə 
buraxılan məhsulun illik həcmi 
milyon manat 
666,4 580,1 608,1 
Gətirilmiş məsrəflər 
milyon manat 
708,4 681,1 668,1 
Verilmiş misaldan görünür ki, üçüncü variant, yəni mövcud istehsalın texnika ilə yenidən 
qurulması daha səmərəlidir, belə ki, bu zaman gətirilmiş  məsrəflərin məbləği ildə 80,2 milyon 
manatdır /normativ ödəmə müddəti  ərzində 668,1 milyon manat/. Bu, birinci və ikinci 
variantlarda olduğundan azdır. 
Baxılan məsələni həmçinin variantları cüt-cüt müqayisə etmək yolu ilə də /məsələn, birinci 
variantı ikinci variantla, ikincini isə üçüncü variantla/ həll etmək olar. Bunun üçün əlavə 
investisiya qoyuluşunun özünüödəmə müddəti və ya müqayisəli səmərəlilik  əmsalları 
hesablamalarından istifadə olunur. Əgər müqayisə edilən variantların iqtisadi səmərəlilik 
göstəricilərinin hesablanması zamanı bu göstəricilər bir-birindən az fərqlənərsə, onda qəbul 
edilən plan və ya layihə  həllərinin daha tam təhlili üçün əvvəllərdə adları  çəkilən  əlavə 
göstəricilərdən, məsələn,  əmək məhsuldarlığı, fondverimi, material tutumu, xüsusi investisiya 
qoyuluşunun həcmi və eyni zamanda natural göstəricilərdən istifadə edilir. 
 
 
7.4. Tikinti obyektlərinin layihələşdirilməsi və iqtisadi cəhətdən əsaslandırılması 
 
Sənaye tikintisinin həyata keçirilməsinin ən mühüm mərhələsi layihələşdirmədir. Tikintinin 
layihələşdirilməsi yalnız gələcəkdə tikiləcək obyektin və ya qurğunun qrafik təsvirini verən sxem 
və çertyocları, cizgiləri deyil, eyni zamanda nəzərdə tutulmuş tikinti obyektinin 
məqsədəuyğunluğunu və iqtisadi səmərəliliyini təsdiq edən texniki və iqtisadi hesablamalardır. 
Layihənin tərkibinə izahat vərəqəsi, tikintinin dəyərini müəyyən edən maliyyə-smeta 
hesablamaları və smetaları, həmçinin nəzərdə tutulan layihə həlletmələrini xarakterizə edən digər 
hesablama materialları da daxildir. 
Layihənin izahat vərəqəsində aşağıdakılar öz əksini tapır: 
1.
 
tikinti məhsulunun nomenklaturu; 
2.
 
tikinti təşkilatının istehsal gücü
3.
 
tikintinin aparılması yeri; 
4.
 
tikinti-quraşdırma təşkilatının xammal, material, yanacaq və enerji bazası; 
5.
 
tikinti təşkilatının digər kənar təşkilatlarla təsərrüfat əlaqəsinin səviyyəsi; 
6.
 
tikintinin texnologiyası  və onun mexanikləşdirilməsi və avtomatlaşdırılması 
imkanları;  
7.
 
tikintinin texnika ilə silahlanma dərəcəsi; 
8.
 
tikinti-quraşdarıma işlərinin həyata keçirilməsi üçün ayrılmış  ərazidən istifadə 
olunması; 
9.
 
ayrı-ayrı bina və qurğuların konstruksiya həlletmələri. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə