E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə62/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   58   59   60   61   62   63   64   65   ...   121

 
129
qoyuluşu 1995-ci ilə nisbətən təqribən 7 dəfə, iqtisadiyyatın digər sahələrinə isə 10,3 dəfə 
artmışdır. Buna baxmayaraq, iqtisadiyyatın digər sahələrinin inkişafı neft sənayesində olduğu 
kimi olmamışdır. Məsələn, neft emalı sahəsində yaranmış gerilik davam etməkdə qalmış, neft 
koksu istisna olmaqla qalan digər əsas neft emalı müəssisələrinin istehsalı 1998-ci ilə nisbətən 
azalmışdır. 
Neft sənayesinə xarici kapital qoyuluşunun artmasında xarici neft şirkətləri ilə milli 
neftqazçıxarma idarələri ilə birlikdə yaradılan mütərək müəssisələr mühüm rol oynamışdır. 
Adətən, müştərək müəssisələr xarici ölkələrin firmaları, şirkətləri ilə milli müəssisələr tərəfindən 
yaradılır və öz fəaliyyətlərini tam təsərrüfat hesabı, özxərcini ödəmə, özünü maliyyələşdirmə və 
rəqabət prinsipləri  əsasında həyata keçirirlər. Müştərək müəssisələr sənayedə, kənd 
təsərrüfatında, ticarətdə, xidmət sahələrində, nəqliyyatda və sair sahələrdə yaradıla bilər. Əksər 
hallarda müştərək müəssisələr ikitərəfli /məsələn, Azərbaycan-Türkiyə/ və çoxtərəfli /məsələn, 
ARDNŞ ilə xarici dövlətlərin aparıcı neft şirkətləri/ müqavilələr  əsasında yaradılır və onların 
bilavasitə nəzarəti altında fəaliyyət göstərirlər. 
Müştərək müəssisələrin təsisçiləri bağlanmış müqavilələrə müvafiq olaraq sərbəst surətdə 
öz müəssisələrinin strukturlarını müəyyənləşdirir, maddi ehtiyatlar və istehsal vasitələri  əldə 
edərək konkret istehsal-təsərrüfat fəaliyyətini həyata keçirir, müəyyən edilmiş həcmdə, çeşiddə, 
nomenklaturda və keyfiyyətdə  məhsul istehsal edir və satır. Müştərək müəssisələrdə, maddi 
istehsalın digər sahələrində olduğu kimi, istehsal-təsərrüfat fəaliyyəti elə təşkil olunmalıdır ki, o, 
mövcud elmi-texniki və istehsal potensialından, həmçinin maddi-enerji ehtiyatlarından daha 
səmərəli istifadə etməklə bağlanmış müqavilələrin vaxtında və nəzərdə tutulmuş həcmdə yerinə 
yetirilməsini, istehsalın yüksək son nəticələrinə nail olunmasını  təmin etmiş olsun. Lakin 
bununla yanaşı, istehsalın konkret şəraitindən asılı olaraq, müştərək müəssisə  və  təşkilatların 
qarşısında bir sıra konkret vəzifələr də qoyulur ki, onlara da aşağıdakılar aiddir: 
1.
 
Respublikamızın sənaye və ərzaq məhsullarına olan tələbatının ödənilməsinə yardım 
etmək. Məlumdur ki, respublika əhalisinin istər  ərzaq, istərsə  də  sənaye məhsullarına 
olan tələbatının əksər hissəsi xarici ölkələrdən gətirilən məhsullar hesabına ödənilir. Bu, 
bir tərəfdən, istehsalın həcminin ildən-ilə azalması ilə, digər tərəfdən isə  əhalinin 
məhsullara olan tələbatının onların respublikada istehsalına nisbətən daha üstün artması 
ilə əlaqədardır. Odur ki, müştərək müəssisələrin yaradılması belə bir qeyri-mütənasibliyin 
aradan qaldırılması məqsədini güdür; 
2.
 
Milli təsərrüfatçılığa qabaqcıl texnika və texnologiyanı, idarəetmə təcrübəsini, əlavə 
maliyyə  və material ehtiyatlarını  cəlb etmək. Qabaqcıl texnika və texnologiyanın 
mənimsənilməsi sadəcə olaraq istehsalın təkmilləşdirilməsi deyil, bu, onun keyfiyyətcə 
yeni səviyyəyə keçirilməsi deməkdir. Digər tərəfdən, qabaqcıl xarici texnika və 
texnologiyanın tətbiqi fəhlələr tərəfindən istehsala olan münasibətin dəyişməsini,  əmək 
intizamının möhkəmləndirilməsini, texnoloji intizama ciddi əməl edilməsini, kadrların 
peşə-ixtisas hazırlığının artırılmasını  və ya onların yenidən hazırlanmasını  tələb edir. 
Xarici idarəetmə  təcrübəsinin,  əlavə material və maliyyə ehtiyatlarının istehsalata cəlb 
edilməsi elmi-texniki tərəqqinin son nailiyyətlərini özündə  əks etdirən daha səmərəli 
istehsal vasitələrinin, yetkin istehsal və əmək təşkili formalarının və texnoloji proseslərin 
tətbiqinə, mövcud istehsal potensialından tam istifadə etmək hesabına istehsal miqyasının 
artırılmasına imkan verir. Bundan başqa, qabaqcıl xarici texnika və texnologiyanın 
istehsalata tətbiqi məhsulun material, enerji və  əmək tutumunu xeyli azaldır və  əmək 
şəraitini yaxşılaşdırır; 
3.
 
İstehsal mədəniyyətini yüksəltmək. Bu, mütərəqqi texnika və texnologiyanın, hər bir iş 
yerində əməyin elmi təşkilinin tətbiqini, əmək şəraitinin yaxşılaşdırılmasını, işçilərin peşə 
hazırlığının yüksəldilməsini, yüksək mütəşəkkilliyin yaradılmasını nəzərdə tutur; 
4.
 
Qeyri-məhsuldar və istehsaldan kənar xərcləri minimuma endirmək. Bu növ xərclər 
istehsalın təşkili və idarəetdə işlərindəki qüsurlar, əmək intizamının pozulması və sairin 
nəticəsində  əmələ  gəlir. Qeyri-məhsuldar xərclərin aradan qaldırılması  məhsulun maya 


 
130
dəyərinin aşağı salınması amillərindən biridir, çünki həmin xərclər məhsulun faktiki maya 
dəyərinin tərkibinə daxil edilir; 
5.
 
Respublikanın ixrac balansını yaxşılaşdırmaq və onun strukturunu təkmilləşdirmək 
- sahəsində son illərdə xeyli tədbirlər həyata keçirilsə  də, onun mövcud strukturunu 
qənaətbəxş hesab etmək olmaz. Çünki mal qrupları üzrə ixrac strukturunun əsasını enerji 
daşayıcıları və xammal yönümli mallar təşkil edir; 
6.
 
Qeyri-səmərəli idxalın həcmini azaltmaq - milli müəssisələr tərəfindən məhsullar 
istehsalının həcminin artırılmasına imkan verir. İxracat dəyərcə idxaldan çox olduqda, 
ölkənin ticarət balansı aktiv olur. 
Müştərək müəssisələr milli müəssisələrə nisbətən bir sıra üstünlüklərə malikdir. Belə bir 
hal onların yaradılmasına və inkişaf etdirilməsinə təsisçilərin marağını artırır. Odur ki, son illərdə 
iqtisadiyyatın digər sahələrində olduğu kimi, sənayedə  də müştərək müəssisələrin sayı xeyli 
artmışdır. Aşağıdakı cədvəldə müştərək müəsissələrin fəaliyyət dinamikası əksini tapmışdır:
 
 
Cədvəl 35 
Müştərək müəssisələrin fəaliyyətinin dinamikasi 
 
İllər 
Fəaliyyət 
göstərən MM-rin 
sayi 
/vahid/ 
MM-lərdə çalişan
işçilərin sayi 
/nəfər/ 
Orta aylıq 
əmək haqqı 
/min manat/ 
Məhsulun 
həcmi 
/milyard manat/ 
1995 
293 7000 157 31,0 
1996 
717 15000 278 839 
1997 
1124 24000  722 1734 
1998 
1247 21426  773 2235 
1999 
775 18677 1217 
2880 
2000 
549 22145 1042 
6199 
2001 
609 25240 1680 
7572 
 
Müştərək müəssisələr, digər özəl müəssisələr kimi, Azərbaycan Maliyyə Nazirliyində  və 
respublikanın digər aidiyyətli orqanlarda qeydiyyatdan keçdikdən sonra hüquqi şəxs statusu 
alaraq, öz nizamnamə fondlarını yaradır, ondan sərbəst surətdə istifadə edir və bankda 
hesablaşma hesabını açaraq, uçot-hesabat sistemini təşkil edir. Məlumat üçün qeyd edək ki, bazar 
iqtisadiyyatı ölkələrində müştərək müəssisələrin fəaliyyət göstərməsi bizim respublikamızda 
olduğundan fərqlənir. Belə ki, bir sıra bazar iqtisadiyyatı ölkələrinin qanunvericiliyinə müvafiq 
olaraq, müştərək müəssisələr hüquqi şəxs statusuna malik deyildir. Bununla belə, sahibkarlığın 
bu formasının  əsas xüsusiyyətlərindən biri onun iştirakçıları arasında tərəflərdən hər birinin 
səlahiyyətini, vəzifəsini, qoyduğu payın həcmini və formasını, əldə ediləcək mənfəətdəki payını, 
müqavilə müddətini və sair müəyyən edən yazılı müqavilələrin bağlanmasıdır. 
Müştərək müəssisələrin normal fəaliyyət göstərmələri üçün onların təsisçilərinin vəsaitləri 
və  fəaliyyət dövründə  əldə etdikləri gəlir və  qənaət hesabına bəzi fondlar yaradılır. Bu fondlar 
yaranma mənbələrinə  və  təyinatlarına görə bir-birindən fərqlənirlər. Məsələn, yaranma 
mənbələrinə görə fondlar aşağıdakı qruplara ayrılır: 
1.
 
müştərək müəssisələrin təsisçilərinin vəsaitləri hesabına yaradılan fond  - həmin 
müəssisənin nizamnamə fondunu təşkil edir. Bu fondun həcmi müştərək müəssisənin 
istehsal-təsərrüfat fəaliyyəti dövrü ərzində artıb-azala bilər.  Əgər müəssisə  gəlirlə 
işləyərsə, onda həmin müəssisənin əldə etdiyi mənfəətdən fonda ayrılan vəsaitin həcmi 
də artar, mövcud vəsaitin bir qismi istifadə edilərsə isə azalar; 
2.
 
məhsulun maya dəyərinin aşağı salınması hesabına yaradılan fond. Bu fondun həcmi 
müəssisənin istehsal-təsərrüfat fəaliyyəti dövrü ərzində istehlak olunan istehsal 
vasitələrinin dəyərindən, müəssisənin  əmək kollektivinin əməyinin ödənilməsi 
səviyyəsindən və sığorta ayırmalarının məbləğindən asılıdır. Məhsulun maya dəyərinin 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə