E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə63/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   59   60   61   62   63   64   65   66   ...   121

 
131
strukturu ayrı-ayrı  xərc maddələrinin xüsusi çəkisi ilə xarakterizə olunduğundan bu 
fondun həcmi sənayenin, eləcə  də iqtisadiyyatın digər sahələrinin spesifik 
xüsusiyyətlərini əks etdirir və ona görə də müxtəlif olur; 
3.
 
vergidən əvvəlki mənfəətdən ayırmalar hesabına yaradılan fond - bəzi hallarda ehtiyat 
fondu adlanır və onun həcmi balans mənfəətinin məbləğindən və mənfəətdən ayırmalar 
üçün müəyyən edilmiş normativdən asılıdır. Özü də vergiyə  cəlb olunan mənfəətdən 
ehtiyat fonduna ayırmalar, həmin fondun vəsaiti müştərək müəssisənin nizamnamə 
fondunun vəsaitinin 25%-ni təşkil edənə kimi davam etdirilir. Ehtiyat fonduna 
mənfəətdən illik ayırmaların məbləği, onun yaranma qaydası  və ondan istifadə 
istiqamətləri müştərək müəssisələrin təsisçiləri tərəfindən müstəqil  şəkildə 
müəyyənləşdirilir. Ehtiyat fondu istehsalın normal gedişatının təmin olunmasında, 
müəssisənin digər fondlarına nisbətən, daha fəal rol oynayır; 
4.
 
bütün məcburi ödənişləri yerinə yetirdikdən sonra müştərək müəssisənin 
sərəncamında qalan gəlir, qazanj hesabına yaradılan fond - müştərək müəssisələrin 
işçilərini maddi cəhətdən maraqlandırmaq məqsədilə yaradılır. Odur ki, bu fond 
istehsalın səmərəliliyinin yüksəldilməsində  işçilərin təşəbbüskarlığının inkişaf 
etdirilməsi üçün geniş imkanlar açır; 
5.
 
amortizasiya fondu - amortizasiya ayırmaları hesabına yaradılır və ondan əsas fondların 
tam bərpası, təmiri və modernləşdirilməsi üçün istifadə edilir. 2000-ci ildən başlayaraq 
amortizasiya ayırmalarının yeni normalarından istifadə edilir. İllik amortizasiya 
ayırmalarının məbləği istehsal əsas fondların dəyərindən və onların xidmət dövrünün 
uzunluğundan, davamiyyətindən asılıdır. Bu müddət nə qədər uzun olarsa, başqa şərtlər 
eyni olduqda, illik amortizasiya ayırmalarının məbləği də bir o qədər az olur. Əsas 
fondların xidmət müddəti azaldıqda isə illik amortizasiya ayırmalarının kəmiyyəti də 
artır. 
 
 
8.3. Neft-qaz kompleksində özələşdirmə perspektivləri 
 
İqtisadi islahatların həyata keçirilməsində dövlət mülkiyyətinin özəlləşdirilməsi  əsas 
yerlərdən birini tutur. Bazar iqtisadiyyatına keçid dövründə mülkiyyət münasibətlərinin 
kökündən dəyişdirilməsi, planlı  cəmiyyətdə hakim olan dövlət mülkiyyətinin  əvəzinə özəl 
mülkiyyət formalarının yaradılması və inkişafı respublikamızın ictimai-iqtisadi, sosial həyatında 
yeni bir mərhələdir. Düzdür, bu gün onun müsbət cəhətləri haqda bir mənalı fikir söyləmək çətin 
olsa da, artıq özəlləşdirmə bir reallıqdır. 
Özəlləşdirmə dedikdə, dövlət mülkiyyətinin müəyyən  şərtlərlə  dəyişdirilməsi prosesi 
nəzərdə tutulur. Mülkiyyətin yeni sahibi onun təsərrüfat fəaliyyətində istifadəetmə  nəticələrinə 
görə tam maddi məsuliyyət daşıyır. Başqa sözlə, özəlləşdirmə dövlət mülkiyyətinin ayrı-ayrı 
şəxslərin,  əmək kollektivlərinin, hüquqi şəxslərin özəl mülkiyyətinə verərək mülkiyyətin 
dövlətsizləşdirilməsi üsullarından biridir. Deməli, dövlətsizləşdirməni özəlləşdirmə ilə tam 
eyniləşdirmək olmaz, yəni dövlətsizləşdirmə özəlləşdirməyə nisbətən daha geniş anlayışdır. 
Ümumiyyətlə, dünya təcrübəsində özəlləşdirmənin aşağıdakı üç modelini fərqləndirirlər. 
Özəlləşdirmənin birinci modelinin  əsasını dövlət müəssisələrinin  əmlakının  əhali 
arasında bərabər və pulsuz bölüşdürülməsi təşkil edir. Bu model özəlləşdirmə çeklərinin və 
investisiya kuponlarının /vauçerlər, bonlar/ özəlləşdirilən müəssisələrin səhmlərinə 
dəyişdirilməsini nəzərdə tutur. Məlumdur ki, bu modeldə özəlləşdirmənin fiksal məqsədi ikinci 
dərəcəli  əhəmiyyət kəsb edir. Burada əsas məqsəd qısa dövr ərzində bazar infrastrukturlarının 
yaradılması  və özəlləşdirməyə  cəmiyyət üzvləri tərəfindən olan inamsızlığın qarşısının 
alınmasıdır. 
 
 


 
132
Özəlləşdirmənin ikinci modeli dövlət müəssisələrinin səhmlərinin  əmək kollektivləri 
tərəfindən müəyyən güzəştli şərtlərlə satın alınmasıdır. Bu model dövlət müəssisələrinin tez bir 
zamanda  əmək kollektivlərinin mülkiyyətinə çevrilməsini təmin edir, lakin bu zaman 
özəlləşdirilən müəssisələrdə çalışan işçilərə qarşı ədalət prinsipinə tam əməl olunmur. 
Özəlləşdirmənin üçüncü modelində dövlət müəssisələri bazar qiyməti ilə əhaliyə satılır. 
Bu model bazar iqtisadiyyatının tədricən, mərhələlərlə yaradılması, geniş kütlə  tərəfindən 
özəlləşdirmənin inamsızlıqla qarşılanması, daxili maliyyə resurslarının çatışmamazlığı və xarici 
sərmayəçilərin özəlləşdirməyə maraq göstərməməsi ilə səciyyələnir. 
Məlumat üçün qeyd edək ki, göstərilən modellərin heç biri tam formada heç bir dünya 
ölkələrində tətbiq edilməyib. Məsələn, Çexiyada, Slovakiyada, Baltikyanı dövlətlərdə, Rusiyada 
özəlləşdirmənin birinci modelindən istifadə edilib. Bu ölkələrdə  əsas model kimi  dövlət 
mülkiyyətinin satışı seçilsə  də  əhalidə  sərbəst maliyyə resurslarının olmaması  və xarici 
sərmayəçilərin özəlləşdirməyə kifayət qədər az maraq göstərməsi nəticəsində pulsuz və bərabər 
bölüşdürmə modeli daha geniş yayılmışdır. 
Keçmiş Yuqoslaviyada özəlləşdtrmə ikinci model ilə  həyata keçirilmişdir, yəni dövlət 
müəssisələri qapalı tipli səhmdar cəmiyyətlərə çevrilməsi yolu ilə əhaliyə satılmışdır. Bu zaman 
səhmlər yalnız dövlət müəssisələrinin hazırkı  işçilərinə  və  əvvəllər bu müəssələrdə çalışmış, 
lakin hazırda təqaüddə olan adamlara satılmışdır. Səhmlərin alışı prosesində bütün əhaliyə 
səhmin nominal dəyərinin 30%-i həcmində güzəşt, dövlət müəssisələrinin hazırkı  və keçmiş 
işçilərinə isə  işlədikləri hər il üçün səhmin dəyərinin 1%-i həcmində  əlavə güzəşt nəzərdə 
tutulurdu. Bundan başqa, dövlət müəssisələrinin özəlləşdirilməsində digər güzəştlər də 
müəyyənləşdirilmişdir. Məsələn, səhmlərin dəyərindən asılı olmayaraq onun dəyərinin 10 il 
müddətinə ödənilməsi qərara alınmışdır. Bu modelin üstün cəhəti ondan ibarətdir ki, 
özəlləşdirmə prosesində  səhmlərin satışından  əldə edilən vəsait dövlət xəzinəsinə deyil, 
özəlləşdiriləcək müəssisələrin mövcud ehtiyaclarının və  gələcəkdə onların modernləşdirilməsi 
üçün istifadə edilməsindədir. Qüsur cəhəti isə  həmin müəssisədə  işləməyən  əhalinin 
özəlləşdirmədən təjrid olunmasıdır. 
Özəlləşdirmənin üçüncü modelindən Macarıstanda,  Şərqi Almaniyada, Polşada, 
Bolqarıstanda və digər Avropa ölkələrində istifadə edilmişdir. Məsələn, Macarıstanda hələ 
sosializm dövründə xüsusi sektorun yaradılması  və inkişafı üçün əlverişli  şərait yaradılmışdır. 
Belə ki, 80-cı illərin  əvvəllərində  əhaliyə göstərilən xidmətlərin təqribən 50%-i, əmtəə 
dövriyyəsinin üçdə bir hissəsi və texniki-layihə  işlərinin həcminin 15%-i özəl sektorun payına 
düşürdü. Macarıstanda həyata keçirilən özəlləşdirmənin mühüm xüsusiyyətlərindən biri ölkənin 
qapılarının xarici kapital üçün açıq olması, xarici sərmayəçilərə özəlləşdiriləcək dövlət 
müəssisəsinin səhmlərinin almağa icazə verilməsi, yerli kapitala nisbətən xarici kapital üçün 
vergi güzəştlərinin mövcud olmasında idi. Bundan başqa, Macarıstanda aparılan özəlləşdirmə, 
digər Avropa ölkələrindən fərqli olaraq, tədricən, yəni mərhələ-mərhələ həyata keçirilmişdir. 
Məlumdur ki, Azərbaycan keçmiş sosialist dövlətləri arasında özəlləşdirməni gej başlayan 
respublikalardan biridir, yəni 1993-cü ilin yanvarında «Azərbaycan Respublikasında dövlət 
mülkiyyətinin özəlləşdirilməsi haqqında» qanun qəbul edilsə  də, 1995-ci ilə kimi ticarət və 
xidmət sahələrini nəzərə almasaq, bizim respublikamızda demək olar ki, geniş  mənada 
özəlləşdirmə  həyata keçirilməmişdir. 1995-ci ilin oktyabarında Azərbaycan Respublikasının 
Qanununa uyğun olaraq «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin 
özəlləşdirilməsinin Dövlət Proqramı» işlənib hazırlanmış Milli Mjclis tərəfindən təsdiq 
olunmuşdur. Ümumiyyətlə, Azərbaycanda özəlləşdirmə prosesinin gedişini 4 mərhələyə ayırmaq 
olar: 
I mərhələ 1996-1998-ci illəri  əhatə etmişdir. Bu mərhələ  ən çətin və mürəkkəb mərhələ 
olmuşdur, çünki bu dövrdə  əhalinin özəlləşdirməyə inamı az idi, əhali özəlləşdirmə çeklərini 
alarkən ondan necə istifadə edəcəyini bilmirdi, lazımi hüquqi normativ baza yaradılmamışdır. 
Digər tərəfdən, bu dövrdə yalnız kiçik dövlət müəssisələri özəlləşdirilirdi və beləliklə  də  xırda 
sahibkarların yaranması ilə məhdudlaşırdı. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə