E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə61/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   57   58   59   60   61   62   63   64   ...   121

 
127
nəzarət edilir. Bu növ uçot, müəssisələrdə dispetçer xidmətində daha geniş surətdə tətbiq edilir. 
Operativ uçotda müxtəlif qrafiklərdən,  şifahi məlumatlardan, telefon vasitəsilə alınmış 
arayışlardan, avtomat hesablayıcıların məlumatlarından geniş istifadə edildiyindən, onların 
xüsusi sənədlərdə qeydə alınması məcburi deyildir;
 
Mühasibat uçotu - pul /dəyər/ ölçüsündə ifadə oluna bilən bütün hadisə  və proseslərin 
hərtərəfli, fasiləsiz  əks etdirilməsi və qeydə alınmasıdır, o, müəssisə  və  təşkilatların vəsaitinin 
mövcudluğunu və  hərəkətini  əks etdirir, ciddi sənədli xarakter daşıyır və onların təsərrüfat-
maliyyə  fəaliyyətlərinin təhlili üçün əsas məlumat mənbəyidir. Mühasibat uçotu müəssisə  və 
təşkilatların vəsaitinin vəziyyəti və hərəkəti haqqında, onların işinin nəticələri barəsində məlumat 
əldə edilməsini təmin edir. Mühasibat uçotunun əsas vəzifəsi təsərrüfatçılığın nəticələri, real 
təsərrüfat proseslərinin gedişi haqqında idarəetmə orqanlarını  məlumatlarla təmin etmək, 
müəssisənin əmlakının qorunması üzərində nəzarəti həyata keçirməkdir;
 
Statistik uçot - vasitəsi ilə ictimai məhsulun istehsalı, mübadiləsi, bölüşdürülməsi və 
istifadə olunması kimi iqtisadi proseslər qeydə alınır və öyrənilir. Statistik uçotda təsərrüfat 
hadisələri və prosesləri onların istiqaməti, inkişaf tempi və bir-birilə əlaqəsi nöqteyi-nəzərindən 
əks etdirilir və ümumiləşdirilir.
 
Maliyyə uçotunun  məqsədi maliyyə-mühasibat hesabatlarının tərtibi üçün lazımı 
məlumatların alınmasıdır. Bu üçot məlumatları  həm daxili və  həm xarici informasiya 
istifadəçiləri üçün də gərəkli hesab olunur. Maliyyə uçotunda təsərrüfat əməliyyatları yalnız pul 
ifadəsində mühasibat uçotu hesablarında baş verən tarixə yazılır. Bu uçotun mühüm 
prinsiplərindən biri maliyyə hesabatlarının təqdim edilməsinin daimliyi və dövrülüyüdür. 
İdarəetmə uçotu maliyyə uçotunun genişləndirilmiş formasıdır.  İdarəetmə uçotunun 
məqsədi rəhbərliyi idarəetmə  qərarlarının qəbul edilməsində lazımi informasiyalarla təmin 
etməsi təşkil edir. Bu uçot təşkilatda iki məzmunda formalaşır.
 
1.
 
mövcud mühasibat sisteminə paralel şəkildə; 
2.
 
əlavə məlumatların istifadəsi ilə mühasibat uçotu sistemi çərçivəsində. 
ARDNŞ ilə xarjci ölkələrin aparıcı neft şirkətləri arasında bağlanmış müqavilələrdə 
mühasibat uçotunun aparılmasının yeni qaydaları müəyyənləşdirilmişdir. Bu qaydalar beynəlxalq 
neft-qaz sənayesində hamılıqla qəbul olunmuş metodlara əsaslanır. Mühasibat uçotunun qəbul 
olunmuş metodları - mühasibat uçotunun beynəlxalq neft-qaz sənayesində hamılıqla qəbul və 
təsdiq edilmiş prinsipləri, metodları  və prosseduraları deməkdir. Mühasibat uçotunun yeni 
qaydada aparılmasının məqsədi ondan ibarətdir ki, neft-qaza aid əməliyyatlar aparılarkən 
ayırmaların və kreditlərin müəyyənləşdirilməsinin  ədalətli və obyektiv metodu təyin edilsin, 
habelə  xərclərin təsdiq olunmuş büdcələrə uyğun olub-olmaması üzərində  nəzarət metodu 
göstərilsin. 
Mühasibat uçotunun aparılması qaydasının məqsədləri baxımından podratçıya hər hansı 
istinad kontekstə görə aidiyyəti üzrə  əməliyyat  şirkətini, podratçı  tərəfləri və onların ortaq 
şirkətlərini nəzərdə tutur. Bu tərəflərdən hansı biri üçün ədalətsiz və ya qeyri-obyektiv qərar 
qəbul edilərsə, tərəflər həmin  ədalətsizliyin və qeyri-obyektivliyin aradan qaldırılması üçün 
lazımi dəyişiklikləri xoş  məramla tənzimləməlidirlər. Mühasibat uçotu vasitəsilə müəyyən 
hesabatlar tərtib edilir və orada yalnız neft-qaz əməliyyatlarının aparılması ilə  əlaqədar xərclər 
göstərilir. Özü də podratçı neft-qaz əməliyyatları hesabatını ABŞ dolları ilə aparır. Əgər neft-qaz 
əməliyyatları dollarla deyil, başqa valyuta ilə aparılarsa çəkilmiş  xərclər dollara standart 
mühasibat praktikasında qəbul edilmiş çevirmə əmsalları ilə çevrilir. Neft-qaz əməliyyatları üçün 
lazım olan valyutanın mübadiləsi, yaxud valyutanın çevrilməsi nəticəsində hər cür mənfəət və ya 
itgilər neft-qaz əməliyyatları hesabına aid edilir və ya kreditləşdirir. 
Neft-qaz  əməliyyatları üzrə hesabatlar beynəlxalq neft-qaz sənayesində  qəbul edilmiş 
standartlara müvafiq surətdə aparılır. Mühasibat uçotu artma prinsipi əsasında və kassa 
prinsipindən istifadə edilməklə  əvəzi ödənilməli neft-qaz əməliyyatları  məsrəflərinin məbləğini 
müəyyən etmək məqsədi ilə aparılır. 
 


 
128
Artma - uçot dövrü qurtarmazdan əvvəl olmuş hadisələr və əməliyyatlar nəticəsində uçot 
dövrü qurtardıqdan sonra ödəniləcəyi və ya alınacağı gözlənilən məbləqlər deməkdir.  Artma 
prinsipi - mühasibat uçotunun elə prinsipi deməkdir ki, həmin prinsipə görə  əməliyyatların 
nəticələri, maliyyə şəraitinə və gəlirə onların təsiri sadəcə olaraq əməliyyatlar üzrə nağd heqq-
hesab çəkiləndə deyil, həmin əməliyyatlar aparılanda mühasibat kitablarında qeyd olunur. Kassa 
prinsipi - mühasibat uçotunun elə prinsipi deməkdir ki, həmin prinsipə görə nağd pul hərəkəti 
banka təlimatlar vermək və ya nağd pul ödəmək və əməliyyat şirkətinin mühasibat kitablarında 
qeydəalma yolu ilə təsdiq edilir. 
Daxili audit xidmətinin digər mühüm vəzifəsi «ödəməmələr» problemini öyrənmək və 
onun səbəblərini aydınlaşdırmaqdan ibarətdir. Məlumat üçün qeyd edək ki, son illərdə 
iqtisadiyyatın digər sahələrindəki vəziyyət, debitor, kreditor borcları problemi, qeyri-ödənijlərin 
böyük miqyaslı olması neft-qazçıxarma idarələrinin maliyyə  vəziyyətini xeyli pisləşdirmişdir. 
Respublikada həyata keçirilən iqtisadi islahatların səmərəsinə maliyyə-kredit sistemində mövcud 
olan «ödəməmələr» problemi ciddi təsir göstərir. Hazırda ödəniş qabiliyyəti olmayan və ya 
məhdud olan müəssisə  və  təşkilatlar haqqını ödəyə bilmədiyi üçün enerji daşayıcılarından, 
kommunal və  nəqliyyat xidmətlərindən istifadəni davam etdirirlər. Ödəniş qabiliyyəti olmayan 
müəssisə  və  təşkilatların  əksər hissəsini dövlət sektoru təşkil edir. Düzdür, özəl təşkilatlar 
arasında da borcu olanlar mövcuddur. Dövlət sektorunda olan müəssisə və təşkilatların borcları 
su, qaz, elektrik enerjisi təchizatı, xidmət, nəqliyyat, kommunal təsərrüfatı  və qismən də digər 
sahələri əhatə edir. 
Müəssisələr arasında olan qarşılıqlı borcların azaldılması istiqamətində dövlət müəyyən 
tədbirlər həyata keçirir. Məsələn, bu sahədə Azərbaycan Respublikasının prezidentinin 24 
sentyabr 1996-cı il tarixli, 496 saylı  «İqtisadiyyatda qarşılıqlı hesablaşmalarda yaranmış 
vəziyyətin aradan qaldırılması və maliyyə intizamının möhkəmləndirilməsi tədbirləri» haqqında 
fərmanı mühüm əhəmiyyət kəsb edir. Həmin fərmana müvafiq olaraq Respublika Nazirlər 
Kabinetinin həyata keçirdiyi tədbirlər nəticəsində bu borcların müəyyən hissəsinin ödənilməsi 
mümkün olmuşdur. Digər tərəfdən, respublikada «Müflisləşmə  və iflas» haqqında Qanun 
fəaliyyət göstərir və bu qanunun normal işləməsi borclar probleminin həllində müstəna rol 
oynaya bilər. Lakin bu qanundan hələlik yaxşı istifadə olunmur, yəni bu vaxta kimi heç bir 
müəssisənin iflasa uğramısı haqqında qərar qəbul edilməmişdir. Bütün bunlar borcların ildən-ilə 
çoxalmasına gətirib çıxarır. 
Faktiki materialların təhlili göstərir ki, qarşılıqlı borcların azaldılması problemi 
neftqazçıxarma idarələrində  də ciddi problemlərdən biridir. Neftqazçıxarma idarələrində 
borcların həcmi 100 milyard manatla ölçülür. 01.01.1997-ci il tarixinə quruda NQÇİ-də debitor 
borclarının həcmi 631,8 milyard manata, kreditor borclarının məbləği isə 580,9 milyard manata 
bərabərdir. Göründüyü kimi borc saldosu +50,9 milyard manat təşkil edir. Belə bir vəziyyəti 
qənaətbəxş hesab etmək olmaz və ona görə də neftqazçıxarma idarələrində borcların azaldılması 
istiqamətində əməli tədbirlər həyata keçirilməlidir. 
Auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək, auditor xidmətinin inkişafına və 
təkmilləşdirilməsinə yönəldilmiş normativ aktların layihələrini hazırlamaq, dövlətin təsərrüfat 
subyektlərinin və auditorların, auditor təşkilatlarının mənafelərini müdafiə etmək və digər bir sıra 
məqsədlərlə Azərbaycan Respublikasında Auditorlar Palatası fəaliyyət göstərir. 
 
 
8.2. Neft sənayesinin dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya edilməsində 
müştərək müəssisələrin rolu 
 
«Əsrin müqaviləsi» adlanan məlum neft müqavilələrindən sonra milli iqtisadiyatımızın 
inkişafı,  əsasən neft amili üzərində qurulmağa başlamışdır. Belə ki, 1995-ci ildən başlayaraq 
respublikamızın iqtisadiyyatının inkişafı üçün daxil olan xarici kapitalın  əksər hissəsi neft 
müqavilələri ilə bağlıdır.
 
2002-ci ildə neft sənayesinin inkişafına yönəldilmiş xarici kapital 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə