E. M. Hacızadə Z. S. Abdullayev


təmirə yararlılıq dedikdə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə50/121
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21169
1   ...   46   47   48   49   50   51   52   53   ...   121

 
104
təmirə yararlılıq dedikdə isə istismar prosesi zamanı baş vermiş qüsurları aradan qaldırmaq 
imkanları nəzərdə tutulur. 
Texnikanın etibarlığı onun çox mühüm xarakteristikasıdır, çünki istehsalın fasiləsiz 
gedişatı, texnikanın təmirinə və ona qulluq edilməsinə çəkilən xərclər texnikanın etibarlığından 
asılıdır. Bundan başqa, yüksək etibarlıq xarici bazarda maşın və avadanlıqların rəqabət 
qabiliyyətli olmasının vacib şərtidir. Layihələşdirmə  mərhələsində etibarlığın yüksəldilməsi  ən 
səmərəli konstruktiv nəticələrin seçilməsi, ümumiləşdirilmiş  və standart elementlərdən, 
ünsürlərdən maksimum istifadə olunması, materialların səmərəli seçilməsi, istismar üçün 
rahatlığın, texnolojiliyin və təmirə yararlığın yaradılması ilə təmin edilir. 
Mütərəqqi texnoloji proseslərin yaradılması - nəticəsində emal obyektləri keyfiyyətcə 
dəyişir. Texnoloji proses dedikdə, maddi istehsal sahələrində xammal, material, yarımfabrikat, 
yaxud məmulat alınmasının, emalının və ya yenidən emalının üsul və vasitələrinin məcmusu 
nəzərdə tutulur. Texnoloji proses dedikdə həmçinin istehsal prosesinin tərkib hissəsi olan hasilat, 
emal, yenidən emal, daşınma, anbarayığma, saxlama əməliyyatları başa düşülür. Texnoloji 
proseslərin səmərəliliyi - məhsul vahidinə düşən xammal, material, yarımfabrikat, enerji 
məsrəflərinin xüsusi çəkisi, hazır məmulatın keyfiyyəti,  əmək məhsuldarlığının səviyyəsi, 
prosesin intensivliyi, məhsulun maya dəyəri ilə  səciyyələndirilir. Elmi-texniki tərəqqinin təsiri 
altında texnoloji proses daim təkmilləşdirilir, daha yaxşı son nəticələr verən yeniləri 
mənimsənilir. Çevik avtomatlaşdırılmış istehsalatlar və tullantısız texnologiyalar daha çox tətbiq 
edilir. 
Çevik avtomatlaşdırılmış istehsalatlar - rəqəmli proqramla idarə olunan dəzgahların, 
emal mərkəzlərinin, mini HEM ilə birləşdirilən avtomatik anbarların daxil olduğu, müəyyən 
idarəetmə proqramları  dəsti ilə  təhciz olunan və çoxnomenklaturalı maşınqayırma istehsalının 
avtomatlaşdırılmasını  təmin edən avtomatlaşdırılmış texnoloji sistemlərdir. Çevik 
avtomatlaşdırılmış istehsalatlar bir məmulatın emalından tezliklə digərinə keçməyə, eyni 
zamanda müxtəlif  əməliyyatları yerinə yetirməyə imkan verir. Çevik avtomatlaşdırılmış 
istehsalatlar istehsal tələbi ilə müəyyən olunan müxtəlif formalarda çox müxtəlif dəzgah 
hissələrinin, mühərriklərin, nəqliyyat maşınlarının, turbinlərin düzəldilməsi üçün tətbiq edilir. 
Çevik avtomatlaşdırılmış istehsalatların köməyi ilə geniş dairədə  əməliyyatlar - kontur /çevrə/ 
frezerləmə, səthin frezerlənməsi, burğu ilə deşmə, naxışkəsmə, xarrat-sıxaj emalı, karusel 
dəzgahlarda emal, diş frezerlənməsi, cilalama və bir çox başqa  əməliyyatlar yerinə yetirilir. 
Çevik avtomatlaşdırılmış istehsalatlar dəqiqlik, itihərəkətlilik və davamlılıq kimi ən yüksək 
tələblərə cavab verməlidir. 
Tullantısız texnologiya - zamanı texnoloji prosesdə xammal ehtiyatları - istehsal-istehlak-
təkrar maddi ehtiyatlar tsiklində xammal və enerjidən daha səmərəli və kompleks istifadə olunur 
və  ətraf mühitə  zərərli təsir göstərilmir. Aztullantılı texnologiyanın tətbiqi çox vaxt tullantısız 
texnologiyaya keçidi qabaqlayır. Aztullantılı və tullantısız texnologiyanın mahiyyəti - itgilərin və 
tullantıların maksimum mümkün olan qədər və  hətta tam aradan qaldırılmasından ibarətdir. 
İstehsalın yüksək səmərəlilik dərəcəsinə nail olunması tullantıların təkrar istifadəsini və zərərsiz 
olaraq qarşısının alınması  zərurətini  şərtləndirir.
 
Tullantısız texnologiyanın tətbiqi kompleks 
prosesidir. Onun məqsədi istehsal-istehlak kimi qapalı sistemə, yəni istehsal və istehlak sahələri 
ilə  ətraf mühit arasında obyektiv şəkildə mövcud olan qarşılıqlı  əlaqəni nəzərə almaqla qapalı 
tullantısız tsikl yaratmağa nail olmaqdan ibarətdir. Tullantısız texnologiyanın səmərəliliyi 
xammaldan istifadə  əmsalı, məhsul istehsalına çəkilən xərclərin azaldılması, hazır məhsul 
alınmasının artması, xammal hasilatına çəkilən məsrəflərin minimuma endirilməsi, investisiya 
qoyuluşundan götürülən faydanın artması kimi göstəricilərlə ölçülə bilər. 
Maliyyələşmə  mənbələrinə görə investisiya qoyuluşu dörd qrupa ayrılır: 
mərkəzləşdirilmiş investisiya qoyuluşu /dövlət büdcəsindən ayrılan vəsait hesabına yaradılır/, 
qeyri-mərkəzləşdirilmiş investisiya qoyuluşu /əsasən, neftqazçıxarma idarələrinin  əldə etdikləri 
mənfəətlər hesabına yaradılır/, xarici investisiya qoyuluşu /xarici ölkələrin vəsaitləri hesabına 
yaradılır/ və tikintidaxili ehtiyatlar hesabına  əldə edilən vəsait. Son illərdə  mərkəzləşdirilmiş 


 
105
investisiya qoyuluşunun həcmi xeyli azalmış, xarici investorlar tərəfindən ayrılan investisiya 
qoyuluşlarının həcmi isə artmışdır. Aşağıda maliyyə  mənbələri üzrə investisiya qoyuluşunun 
bölgüsünü əks etdirən cədvəl verilmişdir: 
Cədvəl 30 
Maliyyə mənbələri üzrə investisiya qoyuluşunun bölgüsü  
/faizlə/
 
İllər 
Dövlət 
hesabina 
Təşkilalarin 
vəsait-ləri 
Əhalinin 
vəsaitləri 
Xarici investorlarin 
vəsaitləri 
Cəmi 
1995 
13,0 44,0  8,0 
35,0 
100 
1996 
2,7 30,2  8,8 
58,3 
100 
1997 
2,2 26,0  5,7 
66,1 
100 
1998 
1,6 25,0  4,6 
68,8 
100 
1999 
1,5 20,5  5,8 
72,2 
100 
2000 
1,3 18,7  4,7 
75,3 
100 
2001 
1,5 16,0  5,0 
77,5 
100 
2002 
1,7 12,5  5,8 
80,0 
100 
 
Cədvəl məlumatlarından görünür ki, 1995-2002-ci illərdə investisiya qoyuluşlarının əksər 
hissəsini xarici investorların vəsaitləri təşkil etmişdir. Özü də xarici investisiyaların təqribən 37-
45%-i neftqazçıxarma sənayesinin inkişafına yönəldilmiş vəsaitlər təşkil edir və bu rəqəm ildən-
ilə artır. Bu onu göstərir ki, xarici sərmayəçiləri ən çox neft və qaz hasilatı maraqlandırır, nəinki 
iqtisadiyyatın digər sahələri. Hazırda Azərbaycan Respublikasında adambaşına düşən xarici 
investisiyaların həcmi 160 dollar təşkil edir. İqtisadi sistemin inkişafında vacib amil və onun 
inkişafının yeni mərhələsini əks etdirən bu göstərici üzrə Azərbaycan Respublikası nəinki əksər 
MDB ölkələrini, hətta bazar iqtisadiyyatına keçidi daha əvvəllər başlamış bir sıra Şərqi Avropa 
dövlətlərini də ötüb keçmişdir. Azərbaycan iqtisadiyyatına bütün maliyyə  mənbələri hesabına 
investisiyaların həcminə dair məlumatlar aşağıdakı cədvəldə verilmişdir: 
Cədvəl 31 
Azərbaycan iqtisadiyyatina bütün maliyyə mənbələri hesabina investisiyalar 
/milyon ABŞ dolları ilə/
 
İnvestisiyalar 
1995 
1996 
1997 
1998 
1999 
2000 
Cəmi 
544  933  1695 1982 1571 1469 
o cümlədən: 
xarici investisiyalar 
375  621  1308 1522 1091  955 
ondan: 
 
 
 
 
 
 
neft sektoruna 
140 417 780 944 553 574 
o cümlədən: 
ABƏŞ 
140 416 619 598 312 245 
digər neft kontraktları üzrə 
-  1  161 346 241 329 
 
Şübhəsiz ki, xarici investisiyaların həcminin son illərdə artmasınında  əsas yeri «Əsrin 
müqaviləsi» və sonrakı kontraktlar tutur. Bununla yanaşı, iqtisadiyyatın digər sahələrinə də xarici 
ölkələrin investorlarının marağı ildən-ilə artır. Qeyd etdiyimiz kimi, 20 sentabar 1994-cü il 
tarixdə  «Əsrin müqaviləsi» imzalandıqdan sonra Xəzər dənizinin Azərbaycan sektorundakı 
hissəsində karbohidrogen yataqlarının işlənməsində  iştirak edən ölkələrin joğrafiyası xeyli 
genişlənmişdir. Bu onunla izah edilir ki, hazırda ölkə iqtisadiyyatına xarici investorların cəlb 
edilməsi dövlət siyasətinin ən aparıcı istiqamətlərindən biri kimi qiymətləndirilir və Azərbaycan 
Respublikasının Prezidenti H.Ə.Əliyev cənablarının 1996-cı ildə Londonda A.Smit adına 
institutda, 1997-ci ildə ABŞ-a səfəri zamanı etdiyi çıxışlarda, dünyanın ən nüfuzlu informasiya 
vasitələrinə verdiyi müsahibələrdə bu problem tam açıqlığı ilə qeyd olunmuşdur. Xarici 
investisiya qoyuluşu 15 yanvar 1992-ci ildə «Xarici investisiyaların qoyulması» haqqında 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə