122
qoyuluşundan istifadənin iqtisadi səmərəliliyini xarakterizə edən mühüm göstəricilərdən
biri də
əmək məhsuldarlığıdır. Əmək məhsuldarlığının yüksəldilməsində, digər amillərlə yanaşı, tikinti
məhsulunun əmək tutumunun azaldılması, iş vaxtı itgilərinin aradan qaldırılması, tikinti-
quraşdırma işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması nəticəsində işçilərin nisbətən
azad edilməsi və sair mühüm rol oynayır. Odur ki, əgər investisiya qoyuluşu tikinti məhsulunun
əmək tutumunun azaldılmasını təmin edən təşkilati-texniki tədbirlərin
həyata keçirilməsinə
yönəldilmişdirsə, onda tikinti məhsulunun əmək tutumunun azaldılması hesabına əmək
məhsuldarlığının yüksəldilməsi faizini hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir:
ƏMFə.t. = (100 X Kə.t.) : (100 - Kə.t.)
Burada:
Kə.t.-
tikinti məhsulunun əmək tutumunun azalma %-i.
Əgər investisiya qoyuluşu iş vaxtı itgilərinin aradan qaldırılması üzrə həyata keçirilən
texniki-təşkilati tədbirlərə sərf edilmişdirsə, onda iş vaxtı itgilərinin aradan qaldırılması hesabına
əmək məhsuldarlığının artma faizini müəyyən etmək üçün aşağıdakı düsturdan istifadə etmək
olar:
ƏMFit. = {(K’it - Kit) X 100} : (100 - Kit)
Burada:
Kit və K’it -
təşkilati-texniki tədbirlərin tətbiqindən əvvəl və sonra iş vaxtı itkisi.
Əgər investisiya qoyuluşu növbə ərzində işçinin iş vaxtı fondunun artırılması məqsədilə
həyata keçirilən təşkilati-texniki tədbirlərə yönəldilərsə, onda növbə ərzində işçinin faydalı iş
vaxtı fondunun artırılması hesabına əmək məhsuldarlığının artma faizini hesablamaq üçün
aşağıdakı düsturdan istifadə edilir:
ƏMFfay. = {(t’fay. - tfay.) X 100} : tfay.
Burada:
tfay. və t’fay. -
tədbirin tətbiqindən əvvəl və sonar faydalı iş vaxtı fondu, növbə-
saat və ya adam-saatla.
Əgər investisiya qoyuluşu fəhlələrin-işçilərin sayının azaldılmasını təmin edən təşkilati-
texniki tədbirlərin həyata keçirilməsinə sərf edilirsə, onda işçilərin sayının azaldılması hesabına
əmək məhsuldarlığının artma faizini hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir:
ƏMFiş. = {(F – F’) X 100} : (F - Faz.)
Burada:
F və F’ -
bazis və plan illərindəki fəhlələrin sayı;
Faz. -
plan ilində azad olmuş fəhlələrin miqdarı.
İnvestisiya qoyuluşunun iqtisadi səmərəliliyini avadanlıqların sərbəstləşməsi hesabına əldə
edilən qənaətlə də müəyyənləşdirmək olar. Əgər investisiya qoyuluşu avadanlıqların
sərbəstləşdirilməsi məqsədilə həyata keçirilən təşkilati-texniki tədbirlərə sərf edilərsə, onda
avadanlığın sərbəstləşməsi nəticəsində əldə edilən qənaətin məbləği aşağıdakı düsturla təyin
edilir:
Qava. = {(A’ay. : N’pl.) - (Aay. : Npl.)} X Npl
Burada:
Aay. və A’ay. -
təşkilati-texniki tədbirlərin tətbiqindən əvvəl və sonra
amortizasiya ayırmalarının məbləği;
Npl. və N’pl. -
həmin dövrlərdə hazırlanmış məhsulların sayı.
İnvestisiya qoyuluşunun iqtisadi səmərəliliyini gətirilmiş məsrəflərə və illik qənaətə görə
də müəyyən etmək olar.
123
7.7. İnvestisiya qoyuluşundan istifadənin yaxşilaşdirilmasi yollari
Müasir dövrdə əsaslı tikintinin qarşısında duran əsas vəzifələrdən biri - investisiya
qoyuluşunun səmərəliliyinin yüksəldilməsidir. Onu aşağıdakılar hesabına həll etmək
mümkündür:
1.
investisiya qoyuluşunun quruluşunun təkmilləşdirilməsi - mövcud istehsal sahələrinin
yenidən qurulması və texnika ilə yenidən silahlandırılması üçün məsrəflərin xüsusi
çəkisinin artırılmasını nəzərdə tutur. Bazar iqtisadiyyatına
keçid dövründə dövlətin
iqtisadi strategiyası əsas diqqəti «ağırlıq mərkəzini yeni tikintidən mövcud istehsalların
texnika ilə yenidən silahlandırılmasına və yenidən qurulmasına keçirmək, bu məqsədlərə
yönəldilən vəsaitin istehsal üçün investisiya qoyuluşunun ümumi həcmində payını xeyli
artırmaq, avadanlıq və maşınlar üçün məsrəfin investisiya qoyuluşunda xüsusi çəkisini
yüksəltmək» istiqamətinə yönəldir;
2.
investisiya qoyuluşlarının mühüm buraxılış tikintilərində təmərgüzləşdirilməsi -
mövcud investisiya qoyuluşundan daha səmərəli istifadəni təmin edir və ona görə də
tikinti-quraşdırma işlərinin təşkilinin mütərəqqi forması hesab edilir. İstehsal
təmərküzləşdirildikcə onun idarə edilməsi və ona xidmət
göstərilməsi üzrə ümumi
məsrəflər məhsul buraxılışının artmasına nisbətən az artır ki, bu da onların nisbi
qənaətinə doğru aparır;
3.
tikinti-quraşdırma işlərinin müddətlərinin qısaldılması - məhsul həcminin artmasına,
bitməmiş istehsalın həcminin azalmasına, məhsul vahidinə çəkilən əmək sərfinin və
maya dəyərinin azalmasına səbəb olur;
4.
başa çatmamış tikintinin optimal həcmə qədər azaldılması - əsaslı tikintinin
planlaşdırılmasındakı qüsurları aradan qaldırmaqla, investisiya qoyuluşlarının çoxlu
obyektlər üzrə səpələnməsinin qarşısını almaqla, tikinti həcminin tikinti təşkilatlarının
istehsal gücləri ilə tarazlaşdırılmasını təmin etməklə, tikinti-quraşdırma təşkilatlarını
maliyyə, material və əmək resursları ilə kifayət qədər təmin etməklə, plandankənar
obyektlərin ucaldılması hallarını aradan qaldırmaqla, layihə-smeta sənədlərinin vaxtında
işlənib hazırlanmasını təmin etmək və podratçıya verilməsi ilə, tikinti materialları və
konstruksiyalarının, texnoloji maşın və avadanlıqların tikinti
obyektlərinə göndərilmə
vaxtının pozulması hallarının minimuma endirilməsi ilə, inşaatçıların lazımi maşınlar,
avadanlıqlar, mexanikləşdirilmiş alətlərlə təmin edilməsi ilə nail olunur;
5.
tikintidə elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edilməsi - yeni materialların,
yığma konstruksiyaların, mütərəqqi texnologiyanın və sair tətbiqini nəzərdə tutur.
Hazırda tikinti istehsalının sənayeləşdirilməsi səviyyəsinin yüksəldməsini, tikintinin və
quraşdırma işlərinin kompleks mexanikləşdirilməsini
təmin edən mütərəqqi
texnologiyanı, maşın və mexanizmlər sisteminin geniş tətbiq etmək durur;
6.
tikinti-quraşdırma işlərinin təşkilinin və planlaşdırılmasının təkmilləşdirilməsi.
Tikinti-quraşdırma işlərinin təşkilinin təkmilləşdirilməsi tikinti təşkilatlarında mövcud
ehtiyatlardan istifadə olunması, çoxlu xərc çəkmədən ictimai əmək məhsuldarlığının
yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Planlaşdırmanın təkmilləşdirilməsi
onun elmi səviyyəsinin yüksəldilməsini, ictimai istehsalın mütərəqqi strukturunun
formalaşdırılmasını, istehsalın intensivləşdirilməsini,
istehsal və elmi-texniki
potensialdan daha dolğun istifadə olunmasını, planlaşdırmada elektron-hesablama
maşınlarından və digər texniki vasitələrdən, xüsusilə avtomatlaşdırılmış planlaşdırma
sistemindən istifadəni nəzərdə tutur;
7.
layihələşdirmənin və smetaların işlənib hazırlanmasının keyfiyyətinin
yaxşılaşdırılması - əsaslı tikintinin keyfiyyətini və səmərəsini yüksəltmək, tikinti
istehsalını və layihə-smeta işlərini yaxşılaşdırmaq, tikintidə təsərrüfat
mexanizmini
gücləndirmək məqsədini daşıyır;