226
institusionalizm ictimai
motivlərə, insanların davranışlarına üz tutur və bazarın avtomatik
tənzimlənməsi konsepsiyasını tənqid edir.
İnstitutsional işsizlik - əmək bazarının qeyri-səmərəli fəaliyyəti zamanı əmələ gəlir, yəni boş iş
yerləri haqqında tam informasiya verilməyəndə informasiya sistemi işsizlik səviyyəsini olduğu
kimi əks etdirmir. Belə bir şəraitdə işsizlərə yardım artırılır və gəlirlərə görə vergilər isə aşağı
salınır.
İnteqrasiya - /latınca
integratio -
bərpa olunma, integrationis - tam, vahid/ Müasir dünyada
ölkələrini təsərrüfatlarının obyektiv birləşmə prosesi. Onun ali məqsədi iqtisadi artım teplərin
davamlılığına rəğmən əldə olan resusurslardan maksimal dərəcədə effektli
istifadəni təmin
etməkdir. İnteqrasiya mühüm forması kimi ölkə təsərrüfatının beynəlmiləlləşməsi nəticəsində
onun dünya təsərrüfatının bir hissəsinə çevrilməsidir. İnteqrasiyanın əlaməti kimi iqtisadiyyat
sferasında ümumi siyasətin formalaşdırılması və reallaşdırılmasıdır. Beynəlxalq iqtisadi
inteqrasiya əsas beş mərhələdən keçir:
azad ticarət zonası, gömrük ittifaqı, ümumi bazar, iqtisadi
ittifaq və
iqtisadi və valyuta ittifaqı. Müvafiq inteqrasiyanın beş pilləsini hələlik Avropa Birliyi
keçmişdir.
İntervensiya - /latınca
interventre - qarışmaq/ bu termin iqtisadi
sferaya siyasətdən daxil
olmuşdur. İqtisadiyyatda intervensiya təsərrüfat və iqtisadi həyata məqsədyönlü təsir, dövləti
müdaxilə ilə bağlıdır. Dövlətin iqtisadi intervensiyası özəlləşdirmə, reprivitizasiya, defelyasiya
və sair iqtisadi alət və mexanizmlərlə reallaşdırılır. İntervensiya olmadan dövlət iqtisadiyyatda
təzahür edən disproporsiyaları tənzimləyə və təjrid edə bilməz. İqtisadi liberalizmin banisi nobel
laureatı Fridrix fon Xayek dövlətin iqtisadiyyata müdaxiləsinin qəti əlehdarı kimi tanınır.
Özünün
bu sahədəki, radikalizmində alim dövlətin hətta kredit-pul siyasətindən çəkinməyi
tövsiyyə etmiş, pulların buraxılışı, emissiyasını şəxsi əllərə verilməsi təşəbbüsündə bulunmuşdur.
İnteqrir İdarəetmə Sistemləri /İİS/ - kompyuter texnikası vasitələri və müvafiq proqramlar
əsasında qurulur, istehsal prosesin optimallaşdırılmasında, əksər texniki problemlərin həllində və
eyni zamanda daxili audit şəbəkəsinin təkmilləşdirilməsi məqsədini daşıyır. Bu effektivlik
istehsal və idarəetmə prosesinə lazım olan bütün mümkün informasiyaları vahid bazada
akkumlyasiya edərək idarəetmə sisteminin səmərəliliyini qaynaqlandırır. İİS sistemində
məlumatlar mübadiləsinin biznes-sistem və Avtomat İdarəetmə Sistemləri /AİS/ arasında şaquli
kəsişmələri vardır.
İnflyasiya - /latınca
inflatio - şişirtmə/ dövriyyədə olan kağız pul kütləsinin artımı nəticəsində
pulların dəyərinin kəskin aşağı düşməsi prosesi. Hiperinfilyasiya inflyasiyanın
son kəskin
tuğyanıdır. Termin ilk dəfə Şimali Amerkada 1861-1865-ci illərdə baş verən vətəndaş
müharibəsində işlədilmişdir. Sonrada inflyasiya termini Avropada geniş yayılmışdır. Lakin
infilyasiyanın tarixi pulların meydan gəldiyi zamanlarla hesablanır. İnflyasiya mürəkkəb sosial-
iqtisadi hadisə olub, hər bir ölkənin iqtisadiyyatında ciddi problem kimi çıxış edir. O,
iqtisadiyyatda hər hansı bir səbəbdən yaranan və davam edən bərabərsizliyin göstəricisidir.
Başqa sözlə, bilavasitə kağız pulun hərəkəti ilə bağlı olan və yaranan bir prosesdir. İnflyasiyanın
əsas səbəbləri büdcə kəsirinin mövcudluğu, pul tədavülü qanununa əməl olunmaması, sərmayə
qoyuluşlarının həcmi, əmək haqqının əmək məhsuldarlığına nisbətən üstün artması, pul-kredit və
vergi sahəsində düzgün olmayan siyasətin aparılmaması, azad rəqabətin inhisarla əvəz olunması,
iqtisadiyyatın hərbiləşdirilməsi və xarici-iqtisadi amillər əks etdirir.
İnformasiya məhsulları bazarı - Bu xüsusi növ bazardır və buraya kitabların, qəzetlərin,
şəkillərin, müxtəlif yönümlü reklamların və digər bir sıra informasiya məlumatlarının alqı-satqısı
daxildir. Bu bazara intellektual səciyyəli məhsullar bazarı da deyilir.
227
İnsayder - maliyyə və digər bu kimi informasiyalara girişi olan fərd.
İnteraktiv lider - konsensus şəraitində işləməyə meylli olan interaktiv rəhbərlər əsasən qadınları
əhatə edir.
İnvestisiya - /latınca
investment geyindirmək mənasında/ ən ümumi formada investisiya pulların
daha böyük pullar əldə edilməsi məqsədi ilə istifadəsidir. Pulların daşınmaz əmlaka
sənaye və
xidmətlər sferasına qoyuluşu bir
başa investisiya adlanır. Belə hal investora müəssisənin idarə
edilməsi və nəzarətinə imkan verir.
Portfel investisiyalar isə müəssisələrə bir başa nəzarət
etməyə imkan vermir. Belə halda investor səhm sahibi olmaqla mənfəət dividenti əldə edir.
İnvestor rolunda dövlət, özəl kompaniya və ayrıca biznesmen iştirak edə bilər.
Buna görə də
investisiyalar dövlət və özəl kateqoriyalara bölünür.
İnvariant- dəyişməz kəmiyyət, miqdar.
İnzibati-amirlik sistemi - iqtisadiyyatın idarə edilməsində və planlaşdırılmasında sərt
inzibatçılığa üstünlük verilən, təsərrüfat subyektlərinin hüquqları məhdudlaşdırılılan iqtisadi
sistem. Əvvələr keçmiş SSRİ-də, Şərqi Avropa ölkələrində, hazırda isə Kubada və bir sıra Asiya
dövlətlərində fəaliyyət göstərir.
İpoteka - əmlakın, yəni torpağın, evlərin və digər tikililərin girov qoyulması olub borc pul üçün
təminat rolunu oynayır.
İpotka krediti - əmlakın girov qoyulması əsasında verilən kreditdir.
Kredit verənlərin
mənafeyini təmin etmək məqsədilə girov qoyulmuş əmlakın, alınmış borc ödənilənə qədər,
satılmasına qadağan qoyulur və bu haqda ipoteka katabında qeydiyyat aparılır. Alınmış borc və
onun faizi vaxtında ödənilməzsə, gtrov qoyulmuş əmlak üzərində mülkiyyət hüququ kreditora
keçir.
İsteblişment - cəmiyyətdə dayanaqlı, möhkəm vəziyyət. İqtisadi, ictimai institutların və
təşkilatların cəmiyyətdə üstün hakimiyyəti.
İstehlak edilmiş milli gəlir - dedikdə, il ərzində istehsal edilmiş milli gəlirdən təbii fəlakətin
törətdiyi itgilərin, məhsulların saxlanılmasındakı ziyanların, xarici
ticarət saldosunun fərqinin
çıxılması başa düşülür.
İstehsal faktorları - istehsal xərcləri deməkdir.
İstehsal edilmiş milli gəlir - dedikdə, il ərzində yeni yaradılmış əmtəə və xidmətlərin ümumi
həcmi başa düşülür.
İstehsal vasitələri bazarı. Buraya əmək predmetləri və əmək vasitələri, onların tərkibinə daxil
olan bütün kompleks şeylər daxildir. Məsələn, daşınmaz əmlaklar, əmək alətləri, xammal və
materiallar, energetika resursları, faydalı qazıntılar bazarı.
İstehsal xərcləri - məhsul /iş, xidmət/ hazırlanmasına çəkilən canlı və maddiləşmiş əmək
məsrəflərinin məcmusudur. Əmtəə-pul münasibətləri şəraitində dəyər formasında çıxış edir.
İjtimai istehsal xərcləri və müəssisənin əmtəə istehsalına çəkdiyi pul məsrəfləri fərqləndirilir.
İjtimai istehsal xərclərinə istehlak edilmiş istehsal vasitələrinin keçirilmiş dəyəri
və bütün yeni
yaradılmış dəyər daxildir. Bu xərclər əmtəə dəyərinə bərabərdir və əmtəənin qiymətini
müəyyənləşdirərkən nəzərə alınır. Müəssisənin əmtəə istehsalına çəkdiyi pul məsrəfləri əmtəənin