112
Əgət. = (1 - Eg.nor)
n
Burada:
Eg.nor -
gətirilmə normativi;
n -
hesablanmış ilin başlanğıcından həmin ilin məsrəflərini ayıran illərin sayı.
Qeyd edək ki, gətirilmiş investisiya qoyuluşu məbləği yalnız şərtidir
və ancaq müqayisəli
iqtisadi səmərəlilik hesablamaları üçündür və müvafiq obyektlərin hazırlanması və ya tikintisinin
plan dəyərinin təyin olunması üçün əsas sayıla bilinməz. Məsələn, sənaye obyekti üç il ərzində
tikilə bilər.
Fərz edək ki, investisiya qoyuluşunun tikinti illərinə görə bölüşdürülməsinin iki
variantı vardır. Bu variantlar aşağıdakı cədvəldə əksini tapmışdır:
Cədvəl 33
İnvestisiya qoyuluşunun variantlar üzrə bölgüsü
/milyon manat/
Variantlar üzrə investisiya qoyuluşu
Tikintiilləri
variant-1
variant-2
Birinci il üçün
10 30
İkinci il üçün
10 20
Üçüncü il üçün
40 10
Y e k u n u:
60 60
Verilmiş misaldan
görünür ki, birinci varianta görə tikintinin birinci ilində ikinci variantla
müqayisədə investisiya qoyuluşuna 20 milyon manat /
30 - 10/ məbləğində qənaət edilmişdir.
Müvəqqəti azad olmuş vəsaitlərdən neftqazçıxarma sənayesinin digər bölmələrində istifadə oluna
bilər. Əgər müvəqqəti azad olunmuş vəsaitdən səmərəli istifadə edilərsə, gətirilmə normativi
Eg.nor.= 0,10-a bərabər olarsa, onda birinci ilin axırına dövriyyəyə buraxılmış vəsait 22 milyon
manat [
20 (1 + Eg.nor) = 20 (1 + 0,10] məbləğində qayıdacaqdır. İkinci ilin başlanğıcında
tikintinin birinci varianta görə yerinə yetirilməsində yenə də 10 mln. manat /
20 - 10/
məbləğində
qənaət əldə edilir, bundan başqa, ona birinci ildən sonra alınan vəsait əlavə olunur. Odur ki,
ikinci ildə dövriyyəyə 32 mln. manat /
10 + 22/ investisiya qoyuluşu buraxmaq olar ki, bu da ilin
axırında 35,20 milyon manat [
32 (1 + 0,10)] məbləğində qayıda bilər. Tikintinin üçüncü ilində
ikinci variant ilə müqayisədə birinci variant 30 milyon manat /
40 - 30/ çox vəsait tələb edir.
Lakin ikinci ilin axırında 35,20 milyon manat alındığından sərbəst qalıq 5,20 milyon manat
/
35,20 - 30,00/ olacaqdır. Beləliklə, tikintinin birinci variantla həyata
keçirilməsi ikinci varianta
nisbətən 5,20 milyon manat vəsaitə qənaət etməyə imkan verir. Düzdür, bu heç də iki variantdan
hansı variantın daha səmərəli olması haqqında son fikiri söyləməyə imkan vermir. Bunun üçün
investisiya qoyuluşu ilə yanaşı, səmərəliliyin digər göstəricilərini də hesablayıb bir-birilə
müqayisə etmək lazımdır.
İnvestisiya qoyuluşunun müqayisəli iqtisadi səmərəlilik hesablamaları çox hallarda
planlaşdırma və layihələşdirmə zamanı hər hansı tədbirin optimal variantının seçilməsi üçün
aparılır. Yaxşı variant mümkün variantlar içərisində müxtəlif üsullar ilə seçilə bilər. Əgər
mümkün variantlar içərisində tətbiqi ən az xüsusi investisiya qoyuluşu tələb edən və məhsul
vahidinin istehsalı ən az maya dəyərinə başa gələn elə bir variant vardırsa,
həmin variant ən
yaxşı, optimal variant hesab edilir. Lakin təcrübədə çox hallarda xüsusi investisiya qoyuluşu
böyük olan variantların tətbiqi zamanı, məhsul vahidinin ən az maya dəyəri təmin olunmur. Belə
hallarda lazımi variant səmərəliliyin normativ əmsalı və ya variantlar üzrə gətirilmiş məsrəflər
vasitəsilə müəyyən edilir. Fərz edək ki, istehsalın həcmini 80 milyon manatlıq artırmaq üçün üç
variant mövcuddur:
1.
birinci variant - mövcud istehsalın genişləndirilməsi;
2.
ikinci variant - yeni obyektin tikilməsi;
3.
üçüncü variant - mövcud istehsalın texnika ilə yenidən qurulması.
113
Aşağıdakı cədvəl məlumatlarından istifadə edərək hansı variantın
daha səmərəli olduğunu
müəyyənləşdirək:
Cədvəl 34
İnvestisiya qoyuluşları variantları
Verilmiş misaldan görünür ki, üçüncü variant, yəni mövcud istehsalın texnika ilə yenidən
qurulması daha səmərəlidir, belə ki, bu zaman gətirilmiş məsrəflərin məbləği ildə 80,2 milyon
manatdır /normativ ödəmə müddəti ərzində 668,1 milyon manat/. Bu, birinci və ikinci
variantlarda olduğundan azdır.
Baxılan məsələni həmçinin variantları cüt-cüt müqayisə etmək yolu ilə də /məsələn,
birinci
variantı ikinci variantla, ikincini isə üçüncü variantla/ həll etmək olar. Bunun üçün əlavə
investisiya qoyuluşunun özünüödəmə müddəti və ya müqayisəli səmərəlilik əmsalları
hesablamalarından istifadə olunur. Əgər müqayisə edilən variantların iqtisadi səmərəlilik
göstəricilərinin hesablanması zamanı bu göstəricilər bir-birindən az fərqlənərsə, onda qəbul
edilən plan və ya layihə həllərinin daha tam təhlili üçün əvvəllərdə adları çəkilən əlavə
göstəricilərdən, məsələn, əmək məhsuldarlığı, fondverimi,
material tutumu, xüsusi investisiya
qoyuluşunun həcmi və eyni zamanda natural göstəricilərdən istifadə edilir.
7.4. Tikinti obyektlərinin layihələşdirilməsi və iqtisadi cəhətdən əsaslandırılması
Sənaye tikintisinin həyata keçirilməsinin ən mühüm mərhələsi layihələşdirmədir. Tikintinin
layihələşdirilməsi yalnız gələcəkdə tikiləcək obyektin və ya qurğunun qrafik təsvirini verən sxem
və çertyocları, cizgiləri deyil, eyni zamanda nəzərdə tutulmuş tikinti obyektinin
məqsədəuyğunluğunu və iqtisadi səmərəliliyini təsdiq edən texniki və iqtisadi hesablamalardır.
Layihənin tərkibinə izahat vərəqəsi, tikintinin dəyərini müəyyən
edən maliyyə-smeta
hesablamaları və smetaları, həmçinin nəzərdə tutulan layihə həlletmələrini xarakterizə edən digər
hesablama materialları da daxildir.
Layihənin izahat vərəqəsində aşağıdakılar öz əksini tapır:
1.
tikinti məhsulunun nomenklaturu;
2.
tikinti təşkilatının istehsal gücü;
3.
tikintinin aparılması yeri;
4.
tikinti-quraşdırma təşkilatının xammal, material, yanacaq və enerji bazası;
5.
tikinti təşkilatının digər kənar təşkilatlarla təsərrüfat əlaqəsinin səviyyəsi;
6.
tikintinin texnologiyası və onun mexanikləşdirilməsi və avtomatlaşdırılması
imkanları;
7.
tikintinin texnika ilə silahlanma dərəcəsi;
8.
tikinti-quraşdarıma işlərinin həyata keçirilməsi üçün ayrılmış ərazidən
istifadə
olunması;
9.
ayrı-ayrı bina və qurğuların konstruksiya həlletmələri.
Variantlar
Göstəricilər
Ölçü vahidi
I
II
III
Maya dəyəri üzrə illik məhsul buraxılışı
milyon manat/il
80 70 73
İnvestisiya qoyuluşu
milyon manat
42 98 60
Normativ səmərəlilik əmsalı
əmsal
0,12 0,12 0,12
Gətirilmiş investisiya qoyuluşu
milyon manat/il
5,04 11,76 7,20
Normativ ödəmə müddəti
il
8,33 8,33 7,33
Normativ ödəmə müddəti ərzində mayadəyəri üzrə
buraxılan məhsulun illik həcmi
milyon manat
666,4 580,1 608,1
Gətirilmiş məsrəflər
milyon manat
708,4 681,1 668,1