116
Aradan qaldırılması imkanlarından asılı olaraq risklər müntəzəm /bazar,
diversifikasiya
olunmayan/ və qeyri-müntəzəm /spesifik, diversifikasiya olunan/ risklərə bölünür. Müntəzəm
risklər iqtisadiyyatda baş verən proseslər nəticəsində əmələ gəlir və onu diversifikasiya yolu ilə
aradan qaldırmaq mümkün olmur. Bazar riskləri ümumi risklərin təqribən 30-50%-ni təşkil edir.
Qeyri-müntəzəm risklər isə risklərin diversifikasiya yolu ilə, yəni müxtəlif layihələrə vəsaitlər
qoymaqla aradan qaldırıla bilinən risklərdir.
Məlumat üçün qeyd edək ki, respublikamızda fəaliyyət göstərən bir çox xarici neft
şirkətlərinin kifayət qədər maliyyə vəsaitlərinə malik olmalarına baxmayaraq uzun müddətli borc
maliyyələşdirilməsinə /kreditləşdirməyə/ üstünlük verilir. Bunun müsbət cəhəti ondan ibarətdir
ki, bu zaman riskin bir hissəsi borcu verən bank idarəsinə ötürülür.
Uzun müddətli borc maliyyələşdirilməsi kredit idarələri tərəfindən reqress /tənəzzül,
geriləmə, dala getmə/ dərəcələrinə görə üç qrupa ayrılır:
1.
tam reqress hüquqlu kreditlər - borc vəsaitlərinin müəssisənin bütün vəsaitləri və
istənilən maliyyə əməliyyatı hesabına qaytarılmasını nəzərdə tutur;
2.
reqress hüququ olmayan kreditlər və yaxud layihə maliyyələşdirilməsi yaranan borc
vəsaitlərinin yalnız həyata keçirilən layihədən alınan gəlirlər hesabına ödənilməsini
nəzərdə tutur. Bu zaman kredit idarələri üçün riskin dərəcəsi artır və buna görə də
verilmiş kreditlər üzrə faiz tarifləri də yüksək olur;
3.
məhdud reqress hüquqlu risklər - tam reqress hüquqlu və reqress hüququ olmayan
kreditlərin verilməsi qaydalarının eyni zamanda qarışıq tətbiqini nəzərdə tutur.
İşlənmə sisteminin effektivliyi bir sıra amillərdən asılıdır. Onlara aiddir:
1.
ölkənin xam neftə, neft məhsullarına və təbii qaza olan tələbatını ödəyən
işlənmə tempi;
2.
neft-qaz yatağının sənaye əhəmiyyətli neft-qaz ehtiyatlarından istifadə etmə dərəcəsi;
3.
material və əmək məsrəflərinin səviyyəsi.
Ölkənin xam neftə, neft məhsullarına və təbii qaza olan tələbatı daima artdığından neft və
qaz hasilatını çoxaltmaq üçün yatağın işlənmə müddətini qısaltmaq zərurəti yaranır. Lakin
yatağın işlənmə müddəti nə qədər qısaldılarsa, investisiya qoyuluşu da bir o qədər artacaqdır.
Ona görə də işlənmə müddətinin seçilməsi çox məsuliyyətli məsələdir. Yatağın işlənmə müddəti
planlaşdırılmış neft və qaz hasilatının artma tempindən, yatağın geoloji və iqtisadi şəraitindən,
kəşf edilmiş ehtiyatların həcmindən, onların joğrafi yerləşdirilməsi və işlənməyə hazırlığından və
həmçinin neftqazçıxarma idarələrində istifadə olunan texnika və texnologiyanın
vəziyyətindən
asılıdır. Lay təzyiqinin bir səviyyədə saxlanması, işlənmə müddətini qısaltmağa və neft-qaz
hasilatını yüksək səviyyədə saxlamağa kömək edir. Təzyiqin saxlanması fontan dövrü
qurtardıqda da neftin quyudibinə sürətlə axınını təmin edir ki, bu da dərinlik nasos istismarının
effektivliyini artırır.
Neftçıxarma tempini yüksəltmək məqsədilə təzyiqlər fərqinin artırılmasına, istismar
qurğularında quyudibi təzyiqini neftin qazla doyma təzyiqindən 10-15% aşağı salmaqla nail
olunur. İşlənmə tempini müəyyən etdikdə su-neft kontaktında və keçiriciliyi kiçik olan laylarda
yaradılan təzyiq qradiyentlərini nəzərə almaq lazımdır. Maksimum neftvermə əmsalına uyğun
olan təzyiq qradiyenti laboratoriya üsulu ilə və yaxud da istismar təcrübəsi əsasında müəyyən
edilir.
Bircinsli olmayan layda quyular arasındakı məsafə azaldıqda neftvermə əmsalı artır. Lakin,
bu tədbir işlənmə xərclərinin artması ilə əlaqədardır. Müasir şəraitdə neftqazçıxarma sənayesində
istifadə olunan texnika və texnologiya yatağın işlənmə prosesində neftverməni 60-70%-ə
çatdırmağa imkan verir. Quyular arasındakı məsafənin düzgün götürüldüyünü, layın geoloji
quruluşunun daha dəqiq öyrənilməsi ilə müəyyən etmək olar. İşlənmə layihəsində ehtiyat
quyularının qazılması da nəzərdə tutulmalıdır.
Maddi və əmək məsrəflərini layihələşdirərkən respublikanın ümumi neft-qaz hasilatında
neft rayonuna düşən xüsusi hasilat, neft və qaz hasilatının həmin rayona
daxil olan yataqlar üzrə
paylanması və işlənmənin plan tapşırığını ödəyən texniki sxemi müəyyən edilməlidir. İnvestisiya
qoyuluşunun həcmini müəyyənləşdirərkən aşağıdakı xərclər nəzərə alınır:
117
a.
kəşfiyyat, istismar və inceksiya quyularının qazılmasına çəkilən xərclər. Bu xərclərin
artırılması neft-qaz hasilatının müntəzəm surətdə çoxaldılmasına geniş imkanlar açır;
b.
layın neftvermə əmsalını artırmaq və lay təzyiqini saxlamaq məqsədilə neft quyusuna
su vurulması üçün inceksiya quyularının saxlanmasına çəkilən xərclər;
c.
köməkçi və xidmətedici sex və təsərrüfatların saxlanılmasına çəkilən xərclər. Bu
xərclərin həcmi nə qədər az olarsa, bir o qədər də neft və qaz hasilatının maya dəyəri
aşağı olar ki, bu da istehsalın rentabelliyinin yüksəldilməsi amillərindəndir;
d.
mənzil və mədəni-məişət obyektlərinin tikilməsinə və saxlanılmasına çəkilən xərclər.
Bu xərclər neft-qaz hasilatının artırılmasına bilavasitə deyil, dolayı yolla
təsir göstərir;
e.
yolların, körpülərin, dambaların, estekadaların və sair bu kimi işlərin tikintisinə və
saxlanılmasına çəkilən xərclər;
f.
su təchizatı və kanalizasiya ilə əlaqədar olan xərclər.
Kəşfiyyat, istismar və injeksiya quyularının qazılmasına çəkilən xərclər layın yatma
dərinliyindən, quyunun konstruksiyasından və rayondakı qazma şəraitindən, mədən obyektlərinin
tikilişi, atqı xəttlərinin uzunluğu, ölçü çənlərinin, trapların və neft rezervuarlarının /qaz
anbarlarının/ sayı quyu şəbəkəsi sıxlığından asılıdır. Yerdə qalan digər xərclər yatağın bütün
işlənmə variantları üçün eynidir.
7.5. Neftqazçıxarma müəssisələrində tikinti - quraşdirma işlərinin təşkili və
planlaşdirilmasi
Neftqazçıxarma idarələrində tikinti-quraşdırma işlərinin təşkili və planlaşdırılması müvafiq
prinsiplərin əsaslanmasını tələb edir. Onlara aiddir:
1.
investisiya qoyuluşlarını,
hər şeydən öncə, mövcud istehsalların yenidən qurulmasına
və texnika ilə silahlandırılmasına yönəltməli;
2.
obyektləri işə salmağa və tikintidə zəruri artıq məhsul yaratmağa imkan verən
tikililəri və obyektləri sahənin tikinti planına daxil etməli;
3.
həm planlaşdırılan sahələrdə, həm də bir-birinə yaxın sahələrdə əlaqədar obyektlərin
tikinti müddətlərini və işə salınmasını uyğunlaşdırmalı;
4.
istehsal təyinatlı obyektlərin mənzil-məişət və infrastruktur obyektləri ilə kompleks
tikintisini təmin etməli;
5.
planda nəzərdə tutulan tapşırıqları /sifarişləri/
maddi ehtiyatlarla, podrat tikinti
təşkilatlarının gücü ilə əlaqələndirməli və sair.
Neft sənayesində tikinti-quraşdırma işlərini yüksək səviyyədə həyata keçirmək məqsədilə
əsaslı tikinti şöbəsi yaradılır və bu şöbə tikinti-quraşdırma işlərini sənədləşdirir və onun yerinə
yetirilməsinə operativ nəzarət edir. Tikinti-quraşdırma işlərinin planlaşdırılmasının ən mühüm
mərhələsi tikinti-quraşdırma işləri üzrə planı işləyib hazırlanmaqdan ibarətdir. Bu planda yeni
tikiləcək obyektlər, mövcud istehsalların genişləndirilməsi, yenidən qurulması və yein texnika ilə
silahlandırılması müəyyənləşdirilir, onların zəruriliyi və məqsədəuyğunluğu texniki-iqtisadi
cəhətdən əsaslandırılır. Tikinti planında
yeni tikiləcək, genişləndiriləcək, yenidən qurulacaq və
texnika ilə yenidən silahlandırılacaq obyektlərin yeri, investisiya qoyuluşunun və tikinti-
quradırma işlərinin həcmi, yerinə yetirilməsi müddətləri, tikinti üçün ayrılmış ərazidən istifadə
olunması səviyyəsi, təsərrüfat əlaqələri və sair həlletmələri müəyyən edilir.
İnvestisiya qoyuluşunun həcmi - istehsal və qeyri-istehsal sahələrində əsas fondların sadə
və geniş təkrar istehsalı üçün nəzərdə tutulur və ona görə də hər bir konkret şəraitdə onun
həcminin düzgün müəyyən edilməsi zəruri şərtlərdən biridir. Adətən, sahənin bütün investisiya
qoyuluşu iki qrupa bölünür:
1.
neftqazçıxarma idarələrinin və ya onun obyektlərinin inkişafı ilə bilavasitə əlaqədar
olan tam investisiya qoyuluşu /İq.t./;