Ənvər Mete Həmidov, Zərnurə Həmidova
lə ələ gəlib (hörmət, məqam), mal-dövlət qurtarandan sonra
aradan gedər.
Elm cahilin (nadanlığın) qatilidir.
İmam Sadiq (ə.):
Elm kəsb edin və onunla birlikdə elmlə, vüqarla zinətlənin.
Alim elminə əməl etmədikdə, yağışın sərt qayaların üzərin
dən axıb getdiyi kimi, onun da nəsihətləri qəlblərin üzərindən
əsərsiz sürüşüb gedər.
İmam Həsən (ə.):
Öz elmini başqalarına öyrət və çalış ki, digərlərinin də el
mini öyrənəsən.
im am Hüseyn (ə.):
Elmin üstünlüyü ibadətin üstünlüyündən daha yaxşıdır.
H ikmət və bilik mömin bir şəxsin itirdiyidir. H ətta müdri
kin yanında olsa da, onu axtarın ki, hikmət əhli olub, ona da
ha çox layiq olasınız.
Elm bəhs və müzakirələr, mərifət toxum udur. Uzun və
çoxlu təcrübələr əqlin çoxalm asına səbəb olur.
Elm imanın, helm isə biliyin layiqli vəziridir.
İmam Bağır (ə.):
Elmindən faydalanan alim, yetmiş min abiddən xeyirlidir.
Elmin zəkatı onu Allahın bəndələrinə öyrətməkdir.
254
İntellektual ekologiya
Elm öyrənməkdə çalışın, çünki elm öyrənmək gözəl əməl,
onu axtarmaq isə ibadətdir.
İmam Cavad (ə.):
Din izzət və şərəf, elm xəzinə, sükut isə nurdur.
Nizami Gəncəvi:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca zirvədən bilinir, fəqət
Alimin rütbəsi ucadır əlbət.
***
Bir elm öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
***
Elmlə, ədəblə tanm ar insan,
M irvari olmazsa, nə lazım sədəf?!
Nuşirəvan Adil:
Elmi olub, ağlı olmayan adam a elm əziyyət verər.
Hafiz Şirazi:
Hər kəs öz biliyi qədər aləmi dərk edər,
Hər mətni oxuyan mənasını dərk edə bilməz.
Sədi Şirazi:
Elm əqidəli olm aq üçündür, dünya malı yığmaq üçün yox.
255
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
***
Alim avam ların səhvlərinə göz yummamalıdır. Cahil adam
heyvərəlik və uzunçuluqda alimə üstün gəlsə, təəccüblü deyil
dir, çünki həmişə daş cəvahiri sındırır.
Məhəmməd Füzuli:
Bilik qazan, töhfə odur yaşadığın gözəl gündən,
D ünya evi arifə də qalan deyil əzəl gündən.
Biliyinlə öyünməyən alim adı daşı eldə...
Lovğalığı hər alimi edər avam, naşı eldə.
Olma qane, elmdə hər rütbəyə çatsan da, bil,
Səyin artdıqca, bu yolda artacaqdır qiymətin.
Əvhədi M arağayi Rüknəddin:
Əhsən o peşəkar yoxsul insana,
Qanedir dünyanın azı-çoxuna!..
Ən işıqlı günəş elmdir, ancaq,
Elmsiz yaşam a ömrünü nahaq.
Çıraq yandırm asan əgər elmdən,
Varlığın təndirdə yanacaq həmən.
Elmi oğru apara bilməz, əcəl də öldürə bilməz. Elm zama
nın gərdişindən nə xarab olandır, nə də seldə-suda batıb qərq
olan.
***
Elm in cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir.
***
N ursuz göz kim idir elmsiz ürək,
N adan insanlıqdan uzaqdır gerçək.
256
İntellektual ekologiya
Nəsirəddin Tusi:
Bilik - o adam ki, bilir və biliyi ilə başqalarım heyran edir,
o alimdir, ona ehtiram ed in ... O ad am ki, bilmir və öyrənməyə
cəhd edir, o zəhmətkeşdir. O adam ki, bilmir və öyrənmək də
istəmir, o ağılsızdır, ondan uzaq olun.
Elm əməlsiz məhv olar, əməl isə elmsiz mümkün deyildir.
Deməli, elm başlanğıc, əməl son, elm səbəb, əməl nəticədir.
***
Elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin
faydalılığı, əxlaqının saflığı və özlərinin xeyirxahlığı ilə sına
qdan keçirmək lazımdır.
Şah İsmayıl Xətai:
Bu gün ələ alm az oldum mən sazım,
Ərşə dirək-dirək çıxır avazım.
D örd şey vardır bir qarm daşa lazım,
Bir elm, bir kəlam, bir nəfəs, bir söz.
Əbül Fərəc:
Daş-qaş əvəzinə özünə bilik yığsan d ah a çox tam narsan,
on qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç
kos ala bilməz.
Əqli-kamalı olmayan qəlb - ölüdür. O nu əgər elm ilə zəng
inləşdirsən, üstünə yağış yağmış xam to rp aq kimi canlanar.
Əmir Xosrov Dəldəvi:
İnsan bir-birindən əskik yaranmaz,
Bilikdir insanı yüksəldən hər an.
Fəxr et öz elminlə, öz hünərinlə,
Əsil-nəsəb ilə yüksəlməz insan.
257
Ənvər M ete Həmidov, Zəmurə Həmidova
Nakam:
Alimdən, elmdən və hünərdən zövq almayan kəs bəşə
riyyətin yaram az övladlarıdır.
Məhəmməd Tağı Sidqi:
Fəzilət, elm və mərifətdən m əhrum olanlar üçün ölüm n e
mətdir.
***
D ünyada elmdən d ah a yaxşı dost yoxdur. Elm dövlətdən
də yaxşıdır, çünki dövləti sən saxlamalısan, elm isə səni sax
layır.
Nasir Xosrov:
Hər kəs elmi özünə qalxan etsə,
D ünya zərbələrindən zərər görməz.
Kişinin gözəlliyi elmindədir,
İnsanın kamalı elmdədir.
Şeyx Şamil:
Elmli adam ı doğru bir şeyə inandırm aq üçün çox danış
m ağa ehtiyac yoxdur.
Əbdülqəni Xalisəqarızadə Nuxəvi:
Tərəqqi üçün elm öyrənin.
Abbasqulu ağa Bakıxanov:
Elm və kamalı hər şeydən daha əziz tut, çünki hər şeyi on
ların vasitəsilə əldə edirlər.
258
İntellektual ekologiya
Dünyada olan şeylərin hamısı, bütün fəzilətlərin dövləti
olan elmə bağlıdır.
Seyid Əzim Şirvani:
Elmdir əhli-sənətin hünəri
Elmsiz sənətin nədir səməri?
Mirzə Ələkbər Sabir:
Hər kəs elm oxur, bəxtiyar olur;
Millət elm ilə bərqərar olur.
Nəsihət al, nəsihət,
Qıl kəsbi-elmə qeyrət!
Elmsizlik bəlası müşkül,
Müşkül olur həqiqət...
Elm öyrən, im tahan ver,
Öz fəzlini nişan ver,
Qədrin bil elmü fəzlin
Elmin yolunda can v er...
Abbas Səhhət:
Elmdir cümlə sənətin dəyəri,
Elmsiz sənətin nədir səməri?
Nəriman Nərimanov:
Hansı millət ki, qabağa gedib tərəqqi edibdir, ancaq elmin
gücünə xoşbəxt olubdur.
259
Dostları ilə paylaş: |