Ənvər M ete Həmidov, Zərnurə Həmidova
A nadır varlığın, həyatın canı,
D ünyada an ad an şirin şey hanı?!
A nanın xislətində m ərhəm ət, şəfqət, inam, sevgi, səxavət,
mərdlik vardır. Bunları qadına Tanrı bəxş etmişdir.
Bir d ah a İslam tarixinə nəzər salaq. Həzrət Peyğəmbərin
(s.) dövründə müsəlman qadınlar ictimai həyatda çox aktiv ol
muşlar. Q adınlar öz həyat yoldaşları ilə birgə İslamın ən çətin
anları olan döyüşlərdə cihadda iştirak edərək onlara kömək
göstərirdilər: yemək hazırlayır, su paylayır, yaraları müalicə
edir, şəhid olanların M ədinəyə aparılmasına yardımçı olur,
h ətta döyüşdə belə iştirak edirdilər. (Buxari, Cihad, 1243-1244)
Bu qadınlardan biri - Atiyyə (r.a.) əri ilə birlikdə 6 dəfə
m üharibədə iştirak etmişdi. H əzrət Fatim ə (r.a.) Peyğəmbərin
(s.) U hudda qanım saxlam ağa çalışmış, Nəsibə (r.a.) adlı səha
bə qadın da U hud döyüşündə iştirak etmiş, ərini və övladlarını
m üharibədə şəhid verən bu qadın hətta özünü qalxan kimi
Peyğəmbərin (s.) qarşısına a taraq onu qorumuşdur.
Biz əvvəllər də İslam, türk-Azərbaycan qadınları, onlarm
qəhrəmanlığı, idarəçilik xüsusiyyətləri və s. haqda qısa məlu
m at vermişdik. O nu da qeyd etmək lazımdır ki, İslamı ilk qə
bul edən məhz qadın - H əzrət Xədicə (r.a.) olmuş, bu yolda ilk
şəhid də qadındır. Belə ki, A m m ar bin Yasinin anası Suməyyə
(r.a.) Ə bu Cəhlin fiziki təzyiqlərinə baxmayaraq dini inkar et
mədi. Nəticədə kəskin mübahisələrdən sonra Əbu Cəhl nizəsi
ilə onu öldürdü. Beləliklə, İslam ilk şəhidini verdi.
U m m V əraqa binti A bdullah b. əl-Haris (r.a.) hücrətin
ikinci ilində baş verən Bədr müharibəsində yaralılara kömək
etmişdir, Q uram əzbərləmiş, Rəsulullah (s.) onu yaşadığı yerə
nam az qılm aq üçün im am təyin etmişdir. Umm Vəraqa (r.a.)
ilk im am təyin olunan qadındır.
Tarixi mənbələrdən m əlum olur ki, Azərbaycan qadınları
d a ən qədim dövrlərdə (bizim eramızdan əvvəl) ölkəmizin həm
idarəçilik və həm də hərb tarixində ərləri ilə çiyin-çiyinə vuru
şublar. Oğullarına, qardaşlarına və ərlərinə çətin məqam larda
290
İntellektual ekologiya
arxa olublar. Onlarm içində qadın sərkərdələr də var idi. Belə-
lorindən biri Araz çayından şimalda, indiki Azərbaycan ərazi-
lorində yerləşən M assaget hökm darlığında əri öləndən sonra
taxt-taca sahib olan Tom ris idi. O nun e.ə. 529-cu ildə İran şahı
Kiri qanlı döyüşdə məhv etməsi H erodotun «Tarix» əsərində
geniş əksini tapmışdır. Tomris yolunu davam etdirən azəri qa
dınlar haqqında əvvəllər məlumat verilmişdir.
Məhəmməd Hadi:
Ey qadın, mənbəyi nəzakətsən,
Sən təcəssüm edən lətafətsən.
Həsən bəy Zərdabi:
Qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir.
Yusif Vəzir Çəmənzəminli:
A na insaniyyətin məşəl aparanıdır.
Ana! Hələ dünyada sənin müqəddəsliyini təyin edə biləcək
heç bir ölçü yoxdur, hələ sənin əzəmətini təsvir edə biləcək heç
bir kitab yazılmamışdır.
Hörmətli oxucu! Bu bölməni M əhəmməd peyğəmbərin (s.)
təkrarolunm az bir kəlamı ilə yekunlaşdırırıq: «Qadın hüququ
müqəddəsdir.»
291