Ənvər M ete Həmidov, Zərnurə Həmidova
«Cənnət anaların ayaqları altındadır.» - kəlamı, Qurani-Kə
rimdə eyni bərabərdə 23 dəfə kişiyə və qadına müraciət edilmə
si bütün bunlar əyani sübutlardır. Bir faktı nəzərinizə çatdır
m aq istərdik. Elşad N urinin BM T-nin Əhali Fondunun dəs
təyi ilə hazırladığı «İslam da qadm-kişi bərabərliyi» (Bakı,
2006), «İslam da qadım n ictimai həyatdakı rolu» (Bakı, 2006),
«İslam dini zorakılığı qadağan edir» (Bakı, 2006) materialla
rında qeyd edilir. «Birləşmiş Millətlər Təşkilatının (BMT)
«Q adınlara qarşı ayrı- seçkiliyin bütün formalarının ləğv edil
məsi haqqında» Beynəlxalq Konvensiyanın (CEDAW) mad
dələrinin islamın əsas prinsipləri ilə üst-üstə düşdüyü
dediklərimizi bir daha sübut edir.
Əgər biz Həzrət M əhəm m ədin (s.) dövründəki qadınların
vəziyyətini, İslam dan sonra onlara verilən hüquqları düzgün
qiymətləndirə bilsək, qadınlara 1400 il əvvəl verilən dəyərin nə
dərəcədə əhəmiyyətli olduğunu dərk edə bilərik.
İslam dini ailə ocağının təşkilini tövsiyə edir və tənhalı
qdan çəkindirir. Ailə qurm aq sakitlik, paklıq kimi tanıtdırılır.
Ailə qurm aqdan im tina insanın səadəti üçün təhlükəli sayılır.
İslam ən yaxşı bağlılıq evlənməni, ən pis ayrılıq boşanmanı he
sab edir. Ailə qurm aq nəslin davamı, ictimai tarazlıq, nəfs is
təklərinin təminindən əlavə bir məqsəd, ünsiyyət və ülfətdir.
Q urani-K ərim in ər-R um surəsinin 21-ci ayəsində buyurulur:
«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövc
ələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yarat
ması d a O n u n qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu
yaradıhşda) düşünən bir qövm üçün ibrətlər vardır!»
Allah-Təala öz zikrini və yuxunu sakitlik səbəbi bildiyi ki
mi, ailə və həyat yoldaşını da sıxıntıların əlacı kimi təqdim
edir. M üsbət intellektual ekologiya hökm sürən mehriban ailə
də çox iztirabların qarşısı almır və bu da uşaqların mənəvi yet
kinliyinə təsir edir. Şübhəsizdir ki, bu əxlaqi keyfiyyətlər cə
miyyətdə nizam -intizamın bərqərar olmasına səbəb olur. Dahi
A ttila dediyi kimi, intizam əxlaqdan yaranır.
Əziz oxucu! Qadın-kişi bərabərliyi, qadının ailədə və icti
282
İntellektual ekologiya
mai həyatda, gələcək nəslin mənəvi tərbiyəsində, bəşərin intel
lektual ekoloji tarazlığının bərpasındakı rolunu araşdırmaq
çox müqəddəs, məsuliyyətli və geniş mövzudur. Bu məsələnin
tarixi qədim köklərə malikdir. Məsələyə bir qədər də obyektiv
yanaşsaq, bu köklər Adəmin (ə.) Həvva anamızla olan münasi
bətlərindən başlayır desək, məncə səhv etmərik.
«Ey insanlar! Sizi tək bir kəsdən (Adəmdən) xəlq edən, on
dan zövcəsini (Həvvam) yaradan və onlardan da bir çox kişi və
qadınlar törədən Rəbbinizdən qorxun!..» (ən-Nisa surəsi, ayə
U •
İnsan yarandığı və «nəfs» deyilən bir bəlaya düçar olduğu
gündən bunlar özünü büruzə vermişdir. Qurani-Kərimdə bu
haqlar ən xırda incəliklərinə qədər təhlil edilmiş, hər bir fərdin
öz haqq və vəzifələri tam göstərilmişdir, necə deyərlər, ədalətlə.
Hörmətli oxucu! Bu müqəddəs vəzifələrin əyani nümayişi
üçün Qurani-Kərimə və kəlamlara, islamşünas alimlərin araş
dırmalarına müraciət edək.
Qurani-Kərimdə buyurulur:
...O nlar sizin, siz də onların libasısınız (bir-birinizə həd
dindən artıq yaxınsınız).
əl-Bəqərə surəsi, ayə 187.
Qadına verilən mehrlə kişi ailə həyatının başlanğıcında qa
dının mülkiyyət haqqını tanıdığını göstərir. H ətta boşanm a nə
ticəsində də kişinin qadına verdiyi mehri tələb etməyə ixtiyarı
yoxdur. Qurani-Kərim də buyurulur: «Əgər bir arvadın yerinə
başqa bir arvad alm aq istəsəniz, onlardan birinə (birinciyə)
çoxlu mal vermiş olsanız da, onlardan heç bir şey geri almayın!
Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə
gerimi alacaqsınız?»
(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından
qorxsanız, o zam an kişinin adamlarından bir nəfər və qadının
adam larından d a bir nəfər münsif (vasitəçi) təyin edib, (onların
283
yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi, ər-arvadı) barış
dırm aq istəsələr, A llah da onların köməyi olar. Həqiqətən, A l
lah hər şeyi biləndir, (hər şeydən) xəbərdardır.
Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz
çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb
düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki b a
rışm aq d aha xeyirlidir. A ncaq nəfslərdə xəsislik (qısqanclıq)
həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, ko
bu d rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar).
Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!
ən-Nisa surəsi, ayə 20, 35,128.
(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözlə
mə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın.
Gözləmə müddətini (iddəti) saym. Rəbbiniz olan Allahdan
qorxun. Onları açıq-aşkar bir pis iş (zina) etməyənə qədər
(gözləmə müddəti qurtarm am ış) yaşadıqları evlərdən çıxar
mayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir
(hökmləridir). Allahın müəyyən etdiyi hədləri aşan kimsə özü
nə zülm etmiş olar. N ə bilirsən, ola bilsin ki, Allah bundan so
n ra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinə məhəbbəti
ni salsın və onlar barışsınlar).
ət~Talaq surəsi, ayə L
M ömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar
(hayandırlar). O nlar (insanlara) yaxşı işlər görməyi əmr edər,
pis işləri yasaq edər, nam az qılıb zəkat verər, Allaha və
Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm
edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sa
hibidir!
ət-Tovbə surəsi, ayə 71.
M ömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və
qadm a (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdik
ləri ən yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
284
İntellektual ekologiya
gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı müka
fatlarını verəcəyik)!
ən-Nəhl surəsi, ayə 97.
Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və ya qa
dınlar Cənnətə daxil olarlar. Ö nlara xurm a çərdəyi qədər haq
sızlıq edilməz.
ən-Nisa surəsi, ayə 124.
Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Am
ma hər kişi, yaxud qadın mömin ikən bir yaxşılıq etsə, belələri
Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar.
əl-Munun surəsi, ayə 40.
Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qa
dınları əzaba uğratsın, mömin kişilərin və qadınların da tövbə
lərini qəbul buyursun deyə (əmanəti öz razılığı ilə Adəm övadı-
na tapşırdı). Allah (möminləri) bağışlayandır, rəhm edəndir!
əl-Əhzab surəsi, ayə 73.
Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla
ünsiyyət etmək (sakit, rah at olmaq) üçün özündən (qabırğasın
dan) zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə ya
xınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə ol
du) və (bir m üddət həmin yükü) daşıdı, (onunla oturub-dur
du). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib:
«Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq
versən, (bu nemətə görə Sənə) şükür edənlərdən olarıq» - dedi.
əl-Ə raf surəsi, ayə 189.
Göylərin və yerin hökm ü Allahın əlindədir. O, istədiyini
yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir.
əş-Sura surəsi, ayə 49.
(Ey möminlər!) A ranızda olan subay kişiləri və ərsiz qadm-
285
Dostları ilə paylaş: |