Ənvər M ete Həmidov, Zəm urə Həmidova
Qurani-Kərimdə buyurulur:
Ey A dəm oğulları! H ər ibadət vaxtı (namaz qılarkən,
məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin,
yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sev
məz.
əl-Əraf surəsi, ayə 31.
Allah ona (şeytana) lənət etdi (rəhmətindən kənar edib də
rgahından qovdu). O isə dedi: «Əlbəttə, mən Sənin bəndələrin
dən müəyyən bir qismini ələ alacağam. Onları hökmən (doğru
yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qu
laqlarım kəsməyi və A llahın yaratdıqlarını dəyişdirməyi əmr
edəcəyəm!»
ən-Nisa surəsi, ayə 118-119.
Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün)
döşəyən (uzadıb genəldən), orada möhkəm durmuş dağlar,
çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-
acı, turş-meyxoş və s. olmaqla) cüt-cüt yetişdirən, gecəni
gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur.
ər-Rəd surəsi, ayə 3.
A nd içirəm atay a və on u n övladma (Adəmə və onun nəsli
nə, yaxud İbrahim ə və onun oğlu İsmailə) ki, Biz insanı m ə
şəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedə
nə qədər əzab-əziyyət içində çahşıb-çapalayır, həyat boyu
müxtəlif çətinliklərlə üzləşir. Bu, ilahi bir hikmətdir, həyatın
qanunudur!) M əgər insan(Vəlid bin əl-Müğirə) heç kəsin ona
gücü çatm ayacağmı zənn edir? Və: «Mən (Peyğəmbərlə
düşmənçilik yolunda) xeyh mal-dövlət sərf etmişəm!» - deyir?!
Məgər biz ona iki göz vermədikmi?! Eləcə də bir dil və qoşa
dodaq (vermədikmi?!) Lakin o, ədəbəni (maneəni) keçə bilmə
di (özünə verilən bu qədər nemətlərə şükür etmədi).
əl-Bələd surəsi, ayə 3-6, 8-9,11.
294
İntellektual ekologiya
İnsana gəldikdə, nə zaman Rəbbin on u im tahana çəkib
ehtiram etsə, ona bir nemət versə, o: «Rəbbim mənə ehtiram
göstərdi!» - deyər. A m m a nə zam an (Rəbbin) onu im tahana
çəkib ruzisini əskiltsə: «Rəbbim məni alçaltdı (mənə xor baxdı)
!» - söyləyər. Xeyr! (Belə deməyin). D oğrusu, siz özünüz yeti
mə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz). Bir-birini
zi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz. Mirası (halal-hara
mına) varm adan yeyirsiniz (qadınların, uşaqların paylarım
vermirsiniz). M al-dövləti isə lap çox sevirsiniz. Xeyr! Yer dağı
lıb parça-parça olacağı, Rəbbinin əmri gəlib mələklər səf-səf
duracağı və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün
- məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu
xatırlamağın ona nə faydası?! O: «Kaş, mən əvvəlcədən (axi
rət) həyatım üçün (yaxşı əməllər) edəydim!» - deyəcəkdir. O
gün (Aİlahm) edəcəyi əzabı heç kəs edə bilməz!
əl-Fəcr surəsi
,
ayə 15-25.
Qurani-Kərimin bu ayələrindən məlum olur ki, Allah Yeri
bütün insanlar üçün yaradıb, onun bütün nemətləri də bəşə
riyyətə məxsusdur. Allah-Təala insanları yaratdı, onlara ağıl,
iradə və güc verdi. İnsan öz ağlı və iradəsi ilə yaxşını seçməli və
pisdən uzaq olmalıdır. Bunun üçün insan öz ağlından, güc
ündən və elmindən istifadə etməlidir. Bizim istədiyimiz Aİlahm
əmrinə, elmin müsbət nailiyyətlərinə, insanların və insaniyyətin
xeyrinə uyğun olarsa, bu işdən xeyir və savab qazanarıq. Əgər
əməllərimiz, gördüyümüz işlər Aİlahm əmrlərinə uyğun olmaz
sa, insanlar əzab-əziyyət çəkərlərsə, bu işdən məsuliyyət daşıyı
rıq. Yer planetinin fəlakətə doğru getməsi, mənfi intellektual
ekoloji faktorların gündən-günə artmasını və bir çox qırğınla
rın, xəstəliklərin, aclığın, susuzluğun, saym aqla qurtaran deyil,
səbəbkarı kimdir?! İnsan və yenə də insan!
Əvvəllərdə də demişdik, XX əsrdə təbii sərvətlərin istifadə
si, miqdarı, əvvəlki minilliklərdə istifadə olunana bərabərdir.
Axı hər şeyin bir sonu var. İnsanın yaşadığı evinə - vətəninə,
295
Ənvər M ete Həmidov, Zəmurə Həmidova
Yer planetinə bu qədər amansız olmağını necə qiymətləndir
mək olar: biganəlikmi, laqeydlikmi, nəfsin çoxluğumu? Nan-
korluqm u, ağılsızlıqmı?! Bu qəddarlığa ad tapmaq mümkün
deyil. Bəlkə də III minillikdə leksikonumuza bütün bu deyilən
ləri ifadə etmək üçün yeni bir ad daxil olacaq. Necə ki, XX əs
rdə bir çox yeni adların şahidi olduq: kommunizm, imperia
lizm, sosializm, idealizm, materializm, atom bombası, hidrog-
en bom bası, bakterioloji və kimyəvi qırğın silahları, SPİD, quş
qripi, nasizm, faşizm, terrorizm , soyuq müharibə, kosmodrom,
kosm onavt və s ...
İnsan bir şeyi yaddan çıxarmamalıdır ki, Yer planeti orda
yaşayan bütün insanların, canlıların müqəddəs evidir, onun hər
bir guşəsində baş verən fəlakət bütün insanları düşündürməli
dir. Axı Y er planeti də canlı bir orqanizm kimidir. Bir orqamn
xəstəliyi bütün o rq an lara ümumilikdə təsir edir. Keçmiş təbib
lər deyərdilər ki, həkim təkcə xəstə orqanı yox, bütün orqaniz
mi müalicə etməlidir. Bu o vaxt mümkün olacaq ki, Yer plane
tini hər bir sakin «vətən» kimi qəbul edəcək, onun qeydinə qa
lacaq, gələcəyini düşünəcəkdir. Necə ki, Qurani-Kərimdə Tan
rı irqindən, millətindən, dərisinin rəngindən, coğrafi mənsu
biyyətindən asılı olm ayaraq hamıya «Ey insanlar!» deyə
müraciət edir.
Hörmətli oxucu! Öz mənəviyyatınıza, sağlamlığınıza, ailə
nizə və yaşadığınız cəmiyyətə, nəhayət, bəşəriyyətə ziyan gəti
rən işlərdən nəinki çəkinin, heç onlara yaxınlaşmayın. Əgər
bilmərəkdən günaha batsanız, səmimi-qəlbdən tövbə edin.
Tövbə edənləri Allah da, insanlar da bağışlayar. Qurani-Kə
rimdə buyurulur: «O müttəqilər ki, bir günah iş gördükləri, ya
xud özlərinə zülm etdikləri zam an Allahı yada salıb (tövbə edə
rək) günahlarının bağışlanmasını istəyərlər... Və onlar etdiklə
rini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra)
bir daha o na qayıtmazlar.» (Ali-İmran surəsi, ayə 135)
Şəxsiyyətsiz insanlar isə, əlbəttə ki, istisna təşkil edərlər.
İnsan üçün ən böyük hikmət, onun öz şəxsiyyətinə verdiyi qiy
mətdir. Şəxsiyyət olm aq üçün, ilk növbədə, öz qədrini bilməli
296
İntellektual ekologiya
sən. İmam Həsən (ə.) buyurub: «M əni təəccübləndirir o şəxslər
ki, yedikləri şeylərə fikir verirlər (təmizliyinə, çürüklüyünə,
köhnəliyinə...), am ma öz mənəviyyatlarına lazım olan işlərə isə
fikir vermirlər.»
Loğmandan soruşdular: «Adam ların pisi, ləyaqətsizi hansı
adamdır?» O, belə buyurdu: «O şəxslər ki, etdiyi günahı və ya
ləyaqətsiz işlər qarşısında cam aatdan nə utanır, nə də çəkinir,
özünü şəxsiyyətli kimi cam aat arasında nişan edir.»
Biz bu bölməni Q urani-Kərim in ayələri ilə yekunlaşdırırıq:
«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət
yoxdur ki, Biz onu yaratm am ışdan əvvəl o, bir kitabda (lövhi-
məhfuzda) yazılmamış olsun.. . » (əl-Hədid surəsi, ayə 22)
«Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər
(ona inanmırlar). Biz isə onu yaxın görürük (ona inanırıq). O
gün göy göyərmiş mis kimi olacaq; dağlar da didilmiş (rəngbə
rəng) yun kimi olacaqdır. Və dost dostu arayıb axtarm ayaca
qdır (hərə öz hayına qalacaqdır). Onlar bir-birinə göstəriləcək
lər (lakin bir-birini tanısalar da, özlərini tanımamazJığa vurub,
bir-birindən qaçacaqlar). O günün əzabından qurtarm aq üçün
günahkar istərdi ki, fəda etsin (fiqyə versin) öz oğullarını; övrə
tini və qardaşını; (çətin günlərdə) ona sığınacaq verən əşirətini
(qohum-əqrəbasını); və yer üzündə olanların hamısını - təki
özünü (Allahın əzabından) qurtarsın. Xeyr (bu mümkün deyil
dir). Həqiqətən, o (Сәһәппәм) alovlu atəşdir.» (əl-Məaric surəsi,
ayə 6-15)
«Ay tutulacağı, Günəşlə ay birləşəcəyi (hər ikisinin qər
bdən çıxacağı, nurunun gedəcəyi) zam an - məhz o gün insan:
«Qaçıb can qurtarm ağa yer haradadır?» - deyəcəkdir. Xeyr, (o
gün) heç bir sığınacaq olmayacaqdır! O gün (ey insan) duracaq
(pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur. Məgər in
san elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!»
(ol-Qiyamə surəsi, ayə 8-12, 36)
Həqiqətən də belədir. Qurani-Kərimin ayələri hələ 1400 il
bundan əvvəl bəşəri gözləyən fəlakətlər haqda məlumat ver
mişdir. Bu, inkaredilməz bir həqiqətdir.
297
Dostları ilə paylaş: |