Ənvər M ete Həmidov, Zər nur ə Həmidova
Şahlar Əsgərov:
A na hər ailənin ürəyi, beyni, dayaq nöqtəsidir. Ailədə ana
ların yeri necədirsə, xalqm mənəvi həyatında da elədir. Yəni
ana azərbaycanlının Tanrısıdır. «Ana haqqı, Tanrı haqqı!» Bu,
min illəri aşıb gələn bir inamdır.
«Kəlilə və Dimnə»dən:
A rvadın hörm əti ərinə görə, oğlun izzəti atasma görə, şag
irdin biliyi müəlliminə görə, ordunun gücü sərkərdəsinə görə
müəyyən edilir.
«Qabusnamə»dən;
A na və ataya ən azı o na görə hörm ət etmək lazımdır ki,
onların hər ikisi səninlə Y aradan arasında vasitədir.
Hikmətli kəlamlar:
Deyirlər, ana ömrünü yaşamaq, onun iztirablarına qatlan
m aq üçün gərək ana olasan. Çünki qadın ana olandan sonra
analıq hissini d aha güclü dərk edir.
Ailədə uşaq genetik amillərin gücündən asılı olaraq ya
ataya, y a da anaya oxşayır. Sonralar ailədən, sosial və ictimai
quruluşdan asılı olaraq insan mənəviyyatı formalaşır və gə
ləcəkdə intellektual ekologiyanın formalaşmasına təkan verir.
M əhz b u cəhətdən də istər din alimləri, istərsə də dahi insanlar
övladlarına, daha doğrusu, bəşərin yetişməkdə olan nəslinə nə
sihət tərzində m üraciət etmişlər (kitabın əvvəlində bu barədə
m əlum at vermişik).
Əziz oxucu, bu ənənə, hətta Qurani-Kərimdə də öz əksini
tapm ışdır. Fikrim izin əyani olması üçün Qurani-Kərimin
278
İntellektual ekologiya
«Loğman» surəsinə müraciət edək və bununla da bu bölməni
yekunlaşdıraq: «(Ya Rəsulum!) Y adında olsun ki, bir zaman
Loğman oz oğluna nəsihət edərək belə demişdi: «Oğlum! Alla
ha şərik qoşma. D oğrudan da, A llaha şərik qoşm aq böyük
zülmdür! (Ağır günahdır!)» Biz insana ata-anasına yaxşılıq et
məyi (valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı)
tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımış
dı. Uşağın (süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana
buyurduq:) «Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir!»
Əgər (ata-anan) bilmədiyin bir şeyi M ənə şərik qoşmağına
cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya iş
lərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə
tərəf dönənlərin (İslamı qəbul edənlərin) yolunu tut. Sonra
(qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. M ən də
(dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!»
(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: «Oğlum,
(dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal də
nəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göy
lərdə və ya Yerin təkində olsa da, Allah onu (qiyamət günü)
ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah
lətifdir (bütün incə, nazik işləri biləndir, lütfkardır), (hər şey
dən) xəbərdardır! Oğlum! N amaz qıl, (insanlara) yaxşı işlər
görməyi əmi- et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz ve
rəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməl
lərdəndir! A dam lardan təkəbbürlə üz çevirmə, yer üzündə lo
vğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən
razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə
(nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldır
ma. Çünki ən çirkin səs uzunqulaq səsidir!» (ayə 13-19)
279
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
is la m d a a ilə h ə y a tı,
q a d ın v ə k iş i m ü n a s ib ə tlə ri
1
...İstər kişi, istərsə də qadın olsun, Mən heç biri
nizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-biri-
nizdənsiniz (dində kişi, qadın eynidir).
Quram Kərim,
Ali-İmran surəsi, ayə 195.
Ən xeyirliniz xanımlarına qarşı ən xeyirli olandır.
Mən, xanımlarına qarşı sizin ən yaxşınızam.
Məhəmməd peyğəmbər (s.).
B undan əvvəlki bölmədə övladların ata-anaya olan mə
həbbəti, onların ailədə aldıqları tərbiyənin cəmiyyətdə rolu ha
qda söhbət açdıq. Bütün bunlar ailədə formalaşır. Məlumdur
ki, ailə cəmiyyətin əsasıdır. İctimai qurum ailə üzərində təşkil
olunur. Bu əsas nə qədər m öhkəm olarsa, üzərindəki qurum da
bir o qədər davamlı olar. Əvvəlki bölmədə qeyd etdiyimiz ki
mi, ailə ilk tərbiyə ocağıdır. Düzgün tərbiyə cəmiyyətin müsbət
intellektual ekologiya mənbəyidir. Əgər ailədə düzgün tərbiyə
olmazsa, mənfi intellektual ekologiyanın başlanğıcının bünöv
rəsi qoyulmuş olur. Belə ailələrin çoxluğu cəmiyyəti tənəzzülə,
cəhalətə, qanun pozuntularına, tənbəlliyə, kasıblığa, oğurluğa,
cinayətə və s. yönəldəcəkdir.
Şübhəsiz ki, ailə tərbiyəsinin bünövrəsi, ilk öncə ər-arvad
münasibətlərinin əsasında qoyulur və bu da gələcək nəslin inki
şafına təsir edən əsas amillərdən biridir. Bəs ailədə qadm-kişi
1 Hörmətli oxucu, bu bölmədə əvvəlki fəsillərdə verilən bəzi
ifadələr, kəlamlar bilərəkdən təkrarlanır. Buna səbəb həmin ifadələrin
təkrarına ehtiyac olduğundandır.
280
İntellektual ekologiya
münasibətləri necə olmalıdır?
Ailənin böyük üzvlərinin və ailə həyat tərzinin uşağa
müntəzəm, məqsədəuyğun təsiri ailə tərbiyəsini formalaşdırır.
Ailə tərbiyəsinin əsas və ümumi vəzifəsi uşaqları mövcud icti
mai şəraitdə həyata hazırlamaq, d aha m əhdud və konkret və
zifəsi isə onlara ailə şəraitində şəxsiyyətin norm al şəkildə for
malaşması üçün zəruri olan bilik, bacarıq və vərdişlər
aşılamasıdır. Ailə tərbiyəsi ictimai-iqtisadi quruluş, mədəniyyə
tin inkişaf səviyyəsi və ər-arvadın qarşılıqlı münasibət ilə sıx
əlaqədardır. Bütün bunlarla bərabər, inancın, ailədə müsbət in
tellektual ekoloji faktorlar tarazlığının sabitliyi də əsas amillər
dən biridir.
Qeyd etmək lazımdır ki, sabit ictimai birlik kimi, ailə N e
olit dövrünün axırlarında qəbilə quruluşunun dağılması, xüsusi
mülkiyyətin, izafi məhsulun və siniflərin meydana gəlməsi ilə
yaranmışdır. H ər bir ictimai formasiya, inanclar ailəyə, ər-ar
vad münasibətlərinə təsir etmiş, əksər hallarda qadın hüquqları
məhdudlaşdırılmış, çox hallarda qadınlara qul münasibəti tət
biq edilmişdir.
«Dünya dinlərinin, xüsusilə xristianlığın yayılması ailəni
möhkəmləndirən ideoloji əlaqələri qüvvətləndirdi. Kişinin zo
rakılığı müqəddəsləşdirildi, qadının itaətkarlığı və fədakarlığı
yüksək ləyaqət səviyyəsinə qaldırıldı. İqtisadi qayğılardan azad
hakim sinif elə mənəvi və əxlaqi inkişaf mərhələsinə çatdı ki,
bununla da «qadına alicənab münasibət» və «alicənab məhəb
bət» yarandı. Lakin xüsusi mülkiyyət ailə-nikah münasibətləri
nin əsası olaraq qaldığına görə, bu münasibət və sevgi nikaha
əsaslanmır, onun antipodları kimi təzahür edirdi.» (ASE, 1-ci
c.,s. 187)
Apardığımız araşdırm alar göstərir ki, yalnız İslam dini qa
dını kişi ilə bərabərləşdirmiş, onun hüquqlarını bərqərar etmiş,
bəzi hallarda onu müqəddəsləşdirmişdir.
Yalnız onu demək kifayətdir ki, Qurani-Kərimin iki ən
böyük surəsi: ən-Nisa surəsi 176 ayədən, Məryəm surəsi isə 98
ayədən ibarətdir. Və yaxud, M əhəmməd peyğəmbərin (s.)
281
Dostları ilə paylaş: |