Әтғг Mete Həmidov, Zərnurə Həmidova
Mustafa Kamal Atatürk:
M ənim mənəvi mirasım elm və ağıldır.
Ağıl və məntiqin həll edə bilməyəcəyi məsələ yoxdur.
Abdulla Şaiq:
H ər bir millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm
və əxlaqdır.
Məhəmməd Hadi:
Elm və mərifətlə müsəlman olm ayanlar bundan sonra
bədbəxt bir halda yaşayacaqlar, yaşayacaqlar deyil, sürünəcək
lər... H əyat mübarizəsində müvəffəq və müzəffər ola bilmək
üçün elm və ürfan silahları ilə müsəlləh və mücəhhəz ola bilmə
lidir. ..
***
Elmin, hünərin, mərifətin varsa, buyur gəl!
Yoxsa bu həyat aləminə olma bir əngəl.
Ərbabi-kam alm yeridir bil ki, bu meydan,
Bədbəxt yaşayar torpağın üstündəki nadan.
«
Qabusnamə»dən:
Sokrat demişdir: «Bilikdən daha zəngin xəzinə, pis xa
siyyətdən daha rəzil düşmən ola bilməz, bilikdən daha böyük
izzət, həyatdan daha qəşəng zinət ola bilməz».
Misbah Yəzdi:
Kamilliyə, inkişafa meyil insanın daxilində qoyulmuş
böyük ilahi nemətdir. Bu meyil olmasaydı, insan yerindən tər
pənməzdi, hərəkətsiz qalardı. İnsanı hərəkətə gətirən mühərrik
məhz bu daxili istəkdir. K ainatı yaratm aqda Allahın məqsədi
260
İntellektual ekologiya
budur ki, insan öz iradə və istəyi ilə kamilliyə ucalsın. Elə bu
səbəbdən də insanın fitrətində belə bir meyil yerləşdirib.
Dr. Aydın Topaloğlu:
Elm hadisələri və dünyamn qaranlıq sirlərini aydınlaşdırır.
Elmi işlərdən və kəşflərdən ən çox sevinən, inacsızlığın məhz
cəhalətdən əmələ gəldiyini bildirən dindir. Çünki dinə görə,
görünən və sınaqdan çıxarılan dünya, görünməyən və sınaqdan
çıxarılmayan bir aləmin işarəçisidir. Bir sözlə, bütün elmi təd
qiqatlar insanı daima Tanrıya aparacaq və onu xatırladaca
qdır.
Vasif:
Elm ilə olar xəlqdən yüksək mədəniyyət,
Elm ilə tutar düz yolu insan əbədiyyət,
Elm ilə çatar məqsədinə, bil, bəşəriyyət,
Dünyanı tamamilə çırağban qələm eylər.
Şahlar Əsgərov:
Bilik - zam an və m əkandan asılı olmayaraq, bəşəriyyətin
tarix boyu topladığı elmi nəticələrin toplumudur.
***
Təhsil - milli və bəşəri, elm isə bəşəri və milli hadisədir.
Təhsil ətalətli, elm dinam ik sahədir. Təhsil gec qocalan, elm isə
tez qocalan sahədir. Təhsildən fərqli olaraq elmin inkişaf mo
deli «estafet» modellidir. Təhsil elm üçün bünövrədir. Elm -
haqqın, gerçəkliyin axtarılması yolunda alim fəaliyyətidir.
Alim yüksək tərbiyə və mənəviyyatın daşıyıcısıdır.
Qoşqar Əliyev:
Elm - cəmiyyətin mənəvi-intellektual həyatında mühüm
261
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
sferadır. Bu gün elm ictimai şüur forması kimi bəşəriyyətin so
sial-mədəni tərəqqisinin əsas mənbəyinə çevrilmişdir. İnsanlar
elm sayəsində dünyanın, insan və cəmiyyətin dəqiq dərk olun
m ası və mənimsənilməsinin ən səmərəli vasitələrini əldə etmiş
lər.
Azərbaycan atalar sözləri:
Alimi gözdən salan, el-obasmı da üzdən salar.
Alimin boş vaxtı olmaz, olsa da ondan alim olmaz.
Alim işlədikcə b ar verər, işləmədikcə ar.
Alim inamlı olanda, kəşfi davamlı olar.
Alim odur ki, öm rü boyu öyrənsin.
Alimin əməli onun kamalındadır.
Alim elmə söykənər, cahil kinə.
Alimin kəşfi ağıllı mübahisədən doğar.
Alim biliklə, cahil kötəklə danışar.
Alim öldü ağlam a, elmi öldü ağla.
Alim elmi yaşadar, elm alimi.
Ərəb atalar sözləri:
Alimin paltarı olm asa da, elmi eybini də örtər.
K itab sənə fayda verər, səndən bir şey aparmaz.
Bədənlərin qidası yemək, ağlın qidası elmdir.
Hikmətli kəlamlar:
Çalışırsınızsa, bacaracaqsınız, oxuyursunuzsa, öyrənəcək
siniz.
Faydalı elm insanı yaxşı niyyətə və ixlasa qovuşdurar.
Elmin - dinin əsası gözəl dinləmə, yadda saxlama, əməl et
mə və onu yaymadır.
262
İntellektual ekologiya
Hörmətli oxucu! Q urani-K ərim in bəzi ayələrini, Ön və Or
ta Şərq alim və mütəfəkkirlərinin kəlamlarını araşdırdıqdan
sonra belə bir nəticəyə gəlmək olar ki, elm zaman və məkan
daxilində yerləşən şeylərin quruluşunu, hadisələrin başvermə
xüsusiyyətləri və qanuna uyğunluqlarını tədqiq və təsdiq edən,
insan ağlının, intellektinin məhsuludur. Dr. Aydın Topaloğlu-
nun dediyi kimi, elm təcrübəyə əsaslanaraq ayrı-ayrı nümunə
lərdən hərəkətlə bir prinsipə doğru getməyə çalışır. Din isə istər
fərdi, istərsə də ictimai baxımdan insana lazım olan əsas dəyər
ləri - inanc, əxlaq, davranış prinsiplərini və s. müəyyənləşdirir
və varlığımızla əlaqədar olan bir dünyagörüşü təqdim edir. Be
ləliklə, istər din və istərsə də elm, inanc növündən (İudizm, Xri
stian, İslam və qeyriləri) asıb olmayaraq, insanın sahib olduğu
ən əhəmiyyətli və müqəddəs dəyərlərdir. Bəşəriyyətin gələcəkdə
fəlakətdən xilası, insanın mənəvi saflığı, yaşadığı Yer planetin
də ümumi və intellektual ekoloji qaydaların qorunması bu iki
dəyərə hörmətlə yanaşılmasından asılıdır. Bu dəyərlərə əməl
cdilmədikdə insanın həyatında dəhşətli fəlakətlər baş verir.
İslam alimləri, dahilərin və mütəfəkkirlərinin kəlamların
dan, apardığımız araşdırm alardan sonra qəti bir qərara gəl
mək olar ki, elm və din istər məqsəd və istərsə də nəticə etibari
lə bir-birini inkar etmir, əksinə, onların son nəticələri eynidir.
Din kainatı Tanrının yaratdığını, kainatda müəyyən qanunla
rın olduğunu, hər şeyin bir nizam-intizam içində baş verdiyini
bildirir. Əvvəlki bölmələrdə sizə təqdim etdiyimiz faktlar sübut
edir ki, Qurani-Kərimdə bəyan edilən bir çox qanunauyğun
luqlar elmə 1400 il sonra məlum olmuşdur. Bu, danılmaz bir
həqiqətdir. Qurani-Kərim ayələrində, hədis və kəlamlarda elm,
bir qayda olaraq, təbliğ edilir, insanları K ainatın sirlərini öy
rənməyə çağırır.
Bir sözlə, istər din (İslam) və istərsə də elm cəmiyyətin mə
nəvi-intellektual həyatında mühüm sferadır - hava və sudur.
Din fəzilət və əmanətdir, elm-təhsil onun açandır.
263
Dostları ilə paylaş: |