Ənvər M ete Həmidov, Zərnurə Həmidova
İllər keçir, lakin güzər etmirsən,
Öz atanın m əzarına heç zaman.
Sən atana nə hörmətlər etdin ki,
O hörməti gözləyirsən oğlundan.
...İstəsən ki, adm yaxşı çəkilsin,
Oğluna elm öyrət, hər şeyi bilsin.
Olmasa oğlunun əgər kamalı,
K orlayar qoyduğun dövləti, malı.
Oğlunu bolluğa öyrətsə ata,
Dözməz bir an belə çətin həyata.
Qoy oğlun öyrənsin hər bir zəhmətə,
Yaxşı yiyələnsin elmə, sənətə...
Övlada yaxşıca tərbiyə versən,
Asılı qalm az o, bir ayrı kəsdən...
Əvhədi M arağayi Rüknəddin:
Ey oğul, bu yolu asta get görək,
Qoy iti gedərək qızmasın ü rək ...
Nəfsin şulux etsə, cəza ver ona,
O cəhl qılıncıdır, qoy onu q ın a ...
Çox ata hünərə sahib olsa da,
Pis övlad öm rünü tez verir b a d a ...
Yüksək bir ad üçün çalış hər zaman,
H am ıya xoş gələn bir sifət q azan ...
N adanlıq cam ından məst olma gəl sən,
Yoxsa birdəfəlik əldən gedərsən...
Mey içib ağlım gəl vermə yelə,
Özünü özgəyə tapşırm a belə...
Q adına əsas şey həya, ismətdir,
Bunlar qadın üçün böyük sərvətdir.
272
intellektual ekologiya
Oğluna pis deyib, söymə dünyada,
O nda söyüş söyən olacaq o d a ...
N azla böyüməsin qoy çox da övlad,
O nu iş-gücdən də eyləmə azad.
Sonra çətinliyə düşərsə əgər,
Bu möhnət, bədbəxtlik onu məhv edər.
Nəsirəddin Tusi:
Uşağı körpəlikdən tərbiyə etmək lazımdır. Sonra dərs öy
rətməyə, təlimə başlarlar, hikmətli kəlamlar, tərbiyəvi şeirlər
əzbərlədərlər ki, öyrənmək istədikləri şeylər yadında qalsın,
mənasını unutm asın.
İlk növbədə uşağın təbiətinə, nəyə qadir olduğuna nəzər
yetirmək, ağıl, fərasətinə fikir vermək, müşahidə nəticəsində
onun fitrətində hansı sənətə və elmə meyil olduğunu müəyyən
ləşdirmək, sonra isə ham an işlə də məşğul etdirmək vacibdir.
***
Kimin nəyə qabiliyyəti varsa, onunla məşğul olsa, tez nə
ticə verər, böyük sənətkar olar, əks təqdirdə, zəhmət hədər ge
dər, ömür puç olar.
Mövlana:
M əna əhli ilə otur-qalx ki, onlardan həm lütflər, ehsanlar
əldə et, həm də mənəvi güc qazan, ilahi məhəbbətlə gənc, canlı
və dinc qalasan.
M irzə Ələkbər Sabir:
Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli çocuqdur.
273
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
A taya hörm ət etməyən çocuğun,
A naya hörm ət etməyən çocuğun,
N ə olur kəndi nəfsinə xeyri?
N ə də ondan vəfa görər qeyri!
Yusif Vəzir Çəmənzəminli:
Ev bir məmləkətə bənzəyir, evdar qadın da onun padşahı
na.
A na nikbindir, əqidəli, həyatpərvər və dünya tərəfdarıdır.
A nalar böyük vəzifələrini ifa etdikdə heç bir əvəz almaq
fikrində olm urlar.
Məhəmməd Hadi:
Ey qadın, mənbəyi-nəzakətsən,
Sən təcəssüm edən lətafətsən.
Əməl səndən, oğul, məndən nəsihət,
Edər bədbəxt insanı ətalət.
A na bir bağ, çiçək açaq qucağı,
Canlı güllər yaşar o cənnətdə.
***
Ailə tərbiyəsi və səhhəti-bədən, vücud sağlamlığı həyatı -
bəşəriyyətin ən m ühüm əsasım təşkil edir.
Q adm günəş, çocuq ay, nuru ay günəşdən aln,
Q adınsız ölkə çavuq m əhv olur, zavallı qalır.
274
İntellektual ekologiya
Məhəmmədhüseyn Şəhriyar:
Mən onun sayəsində boya-başa çatmışam,
A nam məni yaratmış, mən aləm yaratmışam.
***
Bir şairə döndərən, bir məşələ döndərən,
A nam oldu! A nam dır mənə hər şeyi verən!
O, mənim məbədimdir, ölməzdir, əbədidir!
Üzeyir Hacıbəyli:
Uşağı bütə döndərmək olmaz, böyüdükdən sonra o, qur
banlar tələb edər.
Məmməd Səid Ordubadi:
Ana! Hələ dünyada sənin müqəddəsliyini təyin edə biləcək
heç bir ölçü yoxdur, hələ sənin əzəmətini təsvir edə biləcək heç
bir kitab yazılmamışdır.
Cəfər Cabbarlı:
Cəmiyyət qadınsız çürüdüyü kimi, qadın da cəmiyyətsiz
çürüyər.
Ana! Ana! O adm qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
O nun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm, bəzmi-istirahətdir.
N .Nərim anovun oğlu Nəcəfə m əktubundan: «Əzizim
Nəcəf! Vəzifə - mənsəb dalınca qaçm a, çünki o, insanı kor
layır. Əgər bir adam ı yaxşı tanımaq, onun bütün daxili aləminə
bələd olmaz istəyirsənsə, onu bir müddətə vəzifə başına qoy.
Tezliklə həmin adam ın müsbət və mənfi cəhətləri üzə çıxacaq.
275
Ənvər M ete Həmidov, Zəm urə Həmidova
Bu baxım dan əgər sən kütlələri hiyləsiz-yalansız öz arxanca
aparm ağa hazır deyilsənsə, yaxşısı budur, ondan imtina edə
sən...»
Səməd Vurğun:
Bu qoca dünyada bir adət də var,
Q adın olan yerdə ədalət də var.
A nanın qəlbinə toxunm aq olmaz,
A na nəfəsində çiçək də solmaz.
İnsanlıq süd əmmiş ana döşündən,
Soyuq bir m əzardır anasız Vətən.
Adm şərəflidir sənin, ey qadın,
D ahilər anası çağrılır adm.
Süleyman Rüstəm:
Duz-çörəyi itirmə
İnsam n şərəfi, bəzəyi, məncə,
Deyildir nə ipək, nə tirmə, oğlum.
Y axşıdan yaxşı ol ellər içində,
D o stu n a bir ziyan yetirmə, oğlum.
Yersiz gülümsəmə, yersiz ağlama,
Bir könül də qırm a, sinə dağlama.
Sirrini ellərdən gizli saxlama,
Dilinə yalan söz gətirmə, oğlum.
Yel qanadlı illər ömürdən gedir,
İnsan zəhmətilə kam ala yetir.
Bağında nərgizlər, lalələr bitir,
Tikanlar, qandallar bitirmə, oğlum.
276
intellektual ekologiya
Ürəyim arzuyla doludur, dolu,
Hünər meydanıdır bu həyat yolu.
Bilmədiyin işi gözü yumulu
Söz verib öhdənə götürmə, oğlum.
Oxu öyüdümü sən sətir-sətir,
Dilindən məclisə səpilsin ətir.
Qazancını itir, malını itir,
Ancaq duz-çörəyi itirmə, oğlum.
Nigar Rəfibəyli:
Analıq bir şərəfdir insanlığa...
Dünyada bir səs varmı,
A na səsi qədər doğma, mehriban?..
İlk laylanı dinləmişik,
İlk şəfəqi görmüşük analardan.
Bəxtiyar Vahabzadə:
İstərəm bir «ana», bir «bala» sözü,
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü,
Ucadır, böyükdür hədiyyəsi də.
Sabir Rüstəmxanlı:
Təbiət azərbaycanlı anaların ən savadsızına da qeyri-adi
bir müdriklik, daxili mədəniyyət və dünyalarla dözüm verib.
Daş-qaya səbri var analarda. Biz kişilərin bacaracağı iş deyil
bu!
277
Dostları ilə paylaş: |