Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə67/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   63   64   65   66   67   68   69   70   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
İllər keçir, lakin güzər etmirsən,
Öz atanın m əzarına heç zaman.
Sən atana nə hörmətlər etdin ki,
O hörməti gözləyirsən oğlundan.
...İstəsən ki, adm yaxşı çəkilsin,
Oğluna elm öyrət, hər şeyi bilsin. 
Olmasa oğlunun əgər kamalı,
K orlayar qoyduğun dövləti, malı. 
Oğlunu bolluğa öyrətsə ata,
Dözməz bir an belə çətin həyata.
Qoy oğlun öyrənsin hər bir zəhmətə, 
Yaxşı yiyələnsin elmə, sənətə...
Övlada yaxşıca tərbiyə versən,
Asılı qalm az o, bir ayrı kəsdən...
Əvhədi M arağayi Rüknəddin:
Ey oğul, bu  yolu asta get görək,
Qoy iti gedərək qızmasın ü rək ...
Nəfsin şulux etsə, cəza ver ona,
O cəhl qılıncıdır, qoy onu q ın a ...
Çox ata hünərə sahib olsa da,
Pis övlad öm rünü tez verir b a d a ... 
Yüksək bir ad üçün çalış hər zaman, 
H am ıya xoş gələn bir sifət q azan ... 
N adanlıq cam ından məst olma gəl sən, 
Yoxsa birdəfəlik əldən gedərsən...
Mey içib ağlım gəl vermə yelə,
Özünü özgəyə tapşırm a belə...
Q adına əsas şey həya, ismətdir,
Bunlar qadın üçün böyük sərvətdir.
272
intellektual ekologiya
Oğluna pis deyib, söymə dünyada,
O nda söyüş söyən olacaq o d a ...
N azla böyüməsin qoy çox da övlad,
O nu iş-gücdən də eyləmə azad.
Sonra çətinliyə düşərsə əgər,
Bu möhnət, bədbəxtlik onu məhv edər.
Nəsirəddin Tusi:
Uşağı  körpəlikdən  tərbiyə  etmək  lazımdır.  Sonra  dərs  öy­
rətməyə,  təlimə  başlarlar,  hikmətli  kəlamlar,  tərbiyəvi  şeirlər 
əzbərlədərlər  ki,  öyrənmək  istədikləri  şeylər  yadında  qalsın, 
mənasını unutm asın.
İlk  növbədə  uşağın  təbiətinə,  nəyə  qadir  olduğuna  nəzər 
yetirmək,  ağıl,  fərasətinə  fikir  vermək,  müşahidə  nəticəsində 
onun fitrətində hansı sənətə və elmə meyil olduğunu müəyyən­
ləşdirmək, sonra isə ham an işlə də məşğul etdirmək vacibdir.
***
Kimin  nəyə  qabiliyyəti  varsa,  onunla  məşğul  olsa,  tez nə­
ticə  verər,  böyük sənətkar  olar,  əks  təqdirdə,  zəhmət  hədər ge­
dər, ömür puç olar.
Mövlana:
M əna  əhli  ilə  otur-qalx  ki,  onlardan  həm  lütflər,  ehsanlar 
əldə et,  həm də mənəvi  güc qazan,  ilahi məhəbbətlə gənc, canlı 
və dinc qalasan.
M irzə Ələkbər Sabir:
Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli çocuqdur.
273


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
A taya hörm ət etməyən çocuğun, 
A naya hörm ət etməyən çocuğun, 
N ə olur kəndi nəfsinə xeyri?
N ə də ondan vəfa görər qeyri!
Yusif Vəzir Çəmənzəminli:
Ev  bir məmləkətə  bənzəyir, evdar qadın da onun padşahı­
na.
A na nikbindir, əqidəli, həyatpərvər və dünya tərəfdarıdır.
A nalar  böyük  vəzifələrini  ifa  etdikdə  heç  bir  əvəz  almaq 
fikrində olm urlar.
Məhəmməd Hadi:
Ey qadın, mənbəyi-nəzakətsən,
Sən təcəssüm edən lətafətsən.
Əməl səndən,  oğul, məndən nəsihət,
Edər bədbəxt insanı ətalət.
A na bir bağ, çiçək açaq qucağı,
Canlı güllər yaşar o cənnətdə.
***
Ailə  tərbiyəsi  və  səhhəti-bədən,  vücud  sağlamlığı  həyatı  -  
bəşəriyyətin ən m ühüm  əsasım təşkil edir.
Q adm  günəş, çocuq ay, nuru ay günəşdən aln,
Q adınsız ölkə çavuq m əhv olur, zavallı qalır.
274
İntellektual ekologiya
Məhəmmədhüseyn Şəhriyar:
Mən onun sayəsində boya-başa çatmışam,
A nam  məni yaratmış, mən aləm yaratmışam.
***
Bir şairə döndərən, bir məşələ döndərən,
A nam  oldu! A nam dır mənə hər şeyi verən!
O, mənim məbədimdir, ölməzdir, əbədidir!
Üzeyir Hacıbəyli:
Uşağı  bütə  döndərmək  olmaz,  böyüdükdən  sonra  o,  qur­
banlar tələb edər.
Məmməd Səid Ordubadi:
Ana!  Hələ dünyada sənin müqəddəsliyini  təyin edə  biləcək 
heç  bir ölçü yoxdur,  hələ sənin əzəmətini  təsvir edə  biləcək  heç 
bir kitab yazılmamışdır.
Cəfər Cabbarlı:
Cəmiyyət  qadınsız  çürüdüyü  kimi,  qadın  da  cəmiyyətsiz 
çürüyər.
Ana! Ana! O  adm  qarşısında bir qultək 
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
O nun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm, bəzmi-istirahətdir.
N .Nərim anovun  oğlu  Nəcəfə  m əktubundan:  «Əzizim 
Nəcəf!  Vəzifə  -   mənsəb  dalınca  qaçm a,  çünki  o,  insanı  kor­
layır. Əgər bir adam ı yaxşı tanımaq, onun bütün daxili aləminə 
bələd  olmaz  istəyirsənsə,  onu  bir  müddətə  vəzifə  başına  qoy. 
Tezliklə  həmin  adam ın  müsbət və  mənfi  cəhətləri  üzə  çıxacaq.
275


Ənvər M ete Həmidov, Zəm urə Həmidova
Bu  baxım dan  əgər  sən  kütlələri  hiyləsiz-yalansız  öz  arxanca 
aparm ağa  hazır  deyilsənsə,  yaxşısı  budur,  ondan  imtina  edə­
sən...»
Səməd Vurğun:
Bu qoca dünyada bir adət də var, 
Q adın olan yerdə ədalət də var.
A nanın qəlbinə toxunm aq olmaz, 
A na nəfəsində çiçək də solmaz. 
İnsanlıq süd əmmiş ana döşündən, 
Soyuq bir m əzardır anasız Vətən.
Adm  şərəflidir sənin, ey qadın, 
D ahilər anası çağrılır adm.
Süleyman Rüstəm:
Duz-çörəyi itirmə
İnsam n şərəfi, bəzəyi, məncə, 
Deyildir nə ipək, nə tirmə, oğlum. 
Y axşıdan yaxşı ol ellər içində, 
D o stu n a bir ziyan yetirmə, oğlum.
Yersiz gülümsəmə, yersiz ağlama, 
Bir könül də qırm a, sinə dağlama. 
Sirrini ellərdən gizli saxlama,
Dilinə yalan söz gətirmə,  oğlum.
Yel qanadlı illər ömürdən gedir, 
İnsan zəhmətilə kam ala yetir. 
Bağında nərgizlər, lalələr bitir, 
Tikanlar, qandallar bitirmə, oğlum.
276
intellektual ekologiya
Ürəyim arzuyla doludur, dolu,
Hünər meydanıdır bu həyat yolu.
Bilmədiyin işi gözü yumulu 
Söz verib öhdənə götürmə, oğlum.
Oxu öyüdümü sən sətir-sətir,
Dilindən məclisə səpilsin ətir.
Qazancını itir, malını itir,
Ancaq duz-çörəyi itirmə, oğlum.
Nigar Rəfibəyli:
Analıq bir şərəfdir insanlığa...
Dünyada bir səs varmı,
A na səsi qədər doğma, mehriban?..
İlk laylanı dinləmişik,
İlk şəfəqi görmüşük analardan.
Bəxtiyar  Vahabzadə:
İstərəm bir «ana», bir «bala» sözü,
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü,
Ucadır, böyükdür hədiyyəsi də.
Sabir Rüstəmxanlı:
Təbiət  azərbaycanlı  anaların  ən  savadsızına  da  qeyri-adi 
bir  müdriklik,  daxili  mədəniyyət  və  dünyalarla  dözüm  verib. 
Daş-qaya  səbri  var  analarda.  Biz  kişilərin  bacaracağı  iş  deyil
bu!
277


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə