Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə75/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   71   72   73   74   75   76   77   78   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
edən  adam   ayrılıb  getməsə,  ondan  ayrılmazdı.  Birisi  əlindən 
tutsa,  o,  əlini çəkmədikcə,  Rəsulullah (s.)  da onun əlini burax­
mazdı.  Birisi  ilə  üz-üzə  gəldikdə,  qarşısındakı  dönüb  ayrıl- 
maymca,  O  da  on d an   üzünü  çevirməzdi.  Heç  kəsin  yanında 
ayaqlarım  uzadıb  oturduğunu görən olmadı.  Bir uşaq belə on­
dan  kömək istəsəydi, tez qalxıb lazım olan yerə gedərdi.»
Məhəmməd peyğəmbərin  (s.)  kəlamlarından:
Pərvərdigara, bədənimizi gözəl yaratdığın kimi, əxlaqımıza 
d a  gözəl qərar ver.
A ram zda əxlaqı gözəl olanları fərqləndirin.
Ağlın qüdrəti A llaha im an gətirəndən sonra xalqı sevməklə 
ölçülür.
Qənaətçilik  güzəranın,  cam aatla  mehriban  rəftar  ağılın, 
ağıllı sual isə elmin yarısıdır.
Tələsmək  şeytan  işidir,  ağıllı,  ehtiyatlı  hərəkət  etmək, 
rəhmli A llahın buyruğudur.
* * *
Kişinin kəraməti onun dininə, mürvəti ağlına,  şərəfi isə xoş 
xasiyyətinədir.
Övladlarmızla xoş rəftar edin və onlara gözəl tərbiyə verin.
***
H əya  imamn  bir  qismidir,  həyası  olmayanın  imanı  da  ol­
maz.
İm am n kam ala yetməsi gözəl əxlaqla mümkündür.
***
Gözəl əxlaq dinin yarısıdır.
306
İntellektual ekologiya
Ədəbi olmayamn ağlı da olmaz.
Gözəl əxlaqa malik olan və yaxın adam larm a münasibətdə 
xoş rəftarı ilə seçilən im an sahibi möminlərin ən kamilidir.
...Təvazökarlıq  başucalılıq  və almaçıqlıq  vasitəsidir.  Təva­
zökarlıq edin.  Qoy Allah məqamınızı ucaltsın.
Salam  verməklə  də  olsa,  özünüzlə  qohumlarınız  arasında 
mehribanlıq yaradın.
Həzrət İmam Əli (ə.) buyurmuşdur:
Ey  insan,  sən  özünün  kiçik  bir  cism  olduğunu  sanırsan, 
amma ən böyük aləm sənin içində gizlənir.
Yüksəkliyi istədim, onu təvazökarlıqla tapdım.
* * *
Öz  əxlaqım  tərbiyə  etməyən  şəxs,  cam aata  tərbiyə  verib, 
ədəb öyrədə bilməz.
***
Ədəbli, ərkanlı olmağın son mərtəbəsi odur ki, şəxs öz nəf­
si  qarşısında utanıb xəcalət çəksin.
Heç  bir var-dövlət,  sərvət insanın  ağlı  kimi insan  üçün  fay­
dalı ola bilməz.
Ağıllı,  kamallı  o  şəxsdir  ki,  öz qədrini,  qiymətini  bilib,  hər 
bir  işi öz yerində yerinə  yetirər.  Öz qədrini,  qiymətini  bilməyib 
şəxsiyyətini itirən şəxs isə cahil və nadandır.
Ağıllı  insana  layiqdir  ki,  var-dövlətin,  məqamın,  qüdrətin, 
elmin,  cavanlığın,  şan-şöhrətin  məstliyindən,  tərifindən  özünü 
hifz edib qorusun.  O na görə ki,  bu  məstliklərin  hər  birinin zə- 
hərləyici,  çirkin  (məstedici)  əsən  küləyi  var  ki,  insanın  ağlını
307


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
aradan aparıb, şəxsi süst və şəxsiyyətsiz edər.
Yüksək səviyyəli şəxsiyyətə malik olan  şəxs həmişə təvazö­
kar, sadə təbiətli olar.
Təvazökarlı,  sadə  təbiətli  olm aq  insanın  şəxsiyyətini,  əzə­
mətini yuxarı qaldırar.
Təvazökar  olmağın  nəticəsi  şərafətli,  mərifətliyə  çatmaqlı- 
qdır.
Ağıllının  sinəsi  sirrinin  sandığıdır.  Gülərüzlülük  dostluğun 
açarıdır.  Dözümlülük eyiblərin məzarıdır.
Özbaşına  hərəkət  edən  fəlakətə uğrayar.  İnsanlarla  məslə­
hətləşən isə onların ağlına şərik olar.
İnsan  sükut  ixtiyar  etməklə  heybətə  yüksələr,  insafa riayət 
etməklə dostlarını  çoxaldar,  bəxşişlə qiyməti yüksələr (hörməti 
çoxalar),  təvazökarlıqla  neməti  çoxalar,  xərclədiyi  ilə  böyü­
klüyü  sübut  olar,  tutduğu  ədalət  yolu  ilə  müxalifləri  məğlub 
edər və özünün mülayim rəftarı ilə ağılsız insanların qarşısında 
tərəfdarlarını çoxaldar.
***
Ədəb-ərkanı  əzab-əziyyətlə  əldə  etmək  olar.  Hər  bir  şəxs 
ədəbli olm aq üçün əzab-əziyyətlərə (cismani, ruhani, ictimai...)
qatlaşıb dözsə, onu əldə edə bilər.
***
İnsanda iki cür ağıl olur:  onun birini insan dünyaya gələn­
də Allah-Təala ona  verir,  digərini  isə  insan  özü dünyada yaşa­
dıqca  təcrübə  yolu  ilə  əldə  edir.  İnsan  əldə  etdiyi  hər  iki  ağlın 
vasitəsilə dünyanın xeyir və səadətini əldə edə bilər.
Hər  bir  şəxsin doğru,  düzgün  olan  sağlam  fikri,  düşüncəsi 
onun qəlbini nurani edər.
308
İntellektual ekologiya
İnsanların ağıl baxım ından ən kamili,  əxlaqı ən gözəl olan­
lardır.
Ağlm qatilgahı, tam ah şimşəklərinin altındadır.
***
Ən böyük dövlət  ağıldır.  Yəni  ağıllı kimsə həqiqətdə möh­
tac deyil, bəlkə də, artıq dövlətlidir.
***
Ağıllı kimsənin dili ürəyinin dalında olar. Yəni ağıllı adam
qabaqca sözünün yaxşı və pisini fikirləşib, sonra danışar.
***
Gözəl davranışlar (ədəblər) insana həmişə təzə zinətlərdir.
***
Üzrü təkrar etmək, günahı təzələməkdir.
***
Ən böyük əsl-nəcabət ədəbli olmaqdır.
***
Ədəb ağlın surətidir, yəni ədəbi olan kimsənin ağlı olar.
Ağlı kamil olan kimsə az danışar.
Möminin ən gözəl zinəti təvazökarlıqdır.
Həzrət Ömər  (ə.) buyurmuşdur:
İnsanlarla  yaxşı  rəftar  etmək  ağlın,  gözəl  düşünülmüş sual 
vermək elmin, gözəl idarə etmək rəftarın yarısıdır.
İmam Həsən  (ə.) buyurmuşdur:
Qarşılaşdığın  hər  bir  insana  salam  vermək  və  məclisin  gi­
rəcəyində oturm aq təvazökarlıqdır.
309


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
***
Həqiqətən  gözəl  əməllərin,  xasiyyətlərin  yaxşısı,  qəşəngi 
gözəl xasiyyətli olm aqdır.
im am  Hüseyn  (ə.) buyurmuşdur:
Ağıllı adam  çətinliyə düşdükdə onu tədbir ilə aradan qaldı­
rar və çıxış yolu tapm aq üçün ağlını işə salar.
İmam Sadiq  (ə .) buyurmuşdur:
İnsam n  şəxsiyyətinin  əsas  sütunu  onun  ağlıdır.  Belə  ki, 
onun  dərk  etməsi,  elmi  başa  düşməsi  ağıldan  sərçeşmə  alır. 
Bütün xeyirli işlərinin  yol göstərəni şəxsin ağlıdır.  Onun vasitə­
silə insan kamilləşir.
Bir  tayfanın,  qəbilənin  ölümünə  dözmək  asandır,  amma 
bir alimin ölümünə dözmək çox çətindir.
Üç  şey  (xalq  arasında)  məhəbbətə  (hörmətə)  səbəb  olar. 
D in (dindarlıq), təvazökarlıq və bəxşiş.
Cam aatla yaxşı davranm aq ağlın üçdə biridir.
Ağıl möminin höccətidir (bələdçisidir).
İm am K azım i (ə .) buyurmuşdur:
Həqiqətən, toxum un düzənlikdə cücərib, bərk yerdə cücər­
mədiyi  kimi,  hikm ət  də  təvazökar  qəlbdə  dirilər,  təkəbbürlü 
qəlbdə  isə  yox.  A llah-taala  təvazökarlığı  ağlın,  təkəbbürü  isə 
cəhalətin aləti olduğu qərarım  vermişdir.
310
İntellektual ekologiya
İmam Səccad (ə.) buyurmuşdur:
...İlahi!  Səndən istəyirəm ki,  məni bəndələrin qarşısında tə­
vazökarlıq əlaməti olaraq mülayim edəsən.
Nizami Gəncəvi kəlamlarından:
Ağlın olsun sənə hər işdə rəhbər,
H ər şeyi ondan sor, o deyən yetər.
***
Əlbət ki, əqilli bir qulaq asan,
Yaxşıdır həmişə yüz şüursuzdan.
***
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti-varı.
Ağıllı tərbiyə, hünər, nəzakət,
Ağıla nur verər, ürəyə qüvvət.
Ağıl bir yerdə ki, xəzinə tapar,
Allahın adını eyləyər açar.
Allah  ağıllıya nəvazişkardır,
Ağılsızlara da əlacı vardır.
***
Ağıllı  adam la dostluq bağlasan,
Bilik və mərifət alarsan ondan.
Əfzələddin Xaqani kəlamlarından:
Ağıldan d ah a gözəl rəhbər ola bilərmi?
Dünyada ağıl tək bir ustad varmı?
O nadan yanında şagird olarmı?
311


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə