Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə76/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   72   73   74   75   76   77   78   79   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
Sədi Şirazi hikmətləri :
Ağıllı  adam ın  axm aq  qarşısında  susması  təəccüblü  deyil­
dir,  çünki  nağara  səsi  ta r  səsinə,  sarımsaq  iyi  ənbər  qoxusuna 
həmişə üstün gələr.
***
Meyvəsi  bol  ağacın  budaqları  yerə  endiyi  kimi,  ağıllı  in­
sanlar da təvazökar olurlar.
A b n m   alıb  dirilik  suyu  versələr,  ağıllı  adam   onu  almaz, 
çünki zillətlə yaşam aqdansa, izzətlə ölmək yaxşıdır.
Ağıllı adam lar qızıl kimidir,
H aray a getsələr olar hörməti.
Böyük adam ınsa səfeh övladı,
Saxta pul kimidir, olmaz qiyməti.
Fəzlullah Nəimi:
İnsan olan kəsə ipək paltar deyil, kamal gərək,
G ör sədəfin sinəsinə necə dalmış inci-gövhər.
Nəsirəddin Tusi:
Zəka  ona deyilir ki,  çoxlu hadisə və xüsusiyyətlər içərisin­
dən  ilk  baxışda,  dərhal,  ani  surətdə,  özünə  lazım  olam  seçib 
asanlıqla düzgün nəticə çıxara bilsin.
İnsam n xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik 
sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir.
Əbülqasim Firdovsi:
.. .Ağıl nu r saçar, qəlbə zinət verər,
Çətin gündə iqbala yol göstərər,
312
İntellektual ekologiya
Ağıl ağladandır, ağıl güldürən,
Ağıl qaldırandn, ağıl güldürən.
Ağıldan bəhər görməsə bir kişi,
Keçər ahü fəryad ilə hər işi.
Əmir Xosrov Dəhləvi:
O kəs sahib olar ağla, kam ala,
Hikm ətdən, öyüddən yaxşı dərs ala.
Duyğusuz ürəklə, duyğusuz qulaq,
Y a eşşək gəzdirər, ya da ki, ulaq.
Əvhədi Marağayi Rüknəddin:
Hər  kimin  yol  göstərən  ağıl  çırağı  olsa  o,  qaranlıq  gecədə 
də yolunu azmaz.
Əbdürrəhman Cami:
Ağıllı,  səxavətli  adam lar  mallarını  dostlarla  yeyərlər,  ağıl­
sız xəsislər isə yeməyib, düşmənlərə saxlayarlar.
Məhəmməd Tağı Sidqi:
Ağılla idarə  olunan  insan həyatı ən xoşbəxt,  ən  yüksək əx­
laqlı həyatdır.
M irzə Şəfi  Vazeh:
Müdrik şəxs vəzifəli adam lara möhtac olmaya bilər,  amma 
vəzifəli şəxslər müdrik adam a möhtacdır.
Firidun bəy Köçərli:
İnsanı özünə bağlayan və hüsn-camalı kam ala yetirən ağlın 
ruhu və mərifətin ziyasıdır.
Əsl gözəllik surətdə deyil, ağıl və kam aldadır.
Məhəmmədhüseyn Şəhriyar:
Sahibi ağıllı olan ev tez abad olar.
***
313


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
K im  ədəb gözləsə öz əməlində,
Q alm az ədəbsizin çirkin əlində.
Cəvahirləl Nehru:
İnsan,  görünür,  başqalarının malik olmadığı nə isə bir  şeyi 
öz varlığında  daşıdığına  görə  daha çox  maraqlıdır.  Bu ağıldır, 
yetkinlikdir, bilmək və öyrənmək həvəsidir. İnsan öz axtarışına 
ən erkən vaxtdan bəri belə başlamışdır.
M əm m əd Səid Ordubadi:
İnsan  qılıncının  kəskinliyi  ilə  qəhrəman  ola  bilməz,  ağlm 
kəskin olması lazımdır.
M əm m əd Araz:
Ağıl hökm  eləyir dünyada, ağıl!
Bir ağlın barıdır bəzən bir ölkə.
D eyirəm  çaylar da ağıldır -  axır,
Dənizlər, üm m anlar ağıldır bəlkə.
Azərbaycan atalar sözləri:
Ağıllı  adam   əkdiyini  yeyər,  bədbəxt  adam  yığdığını  məs- 
rəfsiz qoyub gedər.
Ağılsız alim olm aqdansa, ağıllı rəncbər olmaq yaxşıdır. 
Ağılla tanınan eldə sanılar.
Ağıllı adam  elmə qaçar,  ağılsız həlimə.
Ağıllı gözündən, axm aq sözündən tanmar.
Ağıllı ağhna, ağılsız varına güvənər.
Ağıllı adam  başla, ağılsız daşla damşar.
Ağıllı olm aq azdır, abırlı da olm aq lazımdır.
Ağıl  ilə həya əkiz qardaşdır,  birini itirsən, o birini tapa bil- 
sməzsən.
Türk atalar sözü:
Ağıllı gördüynü,  ağılsız eşitdiyini söyləyər.
314
İntellektual ekologiya
Ərəb atalar sözləri:
Ağıllı uşaq nadan qocadan yaxşıdır.
Ağıllının bir günü sarsağın bütün həyatına dəyər.
Ağıllı zəhmətinə bel bağlayar, ağılsız ümidinə.
Əfqan atalar sözləri:
Ağıl təbiətin vergisi deyil, təcrübənin nəticəsidir.
Ağıl olan yerdə şərəf də olar.
«Qabusnamə»dən:
Mal-dövlət  cəhətdən  yoxsul  olsan,  çalış  ağıl  və  kamalca 
dövlətli  ol,  çünki  ağıl-kamal zənginliyi var-mal dövlətliliyindən 
daha yaxşıdır.  Ağıl  ilə  dövlət əldə etmək  olar,  dövlətlə  ağıl  qa­
zanmaq  isə  olmaz.  Cahil  adam   tez  yoxsullaşa  bilər,  lakin  ağlı
oğru apara bilməz, su və od məhv edə bilməz.
***
Müdrik  adam lardan  başqa  heç  kimlə  ünsiyyət  saxlama, 
çünki  yaxşılarla  ünsiyyət  saxlayanın  adı  da  yaxşıya  çıxar. 
Görmürsənmi,  yağı  küncütdən  alırlar,  lakin  küncüt  yağını  bə­
növşə,  ya  qızılgüllə  qarışdıranda  və  ya  bir  müddət  onlarla  bir 
yerdə  saxladıqda  yaxşıların  kəraməti  sayəsində  artıq  ona 
küncüt y a ğ  deyil, qızılgül yağı və ya bənövşə y a ğ  deyirlər.
315


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
V ic d a n  in s a n ın  d a x ili m ə h k ə m ə sid ir, 
o ,  h ə q iq ə tə   g ü v ə n ir.  Ə d a lə t  d ö v lə tin  
x ə z in ə s id ir
Allah bəndələrinin ən yaxşısı bilikli və ədalət­
li başçılar, ən pisi zalım və cahil rəhbərlərdir.
Məhəmməd peyğəmbər (s.).
İradənə hakim, vicdanına əsir ol!
Mövlana.
Yer  üzərində  cənnət  mümkündür,  hərgah 
rəhm olsa, insaf, mürvət olsa, vicdan olsa.
Nəcəf bəy Vəzirov.
Vicdan dedikləri bir həqiqətdir, 
Beşiyi, məzan əbədiyyətdir.
Səməd Vurğun.
Nəsirəddin Tusi yazmışdır:  «Heç bir sənət bir-birinə oxşa­
madığı kimi, heç bir xasiyyət də başqa xasiyyətə oxşamaz. Ona 
görə də tərbiyə və təlimdə ehtimallıq göstərilməlidir. Hər bir in­
san özünün daxili vicdan səsinə malikdir.» (A.Quliyev. N.Tusi- 
nin siyasi-hüquqi görüşləri, Bakı,  1995, s.  85)
İnsanın  müsbət  mənəvi  keyfiyyətlərinin  yaradıcısı  vicdan, 
onun  m əhsulu isə  ədalətdir.  Vicdan  qanunlar  qanunu və  əda­
lətli  hakim dir.  Vicdan  insanda  anadangəlmə  olmayıb,  həyat 
şəraitinin,  tərbiyənin  təsiri  ilə  formalaşır,  daha  doğrusu,  onun 
əsası  ailədə  qoyulur.  Bir  d aha  erməni  məsələsinə  toxunmaq 
məcburiyyətində  oluruq.  Erməni  ailəsində  uşaq  dil  açandan 
beyninə  zorla  yeridilir  ki,  türk  sənin  düşmənindir,  onları  qır­
m aq, məhv etmək lazımdır.  Belə təqdirdə, bu mühitdə böyüyən 
uşaqda vicdan əlaməti olarmı? Belələri vicdanın, ədalətin, insa­
fın  nə  olduğunu  anlayarlarmı?  Əsla!  Terroristlər,  nasistlər,
316
İntellektual ekologiya
ncofaşistlər,  yalnız var-dövlət düşkünü olanlar,  təki mən  salim 
olum prinsipi  ilə  yaşayanlar,  təbiətə  qəddarcasına  qəsd  edən­
lər,  müsbət  intellektual  ekologiya  qanunlarını  vəhşicəsinə  po­
zanlar, vicdanın, insafın nə olduğunu bilərlərmi?
«Qabusnamə»də  deyilir:  «Yaxşı  adam lar  bu  dünyada  as­
lan təbiətli olarlar, pis adam lar isə it təbiətli. İt tapdığı şeyi ora­
daca yeyər,  aslan isə ovladığını başqa yerdə.  Bu dünya bir ov­
qatdır, sən isə ovçu, sənin  ovun da -  yaxşı əməllərin.  Çalış indi 
yaxşılıq elə ki, sonra xeyrini görəsən....  Yaxşılıq etməkdən peş­
man  olma,  çünki  yaxşılığın  sənə  hələ  bu  dünyada,  o  dünyaya 
getməmişdən əvvəl çatacaqdır...
İstəyirsən  sənin  xalqa  sərf  etdiyin  əmək  hədər  getməsin, 
xalqın sənə sərf etdiyi  əməyi  hədəf etm ə...  İstəyirsən  sənin de­
diyinə əməl etsinlər, özün dediyinə əməl e t.. .»
Ədalət  qanununa  görə,  hər  kəs  cəza,  ya  mükafat  olaraq 
əməlinin bəhrəsini alır.
Məhəmməd peyğəmbər (s.) buyurur: «Müsəlman olsun, ya 
kafir, yaxşılıq edən hər kəs mütləq etdiyinin səvabım alır.»
İnsan o vaxt vicdanlı, ləyaqətli, ədalətli olur ki, o insaflıdır. 
Л .Bakıxanov demişdir:  «İnsaf insan ləyaqətinin zinətidir.»
Son  dövrlər  insaf məfhumu,  elə  bil  ki,  cəmiyyətimiz  üçün 
yabançı olub.  Çoxları  b u  insani keyfiyyətləri  itirmiş,  bir qismi 
isə onun nə olduğunu  başa düşmür,  ona artıq  bir  şey  kimi  ba­
xır.  Hətta  bəziləri  düşünürlər  ki,  hörmətli  olmaq  istəyirsənsə, 
insaflı və ədalətli  olmağı unut.  Bəzi insan cildində olan şeytan­
lar,  insaflı  və ədalətli  adam ları m aym aq  adlandırm aqdan  belə 
çəkinmirlər.
Görkəmli jurnalist,  mərhum  N urəddin  Babayevin  fikirləri 
müasir dövr üçün çox xarakterikdir:  «Axı, insaf hamıya -  əkin­
çiyə  də,  neftçiyə  də,  dərziyə  də,  alimə  də,  müəllimə  də,  vəzifə- 
liyə də, vəzifəsizə də hava,  su kimi lazımdır.  Savadsız, diplom- 
suz  yaşamaq  olar,  insafsız,  vicdansız  yaşam aq  olm az...  İnsaf 
bizim  daxili  aləmimizin  güzgüsüdür.  Gəlin,  elə  yaşayaq  ki,  bu 
güzgüdə  eybəcər  görünməyək,  qəlbən,  ruhən  təmiz  və  gözəl 
görünək.» («Kommunist» qəzeti, 21  m art,  1989)
317


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə