Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə79/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   75   76   77   78   79   80   81   82   ...   134

Ənvər M ete Həmidov, Zəm urə Həmidova
N ə  çox  (tövbə)  və  yaxşı  əməlləri  təxirə  salanlar  olub  ki, 
qəflətən əcəl onları haqlayıb.
İmam Sadiq  (ə.) buyurmuşdur:
Allahın Rəsulu (s) hər gün yüz dəfə tövbə edər və Allahdan 
bağışlanm aq istəyərdi, hansı ki, heç bir günaha sahib deyildi.
Nizami Gəncəvi:
Yaxşılığın əyandır, qulluğunda qocal sən,
Ağ olsan d a  üzünə, etirafla ucal sən.
Yunus Əmrə:
Şəriət, təriqət -  yoldur gedənə,
Həqiqət, mərifət ondan içəri.
Şəriət bir gəmidir,
H əqiqət dəryasıdır.
Əbülqasim Firdovsi:
C anda bütün nur və işıq düzlükdən yaranır,
Əyrilik zülmətindən qaçm aq lazımdır.
İmadəddin Nəsimi:
Həqiqətin nu ru  zahir olur insan varlığında,
«M ən bir gizli xəzinəyəm» -   deyən vermiş bunu xəbər.
328
İntellektual ekologiya 
Abbasqulu ağa Bakıxanov:
D oğruluğa adət etmiş adam  təşviş və qorxudan həmişə ar­
xayın olar.
Düz iş yoxlanarsa, nə qorxusu var,
Düşm ən də düz işi eyləməz inkar.
Düzlükdən qüdrətli bir dövlət yoxdur,
Ey Qüdsi, düzlükdə səadət çoxdur.
Heydər Əliyevin müdrik kəlamlarından:
Həqiqi  mənəviyyatı  milyonlarla,  milyardlarla  da  almaq 
mümkün  deyildir.  A m m a  milyonları,  milyardları  olan  mənə­
viyyatsız adam lar cəmiyyətdə heç bir şeydirlər.
Xalqı  həmişə  mənəviyyat  birləşdirmişdir.  Çünki  başqa 
əsaslara nisbətən mənəvi əsaslar üstündür.
İnsan  mənəviyyat  üçün  yaşamalıdır,  mənəviyyatını  qoruy­
an, yaşadan insan əbədi olacaqdır.
Bəxtiyar  Vahabzadə:
İndi seçmək çətindir yalandan həqiqəti,
Gör, necə də qırışmış bu dünyanın sifəti.
Diplomatiya, siyasət -  çatıb bir əndazəyə,
Qaç deyirlər dovşana, tut deyərlər tazıya.
H ər şey çaşbaş olubdur siyasət dum anında
329


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
M ə rh ə m ə t, ş ə fq ə t,  y a x şılıq , 
e ş q -m ə h ə b b ə t...  in s a n ın  ila h i 
x is lə tlə rid ir
Əgər Allahın sizə neməti və mərhəməti olma­
saydı,  Allah  şəfqətli,  rəhmli  olmasaydı,  (halınız 
necə olardı)!..
Qurani-Kərim, 
ən-Nur surəsi, ayə 20.
Mərhəmət  edənlərə Allah da mərhəmət edər. 
Yerdəkilərə  mərhəmət  ediniz ki, göydəkilər də si­
zə rəhm etsin.
Məhəmməd peyğəmbər fs.).
Mehrabı eşqdir uca göylərin 
Eşqsiz, ey dünya, nədir dəyərin?
Nizami Gəncəvi.
Eşqsiz məqsədə yetişmək olmaz, 
Eşq ilə tapılar düzlük, həqiqət.
Məhəmməd Füzuli.
«Bismillahir-Rəhmanir-Rəhim!  Mərhəmətli,  rəhmli  Alla­
hın  adı  ilə!  Həmd  (şükür  və  tərif)  olsun  Allaha  (və  ya:  Həmd 
məxsusdur Allaha) -  aləmlərin Rəbbinə. (Bu dünyada hamıya) 
mərhəmətli,  (axirətdə  isə  ancaq  möminlərə)  rəhmli  olana...» 
M üqəddəs Qurani-K ərim in əl-Fatihə surəsi  bu kəlamlarla baş­
layır -  insanlara, canlılara rəhm  və mərhəmətlə.
M ərhəmət  varlığın  ilk  mayası,  xeyirxahlıq  nurdur.  Bu  cə­
hətdən islamşünas alim Dr.  Aydın Topaloğlunun fikirləri daha 
xarakterikdir:  «Din (islamiyyət) insana, ən kiçik canlıya (məsə­
330
İntellektual ekologiya
lən qarışqaya) belə zərər verilməməsini bildirmişdir.  İnsanların 
ayağına batm am ası üçün bir tikanın yoldan qırağa atılması be­
lə fəzilət qəbul edilmişdir.  İslam dinində susuzluqdan çöldə öl­
mək  üzrə  olan  bir  heyvana  su  verilməsi  Cənnətə  girmək  üçün 
bir  savab  olaraq  qiymətləndirilmiş,  ata-anaya  hörmət  etmək, 
Allah  yolunda  getmək,  uşaqları  sevmək  isə  bir  mərhəmət 
nümunəsi kimi səciyyələndirilmişdir. Çox çətin şəraitdə belə in­
sanın ətrafı yaşıllandırmağı,  qonşunu qohum dan  ayırmamağı, 
bir-birlərinə  kömək  etməsi, işləyən insanların haqqının  vaxtın­
da  ödənməsi  əmr  edilmişdir.  Dili,  dini  və  rəngindən  asılı  ol­
mayaraq  bütün  insanlara,  cinsindən  asılı  olmayaraq  bütün 
canlılara  və  bütün  təbii  sərvətlərə  sevgi,  hörmət,  mərhəmət  və 
qənaətlə münasibət göstərilməsi tövsiyə edilmişdir.»
«Rəhm anın (əsl) bəndələri o  kəslərdir ki, onlar Yer üzündə 
təmkinlə  (təvazökarlıqla)  gəzər,  cahillər  onlara  söz  atdıqları 
(xoşlarına  gəlməyən  bir  söz  dedikləri)  zam an  (onları  incitmə­
mək  üçün)  salam  deyərlər.»  (Qurani-Kərim,  əl-Furqan  surəsi, 
ayə 63)
Dilini  yalandan,  qeybətdən,  böhtandan,  kobudluqdan,  if­
tiradan,  tənədən,  boş çərənçilikdən, dost və ya düşmənlə,  tərəf­
dar  və  ya  müxalifətlə  savaşdan  qorum aq,  nifrətdən,  yalançılı­
qdan,  xətadan,  həsəddən,  kindən,  təkəbbürdən,  tam ahkarlı­
qdan,  hirsdən,  hiylədən,  nifaqdan,  riyakarlıqdan  və  ona  oxşar 
pis  xüsusiyyətlərdən  uzaq  olmaq;  dünya  sevgisinə  aludə  olub 
ona  uyan,  onu  istəyən  kəslərin  qəlblərini  dolduran  şeylərdən 
özünü salam at saxlamaq mərhəmətin əlamətləridir.  Bu əlamət­
lər isə  müsbət  intellektual ekologiyanın  təməl daşlarıdır.  Məhz 
bu əlamətlərlə insan  göylərə yüksəlir,  dahiləşir, sevilir,  yad edi­
lir. Yenə onlara xas olan əlamət və keyfiyyətlərdən -  mərhəmət 
duyğusu,  şəfqət, ruhi kədərdən əzab çəkən  hər kəsə qarşı ürəyi 
yümşaq  olmaq,  nəzakətli  davranm aq,  mülayimlik,  istiqanhlıq, 
lütfkarlıq,  rəhbərlik  etdiyi  cəmiyyətə  atalıq  qayğısı  göstərmək, 
dövlətlər arasında və hətta yaşayış yerlərində mehriban qonşu­
luq. ..  Bunlar hamısı mərhəmətdən bəhrlənir...
«Mərhəmətli  olmayınca,  mömin  sayılmazsınız»  buyuran
331


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə