Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəm urə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə80/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   76   77   78   79   80   81   82   83   ...   134

Ənvər M ete Həmidov, Zəm urə Həmidova
M əhəmməd peyğəmbərə (s.) səhabələrindən biri deyir: «Hamı­
mız mərhəmətliyik». H əzrət Peyğəmbər (s.) cavab verir: «Xeyr. 
Təkcə öz əhlinizə deyil, yaradılan bütün məxluqata (insan, hey­
van  və  s.)  mərhəmətli  olmalısınız.  Y aradana  görə  yaradılanı 
sevmək  təkallahlıq  dinlərinin  hamısının  tövsiyə  və  tələbi  ol­
muşdur.»
Bütün  canlılarda  eşq,  sevgi,  sədaqət  və  vəfa  hisslərinin 
mənbəyi  Tanrı  sevgisidir.  Tanrı  insan  xarakterinə  bu  xüsu­
siyyətləri -daxil  etmişdir.  İnsanm   bunları  başqa  yerdən  alması 
mümkün deyildir.
«Sevməyən,  Allahı  dərk  etməyib,  çünki  Allah  məhəbbət­
dir», «Allahı heç kim, heç vaxt görməyib. Əgər biz bir-birimizə 
mərhəmətliyiksə və bir-birimizi seviriksə, deməli,  onun mərhə­
mət və məhəbbəti bizdə tam am  olur.» (İncildən)
«M ən  gizli  bir  xəzinə  idim.  Bilinmək  istədim və  məxluqatı 
yaratdım» -  Rəbbin kəlamı, kainatın ən ləziz və xeyirli meyvəsi 
olan  bəşərə  Onun  m əhəbbətinin izharıdır.  İnsan  da  öz növbə­
sində onu yaradıb,  maddi-m ənəvi dəyərlərlə təchiz edən Allahı 
sevməlidir.  Bu sevgi bəşər üçün bir ehsan sayılır.  Belə bir kəlam 
var:  «M əhəbbət xaliqə edilərsə,  hörmət,  təzim və sayğıdır». Al­
laha üsyanda xalqa,  bəşəriyyətə  məhəbbət  olmadığı  kimi,  xal­
qa  zülmdə  də  A llaha  m əhəbbət  ola  bilməz.  Kim  ata-anasını 
sevməyib, Allahı sevdiyini deyirsə, bilin ki, o riyakardır. Çünki 
gördüyü  ata-anasını  sevməyən,  görmədiyi  Allahı  sevə  bilməz 
(Həzrət  İsa).  R əbb  isə  buyurub:  «Ancaq  mənim üçün  bir-biri­
nizi  ziyarət  edin».  Rizasız  m əhəbbət  ola  bilməz.  Çünki  insan 
ancaq sevdiyindən razı qalar və razı qaldığını sevər.
M əhəmməd peyğəmbər  (s.)  buyurub:  «Ya  Rəbb,  mənə  öz 
sevgini,  sevdiklərinin  sevgisini  və məni  Sənin sevgini ehsan  et. 
ö z   sevgini  mənə  istidən,  susuzluqdan  yananların  sərin  suya 
qovuşmasım istəmələri kimi ehsan et!»
«M ən  sevirəm»  deməklə  sevgi  duyğusu  güclənməz.  Daha 
dərin  sevmənin  yolu  d a h a   çox  əşyanı,  təbiəti,  bəşəriyyəti  sev­
məkdir.
Gözəl  əxlaq  -  insanları  bağışlamaq,  onlarla  gözəl davran­
332
İntellektual ekologiya
maq, onlara A llahdan rəhmət diləmək, insanları sevməkdir.
insanları, canlıları sevən səxavətli olar. Səxavət çox bəlala­
rın  qarşısını  alır,  Allahın  qəzəbini  söndürür,  ürəklərdən  kin- 
küdurəti  silir.  Səxavət  gizli  edilməlidir.  İnsan  içindən,  qəlbin­
dən  xeyirxahlıq  etməyə  hazır  olmalıdır  və  unutmam alıdır  ki, 
mərhəmət, səxavət intiqam dan daha üstündür.
M əhəmməd  peyğəmbər  (s.)  buyurub:  «Suyun  kiri  yuyub 
təmizləməsi kimi, yaxşılıqlar da günahları silər.»
Məhəmməd peyğəmbərə (s.) sual verirlər ki, İslamın hansı 
tövsiyyəsi  yaxşıdır?  D eyir  ki,  tanımadığınız  adam a  yemək  və 
salam vermək.
H əyatda  doğru və  xeyirxah  olan  insan  doğruluq  və yaxşı­
lıq görür, əməllərinin qarşılığı ilə rastlaşır.
M əhəmməd peyğəmbər (s.) «Allah sənə bir xeyir qapısı aç­
dığı zaman  imkanı  qaçırma.  Çünki  o  qapının  nə  zam an qapa­
nacağı bilinməz» -  buyurub.
K ainatda hər şey öz  ziddi ilə bilinir.  Sevginin ziddi qorxu­
dur.  Bu  baxım dan  F.Əkbərov  və  N.Cam aloğlunun  fikirləri 
çox səciyyəvidir: «Q orxu da sevgi kimi, Allahın bizə bəxş etdiyi 
bir  başqa  nemətdir.  Q orxu ilə  əxlaqı eyni  cərgədə  təsəvvür  et­
mək  ilk  baxışdan insana qəribə  gəlir.  D oğrudan da,  qorxu  in­
sanm iradəsinə mənfi təsir göstərə bilir, onu bir sıra müsbət ad ­
dımlar  atm aqdan,  xüsusilə  cəsarət,  şücaət  kimi  yüksək  əxlaqi 
davranışlardan uzaqlaşdıra bilir.»
«Əxlaqımızda qorxu insanı döymək, təhqir etmək, onu ira­
dəsindən  m əhrum   etmək  mənasında  təbliğ  edilmir.  M ənə­
viyyatımızın qaynaqlarından biri olan Qurani-Kərim də tez-tez 
«Allahdan  qorxun!»  xəbərdarlığına,  hətta  insanların  dəhşətli 
cəza  ilə  -   Cəhənnəm  əzabı  ilə  qorxudulm asm a  kifayət  qədər 
çox rast gəlirik.»
Sevginin  də,  qorxunun  da  yurdu-yuvası  insanm  qəlbidir. 
Əgər  qəlbdə  sevgi  bəslənməmişdirsə,  insan  başqa  insanları, 
əhatəsində olan canlı və cansız aləmləri sevmirsə, qəlbində ailə- 
valideyn,  nənə-baba,  bacı-qardaş,  qohum -əqrəba sevgisi, vətən 
məhəbbəti,  millət,  xalq,  bayraq,  dövlət  sevgisi,  bütün  bəşə­
333


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
riyyətə qucaq açm aq sevgisi yoxdursa, o zaman bu qəlbdə kin, 
nifrət, düşmənçilik, paxıllıq, qısqanclıq kimi zəhərli tikanlar bi­
təcək,  onlar tədricən  artaraq  qəlbdəki bütün müsbət keyfiyyət­
ləri  sıxışdırıb  çıxaracaqdır,  istər-istəməz,  yenə  də  erməni  daş­
n ak  cəlladlarını  yada  salm aq  məcburiyyətindəyik.  Dinc  türk 
xalqını kütləvi qətlə yetirən,  insanları diri-diri yandıran, dərisi­
ni  soyan,  divara m ism arlayan,  su  quyularına  atıb üstünü  daş­
qalaq edən, uşaqlara, qocalara, hətta ana bətnində olan körpə­
lərə  rəhm etməyən,  onları  borulara  doldurub  ağzını  qapayan, 
başı kəsilmiş övladın qanını içməyə anam məcbur edən, azyaş­
lıları  zorlayan...  erməninin  qəlbində  hansı  müsbət  sevgi,  mər­
həmət  hissi  ola  bilər?!  Terrorçunun,  neofaşistin,  nasistin qəlbi 
var demək  mümkündürmü?!  Ekoloji  terrorla məşğul  olanların 
insani qəlbi  varmı?!  Yox!!!  Bunlara yalnız bir  ad  vermək olar: 
«Bəşərin  və  təbiətin  gözə  görünən  iblis  və  şeytanları».  Allah 
görünən və görünməyən şeytanlara lənət eləsin.
D ahi  Mövlana:  «M əhəbbət  üzündən  mislər  qızıla  çevrilər. 
M əhəbbətlə  keflər  durular.  M əhəbbətdən  dərmansız  dərdlər 
şəfa  tapar.  M əhəbbətdən  ölülər  dirilər.  Məhəbbət  üzündən 
padşahlar  qul  kəsilər.  M əhəbbətdən  zindanlar  gül  bağçasına 
dönər.  M əhəbbət üzündən qaranlıq evlər aydınlanar,  nurlanar. 
M əhəbbət üzündən n ar nur  olar!  (Yəni atəş nura çevrilər). Mə­
həbbət  üzündən  çirkin  belə  huri  gözəlliyinə  qovuşar.  Məhəb­
bətdən  kədərlər,  üzüntülər  nəşə  və  sevincə  dönər.  Məhəbbət 
ucbatından  yoldan  çıxan,  yol  kəsən  kimsə  yol  göstəricisi  və 
səadət rəhbəri mərtəbəsinə yüksələr.  Məhəbbət üzündən xəstə­
lik  səhhət  və  salam ata  çevrilər.  Məhəbbətdən  qəhr  rəhmət 
alar!..»
Beləliklə,  sevgi  A llah  tərəfindən  insana  verilmiş  ən  üstün 
bir  duyğudur.  Sevgi  xoşbəxtliyin  açarıdır,  desək  yanılmarıq. 
İnsanın sağlam  bir sevgiyə sahib  ola bilməsi üçün  kimləri necə 
sevməli olduğunu bilməsi də mühüm xüsusdur. Belə ki:
a) 
insan,  ilk  növbədə,  özünü  sevməlidir.  Özünü  sevməyən 
insan başqalarını d a sevə bilməz.  İnsamn özünü sevməsi maddi 
və  mənəvi  cəhətdən  ideal,  sağlam  və  xoşbəxt  olmasıdır.  İnsan
334
İntellektual ekologiya
maddi cəhətdən güclü,  sağlam,  mənəvi cəhətdən bilikli,  inanclı 
və əxlaqlı olmalı, bunun üçün səy göstərməkdir;
b) insan öz ailəsini sevməlidir.  Həzrət Peyğəmbər (s.) «H a­
mınız çobansınız, ailə fərdlərindən məsulsunuz» buyurmuşdur. 
İnsan öncə  həyat yoldaşını  sevməlidir...  Başqasına  olan  hirsi­
mizi  evdə  həyat  yoldaşımızdan  çıxmamalıyıq.  O na  qarşı  əda­
lətli  olmalı,  onu  başqalarının  ayağına  verməməliyik.  Onunla 
məsləhət  edərək  planlarımıızı  paylaşmalı,  hər  şeyi  birlikdə  et­
məliyik.  Çünki ər-arvad  arasında uzlaşma  yoxdursa,  o  ailədən 
və  orada  yetişən  uşaqlardan  xeyir  gəlməz.  Ailədə  yoldaşımız­
dan sonra uşaqları sevməliyik;
c)  insan  öz  ata-anasını  sevməlidir.  Çünki  ata-anaya  qarşı 
yaxşı  rəftar  etmək Allahın əmridir.  Bu xüsus  Qurani-Kərimdə 
Allaha itaətlə yanaşı zikr olunur.  Qurani-Kərimin əl-İsra surə­
sinin  23-24-cü  ayələrində buyurulur:  «Rəbbin yalnız  O na  iba­
dət  etməyi  və valideynlərə yaxşılıq  etməyi  (onlara  yaxşı  baxıb 
gözəl  davranmağı)  buyurmuşdur.  Əgər  onların  bir  və  ya  hər 
ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetər­
sə,  onlara  «Uf»  belə  demə,  üstlərinə  qışqırıb  acı  söz  söyləmə. 
Onlarla  xoş  danış!  Onların  hər  ikisinə  acıyaraq  mərhəmət  q a­
nadının  altına  alıb:  «Ey  Rəbbim!  Onlar  məni  körpəliyimdən 
(nəvazişlə)  tərbiyə  edib  bəslədikləri  kimi,  Sən  də  onlara  rəhm 
ct!» -  de;
ç)  insan  qohum larını  və  yaxınlarını  sevməlidir...  Q ohum ­
larla ünsiyyət insan üçün arxadır, dayaqdır;
d)  insan  öz  millətini  sevməlidir.  İnsan  sosial  bir  varlıqdır. 
Onun sosial mühitini,  ilk növbədə,  öz milləti formalaşdırır.  İn ­
sanın  xoşbəxtliyi  millətin  xoşbəxtliyinə,  millətin  xoşbəxtliyi  də 
onu  form alaşdıran  fərdlərin  xoşbəxtliyinə  bağlıdır...  Milləti 
sevmək  millətin  yoxsul  və  kimsəsiz  fərdlərinə  yardım  etməklə 
mümkündür, yaşlılara hörmət etməklə mümkündür;
e) insan bütün  müsəlmanları sevməlidir;
ə)  insan  bütün  bəşəriyyəti  sevməlidir.  Müsəlman  olan  hər 
kəs  bütün  insanları  sevməlidir.  Çünki bizim düsturumuz Möv- 
lananın  ifadəsiylə  «Yaradılanı  sev,  Y aradandan  ötrü»  şəklin-
335


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə