Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə82/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   78   79   80   81   82   83   84   85   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
C an mülkündə şadlıq quşun -  məhəbbətdir, 
Ülviyyətə hər uçuşun -  məhəbbətdir.
Bu dünyada şan-şöhrətin şərəf tacm,
Əbədiyyət qurtuluşun -  məhəbbətdir.
Sədi Şirazi hikmətləri:
Bilsən əcdadının qədrini uca,
Adın ləkələnməz dünya durduqca.
N ə qədər ki, vardır əlində qüdrət,
K ərəm  sahibi ol, göstər mərhəmət.
Varlı  vaxtında  köm ək  etməyən,  yoxsul zamanında  kömək 
görməz.
Ağıllı həm  yeyər, həm verər yada,
Həsrətlə can verər xəsis dünyada.
***
Oxşa könülləri, xalqı sal yada,
Təkcə öz halına qalma dünyada.
Əbülqasim Firdovsi:
H örm ət və izzət pula alınmır,  onu  göstərdiyin xeyirxahlıq­
la əldə edə bilərsən.
Məhəmməd Füzuli kəlamlarından:
Comərd od u r gen süfrəsi qəlbi kimi bəlli, açıq, 
D ostuna da, düşmənə də səxavətli, əliaçıq.
Y a rəbb, bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda məni.
340
İntellektual ekologiya
Mövlana hikmətləri:
Eşq, məhəbbət, dostluq kimi insani xüsusiyyətlərin cümləsi 
vəfaya  bağlıdır.  Və  daim a  vəfalı  olan  kimsəni  arayıb  axtarar­
lar.  Onlar vəfasız bir könülə əsla yaxınlaşm azlar...  D ənizə q o ­
vuşan bir çayda çay bütünlüklə batıb yox  olar,  qarışdığı dəni­
zin  bir parçasına  çevrilər...  Yediyimiz bir  parça  çörək varlığı­
mız içində əriyər və vücudumuzun  bir parçası halına gələr.  Se­
vən  bir kimsənin  varlığı da duyduğu məhəbbətin  şiddəti qədər 
sevdiyində qeyb o la r...
***
Eşq  olmasaydı,  varlıq  haradan  olardı  ki?!  Çörək  nə  təhər 
özünü sənə verərdi,  sənin vücuduna qatılardı və  bütünlüklə sə­
nə çevrilərdi?! Çörək özünü sənə verdi, sən oldu! Nədən belə ol­
du?  Eşqdən,  istəkdən!  Yoxsa  çörəyin  sənin  bədənində  can  ol­
masına yol verilərdimi?!  Eşq ölü çörəyə belə can bağlayır!  Fani
olan camnı sənə qatır, özünü səndə əbədiləşdirir.
***
Sən  elə  böyük  bir  varlığın eşqini  seç  ki,  bütün  peyğəmbər­
lər Onun eşqiylə qüdrət və qüvvət tapdılar, şərəf və səadətə çat­
dılar.
**>l<
Bil  ki,  qəlbi  (batini)  ilahi eşq  və məhəbbətlə dolu  olmayan 
insan  nə  qədər  zavallıdır,  bəlkə  də,  heyvandan  daha  aşağıdır. 
Zira  Əshabi-kəhfın  köpəyi  dəxi  eşq  əhlini  aradı  və  tapdı.  R u ­
hani bir mərtəbəyə ucaldı və o xas qullarda fani olaraq cənnəti 
qazandı.
Qızılgül  o  gözəl  qoxusunu  tikanla  xoş  keçindiyi  üçün  q a­
zanmışdır.  Bir bax o  nə deyir:  «Tikanla bərabər olduğum üçün 
nədən  qəmə  düşüm,  nədən  özümü  kədərə  salım.  Mən  ki,  gü­
lməyi  o  mənfi  xasiyyətli  tikamn  bərabərliyinə  qatlandığım 
üçün  əldə  etdim.  O nun  vəsiləsi  ilə  aləmə  gözəlliklər  və  xoş  qo ­
xular vermək im kanına qovuşdum .. .»
341


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Nəsirəddin Tusi:
Səxavətsiz səadət olmaz.
Bir ürəyi ələ gətirmək, m in Kəbə ziyarətindən yaxşıdır. 
İmadəddin Nəsimi:
Sən özünü dərk eləsən, dərk edərsən tanrını da,
M ənə idrak aləmində yaxşılıqdır yalnız rəhbər.
Şəfqət sözü, m ürvət sözü yazıq xalqa deyil nəsib,
Bunun halı o n dan betər,  onun halı bundan betər.
Əvhədi M arağayi Rüknəddin:
K am al sorağında olanlara sən 
Çalış ki, varından bir pay verəsən.
Əhməd Xani:
Hər kim də olarsa möhkəm iradə,
M əhəbbət yolunda yetər murada.
M əhəbbət əvəzsiz güzgüyə bənzər,
Sirlər xəzinəsi onda əks edər.
Abbasqulu ağa Bakıxanov:
İnsaf qəlbin incəliyindən doğduğu üçün, insaflı adam daşü­
rəkli ola bilməz və ayağım etidal cızığından kənara qoymaz.
***
Yaxşılıq odur ki, onda ümuminin mənfəəti olsun.
342
İntellektual ekologiya
Qasim bəy Zakir:
Daş daş üstə durm az aləmdə əsla,
Dəyməsə insana insandan mədəd.
Mirzə Şəfi  Vazeh:
Bu dünyada kəskinlikdən, zor, gücdən artıq 
Səmər verər xeyirxahlıq və mehribanlıq.
Hüseyn Cavid:
Çalış, parla, yüksəl!  U nutm a ancaq,
Yaşamaq bir haqsa, yaşatm aq da haqq.
Mənim tanrım  gözəllikdir, sevgidir.
Mən gözəllikdə gözəl ruh araram ,
R uhu düşkünləri çirkin sanıram.
Məhəbbətsiz bütün mənayi-xilqət, şübhəsiz,  heçdir, 
M əhəbbətdir əvət, məqsəq bu pürəfsanə xilqətdən.
Dünyada varsa dövləti -  Cavid -  o eşqdir,
Olmaz sevib-sevilməyən ömründə bəxtiyar.
M əhəmməd Hadi:
İnsana məhəbbət sözü var məzhəbimizdə,
Həqq «sureyi-insan» oxunur hikmətimizdə, 
Təkfıri-üməm,  büğzi-miləl,  nifrəti-əqvam...
Əql eylədi bu sözləri ezamını elan.
343


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Səməd Vurğun:
Eşqsiz yaşayan donuq bir insan,
İçini q u rd  yemiş boş bir ağacdır.
Əsrlər dolanır, dəyişir zaman,
M əhəbbət əbədi bir ehtiyacdır.
* * *
Məhəbbət! Ömrü sevdasız yaşatm aq bir cinayətdir, 
Gözəllik! Canlı b ir sənət, əzəldən ömrə zinətdir.
N əbi Xəzri:
K im  sevmir, həyatda ən bədbəxt odur,
D oğulur cahanda o neçin, niyə?
Sevilmək, bəlkə də, ulu arzudur,
Sevmək uzaq yoldur müqəddəsliyə.
Mirzo  Tursunzadə:
M əhəbbət hökm  etsə qətrə çay olar,
Eşqin otağında dünya yurd salar.
Rəşad N uri Güntəkin:
Ayrılıq  böyük  m əhəbbətləri  daha  da  qüvvətləndirir,  nata­
mam olanları isə öldürüb məhv edir.
Osman Nuri Top baş:
M əhəbbət  sevənlə  seviləni  eyniləşdirər  və  ya  biri  digərini 
mənliyində  yox  edər!  M əhəbbət  artdıqca  yönəldiyi  varlıqla 
bütün əlaqələri,  hər  şeyi içinə almağa  başlayar və onlara nüfuz 
ilə sirayət edər.
344
İntellektual ekologiya
***
İnsanlar arasında özünü bilənlər üç vəsfə sahib olan kimsə­
lərdir: ruzigarı belə incitməyənlər, öz ad və sifətlərini söyləmək­
dən həyalanan kimsələr, xalqın m əxluquna mərhəmət və şəfqət 
ilə nəzər edənlər.
Dr. Aydın Topaloğlu:
Bütün  canlılarda  eşq,  sevgi,  sədaqət  və  vəfa  hisslərinin 
mənbəyi Tanrı  sevgisidir.  Eşq  və  sevgi  ilə  dolu  olan  Tanrı  in­
san  xarakterinə  də  bu   xüsusiyyətləri  daxil  etmişdir.  İnsanın 
bunları başqa yerdən (təbiətdən) alması mümkün deyildir.
İnsan bir şeyə tərəddüdsüz inanırsa, bu  inam onun düşünc­
ələrini, duyğularını və  davranışlarını dəyişdirir.  İnanm aq insa­
na  doğru  yolu  tapm ağa  kömək  edir,  böyük  uğurlara  aparır. 
İnam  nəfsi,  qəlbi rahatlığa qovuşduran  güclü baxışlar  sistemi­
dir.  İslamiyyətdə əqidə şəriətlə bağlıdır,  inam imanm  təməlidir. 
İnam  sahibi  sözünü  əməli  ilə  təsdiqləyir.  Qəlbinin  hökmlərinə
əməlləri ilə möhür vurur.  İnam ın kökü Allaha inamdır.
***
İnsan ona görə Allahı sevməlidir ki,  sevgiyə səbəb olan  hər 
gözəllik Ondadır.
* * *
Sevginin  əsli  qəlbdə,  təzahür  və əlamətləri  zahirdə,  əməldə 
olur.  Sevgi  insanlara  görə  dəyişə  bilər.  İnsanın  ruhunda  sevgi 
ilə bərabər nifrət duyğusu da güclüdür.  Amm a sevginin miqya­
sı daha böyük olur. Yerində və zam anında sevgidən mərhəmət, 
şəfqət və insanlara kömək yaranır.  Sevginin maddi  tərəfinə gö­
zəl sima,  xoş səda...  səbəb ola bilər.  Mənəvi dəyərləri qəlbin və 
ağlın  anlaması  da  sevgi  yaradır.  Sevginin  başqa  bir  səbəbi  də 
insana edilən  yaxşılıq  qarşısında  onun  qəlbində  yaranan  min­
nətdarlıq duyğusudur ki, bu duyğu sevgini bəsləyir. Çünki qəlb 
yaxşılıq edənə sayqı, sevgi göstərmək qabiliyyətinə malikdir.
* * *
Sevgi  bağlılıq  və  fədakarlıq  istər.  Sevgi  özünü  düşüncə  və
345


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə