Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə84/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   80   81   82   83   84   85   86   87   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Qəm, qüssə gətirsə də ağıllı düşmən cana, 
Mərifətsiz bir dostdan çox yaxşıdır insana.
Əfzələddin Xaqani kəlamlarından:
O insan ki, dözüb dərdə, baş əyməz mərdə, namərdə,
O nu diz çökdürə bilməz, tutan dörd əllə dünyanı.
***
Çalış alçaq adam lardan tikə alma dünyada,
O nlar səni rüsvay edər, gedər hörmətin bada.
Dostun üz döndərib, kimi etsə rədd,
Qardaşın olsa da, önünə çək sədd.
Əbu Əli İbn Sina:
Düşməninlə dost olana sən də bax bir düşmən kimi, 
İlan üstə q o n an  milçək zəhərlidir ilan kimi.
Mövlana:
Hər kəsin,  hər  şeyin ona  möhtac olduğu,  lakin özünün  heç 
bir  şeyə  ehtiyacı  olm ayan  Allahın  tərtəmiz  zatma  and  içirəm 
ki, pis ilan pis dostdan yaxşıdır. Pis ilan insanın canını alır.  F ə­
qət pis dost insanı atəşə atar, yaxar, yandırar.
Məhəmməd Füzuli:
Rəzilə dost olanın hasili rəzalət olur,
Həzər qıl aqibətindən, rəzilə dost olma.
Sədi Şirazi:
M innətlə alınca alçaqdan təam,
Yeyib kökəlsə də, alçalar ad am ...
A lçalm aq yoluyla kim tapsa çörək,
Özünü alçaltmış o adam, demək.
İntellektual ekologiya
M ərdlər quyu qazar susuzlar üçün,
N am ərd quyu qazar, adam lar düşsün.
Bir günah edəndən sən üz döndərmə,
O na əfv edənlər kimi sal nəzər.
M ən əgər cavan mərd deyiləm işdə,
Sən m ərd ol, kərəmlə bir qayğı göstər.
O ad am  mərd deyil aqil yanında 
Ki, qızmış fillərə oxuya meydan.
Bəli, m ərd odur ki, düzlüyü sevə,
Acığı tutanda deməyə hədyan.
*=ı=*
Şir yeməz heç zam an it artığını,
A cından ölsə də bir mağarada.
Biçarə, qarnıac yaşasan belə,
Alçağa əl açma, sakın dünyada.
***
Tədbirləri  baş  tutm ayanda  düşmən  dostluq  fikrinə  düşər 
dostluqla elə işlər görər ki, onu heç bir düşmən  bacarmaz.
H aqqı yad etməyən min qohum dansa,
X oşdur bir yad dosta ürək bağlansa.
Ona dost demə ki, süfrə başında,
Deyə:  «Qardaşın da, dostun da mənəm».
O na dost deyərəm ki, çətin gündə 
Dostun arxasında dayana möhkəm.
Nəsirəddin Tusi:
Yaxşı gündə dost tapm ağa nə var?!
Əsl dostlar ağır gündə tanmar!
Ayıq olun, a dostlar, haray verin haraya,
Qoymayın sözgəzdirən girə bilsin araya!
351


Ənvər M ete Həmidov, Zəm urə Həmidova
***
D ostun  yoxsulluğa  düşəndə  gülərüzlə,  xoş  sifətlə  qarşıla­
malısan.
D ost olm aq istəsən birisiylə sən, 
Gərək söz anlayan bir dost seçəsən.
Ömər Xəyyam:
M ərd  adam,  adətən,  şikayət  etməkdən  əzab  çəkir,  zəif 
adam  isə, əksinə, əzab çəkməkdən şikayətlənir.
Əvhədi M arağayi Rüknəddin:
İnsanın zinəti hünərdir, hünər, 
O nsuz insan oğlu miskin görünər.
D osluqda dost ilə bir ol, səmimi, 
Bir qabıq içində cüt ləpə kimi. 
D ostluq etibardan, vəfadan törər, 
N ə dostluq etibar olmasa əgər?!
Saib  Təbrizi:
D ostun  ayağım  qapm ayan  it,  dostluq  hüququndan  xəbər­
siz qara fikirli adam dan yaxşıdır.
Əbdürrəhman  Cami:
İgidlər yükü qeyrət və  cəsarət zoru ilə dartarlar,  bədəninin 
böyüklüyü, cüssəsinin zorbalığı ilə aparmazlar.
D ost deyildir, nakişidir o kəs ki,
Öz dostunu məqsəd üçün edir yad.
Ağıllı,  səxavətli  adam lar  mallarını  dostlarla  yeyərlər,  ağıl­
sız, xəsislər isə yeməyib, düşmənlərə saxlayarlar.
352
İntellektual ekologiya
Əbül Fərəc:
Düşməni  dosta  döndərmək  xoşbəxtlik  isə,  dostu  düşmən 
etmək ən böyük bədbəxtlik və ağılsızlıqdır.
Xosrov Ruzbeh:
İnsam m əhkum   etmək  olar,  lakin  şücaəti,  mərdliyi,  vətən­
pərvərliyi, şərəfi və fədakarlığı m əhkum  etmək olmaz.
***
D ostu düşmənindən seçməyi bacar,
D ost üçün canından keçməyi bacar.
Məhəmməd Tağı Sidqi:
Vədəsinə  vəfa  etməyən  adam ın  dostları  da  ona  düşmən 
olur.
***
Adamın yaxşı dostları olsa ömrü zindanda da xoş keçər.
Molla  Vəli  Vidadi:
M ərdlər ilə gəz ki, vəfadar olur,
Nakəslərə yoldaş olan xar olur.
Molla Pənah  Vaqif:
M ərd igidlər özünə məhbəsi meydan bilir,
Sanma kim, nakəsi nam ərd bu meydanə düşər...
Hər yam an yer ki, olur -  yaxşıların mənzilidir,
Ləl daş içrə, xəzinə dəxi viranə düşər...
***
D ost dostun yolunda düşər ziyana,
İgid gərək tab gətirə, dayana.
Qasim bəy Zakir:
Vəfalı bir dost ki,  ayrıla dostundan,
Cana ləşkər çəkər qəm qəmin üstdən.
353


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Abbasqulu ağa Bakıxanov:
M ərd  o  insandır  ki,  öz  eybini  özgələrininkindən  artıq 
görsün, öz hünərini kiçik şey saysın.
D ünya m alına və rütbəyə vurulmuş adamla dostluq etmək 
yaramaz.  Çünki  belə  adam   zərurət  vaxtında  insanlığın  bütün 
şərtlərini pozar.
Aşıq Ələsgər:
M ərd oğlun qəhrin çəkər mərd ana, 
M ərd igid meydanda durar mərdanə.
Bir m ərd ilə ağı yesən şirindi,
Yüz namərdlə şəkər yesən dad olmaz.
İgid od u r nam usunu atmasın,
D ost ölüncə dosta yalan satmasın.
Bir baş ki, ilqara qurban getməsin, 
O nu bir qarpıza dəyişmək olar.
Aşıq Abbas Tufar qanlı:
Canım  qurban olsun həmişə mərdə, 
Ay yaradan, fürsət vermə namərdə.
Aşıq Hüseyn:
Namərd sənə quzu-plov yedirtsə, 
M ərdin quru məhəbbəti yaxşıdır.
Seyid Əzim Şirvanı:
İttifaq eylə dost ilə hər an,
İttifaq ilə ömür olur asan.
Şeyx Məhəmməd Xiyabani:
Amal uğrunda ölmək əbədi yaşamaqdır.
354
İntellektual ekologiya
Səməd Vurğun:
U nutm az tarixin böyük günləri,
Dünyaya mərd gəlib, mərd gedənləri.
Rəsul Həmzətov:
Əsl kişi odur ki, seçsin haqqı nahaqdan, 
Keçsin şirin canından azadlıq döyüşündə.
Bəxtiyar  Vahabzadə:
Qoy ağıl, qeyrətin getsin dalınca,
Qoy yedək olmasın ağıla qeyrət.
Ağlımız qeyrətdən geri qalınca,
Dönür əfsanəyə, nağıla qeyrət.
«Qabusnamə»dən:
D ost olsa qardaşım, qardaş yaxşıdı, 
Düşmən olsa, q ara bir daş yaxşıdı.
Qardaşım, əlini üz dostundan,
Ki, düşmənlə durub-otura hər an.
«Kəlilə və Dimnə»dən:
Düz və təmiz adam lar arasında dostluq möhkəm olar.
***
Düzgün olar düşmənindən, gər çəkinsən dostların, 
Yaxşıdır sən dost olasan dostlarıyla dostların.
İki şeydən bu cahanda əmin olma, ey könül:
Dostlarından düşmənlərin, düşmənindən dostların.
***
Pis adam dır dost-aşnası az olan,
D ost itirən ondan da pisdir inan.
Dostun dönüb olsa əgər bir əğyar,
Elə et ki, yenə olsun sənə yar.
355


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə