Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə81/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   77   78   79   80   81   82   83   84   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
dədir. Allahı sevmək O nun yaratdığı hər şeyi sevməkdir. Onun 
yaratdığı  ən  qiymətli  varhq  insan  olduğu  üçün  Allahı  sevmək 
insanı  da  sevməyi  gərəkli  qılır.  H ətta  insanlar  içərisindən 
doğru  yolda  olm ayanları  da  sevməliyik.  İnanc  yönündən  biz­
dən fərqli olanları da sevməliyik.  Onlarla aram ızda olan fərqli­
likləri  deyil,  o rta q   tərəflərimizi  düşünərək  hər  kəsə  dəyər  ver­
məliyik.
Bu barədə Qurani-Kərimdə belə  buyurulur:  « .. .hər kəs bir 
kimsəni  öldürməmiş  (bununla  da  özündən  qisas  alınmağa  yer 
qalmamış)  və  yer  üzündə  fitnə-fasad  törətməmiş  bir  şəxsi 
öldürsə, o, bütün insanları öldürmüş kimi olur.  H ər kəs belə bir 
kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş 
kimi  olur...»  (əl-M aidə  surəsi,  ayə  32).  Həzrət Peyğəmbər  (s.) 
də  «İnsan oğlu A llahın  əsəridir.  Bu əsəri yıxan,  ona qarşı  şid­
dət göstərən m əlundur (lənətlənmişdir)» buyurur.
Bu kiçik  araşdırm adan belə qənaətə gəlirik ki,  bəşəriyyəti, 
yaşadığımız  Yer  planetini  ağıl,  elm,  inanc,  mərhəmət,  şəfqət, 
sevgi, məhəbbət, səxavət...  fəlakətdən xilas edəcəkdir. Vaxt gə­
ləcək,  insanlar  b u   mənəvi  keyfiyyətləri  tam   anlayacaq  və  bu 
xüsusiyyətlərin  bərqərar  olması uğrunda  şüurlu mübarizə  apa­
racaqlar.  Başqa çıxış yolu yoxdur, nicat yalmz bundadır.  Buna 
tam  əminik.
Əziz  oxucu,  indi  də  Qurani-Kərimə  və  müdriklərin  hik­
mətli kəlam larına müraciət edək:
Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ru­
ziyə) heç kəs m ane ola bilməz. O nun vermədiyi bir şeyi də Özü­
ndən  başqa heç  kəs  göndərə (verə)  bilməz.  O,  yenilməz qüvvət 
sahibi, hikmət sahibidir.
əl-Fatir surəsi,  ayə 2.
Yaxşılıqla  pislik  eyni  ola  bilməz!  (Ey mömin  kimsə!)  Sən 
(pisliyi) yaxşılıqla dəf et!  (Qəzəbə  səbirlə,  cəhalətə elmlə,  xəsis­
liyə  comərdliklə,  cəzaya  bağışlamaqla  cavab  ver!)  Belə  oldu­
qda  aranızda  düşmənçilik  olan  şəxsi,  sanki  yaxın  bir  dost  gö­
rərsən!
əl-Fussilət surəsi,  ayə 34.
336
İntellektual ekologiya
...  Rəbbindən  qorxanlar  doğru  yola  və  mərhəmətə  nail 
olacaqlar.
əl-Əraf surəsi,  ayə 154.
And  olsun ki,  Biz N uhu və İbrahim i  (peyğəmbər) göndər­
dik, peyğəmbərliyi və kitabı (Tövratı, Zəburu, incili və Quranı) 
onların  nəslinə  verdik.  O nlardan  doğru  yolda  olan  da  vardır, 
çoxu  isə  (Allahın  itaətindən  çıxmış)  fasiqlərdir!  Sonra  onlann 
ardınca  (M usa,  flyas,  Davud,  Süleyman,  Yunis  və  başqa) 
peyğəmbərlərimizi  yolladıq.  (O nlardan  sonra)  M əryəm  oğlu 
isanı göndərib ona Incil verdik. O nun ardınca gedənlərin qəlb­
lərində  bir-birinə  şəfqət,  mərhəmət  oyatdıq.  O nlar  özlərindən 
rahiblik (tərki-dünyalıq) icad etdilər.  Biz onu (rahibliyi) onlara 
vacib  buyurmamışdıq.  Onlar  bunu  Allah  rizasını  qazanm aq 
üçün etdilər,  lakin  ona layiqincə  əməl  (riayət)  etmədilər  (İncili 
təhrif edib İsanı Allah bildilər, M əhəmməd əleyhissəlamın pey­
ğəmbərliyini dandılar)...
əl-Hədidsurəsi, ayə 26,  27.
Məhəmməd peyğəmbər  (s.) buyurmuşdur:
Siz  yer  üzündə  olan  insanlara  qarşı  şəfqətli  olsanız,  göydə 
olan Allah da sizə qarşı şəfqətli olar.
Ən yaxşı sədəqə odur ki, sağ əlin verdiyini sol əl bilməsin.
Allah-Təala  qohum-əqrəbasına  maddi  cəhətdən  kömək 
edən,  yaxud  onlarla qohumluq əlaqəsi yaradan  şəxsə yüz şəhi­
din  savabını  verər,  bu  yolda  götürdüyü  hər  bir  qədəminə  görə 
qırx min savab qazanar, qırx min günahı bağışlanar və o qədər 
do mərtəbəsi artar, sanki səbir etdiyi halda, Allaha yüz il ibadət 
etmişdir.
Bir nəfər Rəsuli-əkrəmə (s.) öz qəlbinin bərkliyindən şikay­
ət  etdikdə,  Həzrət  Peyğəmbər  (s.)  buyurdu:  «Yetimin  başına 
sığal çək, fəqiri yedizdir».
Müsəlmanlara görə ən xeyirli  ev (ailə)  içində yetimə yaxşı­
lıq edilən, ən şərli ev isə yetimə yamanlıq edilən evdir.
337


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
D ul qadm a və fəqirə yardım  göstərən adam Allah yolunda 
cihad edən,  gündüzləri oruc tutub, gecələri isə ibadətdə keçirən 
kimsə ilə bir tutular.
Həzrət Aişə  (r.a.):
İnsan qəlbi yaxşılıq gördüyü kimsəni sevər.
Zərdüşt:
Öz  içimi  nurlu  işıqla  dolmuş  gördüm.  Sən  məndən  soru­
şanda:  «Sən  kimsən,  kiminləsən?»  Mən  dedim:  «Mən 
Zərdüştəm  -  düzlük carçısı!»  Sənin «Sən nə etmək istəyirsən?» 
sorğuna belə cavab verdim:  «Hər dəfə oda sitayiş edəndə yaxşı 
şeylər fikirləşmək istəyirəm!»
im am  Əli (ə.):
H ər bir insanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür.
İnsanlara yaxşılıq et, paxıllıq etmə, Allah-Təala bu işə görə 
sənə çoxlu savab verər.
Y oldaşlarm la  gülər üzlə rəftar et və xidmətçilərinin səhvlə­
rini bağışla və onları ittihamlama.
Sənə  tərəf əl  uzadan  şəxsi  əliboş  qaytarma,  hətta  bir  xur­
m anın yarısı qədər verməklə olsa belə.
Nizami Gəncəvi:
İnsaflı yaşayan mərddir, kişidir,
İnsaflı olm am aq namərd işidir.
Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi veilməz sana.
338
İntellektual ekologiya
Bir eşq doğruluqda tutarsa qərar,
D ostun yaxşılığı birə on olar.
Sevgi bu kam ala çatarsa bir an,
Yaxşı ad qazanar özünə insan.
***
Quyuya salsan da yaxşılığı, bil,
Yenə qayıdacaq, o, itən deyil.
Səadətə arxalan, zülmü qoyma yaxma, 
Kimsəyə bel bağlama, sığın haqq dərgahına.
Geniş ətəkli ol, çünki meyvələr 
Geniş ətəklərə daha çox düşər.
Yaxşıdır yaxşılığın çox olsa hər nə qədər, 
Yaxşılıq et ki, sənə çox yaxşılıq ediblər.
***
Yaxşı adam ların göz yum eybinə,
Yaxşı şey öyrətməz yam an göz sənə. 
Y am anlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq.
Xoş ətirlər saçmaq istəyən adam,
Gül  tək xoşxasiyyət olmalı m üdam ...
Bilir bu hikməti  hər arif kişi,
Pis nəticə verməz yaxşının işi.
Yaxşılıqla çatdırsa hər  kəs işini sana,
Yaxşı üz göstərəcək öz yaxşılığı ona.
Hafiz Şirazi hikmətləri:
Məni adla qorxutm a,  şam tək dayanmışam mən, 
Aşiq  oddan qaçarsa, aşiq sayılmaz əslən.
339


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə