Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə78/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   74   75   76   77   78   79   80   81   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
duları»  tərəfindən  məhv  edilməsi,  müsəlmanların  tarixi  mədə­
ni, təbii sərvətlərinin məhv edilməsi...  -  onlarla belə misal çək­
mək olar -  doğruluğunm u əlamətləridir?! Yox! Yox! Və bir d a­
ha  yox!  Məgər  dünyada  mənfi  intellektual  ekologiyanın  dur­
m adan vüsət alması, səbəbi isə doğruluğun azalması deyilmi?
Elmdə,  inancda  doğruluq  var  və  daim  də  qalıb  inkişaf 
edəcək.  M üsbət  intellektual  ekologiyada  doğruluq  durmadan 
azalır və  bu  proses  hələlik  davam  edəcəkdir.  Vaxt gələcək, bə­
şəriyyətin fəlakətlə üzləşəcəyi bir dövrdə b u  proses insan mənə­
viyyatının  inkişafı və  həm   də  cəza  qanunları  ilə dayanacaq  və 
sahmana salınacaqdır.
Bu  proses  o  vaxt  baş  verəcək  ki,  bəşəriyyət  «olum  və  ya 
ölüm»  təhlükəsi  ilə  üzləşəcək  və  tövbə  etməyə  məcbur  olaca­
qdır.  İnsanlar  başa  düşəcəklər  ki,  terrorizm,  neofaşizm,  na- 
sizm,  ekoloji  faktorların  durm adan pozulması  bəşəriyyəti  yal­
nız fəlakətə aparır.
Qurani-Kərimin əl-Ə raf surəsinin  153-cü ayəsində buyuru­
lur:  «Pis  əməllər  etdikdən  sonra  tövbə  edib  iman  gətirənlərə 
gəldikdə,  Rəbbin  tövbədən  sonra  (onları)  bağışlayandır,  rəhm 
edəndir!» H ər bir dərdin dərm anı vardır, günahların da dərma­
nı  etiraf  və  tövbədir.  E tiraf  insan  mənəviyyatının  paklığıdır. 
Elədiyi  pis  əməlləri  vaxtında  etiraf,  tövbə  etməyib,  bu  günün 
tələbatım  sabaha  qoyub  səhlənkarlıq  etmək  özü  də  bir  günah 
olub inadkarlığa dəlalət edir.  Qurani-Kərimə görə, insan güna­
ha küfr və inadkarlıq üzündən  yox,  öz cəhaləti və nadanlığı sə­
bəbindən batmış olarsa və günaha batandan sonra vaxt itirmə­
dən  peşman  olub  dərhal  tövbə  edərsə,  tövbəsi  qəbul  olunar. 
Qurani-Kərimdə  bu  barədə  buyurulur:  «Allah  yanında yalnız 
o kəslərin tövbəsi qəbul  olunar ki,  onlar nadanlıq ucundan pis 
bir  iş  gördükdən  sonra  dərhal  tövbə  edələr:  Allah  belələrinin 
tövbəsini  qəbul  edir...  G ünah  işlər  görməkdə  davam  edərək 
ölüm yetişən anda:  «Mən indi tövbə etdim» -  deyənlərin və ka­
fir olaraq ölənlərin  tövbəsi  qəbul  olunmaz.  Biz onlar üçün  şid­
dətli bir əzab hazırlamışıq!» (ən-Nisa surəsi, ayə  17-18).
«İman gətirənlərin qəlblərinin  Allahın zikri və haqdan na­
324
İntellektual ekologiya
zil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!» (əl- 
Ilədid surəsi, ayə  16)
Tövbə insanın  nicat  tapmasına,  rifahda yaşamasına səbəb 
olar. Tövbə insanın günahlarım savaba çevirər. Bu gün erməni­
lərin torpaqlarımızı zəbt etməsi,  bir milyondan çox  dinc əhali­
nin doğma ev-eşiyindən didərgin  düşməsi,  Xocalı  faciəsi,  Fələ­
stində,  İraqda,  Əfqanıstanda  törədilən  soyqırımı,  Xirosima  və 
Naqasakidə  kütləvi qırğın,  Çernobıl  faciəsi  və s.  -  bunların da 
hamısı bir həqiqətdir.
Bəxtiyar  Vahabzadə:
Həqiqətdir zülm əliylə 
Məzlumların axıdılan al qanları.
Həqiqətdir həqiqətin müc olması,
Həqiqətdir dərimizin soyulması.
Həqiqətdir ağ yalanın haqq adından damşması.
Həqiqətdir haqq bağıran ürəklərin 
Ağ yalanla barışması.
Həqiqətdir, həqiqətlə yalanların 
Bir-birinə qarışması.
Həqiqətdir tonqallarda yanmağımız,
Həqiqətdir ölüm hökmü qabağında həqiqəti danm ağım ız... 
Biz güvənək sərt əllərə, tunc qollara,
Bu əllərlə, bu qollarla, olmayam yaradaq biz.
Budur bizim bu dünyada ən müqəddəs vəzifəmiz.
İnsanın ən müqəddəs vəzifəsi Tanrım n bəxş etdiyi nemətlə­
ri  və  doğma  evimiz  olan  Yer  planetini  qorum aq  və  onları 
sağlam halda gələcək nəsillərə çatdırm aqdır.  Bəşəriyyət bunun 
həqiqət olmasına çalışmalıdır.
325


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Qurani-Kərimə və müdrik kəlamlara müraciət edək:
M ən ancaq  tövbə edənləri,  yaxşı işlər görənləri və (Tövrat­
da buyurduqlarını) bəlli edənləri əfv edərəm. Mən tövbələri qə­
bul edənəm, mərhəmətliyəm.
əl-Bəqərə surəsi, ayə 160.
Ey  im an gətirənlər!  Etməyəcəyiniz bir  şeyi  niyə deyirsiniz? 
Etməyəcəyiniz bir şeyi  demək  Allah yanında  böyük qəzəbə sə­
bəb olar.
əs-Səff surəsi, ayə 2-3.
...E y  mənim  özlərinə  zülm  etməkdə  həddi  aşmış  bəndələ­
rim!  Allahın  rəhmindən  ümidsiz  olmayın.  Allah  (tövbə  etdik­
də)  bütün  günahları  bağışlayar...  (Tövbə  edib)  Rəbbinizə 
dönün.  Əzab  sizə  gəlməmişdən  əvvəl  O na  təslim  olun.  Sonra 
sizə heç bir kömək olunmaz!
əz-Zumər surəsi, ayə 53-54.
Ey im an gətirənlər! A llaha səmimi-qəlbdən (bir daha güna­
ha qayıtmamaq şərtilə) tövbə edin...
ət-Təhrim surəsi, ayə 8.
...Ey möminlər!  H am ınız Allaha tövbə edin ki,  nicat tapa­
sınız! (Mətləbinizə çatasınız!)
ən-Nur surəsi, ayə 31.
O nlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Alla­
hın  haram   buyurduğu  cana  nahaq  yerə  qıymaz  (onu 
öldürməz), zina etməzlər.  H ər kəs bunu (bu işləri) etsə, cəzasını 
çəkər.  Qiyamət günü  onun əzabı qat-qat olar və (o, əzab)  için­
də  zəlil  olub  əbədi  qalar.  Ancaq  tövbə  edib  iman  gətirən  və 
yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı 
əməllərə çevirər. A llah bağışlayandır, rəhm  edəndir.
Ы-Furqan surəsi, ayə 68-70.
326
İntellektual ekologiya
Və  Rəbbinizdən  bağışlanmağınızı  diləyiniz.  Sonra  O na 
tövbə edin ki, müəyyən bir m üddət (ömrünüzün sonunadək) si­
zə yaxşı gün-güzəran versin və hər bir əməl sahibmə (əməlinin) 
mükafatını ehsan buyursun...
Hud surəsi, ayə 3.
Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır 
və sizin nə etdiyinizi də O bilir.  İm an gətirib yaxşı işlər görənlə­
rin duasım qəbul edən, öz nemətini onlara artıran da Odur.
əş-Şura surəsi,  ayə 25-26.
Ayələrimizə  iman  gətirənlər  yanına  gəldikdə  onlara  de: 
«Sizə  salam  olsun!  Rəbbiniz  Özünə  (bəndələrinə  qarşı)  rəhmli 
olmağı yazmışdır.  Belə  ki,  sizlərdən  hər  kəs  pis  iş  görsə,  sonra 
tövbə  edib  düzəlsə  (Allah  onun  günahından  keçər).  Şübhəsiz 
ki, Allah bağışlayandır, rəhm edəndir!»
əl-Ənam surəsi, ayə 54.
Şübhəsiz ki,  Mən həm də tövbə edib iman gətirəni yaxşı  iş­
lər görüb, sonra da doğru yolu tutanı çox  bağışlayanam!
Taha surəsi,  ayə 82.
Məhəmməd peyğəmbər  (s.) buyurmuşdur:
Tövbə edən şəxs günahı olmayan şəxs kimidir.
Hər bir dərdin dərmanı vardır, günahların da dərmanı  töv­
bə etməkdir.
İmam Əli (ə.) buyurmuşdur:
N am az  qılmaq,  oruc  tutm aq  və  sədəqə  vermək  (təklikdə) 
mühüm  deyildir,  əhəmiyyət  kəsb  edən  məsələ  təmiz  qəlbə, 
doğru niyyətə və xalis əmələ malik olmaqdır.
327


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə