Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Э т эг M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə77/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   73   74   75   76   77   78   79   80   ...   134

Э т эг M ete Həmidov, Zərnurə Həmidova
Yaxşı fikir elə, qafil dolanma,
Qəlbini şeytandan yad elə, insan!
H alal yaşa, bir kimsədən utanma,
Yıxma könülləri, şad elə, insan.
Xəstə Qasım.
Bu insani sifətlər, yuxarıda dediyimiz kimi, düzgün tərbiyə­
nin  məhsuludur,  in san   istər  ailədə,  istərsə  də  cəmiyyətdə  baş­
qalarına o vaxt hörm ət edir ki,  o öz ata-anasma,  ailə üzvlərinə, 
qohum-əqrəbasına,  millətinə  və  nəhayət,  bəşəriyyətə  hörmət 
edir.  Fərm an İsmayılovun  dediyi kimi:  «...yaxşı  ünsiyyət qay­
daları  hazır  şəkildə  nəsildən-nəslə  verilir:  ataya  sitayiş,  anaya 
hörmət  və  məhəbbət,  ailə  piramidasının  qaydalarına  əməl  et­
mək,  kiçiklərə  qayğıkeşliyi,  böyüklərə tabeçiliyi,  böyüklərin ki­
çiklərə  qayğıkeşliyi,  böyüklərdən  abır-həya  saxlamaq  və  s.  bi­
zim milli  və  mənəvi  sərvətimiz,  varlığımızın müqəddəsliyidir... 
İnsan  tərbiyənin  m əhsuludur,  bu,  onu  sübut  edir  ki,  insan 
gənclikdə  aldığı  tərbiyənin  təsirindən  heç  vaxt  xilas  olmur.» 
(«Azərbaycan gəncləri» qəzeti,  24 oktyabr,  1989)
Valideynlərinə  ehtiram la  yanaşan  müəllimlərini  də  sevər, 
qocalara və uşaqlara qarşı qayğıkeş olar, vətəni sevər, yaşadığı 
Yer  planetini,  bəşəriyyəti  sevər.  Buradan  belə  qərara  gəlmək 
olar ki,  insan  təfəkkürünün,  mənəviyyatının  müsbət  formalaş­
ması,  müsbət intellektual  ekoloji  faktorların güclənməsi,  onun 
mərhələ-mərhələ  aldığı  tərbiyədən  və  ictimai-siyasi  mühitdən 
asılıdır.  Belə  ki,  ictimai-siyasi  mühit  insan  mənəviyyatını  for­
malaşdırır.  İctimai-siyasi  mühitin  sağlamlaşdırılması  isə  insan 
və onun intellektindən asılıdır.
Bəli,  insan  öz  öm rünün  binasını  yaradan  memardır.  İnsan 
öz  enişli-yoxuşlu,  ağrılı-acılı,  fərəhli-qəmli,  insaflı-ədalətsiz 
həyat yolu simfoniyasını  yaradan  bəstəkardır.  Bu sənət abidə­
sini  yaradan  memar,  həyat  simfoniyasını  yazan  bəstəkar  özü- 
özünü başa düşəndən son mənzilinə köçənə qədər, təsiri altında 
olduğu  hadisələrdən,  kəlam lardan,  ağsaqqal-ağbirçək  xeyir-
Intellektual ekologiya
duasından,  müəllim dühasından,  inanc  nəsihətlərindən  istifadə 
etməli  və  öz  mənəviyyatını  saflaşdırmalıdır.  Məhz  belə  oldu­
qda ədalətli cəmiyyət yarana bilər.
XIII əsrdə yaşamış böyük Azərbaycan filosofu və mütəfək­
kiri Siracəddin Urməvi demişdir:  «Ədalət ictimai mahiyyət da­
şıyır.  Ona  görə  də,  başçının  ömrü  onun  ədalətilə  ölçülür». 
Məhz bəşəriyyətin iftixarı M əhəmməd peyğəmbəri (s.) XIV əsr 
yaşadan amillərdən biri də onun ədalətidir.
Qurani-Kərimdə buyurulur:
(Ya  Peyğəmbər!)  Məgər  Biz (haqqı bilmək,  elm və  hikmət 
dəryası  etmək  üçün)  sənin  köksünü  (qəlbini)  açıb  genişlətmə- 
dikmi?!
əl-Inşirah surəsi, ayə L
(Ey  kafir  insan!  Bu  qədər öyüd-nəsihətdən) sonra səni  dini 
(haqq-hesab gününü)  yalan  saymağa vadar edən nədir? Məgər 
Allah hakimlər hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!
ət-Tin surəsi, ayə  7-8.
Məhəmməd peyğəmbərdən  (s.):
Biri Allahın Peyğəmbərindən (s.) soruşdu: «İmanın nişanə­
si  varmı?»  M əhəmməd  peyğəmbər  (s.)  buyurdu:  «Əgər  yerinə 
yetirdiyin  yaxşı  əməldən  ləzzət  almısansa  və etdiyin  xəta  işdən 
kədərlənmisənsə,  deməli,  həqiqi  möminsən».  O  şəxs  ərz  etdi: 
«İnsanın  günahı  nədə  gizlənir?»  M əhəmməd  peyğəmbər  (s.) 
buyurdu: «Vicdanı incidən şeydə.»
imam  Əli (ə.):
Haqsızlığın  qarşısında  əyilmə,  çünki  namusunla  bərabər 
haqqını da itirərsən.
319


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Nizami Gəncəvi:
Dəm iri aynatək parladan insan,
Pası silməlidir öz vicdanından.
Nuşirəvan Adil:
Ədalətli ol ki, ədalət məhkəməsinə işin düşməsin.
İstəyirsən  ki,  ədalətlilər  sırasında  adm   çəkilsin,  sənə  tabe 
olanları imkanın daxilində yaxşı saxla.
Əfzələddin Xaqani:
Ağlın  varsa,  gücə,  qızıla,  nüfuza  tabe  olma!  Qoy sənə rəh­
bərlik edən ancaq təmiz vicdanın olsun.
Sədi Şirazi:
Düz yol istəyirsən -  ədalətli ol,
Xalqına, elinə sədaqətli ol.
Varlıda insaf,  yoxsulda  qənaət  olsaydı,  dünyada dilənçilik 
qalmazdı.
Nəsirəddin  Tusi:
Ə dalət  ona  deməzlər  ki,  kim  olursa-olsun,  heç  kəsə  zülm 
etməyəsən,  ona  deyərlər  ki,  hamı  ilə  insafla  rəftar  edəsən.  O 
yerdə ki, insaf yoxdur, deməli, insanlıq da yoxdur.
Əbdürrəhman Cami:
Ağıllı  adam lar  deyiblər  ki,  dünya  ədalətlə  abad,  zülmlə 
bərbad olar.
320
İntellektual ekologiya
Ömər Xəyyam:
Ədalət kainatın ruhudur.
Əbiil Fərəc:
Özünü ləyaqətlə aparan adam, vicdan əzabından azaddır.
Əvhədi Marağayi Rüknəddin:
Evi ədalətlə, dinlə, tik ancaq,
Yoxsa bünövrəsi suda olacaq.
Şah İsmayıl Xətai:
Sufi isən alıb-satma,
H alalm a haram  qatma.
Y olun əyrisinə getmə,
D oğru yola nəzər eylə.
C.Dəvvani:
Vicdan  itirilərkən,  fəzilət  də,  gözəllik  də  itirilir.  Vicdanın 
itirilməsi gözəlliyi çirkinliklə əvəz edir.
Saib Təbrizi:
Heç  vaxt  ədalət  tərəzisini  əldən  vermə,  hər  kəsi  öz ağırlığı 
ilə çək.
Nasir Xosrov:
Ağıl könülün günəşidir, ədalət onun ziyası.
321


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Abbasqulu ağa Bakıxanov:
Vicdan insan təbiətinin bəzəyidir.
İnsaf elə bir aynadır ki,  insan öz işlərinin yaxşı və yamanı­
nı onda görə bilər.
Şeyx Şamil:
Böyüksənsə,  kiçik  görsən,  qayğı  göstər,  qüvvətlisənsə,  in­
saflı ol.
«КәШә və Dimnə»dən:
H ard a bir fəryad eşitsən, ora get, fəryada çat,
Ol ədalət məşəli, məzlumlara imdada çat.
Xülasə:
Vicdanının səsini eşitməyən dünyanın ən kar adamıdır.
İnsafla yaşamaq -  şəfqətli,  mərhəmətli, səxavətli, xeyirxah, 
təvazökar,  ədəb-ərkanlı,  əxlaqlı  olmaq,  haqqı  nahaqa  qurban 
verməmək deməkdir.
Vicdanla  ömür  sürmək  -   ədalətlə,  düzgünlüklə,  mərdliklə, 
xoş niyyətlə, məhəbbətlə yaşamaq, yalandan, riyadan, hərislik­
dən, pislikdən, namərdlikdən, xudbinlikdən, özünə pərəstişdən, 
ikiüzlülükdən  (münafiqlikdən),  pis  niyyətdən,  əxlaqsızlıqdan, 
qəddarlıqdan uzaq olm aq deməkdir.
Vicdan, ədalət, insaf insan ləyaqətinin zinətidir.
Yalnız, ağıl, inanc, elm, vicdan, insaf və ədalət insan mənə­
viyyatının  müsbət intellektual  ekoloji  təkanverici  qüvvələridir. 
İnsan  yalnız bunların  sayəsində  ucalır  və  onda  bəşəriyyətə  se­
vgi hissləri əmələ gəlir.
322
İntellektual ekologiya
Doğruluq dost qapısıdır, həqiqət 
ağlın günəşidir,
etiraf və tövbə insanın mənəvi paklığıdır
Hər kəs tövbə edib yaxşı iş görsə,  o,  şübhəsiz 
ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını 
qazanmış halda) dönər.
Qurani-Kərim, 
əl-Furqan surəsi, ayə 71.
Dünyada kişi üçün ən gözəl libas doğruluq libasıdır.
Nizami Gəncəvi.
Həqiqət yolundan dönməsə hər kəs, 
Çatar arzusuna, diləyi sönməz.
Sədi Şirazi
D oğruluq insan mənəviyyatının ən vacib və dəyərli əlamət­
lərindən  biridir.  Cəmiyyətdə  düzgün,  ləyaqətli  adamlar  əksər 
hallarda  əməllərinin  və sözlərinin doğruluğu ilə  tanınırlar.  Son 
əsrlərdə  istər  insanlar  arasındakı  ünsiyyətdə  və  istərsə  də  döv- 
lətlərarası  siyasətdə  doğruluq  durm adan  azalmaqda,  inamsız­
lığa çevrilməkdədir.
Bir  neçə  faktı  yada  salaq.  1994-cü  ilin  mayında  Erməni­
stanla  Azərbaycan  arasında  «Atəşkəs»  müqaviləsi  bağlanıb, 
bu  müqavilə hələ də qüvvədədir.  Lakin  keçən  dövr ərzində Er­
mənistan  dəfələrlə  bu  müqaviləni  pozmuş,  yüzlərlə  dinc  əhali 
və əsgərlərimiz  atəşlə öldürülmüş  və  yaralanmışlar.  Məgər  bu­
dur  erməni  doğruluğu?!  Və  yaxud  BM T  ermənilərin  Azər­
baycan  torpaqlarını  azad  etməsi  haqda  dörd  qətnamə  qəbul 
edib.  Erm ənistan  bu  vaxta  qədər  buna  məhəl  qoymur.  BMT- 
nin 
əməl 
və 
qərarlarının 
doğruluğuna 
inanmaq 
mümkündürmü?!  İraqda,  Əfqanıstanda dinc əhalinin  «sülh or­
323


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə