Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəm urə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə73/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   69   70   71   72   73   74   75   76   ...   134

Ənvər M ete Həmidov, Zəm urə Həmidova
İn s a n   ağ lı,  tə m iz   q ə lb i,  tə v a z ö k a rlığ ı, 
ə x la q ı v ə   m ə n ə v iy y a tı sa y ə sin d ə  
y ü k s ə lir,  m ü d rik liy i  ilə  ta n m ır
...Kimə  hikmət  bəxş  edilmişsə,  ona  çoxlu 
xeyir (əbədi  səadət)  verilmişdir.  Bunu ancaq  ağıl 
sahibləri düşünüb dərk edərlər.
Quram-Kərim, 
əl-Bəqərə surəsi, ayə 269.
Bizi doğru (düz) yola yönəlt!
Qurani-Kərim, 
əl-Fatihə surəsi, ayə 6.
Allah ağlm mahiyyətini insanlardan gizli sax­
layıb,  qalan  şeylərə  isə  insan  öz  ağlı  ilə  yol  tapa 
bilər,  bir  şərtlə  ki,  ağıl  onları  dərk  etməyə  qadir 
olsun.
Nizami Gəncəvi.
Ağıl obyektiv gerçəkliyin inikasının ali forması, insanın ət­
ra f mühitə  münasibətinin  dəqiq  və məqsədəuyğun  surətdə tən- 
zimetmə  qabiliyyətidir.  Fizioloq  İ.P.Pavlova  görə,  ağıl  orqa­
nizmlə  m ühit  arasında  ən  incə  münasibətlərdir.  Ağıl  hadisələri 
qiymətləndirmək,  müvafiq  nəticə  çıxarmaq,  bilikdən  yerində 
istifadə  etm ək  bacarığı,  yaxşı  təşkil  edilmiş  biliklər  sistemidir. 
Ağlm  inkişafı  hər  bir  fərdin  düşdüyü  şəraitdən,  təhsilindən  və 
aldığı  tərbiyədən  asılıdır,  lakin  hər  kəs  onu  tam   formalaşdıra 
bilmir.  Belə ki,  nə çox görmək,  nə çox gəzmək,  nə yüksək elmi 
dərəcə, nə də vəzifə ağlm çoxalmasına dəlalət etməz. Ağlın mə­
nəviyyatsız  inkişafı  m üm kün  deyil.  Mənəviyyatsız  alimin  cə­
miyyətə nə  faydası ola bilər?..  Deməli,  mənəviyyatımız ağla  is­
298
İntellektual ekologiya
tinad  edir.  A talar  əbəs  yerə  deməyiblər  ki,  hər  oxuyandan 
Molla Pənah olmaz.
F.Əkbərov,  N .Cam aloğlunun  təbrincə  desək,  mənəviyya­
tımızın  nəzəri  qaynağı  olan  Q urani-K ərim də  diqqətimizi  tez- 
tez  bir  məsələ  cəlb  edir.  «Ağlı  olanlar  üçün  onda  ibrətlər  var­
dır»,  «Ağlı  olan  kəslər  üçün  onda  (kainatda)  nələr  vardır?», 
«Hələ  ağıllanmadımzmı?»  və  s.  bu  kimi  sual  və  istiqamətlən­
dirmələrlə Allahı dərk etməkdə ağlın əhəmiyyəti nəzərə çarpdı­
rılır.  Sanki  Allah  bu  ağıl  adlanan  «cihazı»  unutmamağımızı, 
ondan istifadə  etməmizi  dönə-dönə xatırladır,  bizi düşünməyə, 
aldığımız məlumatları  təhlil etməyə, doğru nəticəyə gəlməyə is­
tiqamətləndirir.  Ağıl  insanda  mövcud  olan  elə  bir  mənəvi 
düşüncə, təhlil cihazıdır  ki,  onsuz insan öz dəyərini itirir.  Ağlın 
qidası nurdur,  nurun  məkanı isə qəlbdir.  Ağıl,  ilk növbədə,  fi­
kirlə, elmlə təmin edilərək, qəlbdən qida alır.
Həzrət Əli (ə.) buyurub:  «Ağıl  kimi mal,  gözəl xasiyyət  ki­
mi  dost,  ədəb  kimi  miras,  ilahi  qadağa  kimi  rəhbər,  elm  kimi 
şərəf yoxdur.»
Beləliklə,  ağıl  tükənməz  bir  sərvətdir.  Bəşər  övladı  ancaq 
bu cövhərlə yaranmış larin əşrəfi  olmuşdur.  İlahi əmrlər də ağıl 
sahiblərinədır.  İnsan ancaq ağlı ilə insandır.  Buna görə müqəd­
dəslər, müdriklər ağlı ən  böyük sərvət hesab etmişlər.
Bəşər  həyatının  müxtəlif sahələrinə  rəhbərlik,  mənəviyyatı 
ilə  tanınmaq,  müdrik  tituluna  sahib  olm aq  üçün  həmin  şəxsin 
ağıl  nuru  bütün  dəyərlər  üçün  güzgü  olmalıdır.  Ağıl  nuru  və 
müdrik  baxış  başqalarının  dəyərlərini  qiymətləndirməyə,  qu­
ruculuğa  həvəs  oyadır,  ictimai qüvvələrə  təkan  verir.  Nəhayət, 
ağıl  nuru  təxribatların,  ədalətsizliyin  qarşısını  alır.  Bir  sözlə, 
ağıl  nuru,  müsbət  intellektual  ekologiyanın  əsasıdır,  desək  ya­
nılmarıq.
Həzrət  Əli  (ə.)  buyurur:  «Ağıllı  bir  adam   kasıb  ola  bilər, 
am m a  heç  vaxt  şərəfsiz  ola  bilməz.»  Şərəf insanın  «şəxsiyyət 
vəsiqəsi»dir.  İnsan  bundan  m əhrum   olduqda,  ağıldan  və  onu 
vətəndaş  kimi  tanıdan  «vəsiqə»dən  də  m əhrum   olur.  Müasir 
dövrdə var-dövlət, vəzifə ağlın deyil,  bəlkə şansın, əksər hallar­
299


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
da yaltaqlığın meyvəsidir. H ər vəzifə, var-dövlət sahibində ağıl 
axtarm aq düzgün deyil.  A m m a hər ağıl sahibində şərəf axtarı­
rıq.  Şərəfini itirən ağlmı d a itirər.
H əyatda bir m əqam ı d a nəzərə almaq vacibdir.  Məlum ol­
duğu kimi, İslam da «əqli naqis» ifadəsi işlədilir.  Bunun mənası 
ağlın  təkbaşına  h aq q a  və  xeyrə  çatm ağa  kifayət  etməməsidir. 
Bu səbəbdən  ağı1 digər səlim ağıllarla  qüvvətləndirilməlidir. El 
arasında zərbi-məsəl olan «ağıl ağıldan üstündür» düsturu, mə­
nəviyyat  və  ləyaqət  sahibi  insanlarla  nə  isə  müzakirə  etməyin 
lüzum unu göstərmişdir.  F ərd  və toplum  həyatındakı təkamülə 
yardım   olm aq  cəhətindən  məsləhətləşmə  Qurani-Kərim  tərə­
findən  də  müxtəlif  ayələrlə  əmr  edilmişdir,  «...işdə  onlarla 
məsləhətləş, qəti q ərara gəldikdə isə Allaha təvəkkül et!..» (Ali- 
Im ran surəsi, ayə  159)
«O kəslər üçün ki, R əbbinin dəvətini qəbul edər (iman gəti­
rər), nam az qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə gö­
rər,  onlara  verdiyimiz  ruzidən  (Allah  yolunda)  sərf edərlər.» 
(əş-Şura surəsi, ayə 38)
Beləliklə,  hələ  1400  il  əvvəl  İslam  tərəfindən  təbliğ  edilən 
məsləhətləşmə-müşavirə  insanı  formalaşdıran,  həqiqətə  çatdı­
ran   ən  nurlu  bir  yoldur.  O na  görə  ki,  hər  həqiqətə  çatmağın 
sirri  müşavirədədir.  B una  görə  də  «fikir  mübadiləsindən  həqi­
qət doğar» deyilmişdir.
B undan əvvəlki bölmələrdə  dünya şöhrətli dövlət başçıları, 
sərkərdələr  haqqında  m əlum at  verərkən  də  qeyd  etmişdik  ki, 
onlar  həmişə  ordu  başçıları,  elmli  adamlarla  məsləhətlər, 
müşavirələr  aparmış,  sonra  bir  qərara  gəlmişlər.  Sonuncu 
peyğəmbər,  ilk  İslam   dövlətinin  başçısı  Həzrət  Məhəmmədin 
(s.)  həyat  və  fəaliyyəti  buna  canlı  misaldır.  Əfsuslar  olsun  ki, 
müasir dem okratiyam n əsasını təşkil edən və islami bir ruh da­
şıyan bu prinsip bəzi dövlətlər tərəfindən unudulmuş və formal 
xarakter (gözdən pərdə asmaq!) daşıyır, xalqın müşavirəsi yeri­
nə,  fərdin sözü hakim  olmuşdur.  Xalq elçilərinin və dövlət mə­
m urlarının sözləri fərdin sözlərinin analoquna çevrilmişdir.  Be­
lə  hal  isə  m ilyonlarla  insam  durğunluğa,  əsarətə  sövq  edir,
300
İntellektual ekologiya
manqurtlaşmaya  yol  açır.  Məşrəvətdən,  müasir  dildə  demo­
kratiyadan  faydalanm ayan  cəmiyyətlər,  fərdlər  fəlakət  içində 
can  vermişlər.  Bu  baxım dan  H əzrət  Əlinin  (ə.)  «Müşavirəni 
tərk  edən  həqiqətə  çata  bilməz»  sözü  dünya  durduqca  yaşay­
acaq  və  insanlığı  yaşadacaq  bir  prinsipdir.  İnsanlığın  sağlam­
lığı,  müsbət  intellektual  mühitin  yaranm ası,  əmin-amanlıq  və 
ədalət  üçün  bu  prinsipə  əməl  etmək  böyük  əhəmiyyət  kəsb 
edər və bu, çox vacibdir .
Çox  vaxt  insanlar  başqasım  layiqincə  qiymətləndirəndə, 
«ağıllıdır,  qəlbi  çox  təmizdir»  -   deyirlər.  Qəlb  m addi  varlıq 
deyil.  Qəlb  ağlın  güzgüsüdür.  Təmiz  qəlb  o  insanlara  məxsus­
du r ki,  orada sevgi,məhəbbət,  m ərh əm ət,  şəfqət,  səxavət,  xey­
irxahlıq,  mehribanlıq,  sadəlik,  sülhsevərlik,  doğruluq,  mərdlik 
və s.  məskən salmışdır.  Belə insanlar müsbət intellektual ekolo­
ji  sferanın  yaranm asında  iştirak  edirlər.  Əksinə,  qəlbi  tə­
kəbbürlük,  tam ahkarlıq,  paxıllıq,  namərdlik,  kin,  nifrət,  həris­
lik,  xudpəsəndlik,  ikiüzlülük,  fitnəkarlıq,  zülmkarlıq  və  s.  kimi 
mənfiliklərlə  dolu  olan  insanlar  mənfi  intellektual  ekoloji  sfe­
ram   yaradan  iblislərdir.  Bu  göstərilən  əlamətlər  isə  ən  çox  er­
məni  xalqı  içərisində  özünü  daha  qabarıq  göstərir.  Bu  şeytani 
əlamətlər onlarda o  qədər inkişaf etmişdir ki, qəlblərində dost­
luq,  mərhəmət,  mərdlik,  ədalət,  xeyirxahlıq  kimi  gözəl  hiss  və 
duyğulara yer qalmamışdır.  Hüseyn Cavidin dediyi kimi:  «Mə­
ləklər çıxan yerə şeytan girər».
Allahı  bütün  nemətlərin sahibi  bilən  ağıllı  insan  başqaları­
nın  yanında özünü sadə və  təvazökar aparır.  «Mən» sözünü di­
linə  gətirmir,  öz  üstünlüklərini  gözə  çəkmir,  özünü  başqaların­
d an  üstün  tutmur.  M əhz  bu  cəhətdən  M əhəmməd  peyğəmbər 
(s.)  təvazökarlıq  və  sadəlik  nümunəsidir.  Çünki  o,  ilahi  kamil­
liklərin  ifadəsidir  və  bütün  insani  dəyərlər  onun  şəxsiyyətində 
təcəssüm olunmuşdur.  Təvazökarlıq yalnız  əxlaqlı  insanda ola 
bilər.  Əxlaq  sözü  ərəbcə  «xülq»  (yaradılm aq)  sözünün  cəmi 
olub,  xasiyyət,  davranış  və  keyfiyyətləri  əhatə  edir.  Filosof 
alim   Qoşqar  Əliyevə  görə,  şəxsiyyətin  insanlarla  münasibətlə­
rində mədəni səviyyəsini müəyyən edən əxlaqi qaydalar, prinsi-
301


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə