Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəm urə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə72/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   68   69   70   71   72   73   74   75   ...   134

Ənvər M ete Həmidov, Zəm urə Həmidova
Qurani-Kərimdə buyurulur:
Ey  A dəm   oğulları!  H ər  ibadət  vaxtı  (namaz  qılarkən, 
məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, 
yeyin-için,  lakin  israf etməyin,  çünki (Allah)  israf edənləri sev­
məz.
əl-Əraf surəsi, ayə 31.
Allah ona (şeytana) lənət etdi (rəhmətindən kənar edib də­
rgahından qovdu).  O  isə dedi:  «Əlbəttə, mən Sənin bəndələrin­
dən müəyyən bir  qismini ələ  alacağam.  Onları hökmən (doğru 
yoldan) sapdıracaq,  (puç) xülyalara salacaq, heyvanlarının qu ­
laqlarım  kəsməyi  və  A llahın  yaratdıqlarını  dəyişdirməyi  əmr 
edəcəyəm!»
ən-Nisa surəsi, ayə 118-119.
Yeri  (insanların  və  başqa  canlıların  yaşaya  bilməsi  üçün) 
döşəyən  (uzadıb  genəldən),  orada  möhkəm  durmuş  dağlar, 
çaylar  yaradan,  bütün  meyvələrdən  (erkək-dişi,  yaxud  şirin- 
acı,  turş-meyxoş  və  s.  olmaqla)  cüt-cüt  yetişdirən,  gecəni 
gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur.
ər-Rəd surəsi, ayə 3.
A nd içirəm atay a və on u n  övladma (Adəmə və onun nəsli­
nə,  yaxud  İbrahim ə  və  onun  oğlu  İsmailə)  ki,  Biz  insanı  m ə­
şəqqətdə yaratdıq!  (İnsan doğulduğu gündən qəbir evinə gedə­
nə  qədər  əzab-əziyyət  içində  çahşıb-çapalayır,  həyat  boyu 
müxtəlif  çətinliklərlə  üzləşir.  Bu,  ilahi  bir  hikmətdir,  həyatın 
qanunudur!)  M əgər  insan(Vəlid  bin  əl-Müğirə)  heç  kəsin  ona 
gücü  çatm ayacağmı  zənn  edir?  Və:  «Mən  (Peyğəmbərlə 
düşmənçilik yolunda) xeyh  mal-dövlət sərf etmişəm!» -  deyir?! 
Məgər  biz  ona  iki  göz  vermədikmi?!  Eləcə  də  bir  dil  və  qoşa 
dodaq (vermədikmi?!)  Lakin  o,  ədəbəni  (maneəni)  keçə  bilmə­
di (özünə verilən bu  qədər nemətlərə şükür etmədi).
əl-Bələd surəsi, ayə 3-6,  8-9,11.
294
İntellektual ekologiya
İnsana  gəldikdə,  nə  zaman  Rəbbin  on u   im tahana  çəkib 
ehtiram etsə,  ona  bir  nemət  versə,  o:  «Rəbbim  mənə  ehtiram 
göstərdi!»  -   deyər.  A m m a  nə  zam an  (Rəbbin)  onu  im tahana 
çəkib ruzisini əskiltsə: «Rəbbim məni alçaltdı (mənə xor baxdı) 
!»  -  söyləyər.  Xeyr!  (Belə  deməyin).  D oğrusu,  siz özünüz yeti­
mə hörmət etmirsiniz (yetimin  haqqını  vermirsiniz).  Bir-birini­
zi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.  Mirası (halal-hara­
mına)  varm adan  yeyirsiniz  (qadınların,  uşaqların  paylarım 
vermirsiniz).  M al-dövləti isə lap çox sevirsiniz.  Xeyr! Yer dağı­
lıb  parça-parça  olacağı,  Rəbbinin  əmri  gəlib  mələklər  səf-səf 
duracağı  və  Cəhənnəmin  (məhşər meydanına)  gətiriləcəyi  gün 
-  məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır.  Lakin  bu 
xatırlamağın  ona  nə  faydası?!  O:  «Kaş,  mən  əvvəlcədən  (axi­
rət)  həyatım  üçün  (yaxşı  əməllər)  edəydim!»  -   deyəcəkdir.  O 
gün (Aİlahm) edəcəyi əzabı heç kəs edə bilməz!
əl-Fəcr surəsi
,  
ayə 15-25.
Qurani-Kərimin  bu ayələrindən  məlum  olur ki, Allah Yeri 
bütün  insanlar  üçün  yaradıb,  onun  bütün  nemətləri  də  bəşə­
riyyətə  məxsusdur.  Allah-Təala  insanları  yaratdı,  onlara  ağıl, 
iradə və güc verdi.  İnsan öz ağlı və iradəsi ilə yaxşını seçməli və 
pisdən  uzaq  olmalıdır.  Bunun  üçün  insan  öz  ağlından,  güc­
ündən və elmindən istifadə etməlidir.  Bizim istədiyimiz Aİlahm 
əmrinə, elmin müsbət nailiyyətlərinə,  insanların və insaniyyətin 
xeyrinə uyğun  olarsa,  bu işdən xeyir və  savab qazanarıq.  Əgər 
əməllərimiz,  gördüyümüz işlər Aİlahm əmrlərinə uyğun olmaz­
sa,  insanlar əzab-əziyyət çəkərlərsə, bu işdən  məsuliyyət daşıyı­
rıq.  Yer  planetinin  fəlakətə  doğru  getməsi,  mənfi  intellektual 
ekoloji  faktorların  gündən-günə  artmasını  və  bir  çox  qırğınla­
rın,  xəstəliklərin,  aclığın,  susuzluğun, saym aqla qurtaran deyil, 
səbəbkarı kimdir?!  İnsan və yenə də insan!
Əvvəllərdə də demişdik, XX əsrdə təbii sərvətlərin istifadə­
si,  miqdarı,  əvvəlki  minilliklərdə  istifadə  olunana  bərabərdir. 
Axı  hər  şeyin  bir  sonu  var.  İnsanın  yaşadığı  evinə  -   vətəninə,
295


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
Yer  planetinə  bu  qədər  amansız  olmağını  necə  qiymətləndir­
mək  olar:  biganəlikmi,  laqeydlikmi,  nəfsin  çoxluğumu?  Nan- 
korluqm u,  ağılsızlıqmı?!  Bu  qəddarlığa  ad  tapmaq  mümkün 
deyil.  Bəlkə də III minillikdə leksikonumuza bütün bu deyilən­
ləri ifadə etmək üçün yeni bir  ad daxil olacaq. Necə ki, XX əs­
rdə  bir  çox  yeni  adların  şahidi  olduq:  kommunizm,  imperia­
lizm,  sosializm,  idealizm,  materializm,  atom  bombası,  hidrog- 
en bom bası, bakterioloji və kimyəvi qırğın silahları, SPİD, quş 
qripi, nasizm, faşizm, terrorizm , soyuq müharibə, kosmodrom, 
kosm onavt və s ...
İnsan  bir şeyi yaddan çıxarmamalıdır ki, Yer planeti orda 
yaşayan bütün insanların, canlıların müqəddəs evidir, onun hər 
bir  guşəsində  baş  verən  fəlakət  bütün  insanları  düşündürməli­
dir.  Axı Y er planeti də canlı bir orqanizm kimidir. Bir orqamn 
xəstəliyi bütün o rq an lara ümumilikdə təsir edir.  Keçmiş təbib­
lər deyərdilər ki,  həkim  təkcə xəstə orqanı yox, bütün orqaniz­
mi müalicə etməlidir.  Bu o vaxt mümkün olacaq ki, Yer plane­
tini hər bir sakin «vətən»  kimi qəbul edəcək,  onun qeydinə qa­
lacaq, gələcəyini düşünəcəkdir.  Necə ki,  Qurani-Kərimdə Tan­
rı  irqindən,  millətindən,  dərisinin  rəngindən,  coğrafi  mənsu­
biyyətindən  asılı  olm ayaraq  hamıya  «Ey  insanlar!»  deyə 
müraciət edir.
Hörmətli  oxucu!  Öz  mənəviyyatınıza,  sağlamlığınıza,  ailə­
nizə  və  yaşadığınız  cəmiyyətə,  nəhayət,  bəşəriyyətə  ziyan  gəti­
rən  işlərdən  nəinki  çəkinin,  heç  onlara  yaxınlaşmayın.  Əgər 
bilmərəkdən  günaha  batsanız,  səmimi-qəlbdən  tövbə  edin. 
Tövbə  edənləri  Allah  da,  insanlar  da  bağışlayar.  Qurani-Kə­
rimdə buyurulur:  «O müttəqilər ki, bir günah iş gördükləri, ya­
xud özlərinə zülm etdikləri zam an Allahı yada salıb (tövbə edə­
rək) günahlarının bağışlanmasını istəyərlər...  Və onlar etdiklə­
rini  (gördükləri  işin  pis  olduğunu)  bildikdə  (tövbədən  sonra) 
bir daha o na qayıtmazlar.» (Ali-İmran surəsi, ayə  135)
Şəxsiyyətsiz  insanlar  isə,  əlbəttə  ki,  istisna  təşkil  edərlər. 
İnsan üçün ən böyük hikmət,  onun öz şəxsiyyətinə verdiyi qiy­
mətdir.  Şəxsiyyət  olm aq üçün,  ilk  növbədə,  öz qədrini  bilməli­
296
İntellektual ekologiya
sən.  İmam Həsən (ə.) buyurub:  «M əni təəccübləndirir o şəxslər 
ki,  yedikləri  şeylərə  fikir  verirlər  (təmizliyinə,  çürüklüyünə, 
köhnəliyinə...), am ma öz mənəviyyatlarına lazım olan işlərə isə 
fikir vermirlər.»
Loğmandan soruşdular:  «Adam ların pisi,  ləyaqətsizi hansı 
adamdır?»  O,  belə buyurdu:  «O  şəxslər  ki,  etdiyi  günahı və ya 
ləyaqətsiz  işlər  qarşısında  cam aatdan  nə  utanır,  nə  də  çəkinir, 
özünü şəxsiyyətli kimi cam aat arasında nişan edir.»
Biz bu bölməni Q urani-Kərim in ayələri  ilə yekunlaşdırırıq: 
«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət 
yoxdur ki,  Biz onu yaratm am ışdan əvvəl o,  bir kitabda (lövhi- 
məhfuzda) yazılmamış olsun.. . » (əl-Hədid surəsi, ayə 22)
«Şübhəsiz ki,  onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər 
(ona  inanmırlar).  Biz  isə  onu  yaxın  görürük  (ona  inanırıq).  O 
gün göy göyərmiş mis  kimi olacaq; dağlar da didilmiş (rəngbə­
rəng) yun  kimi  olacaqdır.  Və  dost  dostu  arayıb axtarm ayaca­
qdır (hərə öz hayına qalacaqdır).  Onlar  bir-birinə göstəriləcək­
lər (lakin  bir-birini  tanısalar da,  özlərini  tanımamazJığa vurub, 
bir-birindən  qaçacaqlar).  O  günün  əzabından  qurtarm aq  üçün 
günahkar istərdi ki,  fəda etsin (fiqyə versin) öz oğullarını; övrə­
tini  və qardaşını;  (çətin  günlərdə)  ona sığınacaq verən əşirətini 
(qohum-əqrəbasını);  və  yer  üzündə  olanların  hamısını  -   təki 
özünü (Allahın əzabından)  qurtarsın.  Xeyr  (bu mümkün  deyil­
dir).  Həqiqətən,  o  (Сәһәппәм)  alovlu  atəşdir.»  (əl-Məaric  surəsi, 
ayə 6-15)
«Ay  tutulacağı,  Günəşlə  ay  birləşəcəyi  (hər  ikisinin  qər­
bdən  çıxacağı,  nurunun  gedəcəyi)  zam an  -  məhz  o  gün  insan: 
«Qaçıb can qurtarm ağa yer haradadır?» -  deyəcəkdir. Xeyr, (o 
gün) heç bir sığınacaq olmayacaqdır!  O gün (ey insan) duracaq 
(pənah  aparılacaq)  yer  ancaq  Rəbbinin  hüzurudur.  Məgər  in­
san  elə  güman  edir  ki,  o,  başlı-başına  (cəzasız)  buraxılacaq?!» 
(ol-Qiyamə surəsi, ayə 8-12,  36)
Həqiqətən  də  belədir.  Qurani-Kərimin  ayələri  hələ  1400  il 
bundan  əvvəl  bəşəri  gözləyən  fəlakətlər  haqda  məlumat  ver­
mişdir. Bu, inkaredilməz bir həqiqətdir.
297


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə