Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zər nur ə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə68/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   64   65   66   67   68   69   70   71   ...   134

Ənvər M ete Həmidov, Zər nur ə Həmidova
Şahlar  Əsgərov:
A na hər ailənin ürəyi, beyni, dayaq nöqtəsidir.  Ailədə ana­
ların  yeri  necədirsə,  xalqm  mənəvi  həyatında  da  elədir.  Yəni 
ana azərbaycanlının Tanrısıdır.  «Ana haqqı, Tanrı haqqı!» Bu, 
min illəri aşıb gələn bir inamdır.
«Kəlilə və Dimnə»dən:
A rvadın hörm əti ərinə  görə, oğlun izzəti atasma  görə,  şag­
irdin  biliyi  müəlliminə  görə,  ordunun  gücü  sərkərdəsinə  görə 
müəyyən edilir.
«Qabusnamə»dən;
A na  və  ataya  ən  azı  o na  görə  hörm ət  etmək  lazımdır  ki, 
onların hər ikisi səninlə Y aradan arasında vasitədir.
Hikmətli kəlamlar:
Deyirlər,  ana ömrünü yaşamaq,  onun iztirablarına qatlan­
m aq  üçün  gərək  ana  olasan.  Çünki  qadın  ana  olandan  sonra 
analıq hissini d aha güclü dərk edir.
Ailədə  uşaq  genetik  amillərin  gücündən  asılı  olaraq  ya 
ataya,  y a  da  anaya  oxşayır.  Sonralar  ailədən,  sosial və ictimai 
quruluşdan  asılı  olaraq  insan  mənəviyyatı  formalaşır  və  gə­
ləcəkdə  intellektual  ekologiyanın  formalaşmasına  təkan  verir. 
M əhz b u  cəhətdən də istər din alimləri, istərsə də dahi insanlar 
övladlarına, daha doğrusu, bəşərin yetişməkdə olan nəslinə nə­
sihət  tərzində  m üraciət  etmişlər  (kitabın  əvvəlində  bu  barədə 
m əlum at vermişik).
Əziz  oxucu,  bu  ənənə,  hətta  Qurani-Kərimdə də öz əksini 
tapm ışdır.  Fikrim izin  əyani  olması  üçün  Qurani-Kərimin
278
İntellektual ekologiya
«Loğman»  surəsinə  müraciət  edək  və  bununla  da  bu  bölməni 
yekunlaşdıraq:  «(Ya  Rəsulum!)  Y adında  olsun  ki,  bir  zaman 
Loğman oz oğluna nəsihət edərək belə demişdi:  «Oğlum! Alla­
ha  şərik  qoşma.  D oğrudan  da,  A llaha  şərik  qoşm aq  böyük 
zülmdür!  (Ağır  günahdır!)»  Biz  insana  ata-anasına  yaxşılıq  et­
məyi  (valideyninə  yaxşı  baxmağı,  onlarla  gözəl  davranmağı) 
tövsiyə etdik.  Anası  onu (bətnində)  çox zəif bir halda daşımış­
dı.  Uşağın  (süddən) kəsilməsi isə iki  il  ərzində olur.  (Biz insana 
buyurduq:) «Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir!» 
Əgər  (ata-anan)  bilmədiyin  bir  şeyi  M ənə  şərik  qoşmağına 
cəhd göstərsələr,  (bu işdə) onlara itaət etmə.  (Qalan)  dünya iş­
lərində  onlarla  gözəl  keçin  (onlara itaət  et).  Tövbə  edib  Mənə 
tərəf  dönənlərin  (İslamı  qəbul  edənlərin)  yolunu  tut.  Sonra 
(qiyamət  günü)  Mənim  hüzuruma  qayıdacaqsınız.  M ən  də 
(dünyada)  nə  etdiklərinizi  (bir-bir)  sizə  xəbər  verəcəyəm!» 
(Loğman  öyüd-nəsihətinə  davam  edərək)  dedi:  «Oğlum, 
(dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal də­
nəsi ağırlığında  olsa da,  bir qayanın  (daşın) içində, yaxud göy­
lərdə  və  ya  Yerin  təkində  olsa  da,  Allah  onu  (qiyamət  günü) 
ortaya  gətirər  (onun  haqq-hesabını  çəkər).  Həqiqətən,  Allah 
lətifdir  (bütün  incə,  nazik  işləri  biləndir,  lütfkardır),  (hər  şey­
dən)  xəbərdardır!  Oğlum!  N amaz  qıl,  (insanlara)  yaxşı  işlər 
görməyi  əmi-  et,  pis  işləri  qadağan  elə.  (Bu  yolda)  sənə  üz  ve­
rəcək  müsibətlərə  döz.  Həqiqətən,  bu  (dediklərim)  vacib əməl­
lərdəndir!  A dam lardan  təkəbbürlə  üz  çevirmə,  yer  üzündə  lo­
vğa-lovğa  gəzib  dolanma.  Həqiqətən,  Allah  heç  bir  özündən 
razını,  lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə 
(nə  çox yeyin,  nə  də  çox  asta get)  və  (danışanda)  səsini  qaldır­
ma.  Çünki ən çirkin səs uzunqulaq  səsidir!» (ayə  13-19)
279


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
is la m d a  a ilə   h ə y a tı, 
q a d ın  v ə   k iş i m ü n a s ib ə tlə ri
1
...İstər kişi, istərsə də qadın olsun, Mən heç biri­
nizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-biri- 
nizdənsiniz (dində kişi, qadın eynidir).
Quram Kərim, 
Ali-İmran surəsi, ayə 195.
Ən xeyirliniz xanımlarına qarşı ən xeyirli olandır. 
Mən, xanımlarına qarşı sizin ən yaxşınızam.
Məhəmməd peyğəmbər (s.).
B undan  əvvəlki  bölmədə  övladların  ata-anaya  olan  mə­
həbbəti,  onların ailədə aldıqları tərbiyənin cəmiyyətdə rolu ha­
qda  söhbət  açdıq.  Bütün  bunlar  ailədə  formalaşır.  Məlumdur 
ki,  ailə  cəmiyyətin  əsasıdır.  İctimai  qurum   ailə  üzərində  təşkil 
olunur. Bu əsas nə qədər m öhkəm  olarsa, üzərindəki qurum da 
bir  o  qədər  davamlı  olar.  Əvvəlki  bölmədə  qeyd  etdiyimiz ki­
mi,  ailə ilk tərbiyə ocağıdır.  Düzgün tərbiyə cəmiyyətin müsbət 
intellektual  ekologiya  mənbəyidir.  Əgər  ailədə  düzgün  tərbiyə 
olmazsa,  mənfi  intellektual  ekologiyanın  başlanğıcının bünöv­
rəsi  qoyulmuş  olur.  Belə  ailələrin  çoxluğu  cəmiyyəti  tənəzzülə, 
cəhalətə,  qanun  pozuntularına,  tənbəlliyə,  kasıblığa,  oğurluğa, 
cinayətə və s. yönəldəcəkdir.
Şübhəsiz  ki,  ailə  tərbiyəsinin  bünövrəsi,  ilk  öncə  ər-arvad 
münasibətlərinin əsasında qoyulur və bu da gələcək nəslin inki­
şafına  təsir  edən  əsas  amillərdən  biridir.  Bəs  ailədə  qadm-kişi
1  Hörmətli  oxucu,  bu  bölmədə  əvvəlki  fəsillərdə  verilən  bəzi 
ifadələr,  kəlamlar  bilərəkdən  təkrarlanır.  Buna  səbəb  həmin  ifadələrin 
təkrarına ehtiyac olduğundandır.
280
İntellektual ekologiya
münasibətləri necə olmalıdır?
Ailənin  böyük  üzvlərinin  və  ailə  həyat  tərzinin  uşağa 
müntəzəm,  məqsədəuyğun  təsiri  ailə  tərbiyəsini  formalaşdırır. 
Ailə tərbiyəsinin  əsas  və  ümumi  vəzifəsi  uşaqları  mövcud  icti­
mai  şəraitdə həyata hazırlamaq,  d aha  m əhdud  və  konkret və­
zifəsi  isə  onlara  ailə  şəraitində  şəxsiyyətin  norm al  şəkildə  for­
malaşması  üçün  zəruri  olan  bilik,  bacarıq  və  vərdişlər 
aşılamasıdır. Ailə tərbiyəsi ictimai-iqtisadi quruluş, mədəniyyə­
tin  inkişaf səviyyəsi  və  ər-arvadın  qarşılıqlı  münasibət  ilə  sıx 
əlaqədardır. Bütün bunlarla bərabər, inancın, ailədə müsbət in­
tellektual ekoloji faktorlar tarazlığının sabitliyi də əsas amillər­
dən biridir.
Qeyd  etmək  lazımdır  ki,  sabit ictimai  birlik  kimi,  ailə N e­
olit dövrünün axırlarında qəbilə quruluşunun dağılması, xüsusi 
mülkiyyətin,  izafi  məhsulun  və  siniflərin  meydana  gəlməsi  ilə 
yaranmışdır.  H ər  bir  ictimai  formasiya,  inanclar  ailəyə,  ər-ar­
vad münasibətlərinə təsir etmiş, əksər hallarda qadın hüquqları 
məhdudlaşdırılmış,  çox  hallarda  qadınlara  qul  münasibəti  tət­
biq edilmişdir.
«Dünya  dinlərinin,  xüsusilə  xristianlığın  yayılması  ailəni 
möhkəmləndirən  ideoloji  əlaqələri  qüvvətləndirdi.  Kişinin  zo­
rakılığı  müqəddəsləşdirildi,  qadının  itaətkarlığı  və  fədakarlığı 
yüksək ləyaqət səviyyəsinə qaldırıldı.  İqtisadi qayğılardan azad 
hakim  sinif elə  mənəvi  və  əxlaqi  inkişaf mərhələsinə  çatdı  ki, 
bununla da  «qadına  alicənab münasibət»  və «alicənab  məhəb­
bət» yarandı.  Lakin xüsusi mülkiyyət ailə-nikah münasibətləri­
nin  əsası  olaraq  qaldığına  görə,  bu  münasibət  və sevgi  nikaha 
əsaslanmır,  onun  antipodları  kimi  təzahür  edirdi.»  (ASE,  1-ci 
c.,s.  187)
Apardığımız araşdırm alar göstərir ki,  yalnız İslam dini qa­
dını  kişi ilə bərabərləşdirmiş, onun hüquqlarını bərqərar etmiş, 
bəzi hallarda onu müqəddəsləşdirmişdir.
Yalnız  onu  demək  kifayətdir  ki,  Qurani-Kərimin  iki  ən 
böyük surəsi: ən-Nisa surəsi  176 ayədən,  Məryəm surəsi isə 98 
ayədən  ibarətdir.  Və  yaxud,  M əhəmməd  peyğəmbərin  (s.)
281


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə