Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəm urə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə65/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   61   62   63   64   65   66   67   68   ...   134

Ənvər M ete Həmidov, Zəm urə Həmidova
T ə rb iy ə  c ə m iy y ə tin  h ə y a t 
v ə   in k iş a fı ü ç ü n  ə s a s  a m ild ir
Heç bir ata övladma gözəl tərbiyədən qiymət­
li hədiyyə verə bilməz.
Məhəmmədpeyğəmbər (s.)-
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
Hüseyn Cavid.
Şərq xalqları tarixinin ən qədim qatlarından qadma kübar 
gözlə baxılıb. A ta-anaya m əhəbbət bəsləmək Şərq əxlaqına xas 
olan  əsas  keyfiyyətlərdən  biri  olmuşdur.  Böyüklərə  və  böyü­
klüyə  sədaqət,  insan  mənəviyatmın  təkamülü uşaqların ailədə, 
ata-an ad an   aldığı  tərbiyədən  başlayır.  Yaxşı  tərbiyə  nəinki ai­
lənin, o cümlədən millətin, dövlətin, hətta bəşəriyyətin xoşbəxt­
liyi, pis tərbiyə isə fəlakətidir.
in san  övladının tərbiyəsi dünyaya gəldiyi gündən başlama­
lıdır,  sonradan  gec  olar.  Həzrət  Əli  (ə.)  övladı  İmam  Həsənə 
(ə.)  buyurm uşdur:  «Cavanın  qəlbi  xam  torpaq  kimidir:  ona 
hər  nə  səpsən  bitər.  Buna  görə  də  mən  qəlbin  daşlaşmamış, 
zehnin  cürbəcür  fikirlərə  aludə  olmamış  sənin  tərbiyənə  tə­
şəbbüs göstərdim .. .»
Həzrət  Əli (ə.)  deyir ki,  hansı  adamın  oğlu olursan-ol,  tər­
biyə, ədəb öyrən.  Bu gözəllik səni əsil-nəcabətə möhtac etməz.
İnsanlıq  tərbiyə  və  ədəbdən  ibarətdir.  Bu,  insan  üçün  ən 
böyük  nəcabətdir.  Q urani-K ərim   başdan-başa  bəşəriyyətə  tər­
biyə və ədəb haqqında öyüdlər verir.  Hər ayə bir tərbiyə örnəy­
idir.  T anrının  hər  əm r  və  qadağasında  bu  tərbiyəni  axtarmaq 
və  asanca  tapm aq  mümkündür.  Buna  görə  də  bir  çox  Qərb 
şərqşünasları  islamı  tərbiyə,  ədəb  dini  adlandırmışlar.  İnsanın 
kam alı  onun  ədəb  və  tərbiyəsinin  kamilliyidir.  Bu  baxımdan 
M əhəm m əd peyğəmbər (s.) ədəb və əxlaqda ən uca insandır.
D ünya  hər  an  dəyişməkdədir.  Bəşər  övladı  həmişə  tərəq-
264
İntellektual ekologiya
qiyə can atmışdır. Tərəqqidən faydalanm ayan tənəzzülə uğray­
ar.  Həzrət  Peyğəmbər  (s.),  Həzrət  Əli  (ə.),  dahi  mütəfəkkir və 
alimlər,  filosoflar daim a  tərəqqini  təbliğ etmiş,  uşaqları yaşay­
acaqları zam ana  görə  tərbiyə  etməyi,  elm,  irfan və  sənət  baxı­
mından hər övladın atasını ötüb keçməsini buyurmuşlar.
Deməli,  uşağın  yaxşı  tərbiyəsi  vacibdir.  Müsəlman  ila- 
hiyyatçısı, sufizmin nümayəndəsi Qəzalinin dediyi kimi: «Uşaq 
yumşaq  bir  m um dur,  onu  öyrədənin  əlində  formaya  düşür». 
Uşağa yaxşı  bir  «forma  vermək»  ana  və  atanın  üzərinə  düşən 
ən  müqəddəs  bir  vəzifədir.  Əks  halda  durğunluq  və  geriləmə 
cəmiyyəti  sona,  məhv  olmağa  gətirib  çıxarar.  Bu  baxımdan 
uşaqlarını  gələcək  zam anın  ehtiyacına görə  tərbiyə edib  hazır­
lamayan atalar cəmiyyətin ən böyük xəyanətçisidir.
Beləliklə,  insanın  tərbiyəsi  onun  böyüdüyü  şəraitdən,  ailə­
dən, mühitdən və ən çox onun iradəsindən asıbdır. Əsl-nəcabə­
tin də rolu az deyildir.  Uşağın tərbiyəsi ilə az məşğul olan vali­
deyn və müəllimlər onda kamilliyə və bütün insani sifətlərə ma­
raq oyatmalıdır.  Allah-Təala da bu yola meyli olanları hidayət 
edər.  Qurani-Kərim də buyurulur: «(Ya Rəsulum!) Şübhəsiz ki, 
son istədiyini doğru yola yönəldə bilməzsən.  Am ma Allah dilə­
diyini doğru yola salar.  D oğru yolda olacaq kəsləri (öz əzəli el­
mi ilə) daha yaxşı O bilir!» (əl-Qəsəs surəsi, ayə 56)
Hansı  mövzuya  müraciət  edirsənsə,  yenə  mənfur  qonşu­
muz  erməniləri  yada  salmamaq  mümkün  olmur.  Erməni  ailə­
sində doğulan  uşaqların  valideynləri  ilk  gündən  onların  beyin­
lərinə yeridirlər  ki,  türk  sənin əbədi  düşmənindir,  onlara  nifrət 
etməlisən,  im kan  düşəndə,  məhv etməlisən.  Əlbəttə,  belə uşaq­
lar da  gələcəkdə  terrorist,  neofaşist,  nasist kimi yetişir,  istər-is­
təməz erməni xəstəliyinə yoluxurlar.  Bax, budur mənəviyyatsız 
tərbiyənin nəticələri...
Qurani-Kərimdə  buyurulur:  «Onlar  kar,  lal  və  kordurlar 
(haqqı  eşitməz,  danışm az  və  görməzlər).  Buna  görə  də  (öz  pis 
adətlərindən,  yaram az  əməllərindən)  dönməzlər.»  (əl-Bəqərə 
surəsi, ayə  18)
Mətləbdən  bir  qədər  uzaqlaşdıq.  Ailədə  uşaqların  tərbiyə­
265


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
sində ən «kiçik» günah belə diqqətdən yayınmamalı, öz vaxtın­
da qarşısı alınmalıdır.  U nutm aq olmaz ki, həyatda kiçik günah 
yoxdur,  onun  böyüyü  də,  kiçiyi  də  günah  adlanır.  Böyük  gü­
nahlar kiçik günahlardan başlayır.  İnsan özü bilmədən  adətkar 
olur.  Çox  günahların  əzabını  sonra  həm  ata-ana  və  həm  də 
uşaq  özü  çətir.  Ən  böyük  günah  dil  günahı  və  ondan  törəyən 
bəlalardır.  Belə  günahlar  mənfi  intellektual  ekologiyanın  inki­
şaf səbəbidir.
U şaq ailədən başlayaraq elə tərbiyə edilməlidir ki,  gələcək­
də «mərifətli» tituluna sahib ola bilsin.  Mərifət -  qəlbdə doğan 
bir  nurdur.  İnsan  mərifətə  ağıl,  təhsil,  gözəl  əxlaq,  zəhmət  nə­
ticəsində  nail  olar.  M ərifət  elə  bir  əxlaqi  keyfiyyətdir  ki,  onu 
yalnız  ətrafdakılar  hiss  edər  və  deyərlər:  «Mərifətli  insandır». 
Bu  adı  qazanan  şəxs  həyatda  ən  xoşbəxt  insan  sayıla  bilər. 
M əhz belə insanlar m üsbət intellektual  sferanın yaranmasında 
yaxından iştirak edərlər.
«İnsan Allahın məbədidir» kəlamı İsa peyğəmbərə (ə.) aid­
dir.  Deməli,  fərdlərdən  təşəkkül  tapan  cəmiyyət  də canlı  orqa­
nizm kimi Rəbbin məbədidir.  Bu məbədin  bütün əza və üzvləri 
eyni dərəcədə mühüm və əhəmiyyətlidir.
Deyilənlərdən  bir  d ah a  aydm  olur  ki,  bəşər  övladının  ilk 
tərbiyəsi  ailədə  valideynlər  tərəfindən  başlayır.  Valideyn  övla­
dını  elə  tərbiyə  etməlidir  ki,  gələcəkdə  həyata  atılan  insan  ke­
çən günlər üçün heyifsilənməsin.
D ahi  italyan  rəssamı,  alim  və  fılosov  Leonardo  da  Vinçi 
demişdir:  «Həyatı  qiymətləndirməyən  adam   yaşamağa  layiq 
deyil.» Qədim yunan filosofu D em okrit isə  həyatı belə qiymət­
ləndirmişdir:  «Pis, ağılsız ömür sürmək yaşamaq deyil, tədricən 
ölməkdir.»
Həyat dediyiniz o gözəl məna,
Tale dediyiniz müqəddəs dünya,
Y aranır insanın arzularından,
H ər təmiz vicdanın ilk baharından.
Səməd Vurğun.
266
İntellektual ekologiya
İnsanın  bir  vətəndaş  kimi  formalaşmasında,  əlbəttə  ki, 
məktəbin,  müəllim  tərbiyəsinin  rolu  danılmazdır.  Qədim  Şər­
qdə həmişə müəllimə böyük qiymət verilmişdir.
Pədərin bir mənəm, bir ustadın,
Cəhd qıl yaxşı çıxmağa adm.
Seyid Əzim Şirvani.
Tanrının  haqqı,  valideynlərin  haqqı  və  müəllimin  haqqı 
həmişə müqəddəs  olmuşdur.  A na haqqı isə ən qədimdən daha 
müqəddəs  olmuşdur.  Bəzi  başqa etiqadlardan  fərqli  olaraq  is­
lam  dini  həm  oğlan,  həm  də  qız  uşağının  dünyaya  günahkar 
olaraq  deyil,  tər-təmiz gəldiyini  elan  etdi.  Qeyd etdiyimiz kimi 
uca  Allahın  sözlərindən  ibarət olan  Q uranda  ən  böyük  surələ­
rdən  birinin  adı  «qadınlar»  mənasına  gələn  «Nisa»,  başqa  bir 
surə isə  Həzrət  İsanın  (ə.)  anasının  adı ilə  «Məryəm»  adlandı­
rılmışdır.
Ana insan mənəviyyatının  tərbiyə edilməsində əsas  bünöv­
rədir.  Qızların  tərbiyəsi  çox  mühüm  məsələdir.  Çünki  millətin 
gələcəyi  anaların  əlindədir  (Balzak).  İlk  olaraq  ana  tərbiyəsi 
sayəsində  insan  özünü,  millətini  tanıyır.  Bu,  çox  vacib məsələ­
dir,  insan məsləklə  yaşamalıdır.  N.Nərim anov  demişkən:  «Bir 
millətə  məxsus  məslək  ümumideal  üçün  bir  yoldur.  Məsələn, 
ümumideala  çatm aq  üçün,  yəni  insaniyyətə  xidmət  etmək 
üçün,  millətə  lazımdır  özünü  tanısın.  Bir  millət  özünü  tanımaz 
isə,  özü ilə qeyrisinin fərqini düşünməyə qadir olmaz isə, xüsusi 
məsləkin  dalınca  yeriş  edə  bilməz.  Bu  yolda  yeriş  etməz  isə, 
ümummüqəddəs məslək nə olmadığını da düşünməz.
İndi  biz  İslama  qulluq  edən  bir  çox  tayfalardan  biriyik: 
məlum bir qanun altında yaşayıb, özümüzə türk deyib də xüsu­
si  bir  məslək  dalınca  getməliyikmi?  Getməliyik  desəniz, 
özümüzü  gərəkdir  tanıyaq.  Fəqət  tanım aq  üçün  nə  lazımdır? 
Milli dil, milli məktəb,  milli mətbuat və qeyri-qeyri şeylər,  dey­
ilmi?»
267


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə