Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə61/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   57   58   59   60   61   62   63   64   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Əvvəlki bölmələrdə də m əlum at vermişdik ki,  bütün  bu fə­
lakətlərə səbəb atmosferdə karbon qazının dəfələrlə çoxalması, 
ozon  təbəqəsində  dəliklərin  əmələ  gəlməsi  və  s.-dir.  Bu  mənfi 
faktorlar d a insanın m ənfi intellektual ekoloji fəaliyyəti  ilə əla­
qədardır.
M üasir  astronom iya  elmi  Yerdəki  dəmir  mədənlərinin 
kosm osdakı böyük ulduzlardan gəldiyini sübut etmişdir. Q u ra­
ni-Kərimin  əl-Hədid  surəsinin  25-ci  ayəsində  buyurulur: 
« .. .Biz həddindən artıq m öhkəm  olan və insanlara fayda verən 
dəmiri də nazil (icad) etdik  k i.. .»
1827-ci ildə ingilis alimi Broun  yağış damlalarının torpağa 
düşəndə  to rp aq   m olekullannda  silkələnmə  və  titrəmə  yarat­
dığını kəşf etmişdir.  Qurani-K ərim in əl-Həcc surəsinin  5-ci ay­
əsində buyurulur: « .. .Sən yer üzünü qupquru görərsən.  Biz ona 
yağm ur  endirdiyimiz  zam an  o,  hərəkətə  (cana)  gəlib  qabarar 
(yaxud  xəmir  kimi  acıyar)  və  hər  növ  gözəl  (meyvədən,  bitki­
dən) bar gətirər.»
Dənizdə  apardığı  tədqiqatları  ilə  dünyada  böyük  şöhrət 
qazanmış  Jak  Kusto,  d ah a  geniş  yayılmış  adı  ilə desək,  K api­
tan  Kusto:  «Bəzi tədqiqatçıların  müxtəlif dəniz kütlələrini  bir- 
birindən ayıran maneələrin mövcudluğu ilə bağlı irəli sürdüklə­
ri mülahizələri nəzərdən  keçirirdik.  Tədqiqatlar nəticəsində  bi­
zə məlum oldu  ki, A ralıq dənizinin özünəməxsus  temperaturu, 
duzluluğu  və  sıxlığı  var.  Eyni  zam anda  bu  dənizdə  həmin  şə­
raitə  uyğun  canlılar  var.  Som a  isə  Atlantik  okeanda  olan  su 
kütləsini  tədqiq  etdik  və  onun  Aralıq  dənizindən  tamamilə 
fərqli olduğunu gördük.  Bu iki su kütləsi Cəbəllütariq boğazın­
da  birləşir  və  b u   birləşmə  m in  illərdir  ki,  davam  edir.  Buna, 
əsasən, iki dənizin bir-birinə qarışması və nəticədə onların duz- 
luluqda,  sıxlıqda, özlərinə ehtiva etdikləri maddələrin nisbətin­
də bərabər və ya buna yaxm  bir vəziyyətin olması lazım gəlirdi. 
H albuki  belə  bir vəziyyətin m övcud  olmadığım,  yəni su kütlə­
lərinin  bir-birinə  qarışmadığını  və  hətta  hər  iki  dənizin  yaxın 
hissələrində də fərqli quruluşlara malik olduğunu heyrətlə müı- 
şahidə etd ik .. . » (M əryəm Selcan, İlahi möcüzələr, Bakı, 2008)
246
İntellektual ekologiya
Professor  M aurice  Bucaille  yaxm dostu  Kapitan  Kustoya 
donizlərdəki  belə  su  maneələri  ilə  bağlı  açıqlamasından  (belə 
bir  hal  1962-ci  ildə  Ədən  körfəzi  ilə  Qırmızı  dənizin  birləşdiyi 
Bab-əl-Mənbəd  boğazında  alman  alimləri  tərəfindən  aşkar 
edilmişdir)  dərhal  sonra  bu  kəşflərin  yeni  bir  şey  olmadığının 
Qurani-Kərimdə açıq-aşkar bildirildiyini demişdi.
«Birinin  suyu  çox  şirin,  digərininki  olduqca  şor  (acı)  olan 
iki  dənizi  qovuşduran,  aralarında  (bir-birinə  qarışmamaq 
üçün) maneə və keçilməz sədd qoyan Odur!» (əl-Furqan surəsi, 
ayə 53)
«İki dəniz eyni deyildir.  Birinin suyu çox  şirin,  dadlı və iç­
məyə  rahat  (boğazdan  rah at  keçən)  digərininki  isə  həddindən 
artıq şor və acıdır.. . » (Fatir surəsi, ayə  12)
Bu  sözlər  K apitan  K ustonu  heyrətə  gətirmiş və o,  Q uran­
dakı  müvafiq  ayələri  böyük  heyranlıqla  dinlədikdən  sonra 
aşağıdakıları  demişdir:  «Mən  şahidlik  edirəm  ki,  müasir  elmi 
XIV  əsr  qabaqlayan  Q uran  Allah  kəlamıdır.»  (Məryəm  Selc­
an, göstərilən əsəri)
Bu hadisədən sonra Jak Kusto İslamı qəbul etmişdir.
Q uranda  insanın  ana  bətnində  üçmərhələli  bir  prosesdə 
yarandığı bildirilir.
« .. .O, sizi analarınızın bətnində «üç zülmət içində» olaraq» 
tərcümə  edilmiş  ərəb  dilindəki  «fi  zulumatin  səlasin»  ifadəsi 
em brionun inkişafı dövründə üç qaranlıq mərhələnin olmasına 
işarə edir.  Embriologiya elminə sonra məlum olmuşdur ki,  hə­
min mərhələlər bunlardır:
a)  birinci  qaranlıq  mərhələ:  yum urta  hüceyrəsinin  fallop 
(salpenks)  kanallarında  m ayalandıqdan  sonra  keçirdiyi  ilk 
mərhələdir;
b)  ikinci  qaranlıq  mərhələ:  mayalanmış yum urta uşaqlığın 
iç qatm a düşür və uyğun bir yerə (uşaqlığın iç divarına) yapışır 
və  yum urta  ilk  dəfə  burada  bölünməyə  -   inkişafa  başlayır  və 
rtişeym əmələ gəlir;
c)  üçüncü  qaranlıq  mərhələ:  inkişaf edən  rüşeym  ətrafım 
içərisində  xüsusi  maye  ilə  dolu  olan  bir  kisə  təşəkkül  edir.  So­
247


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
nra b u  kisə içərisində, yəni üçüncü qaranlıq yerdə növbə ilə o r­
qanlar və sistemlər ardıcıllıqla inkişaf edir.
Yenə  də  Qurani-Kərimə  müraciət  edək:  «Həqiqətən,  Biz 
insanı  (sonrakı  mərhələdə  ata-anasının  toxum undan  ibarət) 
qarışıq bir nütfədən y a ra td ıq ...  Biz onu eşidən və görən yarat­
dıq.» (əl-Insan surəsi, ayə 2)
«O,  yaratdığı hər  şeyi  gözəl yaratdı,  insanı  (Adəmi)  yarat­
m ağa palçıqdan başladı, sonra onu n  nəslini nütfədən -  bir qət­
rə zəif (dəyərsiz) sudan əmələ gətirdi.. .» (əs-Səcdə surəsi, ayə 7- 
8
)
«Sonra nütfəni laxtalanm ış qana (rüşeymə; bağh qalan hər 
şeyə)  çevirdik,  sonra  laxtalanm ış  qam  bir  tikə  (çeynənmiş)  ət 
halına saldıq,  sonra  o  bir  tikə  əti  sümüklərə  döndərdik,  sonra 
sümükləri ətlə  örtdük  və  daha  sonra  onu  bam başqa  (yeni)  bir 
məxluq olaraq yaratdıq.  Y aradanların ən  gözəli olan Allah nə 
qədər (uca, nə qədər) uludur!» (əl-Muminin surəsi, ayə  14)
Bir  sözlə,  insanın  Q uranda  təsvir  edilən  əmələ  gəlmə  mər­
hələləri  müasir  embriologiyanın  kəşfləri  ilə  tam   uyğunluq  və 
harm oniya içindədir.
Biz  bölmənin  bu  hissəsini  Fransanın  nüfuzlu  və  aparıcı 
alimlərindən  təşkil  olunm uş  elmi  konfransda  professor  M au­
rice  Bucaillenin  «Q uran  və  embriologiya»  mövzusundakı çıxı­
şında  dinləyicilərə  dediyi  sözlərlə  yekunaşdırırıq:  «Bütün  bu 
qeyd olunanlardan sonra Q uranm  Allah dərgahından gəlməsi­
nə dair bir izahat,  bir  şərh,  bir  açıqlama verə bilərsinizmi? Y a­
xud d a bu mövzu ilə bağh hər hansı bir dəliliniz varmı?»
«Xeyr»  cavabını  eşitdikdən  sonra  Bucaille  gülümsəmiş  və 
sanki  bir  əsli-səadət  müsəlmanı  ədası  ilə  belə  demişdir:  «O  za­
m an  mən  deyirəm  ki,  Q uran,  şübhəsiz  ki,  Allahın  kəlamıdır.» 
(Məryəm Selcan, göstərilən əsəri)
Professor M aurice Bucaille islam  dinini qəbul etmişdir.
İslamşünas  alimlərin  əsərlərinin  araşdırılmasından  məlum 
olur ki,  hər keçən  gün  Q uranm   daha canlı və  əbədi  olması hə­
qiqəti ortaya  çıxmaqdadır.  O nun  elmi hikmətləri, əmin-aman­
lıq və barışa, dostluq və ədalətə, gözəllik və xoşbəxtliyə, mərhə­
248
İntellektual ekologiya
mət və şəfqətə, ən əsası isə elmə aparan müqəddəs bir vasitədir.
«Qurani-Kərim bir fənn kitabı deyil,  insanları doğru yola, 
düzgün istiqamət və qulluğa dəvət edən ilahi fərmandır.  Bu sə­
bəbdən də müqəddəs ayələrdə elmi məsələlərə yalnız işarə edil­
mişdir.  Bu  ilahi  fərm anda  bugün  olan  mədəniyyət  sahələri 
haqqında  açıq  olaraq  xəbər  verilsəydi,  bəşəriyyət  əsrlərlə  bu 
həqiqətləri  ağlına  sığışdırmayacaq,  bəlkə  in k ar  etmək  yoluna 
gedəcəkdi. Bu isə əsl ilahi yola və ilahi buyuruğa, əmr və dövlə­
tə pərdə çəkmək olardı.» (Məryəm Selcan, göstərilən əsəri)
Q.Kərimovun  bir  m araqlı  məlumatını  sizin  diqqətinizə 
çatdırmaq istərdik:  «M üasir  şəraitdə  şəriət göstərişlərinin yeri­
nə  yetirilməsi  üçün  astronom iya  elminin  m əlum atından  istifa­
də  olunur.  İddia edilir ki,  əgər  astronom iya  alimləri,  hətta  ka­
fir  olsalar da,  Günəşin və ya Ayın  tutulması və ya zəlzələ  baş­
lanması tarixini qabaqcadan bildirirlərsə, dindarlar ayət nam a­
zına  hazırlaşmalıdırlar.  Bu  fakt  şəriəti  və  İslam  ehkamlarını 
m üasir elmi  nailiyyətlərə uyğunlaşdırmaq təmayülünü göstərir. 
Bununla  əlaqədar  olaraq  kosmosun  öyrənilməsi  və  insanın 
A ya  uçuşu  barəsində  bəzi  müsəlman  ideoloqlarının  rəyini  mi­
sal  göstərmək  olar.  Bu  barədə  müsəlman  ilahiyyatçılarmm 
səciyyəvi  mülahizələri  1959-cu  ilin  oktyabrında  disputlarda 
söylənilmişdir.  Qahirədəki  Ali  İlahiyyat  Universiteti  olan  əl- 
Ə zhar  Universitetinin  rektoru  Şeyx  Şaltut  (1964-cü  ildə  vəfat 
etmişdir) demişdir  ki,  son  vaxtlar  bir çox ölkələrin  müsəlman­
ları  ondan soruşurlar:  «Kosm osun  öyrənilməsi və insanın Aya 
uçm ağa  hazırlaşması  ilə  əlaqədar  olaraq  H aqq-Təalanın  sirlə­
rinə müdaxilə edilmir ki?»  Şeyx Şaltut bu suala belə cavab ver­
mişdir ki,  Quran insanlara kosmosu öyrənməyi məsləhət görür 
və  müsəlmanlar  kosm osun  öyrənilməsində  Qərbdən  əsla  geri 
qalmamalıdırlar.  Sonra  Şeyx  demişdir  ki,  əgər  səhhəti  imkan 
versə,  o,  Aya uçm ağa hazırdır və əgər böyük  Allahın yaratdığı 
planetin  torpağına  qədəm   basmaq  ona  nəsib  olsa  özünü  xoş­
bəxt sayar...»
İranın  üç  m əşhur  ilahiyyatçısı -  Ayətullah  M ir  Seyid  M ə­
həm məd Bəxbəxani, şeyx Bəhaüddün N uri və Hacı Mirzə Xəlil
249


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə