Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər Mete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə59/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   55   56   57   58   59   60   61   62   ...   134

Ənvər Mete Həmidov, Zərnurə Həmidova
ru ilə işıqlandıran,  insanlara  paklıq,  xoşbəxtlik bəxş  edən  ilahi 
kəlamlardır.  Bu, Allah-Təalanın yalnız öz K itabına bəxş etdiyi 
qüdrətdir.  Allah-Təalanın  bəşəriyyət  üçün  hidayət  çırağı  ola­
raq göndərdiyi Qurani-Kərimin gələcəkdə bəşəri fəlakətdən xi­
las etməyin yeganə istinad nöqtəsi olacağına heç bir şübhə yox­
dur.
Biz bu bölməni Saleh bəyin bir fikri ilə yekunlaşdırm aq is­
tədik-.  «.. .Dövlət xadimləri, xüsusən Qərb dövlət başçıları dərk 
etməlidirlər  ki,  bu  gün  çiçəklənən  dövləti  sabah  süquta  apa­
racaq ən güclü vasitə məhz əhalinin tərbiyəsinin pozulması ola 
bilər.  Əxlaqsızlığın,  rəzalətin  zorakılığın,  sadizmin  nümayiş  və 
təbliğ  edilməsi  ölkəni  total  zorakılığa,  amansız  terrorizmə, 
«azad» əxlaqsızlığa v ə...  məhvə aparır.  Bir vaxt Qərb bunu ba­
şa  düşəcək  və  müsəlman  mənəvi  saflığının  saxlanmasına  qibtə 
edəcəkdir.  Müsəlman  dininin  misilsiz  üstünlüklərindən  biri  də 
məhz  budur  -   əxlaqsızlıq,  zorakılıq  və  qanunsuzluq  arzuda, 
yaxud  sözdə  yox,  işdə,  həyatda  qadağan  edilir.  Bu  isə  bütün 
vicdanlı  və  təmiz  adam lar  üçün,  ümumiyyətlə,  bəşər  üçün 
vacibdir».
K am illiy ə,  in k iş a fa  m e y il in s a n  
x is lə tin in  ila h i  n e m ə tid ir
...Rəbbim  hər  şeyi  elmlə  (Öz  əzəli  elmi  ilə) 
ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?
Qurani-Kərim,__əl-Ənam_surəsi,_ayə_80.'>Qurani-Kərim, 
əl-Ənam surəsi, ayə 80.
...O nun (Kitabın) bir hissəsi (Quranın əslini, 
əsasını  təşkil  edən)  möhkəm  (mənası  aydm, 
hökmü bəlli), digər qismi isə mütəşabih (çətin an­
laşılan,  dəqiq  mənası  bilinməyən,  məğzi  bəlli  ol­
mayan)  ayələrdir.  Ürəklərində  əyrilik  (şəkk- 
238
İntellektual ekologiya
şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri ki­
mi məna vermək məqsədilə mütəşabih ayələrə uy­
arlar  (tabe  olarlar).  Halbuki  onlann  yozumunu 
(həqiqi  mənasını)  Allahdan  (yaxud  Allahdan  və 
elmdə qüvvəti olanlardan) başqa heç kəs bilməz.
Qurani-Kərim, 
Ali-İmran surəsi, ayə
 
7.
Beşikdən qəbrə qədər elm öyrənin.
Məhəmməd peyğəmbər (s.).
İslamşünas  İbn  Məsud:  «Q uranda  hər  şeyə  aid  elm  nazil 
edilmişdir,  lakin  bizim elmimiz Ondakı hər şeyi anlam ağa yet­
məz»,-«leməkdə  yanılmamışdır.  Araşdırmalarımız  göstərir  ki, 
İslam  alimləri  bütün  elmlərin  Q uranda yer  aldığını  sübuta  ye­
tirmişlər.  Onların  bu  fikirləri  və  dəlilləri  ilə  tanışlıqdan  sonra, 
doğrudan  da,  aydm olur  ki,  bu gün elmin hansı sahəsinə,  əldə 
edilən  hansı nəticəyə, hansı kəşfə baxsaq, onun  1400 il bundan 
əvvəl  Q uranda  bəyan  edildiyini  görərik.  F.Ələkbərov,  N .C a- 
maloğlunun  bu  barədəki  fikirləri  daha  obyektivdir:  «...İnsan 
hər  hansı bir məsələni yalnız kəşf etdikdən sonra anlayır ki, bu 
vo  ya  başqa  qanunun,  qanunauyğunluğun  səbəbləri  Q uranda 
artıq  təsbit edilmişdir.  Demək, insan ağlının fövqündə olan Al­
lah bəyanıdır.  Yalnız insan təkamül nəticəsində bunları mərhə­
lə-mərhələ anlaya bilir.»
İslamşünas  alimlər  belə  hesab  edirlər  ki,  Qurani-Kərim 
kainatı və insanı izah edən bir kitab olmaqla, hər şeydən xəbər 
verməklə  heç  nəyi  nəzərdən  qaçırmamışdır.  Qurani-Kərimin 
əl-Ənam surəsinin  59-cu  ayəsində buyurulur:  «Qeybin  açarları 
O nun  yanındadır.  Onları  ancaq  O  bilir.  Suda  və  quruda  nə 
varsa,  O bilir.  Yerə düşən elə bir yarpaq yoxdur  ki, O onu ЬЦ- 
məsin.  Yerin  zülmətləri  içində  elə  bir  toxum,  (kainatda)  yaş- 
q u ru   elə bir şey yoxdur ki,  açıq-aydın  K itabda  (lövhi-məhfuz- 
da)  olmasın!»  Dr.  Aydm  Topaloğlunun  dediyi  kimi:  «Qurani- 
K ərim  dəfələrlə insanları səyahət etməyə, səmanı və təbiəti seyr
239


etməyə,  canlılar  aləmini  izləməyə,  aləmin  işləmə  mexanizmini 
araşdırm ağa və bu mövzular üzərində fikirləşməyə dəvət etm iş­
dir.»
Beləliklə,  Q uran  müəyyən  bir  dövrün  deyil,  bütün  zam an 
və  m əkanların,  bütün  insanlığın  Kitabıdır.  Elmlər  isə  hər  bir 
dövrlə  əlaqədar  inkişaf etmiş  və  nə  qədər  ki,  insan  cəmiyyəti 
var,  elm  də var,  onun  inkişafı  d a  labüddür.  Əfsuslar  olsun  ki, 
elmi inkişaf etdirən insan intellekti, ağlı çox vaxt onun nəticələ­
rindən təbiəti məhv etməkdə, insanların kütləvi qırılmasında və 
s.  istifadə edir.  Bunlara misal,  kütləvi  qırğın  və  bakterioloji  si­
lahları,  AES-lərdə  partlayışları,  atmosferin,  torpağın,  içməli 
suyun vəhşicəsinə məhv edilməsini və s.  göstərmək olar.  Q ura­
ni-Kərim  isə  təbiəti,  bütün  canlıları,  insana  bəxş  edilən  bütün 
ruziləri  qorum ağı  təbliğ  edir.  M əhz  buna  görə  həm  inanc  və 
həm  də  elm  alimlərinin  III  minillikdə  bir  yolu  olmalıdır:  Yer 
kürəsini və  bəşəriyyəti  birlikdə  fəlakətdən  xilas  etmək.  Bir  d a­
ha  təkrar  edirik  ki,  bu,  yalnız  insan  mənəviyyatının,  daha 
doğrusu,  ümumi  və  intellektual  ekologiyanın  sağlamlaşdırıl- 
ması ilə mümkün olacaqdır. B una şübhəmiz yoxdur.
Əziz oxucu!  Bir  vaxtlar,  d ah a  doğrusu,  sovetlər  dövründə 
ictimai yerlərdə K .M arksm  divardan asılmış aşağıdakı sözləri­
nə rast gələrdik: «Din xalqın tiryəkidir». M əhz insanlara və in­
sanlığa qarşı yönəlmiş b u  sərsəm fikir bizi vadar etdi ki, filosof, 
islamşünas alim H arun Y əhyanın «Quran möcüzələri» kitabın­
dan,  əsası  1400  il  əvvəl  qoyulan  elmi  dəlilləri,  illər  keçdikdən 
sonra alimlərin kəşfilə təsdiqlənən  bir neçə faktı sizin nəzərini­
zə  çatdıraq.  H arun  Yəhyanın  əsərləri  ABŞ,  Böyük  Britaniya, 
H indistan,  İndoneziya,  Polşa,  İspaniya,  Braziliya,  Malaziya, 
İtaliya,  Fransa,  Bolqarıstan,  keçmiş  sovet  respublikaları  və  s. 
ölkələrdə m araqla qarşılanır.  Bu əsərlər ingilis,  fransız,  alman, 
italyan, ispan, portuqal, urdu, ərəb,  alban,  rus, uyğur, İndone­
ziya,  malay,  benqal,  bolqar,  yapon,  Çin və Azərbaycan  dilinə 
tərcümə  edilmişdir.  D ünyanın  dörd  bir  tərəfində  böyük  rezo­
nans doğuran bu diqqətəlayiq əsərlər insanların çoxunun iman 
gətirməsinə,  əksər  adam ların  da  öz imanım  kamilləşdirməsinə
Ənvar Mete Həmidov, Zərnurə Hamidova
240
İntellektual ekologiya
səbəb olmuşdur.  Beləliklə, bir neçə həqiqəti izhar edən dəlillərə 
müraciət edək.
«Böyük partlayış»  və  ya  orijinal  adı ilə desək,  «Biq  banq» 
nəzəriyyəsi  bütün  kainatın  təxminən  15  milyard  il  əvvəl  bir 
nöqtənin  partlaması  nəticəsində  yoxdan  var  olduğunu  sübut 
etmişdir.  Müasir  fizikanın  elmi  şəkildə  sübuta  yetirdiyi  bu 
böyük  həqiqət  Q uranda  bizə  hələ  1400  il  bundan  əvvəl  xəbər 
verilib!  Qurani-Kərimin  əl-Ənam  surəsinin  101-ci  ayəsində 
buyurulur: «O, göyləri və yeri (yoxdan) var edəndir.»
XX əsrin əvvəllərində rus fiziki Aleksandr Fredm an və bel­
çikalı  astrofızik  George  Lem aytr  kainatın fasiləsiz hərəkət  ha­
lında  olduğunu  və  genişləndiyini  demişdilər.  Bu  həqiqət  1929- 
cu ildə müşahidələrlə sübut  olunmuşdur.  1400 il  əvvəl  göndəri­
lən  Qurani-Kərimdə  kainatın  genişlənməsindən  belə  bəhs  edi­
lir:  «Göyü  qüdrətimizlə  (qüdrət  əlimizlə)  biz  yaratdıq  və  Biz 
onu genişləndirməkdəyik.» (əz-Zariyat surəsi, ayə 47)
Alimlər  bildirirlər  ki,  kainatın  kütləsi  kifayət  edəcək  mi­
qdara çatanda genişlənmə prosesi cazibə qüvvəsinə görə daya­
nacaq  və  bu  da  kainatın  öz  daxilinə  çəkilməyə,  büzülməyə  sə­
bəb  olacaq.  K ainatın  büzülməsi  prosesinin  isə  axırda  «Biq 
Kranc» («Böyük  büzülmə») deyilən çox yüksək bir istilik və sı­
xılma  ilə  nəticələnəcəyi  qeyd  edilir.  Bu  isə  həyatın  yox  olması 
mənasına gəlir.
«Biq  Kranc»  adlı  bu   elmi  nəzəriyyəyə  Q uranda  belə  işarə 
edilir:  «Göyü  kitab  səhifəsi  kimi  büküb  qatlayacağımız  günü 
(qiyamət  gününü)  yadınıza  salın.  (O  gün  insanları)  ilk  dəfə 
(yoxdan)  yaratdığımız  kimi  qaytarıb  (dirildib)  əvvəlki  halına 
salarıq.  Biz yerinə yetirməli  olduğumuz vədi mütləq yerinə ye­
tirəcəyik...» (əl-Ənbiya surəsi, ayə  104)
K ainatdakı  m ilyardlarla  ulduz  və  qalaktika  onlar  üçün 
mükəmməl  tarazlıqda  təyin  edilmiş  oxları  ətrafında,  həm  də 
bağlı olduqları sistemlə birlikdə daim  hərəkətdədir. İçində 200- 
300  milyard  ulduz  olan  qalaktikalar  bir-birinin  arasından  ke­
çib-gedir, heç bir toqquşm a baş vermir.
Qurani-Kərimin  əl-M ulk  surəsinin,  3-4-cü ayələrində  buy­
241


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə