Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə56/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   52   53   54   55   56   57   58   59   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
ilə  əsrlərlə  hökm  sürən  qəddar  ideologiyaya  son  qoydu.  İnsan 
şüuru,  müsbət  intellektual  ekoloji  mühit  yaratm aqla  insanları 
inandırdı və şərə qalib gəldi.
M üasir  dövrdə  insan  daha  çox  müxtəlif fəlakətlərlə üz-üzə 
dayamb: ümum i ekoloji  tarazlığın pozulması,  qlobal istiləşmə, 
atmosferdə  karbon  qazının  durm adan  artması,  Şimalda  buz­
laqların  əriməsi,  atmosferin  ozon  təbəqəsində  kilometrlərlə 
diametrli  dəliklərin  əmələ  gəlməsi,  içməli  su  problemi,  qida 
keyfıyyətsizliyi,  ekoloji  terrorizm,  terrorçuluq,  nasizm,  neofa- 
şizm və s.
BM T-nin Ərzaq Proqram ının direktoru Cozef Şiranın mə­
lum atına  görə,  2009-cu ildə  dünya üzrə daimi və ya müvəqqəti 
aclıq  keçirən  insanların  sayı  1  milyard  nəfəri  keçib.  («Prav- 
da.ru»)
2010-cu ildə  dünyada  hökm   sürən  anom al  istilər,  sunami- 
lər, daşqınlar,  torpaq sürüşmələri, ümumiyyətlə, təbii fəlakətlər 
nəticəsində  nəinki  aclıq  keçirən  insanların  sayı  çoxaldı,  hətta 
bununla paralel  olaraq  insan tələfatı  da  durm adan  artm aqda­
dır.  Bir faktı  göstərək:  «Exo  Moskvı» radiosunun məlumatına 
görə, hökumət 2010-cu ilin iyul və  avqust aylarında anomal is­
tilər  nəticəsində  baş verən meşə yanğınları ilə  bağlı  araşdırma­
lar  aparmışdır.  Həmin yanğınlar zamanı ağaclar və to rf yanıb, 
şəhərlər  insan  sağlamlığı  üçün  zərərli  tüstüyə  bürünüb.  Rusiya 
Səhiyyə  Nazirliyinin  m əlum atına  görə,  iyul-avqust  aylarında 
keçən ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 56 min nəfər 
-çoxdur,  ötən  illə müqayisədə,  faktiki olaraq,  5  dəfə artıb.  2010- 
cu ildə Rusiyada mədə-bağırsaq və qan dövranı ilə bağlı xəstə­
liklərdən ölənlərin də sayı xeyli artmışdır.
2010-cu ildə dünyada son yüz il ərzində baş vermiş ən dəh­
şətli  zəlzələlərin  siyahısı  dərc  olunub  (Bax:  cədvəl  səh.  231). 
APA-m n  R B K   agentliyinə  istinadən  verdiyi  məlumata  görə, 
siyahıda birinci yerdə 2010-cu il yanvarın  13-də Haitidə Rixter 
cədvəli üzrə  7  bal  gücündə  baş vermiş zəlzələdir.  Bu zəlzələ nə­
ticəsində azı 270 min nəfər ölüb.
226
İntellektual ekologiya
İkinci  yeri  1976-cı  il  iyulun  28-də  Çinin  Tanşan  şəhərində 
8,2 bal gücündə qeydə alınmış zəlzələ tutur.  Bu təbii fəlakət nə­
ticəsində 242  min  nəfər  insan  dünyasını  dəyişib.  2004-cü  il  de­
kabrın  26-da  İndoneziyada  9,2  bal  gücündə  baş vermiş  zəlzələ 
də  Asiyadakı  ən  dəhşətli  təbii  fəlakətlərdən  sayılır  və  siyahıda 
3-cü yerdədir.  Bu zəlzələ sunamiyə səbəb olub və ümumiyyətlə, 
təbii fəlakət zamanı ölənlərin sayı 230 minə çatıb.
Dediyimiz ekoloji  faktorlardan  başqa, dünya əhalisinin  tə­
ləf olmasında qida faktoru da əsas səbəblərdən biridir.
Məlumat  üçün  bildiririk  ki,  2000-ci  ildə  dünyada  1,1 
milyard insan təmiz içməli sudan məhrum dur.
BMT-nin  Ərzaq  və  Kənd  Təsərüfatı  Komissiyasının 
Dünya Ərzaq Günü ilə bağlı «Böhran dövründə ərzaq  təhlükə­
sizliyi»  mövzusunda keçirdiyi  toplantıda  qeyd  edilib  ki,  iqlim 
dəyişikliyi nəticəsində havaların quraq keçməsi əhalinin ərzaq­
la  təminatına  təsir edən  əsas  amillərdən  biridir.  Digər  tərəfdən 
isə  demoqrafik  artım   təhlükəli  problem   yaratm aqdadır.  Bu 
gün planetdə 6,8  milyard insan yaşadığı halda,  2050-ci ildə on­
ların sayı 9,1  milyarda çatacaq. Əhali arasm da ət və ət məhsul­
larından istifadə  halları  geniş yayılıb.  1970-ci  ildə adam başına 
25  kq  ət  istifadə  olunurdusa,  hazırda  bu rəqəm 38  kq-a  çatıb. 
Ona  görə də kalorisi yüksək olan məhsulların yetişdirilməsi zə­
rurəti meydana çıxıb. («Palitra» qəzeti, 20 oktyabr, 2009)
17  ölkə başçısının  iştirakı  ilə L ondonda  keçirilən  toplantı­
da  Böyük  Britaniyanın  baş  naziri  Q ordon  Braun  bəyan  edib: 
«2080-ci  ildə  dünya  üzrə  1,8  milyard  insan  içməli  sudan 
m əhrum   olacaq.  Eyni  zananda  2003-cü  ildə  35  min  insanın 
həyatına son qoyan  isti  hava dalğalan daha güclü formada ye­
nidən  qayıda  bilər.  Bunun  qarşısını  almağın  ən  doğru  yolu 
ozon  qatını  deşən  kimyəvi  qazların  məhdudlaşdırılmasıdır.» 
(«Səs» qəzeti, 20 oktyabr, 2009)
M əlum ata  görə,  2,6  milyard  insam n  norm aya uyğun sani- 
tariyaya ehiyacı var.  B undan başqa,  90%-i 5 yaşdan aşağı olan 
uşaqlar daxil  olmaqla,  dünyada hər  il ishal  mənşəli xəstəliklər­
dən  1,8 milyon nəfər dünyasını dəyişir.
227


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
BM T-nin  baş  katibi  Pan  K i  M un  5  iyun  2009-cu  il 
Ümum dünya Ə traf M ühit Günü ilə əlaqədar dünya ictimaiyyə­
tinə  ənənəvi müraciətində bildirib  ki,  dünyam  bürüyən  iqtisadi 
və  maliyyə  böhram   köhnə  inkişaf m etodlarım  yaxşılaşdırmaq 
və  yeni,  daha  yaşıl,  daha  təmiz  inkişaf erasına  keçmək  üçün 
oyanışa səsləyən əsl çağırışdır. Builki Ümumdünya
SO N  YÜ Z İLİN  Ə N  D Ə H ŞƏ T L İ Z Ə L Z Ə L Ə L Ə R İ
Cədvəl.  1.

Tarix
Ölkə
Epicentr
Zəlzələnin 
gücü (ball)
Ölənlərin
sayı
1 .
13.01.1976
Haiti
7,0
270 000
2.
28.07.1976
Çin
Tyanşan
8,2
242000
3.
26.12.2004
İndoneziya
Sumatra
9,1-9,3
230000
4.
27.12.1939
Türkiyə
Ərzincan
-
100 000
5.
08.10.2005
Pakistan
Kəşmir
7,6
84 000
6.
12.05.2008
Çin
Sıçuan
7,8
69 000
7.
31.05.1970
Peru
-
-
67 000
8.
21.06.1990
İran
Gilan
7,7
40 000
9.
26.12.2003
İIran
Bəm
6,3
35 000
10.
15.08.1950
Hindistan
Əssam
-
30 000
1 1 .
24.06.1939
Çili
-
-
30000
12.
07.12.1988
Ermənistan
Spitak
6,9
25 000
13.
19/20.09.1985
Meksika
Mexiko
8,1
25 000
14.
16.09.1976
İran
Təbəs
-
25 000
15.
04.02.1976
Qvatemala
-
-
23 000
16.
26.01.2001
Hindistan
Bhuc
7,7-7,9
20000
17.
17.08.1999
Türkiyə
Izmit
7,4
17 000
18.
05.01.1970
Çin
Yuan
7,7
15 621
19.
29.02.1960
Mərakeş
Əqabir
-
12 000
20.
30.09.1993
Hindistan
-
6,0
10000
228
İntellektual ekologiya
21.
Min-
17.08.1976
Filippin
danao
"
8 000
22.
27.05.2006
İndoneziya
Yava
6,2
6 000
Ə traf Mühit  Gününün  mövzusu  olan  «Planetin  sənə  ehtiyacı 
var» şüarı hər birimizi öz üzərimizə düşən öhdəlikləri yerinə ye­
tirməyə həvəsləndirmək məqsədi daşıyır.
Dünyanın ciddi iqlim dəyişikliyi  təhlükəsi  ilə qarşı-qarşıya 
olduğunu  deyən  P.K .M un  bütün  ölkələrin  bundan  zərər  çə­
kəcəklərini,  lakin bu zərərin əsas  ağırlığının yoxsulların payına 
düşəcəyini bildirib:  «Buna  baxmayaraq  bizim  də  hadisənin  ge­
dişini dəyişdirmək imkanımız var.»
Qeyd olunub ki,  dünya  yenidən istehlak üçün  bərpa  oluna 
bilən  enerji  ehtiyatlarına,  ekoloji  baxım dan  müvafiq  infra­
strukturlara  və  enerji  ehtiyatlarından  səmərəli  istifadəyə  sər­
mayə  qoyan  «Yeni  Yaşıl  Sazişə»  ehtiyac  duyur.  Bu,  yeni  im­
kanlar  yaratmaq,  habelə  yaxşılaşmaya  təkan  verməklə  bəra­
bər,  qlobal  istiləşmə  ilə  bağlı  məsələlərin  həllinə  də  kömək 
edəcək:  «Yeni  təkanverici  iqtisadi  tədbirlər  paketinin,  hətta 
müəyyən  bir  hissəsini  belə  yaşıllaşma  iqtisadiyyatına  sərmayə 
yönəltsək,  bu  günün  böhranım sabahın  davamlı  inkişafına  çe­
virə  bilərik.  Bundan  havaya daha az karbon  qazı  buraxılması 
siyasətini seçmiş cəmiyyətləri olan ölkələr ə traf mühit baxımın­
dan  yüksək əhəmiyyətli faydalar əldə etməkdən başqa,  öz yeni 
texnologiyalarını digərləri ilə paylaşmaq əzmində olacaqdır.»
Bəşəriyyət  bu  dediyimiz  fəlakətlərdən  xilas  olmaq  üçün 
yollar  axtarır.  M üasir  insan  hətta  başqa  planetlərə  köçmək 
haqqında düşünür, 2030-cu ildə M arsda olacağımızı planlaşdı­
rır.
NASA-nın  kosmik  proqram ları  artıq  insanları  Yer  kürə­
sindən  kənardakı  planetlərə yerləşdirmək  strategiyası üzərində 
qurulub.
Lent.az-ın  CNN-ə  istinadən  verdiyi  məlumata  görə,  bu 
plan  daxilində  NASA  və  Pentaqonun  D A R PA   adlı  qurum u 
Yüzillik  Kosmos  Uçuşu  adlı  layihəni  həyata  keçirməyə  hazır-
229


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə