Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zər nur ə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə53/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   49   50   51   52   53   54   55   56   ...   134

Ənvər M ete Həmidov, Zər nur ə Həmidova
***
Sözdür həm  təzə şey, həm  də köhnə şey,
Sözdən bəhs edilir zam an-zam an h ey ...
***
İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün inci tək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz.
Məhəmməd Füzuli kəlamlarından:
Söz ucaldıb, söz yüksəldib səcdəsində duranı da, 
Əzəl sirrin hökmünü də, alqışı da, Quranı da.
Hər şeydən yüksəkdir sözün məqamı,
H ər yerdə sevərlər sahib-kəlamı.
Sözün vəsfi mənim  hünərim deyil,
Sözün qiymətinə söz yox, yəqin bil.
Söz m ənadan asılıdır, m əna sözdən hər zaman,
Bir-birindən asılıdır necə ki, cism ilə can.
***
Söz sərrafı heç bilirsən nə biliklə ucalıbdır? 
D avud gözəl səslə deyil, nəbiliklə ucalıbdır.
Gözəl yaranm ışdır söz əzəl başdan, 
Düzlükdür ondakı hüsnü axtaran.
Düzlüklə artm ışdır sözün qiyməti, 
Düzlükdür hər şeyin ilk məziyyəti.
Sədi Şirazi hikmətləri:
H ər sözün, ey alim, baş-ayağı var,
Sözün arasına söz qatm a zinhar.
Ağıllı sakitlik görməsə bir an,
Dil açıb bir söz də söyləməz, inan.
212
İntellektual ekologiya
Əgər söz olarsa incə və şirin,
O sözü eşidən deyər afərin.
Bir dəfə dedyini təkrar etmə sən,
Xoş olar halvanı bir kərə yesən.
***
Dünya görmüş qoca söz ustadı, bil,
Əvvəlcə fikr edər, sonra açar dil.
Tələsik söyləməz sözünü bir dəm,
Fikrini kamil de, gec olsa, nə qəm?!
Düşünüb sonra de sözü müxtəsər,
O qədər danışm a, «bəsdir» desinlər.
Sözünü o zam an söylə ki, yəqin,
Nəticə verəcək sənin sözlərin.
Səndən ağıllılar bir söz deyəndə,
Etiraz eləmə yaxşı bilsən də.
İmadəddin Nəsimi kəlamlarından:
Abi-həyat kimi sözüm həyat verər insanlara,
A rif olan feyz aparar, nadan isə dodaq büzər. 
Məsləksizə hikmət dərsi, nadanlara öyüd neylər,
Ulağın da qabağına gövhər töksən, m at-m at süzər. 
***
Bu mətləbi sən də eşit, sən də anla, faydası var, 
İbrətli söz sırğa olar, güman etmə zəhlə tökər.
Saib Təbrizi:
Dil qılıncı şəmşirdən iti olar.
Sözün m ənasındadır söz deyənin qüdrəti,
Çün ətrindən bələnər hər gülün lətafəti.
* * *
213


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Söz yalnız səmimi olduğu təqdirdə təsir edə bilər.
D oğru söz ox kimidir, düz dəyəcəkdir nişana,
Oğul istər kişitək tab gətirə bilsin ona.
K im  ki,  söz ağrısından xəbərdardır,  sözün barm ağına üzük 
geydirməz.
Qət ran Təbrizi:
Söz ru h u n  ölçüsüdür,  ağıl isə tərəzisidir,
Ölçü sözə lazımdır, ancaq m iqdarı tərəzi təyin edir.
Hər sözü dilə gətirmək mümkündür, lakin 
Hər sözü ağla qandırm aq çətin və müşküldür.
Hikmətə bax gör nə demiş atalar,
«Qısa sözdə olar dərin mənalar».
Sözü ölçüb-biçərək söylə, ucuzlaşmasın o,
Yolu düz seç ki, sənə vurm aya axırda ziyan.
Əvhədi M arağayi Rüknəddin:
Söz,  bilik  zəkaya  əsaslanırsa,  hamı  onu  inci kimi  qulağına 
taxar.
Öz halına uyğun deməsən sözü,
İstəyin qəbula yetişməz, düzü...
Sənin öz qəlbinə yatm ayan sözü,
Yaxşı hesab etməyir hikmətin özü.
Düz söz -  o zəhərdir, axırı şəkər,
Əyri söz ağacı acı bar verər.
214
intellektual ekologiya
Əbdürrəhman Canıi:
Demədiyim  sözdən  heç  vaxt  peşm an  olmamışam,  lakin  çox 
olub ki, dediyimdən qan və torpaq içində yatmışam.
Əbül Fərəc:
Gil  qabın  möhkəmliyini  səsi  ilə  yoxlayan  kimi,  insam  da 
ağzından çıxan sözlə yoxlayırlar.
Səməd Vurğun:
Nə məna varsa, bil, sözdə, könül doymaz bu mənadan, 
Bəşərdən şöhrətin yalnız, əməllərdən yarandın sən!
Sənin fəxrin də, şənin də zamanla, əllə ölçülməz,
Xeyir söz!  Şad xəbər! Sənsiz könüllər şad olub gülməz!
M ir M ehdi Seyidzadə:
Fikir aləmində söz kimi yetkin bahar olmaz,
Dəryaları axtar, sözə bənzər gövhər olmaz.
Söz əqlə məhəg olduğuna söz ola bilməz,
Hər xəzinəni gəz, söz kimi qiymətli zər olmaz.
Daşdan da keçər, sözdə əgər olsa həqiqət,
Fikr olmasa, almaz kimi sözdə kəsər olm az...
M irzo  Tursunzadə:
Zərbəni sözlə də yetirmək olar,
Zəhəri balla da yedirtmək olar.
Nəbi Xəzri:
Söz ucaldar bu cahanda insanı,
Əzizləyər bu cahan da insanı.
215


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
Vaxt olar ki, bircə anda insanı,
Əlli ilin hörm ətindən salar söz.
Tofiq Bayram:
Babalar yaşardı doxsan il, yüz il,
Biz çata bilmirik əlli yaşma.
Y arpaq tökümünə düşüb bir nəsil,
M in bəla, müsibət gəlir başına.
Cavanla ağsaqqal, şagirdlə usta,
A ta oğul kimi qoşa gəzdilər.
A tıb söz gülləsi işdə, iclasda,
O nlar bir-birini öldürməzdilər.
«Qabusnamə»dən:
Böyük  və  ağıllı  adam ları  sözlərinə  görə  tanıyarlar,  sözləri 
adam lara görə yox.  H ər adam  öz sözünün altında gizlənmişdir. 
Əli  əmirəlmöminin  belə  demişdir:  «Hər  kəs  öz  dilinin  altında 
gizlənmişdir.  Söz var bir cürə deyərsən,  insanın ruhu təzələnər, 
başqa cür desən, adamın qəlbi kədərlənər.»
Söz  daxilən  yaxşı  olsa  da,  xaricən  onu  pisə  yoza  bilərlər, 
çünki  insanların  çoxu  bir-birindən  bədgüman  olar.  H ər  işdə 
sözün,  əməlin,  vəziyyətin  im kanına  münasib  olmalıdır.  Hər nə 
desən,  elə  de  ki,  hamı  sənin  sözlərinin  doğruluğunu  təsdiq  et­
sin.
Hikmətə bax,  gör nə demiş atalar:
«Qısa sözdə olar dərin mənalar».
«Kəlilə və Dimnə»dən:
Əsl  hünər  yaxşı  iş  görə  bilməkdir.  Yaxşı  işi  heç  bir  yaxşı 
söz əvəz  edə  bilməz.  Çünki  yaxşı  iş  gözəl,  bəlağətli söz olmadı-
216
İntellektual ekologiya
qda da öz səmərəsini göstərər və ham ı tərəfindən təriflənər.  La­
kin  gözəl  və  bəlağətli  söz,  görüləcək  işləri  daha  təmtəraqlı  bir 
şəkildə canlandırıb xalqın  gözü qarşısında  daha parlaq  bir  şə­
kildə cilvələndirər...
Azərbaycan atalar sözləri:
Dil yarası qılınc yarasından itidir.
Dildən çıxan söz yaxşı olmazsa, sinədə ölsə yaxşıdır.
Sözü at, yiyəsi götürər.
Sözü yaxşı anla, sonra qızıb banla.
Sözün də qanadı var.
Sözün doğrusunu de, m in atım çap.
Sözün yaxşısı baldan şirin olar.
Söz sözü açar, kilid də qapını.
Söz var el içində, söz v ar ev içində.
Söz ki, var, dəmirdir, vurduqca uzanar.
Sözü m əqam ında deyərlər.
Qaraqalpaq atalar sözü:
Qılmc bədəni, pis söz qəlbi yaralayar.
Özbək atalar sözü:
Öküzü buynuzu, insanı dili pis vəziyyətdə qoyar.
Kərkük atalar sözü:
Dil əql xəzinəsinin qılıncıdır.
217


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə