Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə55/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   51   52   53   54   55   56   57   58   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
M irzə Şəfi  Vazeh
:
Qələm bir ağacdır ki,  yemişi  nəfdir və fikir  bir  dəryadır ki, 
mirvarisi hikmətdir.
Ərəb atalar sözü:
Quş  öz  qanadı  ilə  uçduğu  kimi,  adam   da  öz  hikməti  ilə 
uçur.
Kəlamın qüdrətini əyani  göstərmək üçün XVI əsrdə peyda 
olmuş dünya şəri -  iezuitliyin 250 ildən sonra dahi Paskalın qə­
ləmi  sayəsində ləğv edilməsini xəbər verən  Saleh  bəyin  yazdıq­
larına müraciət edək:  «Fizik Paskalı  on illərlə tanıdığım halda, 
xəcalətlə deməliyəm ki, ədib Paskal barədə heç  nə  bilmirdim... 
Təsadüfən  «M əşhur  şəxslərin  həyatı»  (Moskva)  seriyasından 
«Paskal»  kitabına  rast  gəldim.  O nu  oxuyandan  sonra  əlavə 
ədəbiyyatla  da  (Hans  K ünq,  Existiret  Qott.  Antw ort  auf die 
Qottesfrage der Neuzeit.  R.Pieper und Со Verlaq.  München -  
Zürich,  1978,  878  s.;  Blez  Paskal,  Misli  -   Moskow;  Ref.  -  
book,  1994,  524 s.) tanış  oldum.  (Dünyanın  taleyi,  Bakı,  1998, 
s. 675-680)
Nə qəribə həyat!
Riyaziyyat  (12  yaşından),  fizika  (16  yaşından)  və  mühən­
dislik  sahələrində  hələ  gəncliyində  Avropanın  diqqətini  cəlb 
edən  cavan  -   xəstə,  zəif  -   yorulm az  bir  fransız  Blez  Paskal 
XVII  əsrin  və  tarixin  dahisi  olub.  Fiziki  parametrlərdən  biri­
nin, təzyiqin ölçü vahidi onun şərəfinə «Paskal» adlanır.
Təbiyyat  elmləri  sahəsində  klassik  səviyyəli,  geniş  və  son 
dərəcə m araqlı elmi işlərinin müvəffəqiyyətlə getdiyi bir vaxtda 
Blezin  diqqəti  tamamilə  başqa  bir  sahəyə  -   ilahiyyata,  daha 
doğrusu,  ilahiyyat  sahəsində  peyda  olmuş  bir  məsələyə,  iezui- 
tizmə  cəlb  olunur.  O nun  insanlıq üçün  şər  olduğunu,  ideolog­
iyasının məkr, əməllərinin təhlükə gətirdiyini dərk edən Blez ie- 
zuitizmi  öyrənməyə və  ifşa  eləməyə  başlayır.  Bu  missiyanın  nə
222
İntellektual ekologiya
qədər mürəkkəb,  ağır  və  qorxulu  olduğunu getdikcə  daha  ay­
dın görən Blez həm də dərk edir ki, onu yerinə yetirməyə qadir 
şəxs  məhz odur və  deməli,  məhz o  da yerinə yetirməlidir.  Pas­
kal  tədricən  fizikadan  ayrılır  və  nəhayət,  tamamilə ilahiyyat  -  
ədəbiyyat sahəsinə qayıdır.
O  vaxt  100  illik  yubileyi  keçirilən  iezuit  ordeni  (təşkilatı) 
1540-cı ildə  Loyolo  adlı  bir ispan  tərəfindən yaradılmışdır.  İe- 
zuitizm  barədə  təsəvvür  yaratm aq  üçün  bu   iqtibasları  gətiri­
rəm:
İezuit  ordeninin  generallarından  biri  etiraf etmişdir:  «Bu 
otaqdan  mən  Parisi  idarə  edirəm,  tək  Parisi  yox,  Çini  də,  tək 
Çini  yox,  bütün  dünyam d a idarə edirəm və  heç  kim bilmir ki, 
bu  necə  edilir.  (Boris  Tarasov.  Paskal.  M oskva,  «М олодая 
гвардия»,  1979, s. 3 34)»
Müasir erməniliyə bənzəyiş, heybətlidir!
«Ümumiyyətlə,  iezuit  cəmiyyəti,  ilk  növbədə,  dağıtm aq 
üçün yaradılmışdır, nəinki yaratm aq üçün...
...K rallar  onları  həvəslə  özləri üçün  dini  rəhbər  seçirdilər, 
çünki onlara da iezuitlər kimi dinlə siyasəti qarışdırm aq prinsi­
pi yaxın id i.,.» (Boris Tarasov, göstərilən əsəri, s.233-234)
Müasir  ilahiyyat alimi,  alman H ans  K ünq «Allah varmı?» 
əsərində Blez Paskala bütün bir fəsil həsr etmişdir.
Künq  Paskalı  «dahi  riyaziyyatçı»,  «dahi  fizik»,  «dahi 
mühəndis»,  «müasir  cəmiyyət  adamı»,  «dərin  fikirli  mütəfək­
kir», «parlaq yazıçı» kimi qiymətləndirir.
Bütün  bunlardan  mən  yalnız  Paskalın  yazıçılığı  barədəki 
şərhdən bir abzası iqtibas gətirirəm.
«...Paskalın  yığcam,  obrazlı  dili,  əlbəttə,  eyni  zam anda 
həm alim, həm də şair dili idi.  O, səlisliklə ritmi,  dəqiqliklə po­
eziyanı birləşdirir və həm beyinə, həm  də ürəyə müraciət edir... 
Onun  fikirləri dünya ədəbiyyatının ən mühüm əsərlərindəndir. 
Xüsusilə  isə  o,  istehzamn,  zarafatın,  satiranın  bütün  vasitələri 
ilə öz dövrünün misilsiz təsiredici,  çox vaxt amansız mübahisə- 
çisi və pamfletçisi kimi -  onun «Əyalətliyə məktublar»ım «nəs­
rin dahisi tərəfindən yazılmış ilk kitab» adlandıran Volter üçün
223


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
nümunə oldu. (Hans K ünq, göstərilən əsəri, s.67)
«M əndən soruşurlar, -  Paskal deyir, -  nə üçün mən xoşag­
ələn,  istehzalı  və  əyləndirici  üslubdan  istifadə  etmişəm.  M ən 
cavab  verirəm  ki,  doqm atik  üslubda  yazsa  idim,  kitabı  yalnız 
alimlər  oxuyardı,  onların  isə  b u n a  ehtiyacı  yoxdur,  çünki  b u  
barədə  mən  nə  qədər  bilirəmsə,  onlar d a o  qədər  bilirlər.  O na 
görə  də  düşündüm:  elə  yazm aq  lazımdır  ki,  mənim  yazdığımı 
qadm lar və kübar adam lar oxusunlar və təhlükəni hiss etsinlər. 
(Hans K ünq, göstərilən əsəri, s.259)
«XVIII  əsrin  axırlarında  Papanm   bullasında  (müraciətna- 
məsində)  iezuitlər  ordeninin  (təşkilatının)  buraxılmasının  əsas 
səbəblərindən  biri kimi  iezuit  kazuistlərinin  ziyankar təsiri  gö­
stərildi...»  (göstərilən  mənbə,  s.  262).  Beləcə,  XVI əsrdə peyda 
olmuş  dünya  şəri -  iezuitlik 250 ildən sonra ləğv edildi,  Paska- 
hn  qələmi sayəsində.  Görəsən,  X IX  əsrdə  peyda  olmuş erməni 
şəri nə vaxt ləğv olunacaq?!
«O,  (Paskal)  hesab  edir  ki,  bu   dünyada  yaxşılıq  və  ədalət 
«təqdim  edənlər»in, pislik və haqsızlıq isə «alanlar»ın hesabına 
mövcuddur.» (Boris Tarasov, göstərilən əsəri, s.  310)
N ə  qədər  sadə və  dərin,  ibrətamiz və  həqiqi fikirdir.  Xeyr, 
bu adi bir fikir deyil, qanundur, insan cəmiyyətinin bəlkə də ən 
vacib -  pislik və yaxşılıq,  şər və  xeyir barədə  qanunu.  Yadını­
za  sahn:  Erm ənistan  dünyaya  -   başqa  ölkələrə,  xalqlara,  mil­
lətlərə nə «təqdim edib?» Dem ək olar ki, heç nə. Əksinə, «alıb» 
həmişə, ham ıdan, hər şey ...
Fizik  Paskalın  açdığı  cəmiyyət  qanunu  300  il  sonra  peyda 
olacaq  «effekt»i,  yeni  tipli  pisliyi  təəccüblü  dərəcədə  sərrast 
izah edir;  ermənilik  bəşərə m əlum   olan  klassik  «pislik  və  haq­
sızlıq»  deyil,  pisliyin  d aha  yüksək  (daha  alçaq!)  pilləsidir.  Bu, 
yeni  «effekt»dir,  pisliyin pisliyi,  ermənilik -  superpislik,  super- 
faşizm dir...  Bu, Paskal qanununa əsasən pisliyin pisliyidir.
Dövrünün  şərini  anlamış,  onun  məkrinin  insaniyyət  üçün 
təhlükəsini dərk etmiş Blez Paskal iezuitizm ideologiyasını açıb 
A vropaya anlatdı və onun varlığına son qoyuldu.
224
İntellektual ekologiya
XX  əsrin  əvvəllərində  rus  alimi,  Qərb  ədəbiyyatı  tarixçisi 
N.Storojenko  demişdir:  «...Tarixdə  hərdən  bir  elə  insanlar 
peyda olurlar ki,  onlar ümumdərdi öz çiyinlərində daşıyırlar və 
buna  görə  də  bütün  bəşəriyyət  adından  damşm aq  ixtiyarına 
malik olurlar.  Bu seçilmişlər sırasına Paskalı da daxil etmək la­
zımdır.» (Boris Tarasov, göstərilən əsəri, s.305)
Əziz oxucu,  intellektual ekoloji faktorların insan cəmiyyə­
tinə olan təsirini daha dərindən duymaq üçün müasir dövrün  bir 
tarixi həqiqətinə nəzər salaq.  ABŞ-da hələ XX əsrin ortalarına 
qədər qaraların bu  dövlətdə nəinki heç bir hüququ yox idi, hət­
ta  onları  insan  belə  saymırdılar.  Bu  ədalətsizliklər  Səməd 
Vurğunun  «Zəncinin  arzuları»  poemasında  öz  əksini  tapmış­
dır. Poemadan bir hissəni sizə təqdim edirik:
Bir aşxana qapısını ötənlərdən xəbər alsam, 
«Sən  q ara­
san. . .» sözlərini oxuyuram  nəzərlərdə...
Amerika -  Yeni dünya mənim doğm a vətənim dir...
Fəqət mənim bu torpaqda yaşamağa haqqım  varmı?..
Qoy ağlar da, qaralar d a  
Səadətlə nəfəs alsın,
Qoy ürəklər sirdaş olsun.
Alqışlayın bu niyyəti!
Qoy dünyanın min milləti 
Bir and içib, qardaş o lsu n ...
Dəyişsin insanın, öm rün mənası!..
Gəlin qanunları yazaq yenidən!..
Qısa  bir  dövrdə,  X X   əsrin  ikinci  yarısından  Am erika  cə­
miyyətində,  inqilabsız, üsyansız,  qırğınsız...  elə bir intellektual 
sfera  yarandı  ki,  nəinki  qaraların  hüquqları  tanındı,  hətta  III 
minilliyin başlanğıcında qaradərili B arak O bam a bu superdöv­
lətin  prezidenti  seçildi.  Vaxtilə  ağların  restoranlarına  girməyə 
belə  hüququ olm ayan  qaradərili O bam anın  ailəsi Ağ evdə ya­
şadı.
Bax budur,  insan intellekti və onun məhsulu olan kəlamla­
rın qüdrəti. İnsan öz ağh,  qələminin gücü, kəlamlarının qüdrəti
225


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə