Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər Mete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə63/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   59   60   61   62   63   64   65   66   ...   134

Ənvər Mete Həmidov, Zərnurə Həmidova
lə  ələ  gəlib  (hörmət,  məqam),  mal-dövlət  qurtarandan  sonra 
aradan gedər.
Elm cahilin (nadanlığın) qatilidir.
İmam Sadiq  (ə.):
Elm kəsb edin və onunla birlikdə elmlə, vüqarla zinətlənin.
Alim elminə əməl etmədikdə, yağışın sərt qayaların üzərin­
dən  axıb  getdiyi  kimi,  onun  da  nəsihətləri  qəlblərin üzərindən 
əsərsiz sürüşüb gedər.
İmam Həsən  (ə.):
Öz  elmini  başqalarına  öyrət və  çalış  ki,  digərlərinin  də el­
mini öyrənəsən.
im am  Hüseyn  (ə.):
Elmin üstünlüyü ibadətin üstünlüyündən daha yaxşıdır.
H ikmət və  bilik mömin  bir şəxsin itirdiyidir.  H ətta müdri­
kin yanında olsa da,  onu  axtarın ki,  hikmət əhli  olub,  ona da­
ha çox layiq olasınız.
Elm  bəhs  və  müzakirələr,  mərifət  toxum udur.  Uzun  və 
çoxlu təcrübələr əqlin çoxalm asına səbəb olur.
Elm imanın, helm isə biliyin layiqli vəziridir.
İmam Bağır  (ə.):
Elmindən faydalanan alim, yetmiş min abiddən xeyirlidir.
Elmin zəkatı onu Allahın bəndələrinə öyrətməkdir.
254
İntellektual ekologiya
Elm  öyrənməkdə  çalışın,  çünki  elm  öyrənmək  gözəl  əməl, 
onu axtarmaq isə ibadətdir.
İmam Cavad (ə.):
Din izzət və şərəf, elm xəzinə, sükut isə nurdur.
Nizami Gəncəvi:
Qüvvət elmdədir, başqa cür heç kəs 
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca zirvədən bilinir, fəqət
Alimin rütbəsi ucadır əlbət.
***
Bir elm öyrənmək istədikdə sən 
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
***
Elmlə, ədəblə tanm ar insan,
M irvari olmazsa, nə lazım sədəf?!
Nuşirəvan Adil:
Elmi olub, ağlı olmayan adam a elm əziyyət verər.
Hafiz Şirazi:
Hər kəs öz biliyi qədər aləmi dərk edər,
Hər mətni oxuyan mənasını dərk edə bilməz.
Sədi Şirazi:
Elm əqidəli olm aq üçündür, dünya malı yığmaq üçün yox.
255


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
***
Alim avam ların səhvlərinə göz yummamalıdır. Cahil adam  
heyvərəlik  və  uzunçuluqda  alimə  üstün  gəlsə,  təəccüblü  deyil­
dir, çünki həmişə daş cəvahiri sındırır.
Məhəmməd Füzuli:
Bilik qazan, töhfə odur yaşadığın gözəl gündən,
D ünya evi arifə də qalan deyil əzəl gündən.
Biliyinlə öyünməyən alim  adı daşı eldə...
Lovğalığı hər alimi edər avam, naşı eldə.
Olma qane, elmdə hər rütbəyə çatsan da, bil,
Səyin artdıqca, bu yolda artacaqdır qiymətin.
Əvhədi M arağayi Rüknəddin:
Əhsən o peşəkar yoxsul insana,
Qanedir dünyanın azı-çoxuna!..
Ən işıqlı günəş elmdir, ancaq,
Elmsiz yaşam a ömrünü nahaq.
Çıraq yandırm asan əgər elmdən,
Varlığın təndirdə yanacaq həmən.
Elmi oğru apara bilməz,  əcəl  də öldürə  bilməz.  Elm zama­
nın  gərdişindən  nə xarab  olandır,  nə  də  seldə-suda  batıb  qərq 
olan.
***
Elm in cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir.
***
N ursuz göz kim idir elmsiz ürək,
N adan insanlıqdan uzaqdır gerçək.
256
İntellektual ekologiya
Nəsirəddin Tusi:
Bilik -  o adam  ki, bilir və biliyi ilə başqalarım heyran edir, 
o alimdir, ona ehtiram  ed in ...  O ad am  ki, bilmir və öyrənməyə 
cəhd  edir,  o zəhmətkeşdir.  O  adam  ki,  bilmir və  öyrənmək  də 
istəmir, o ağılsızdır, ondan uzaq  olun.
Elm əməlsiz məhv  olar,  əməl  isə  elmsiz  mümkün  deyildir. 
Deməli, elm başlanğıc, əməl son, elm səbəb, əməl nəticədir.
***
Elm  sahiblərini  elmlərinin  çoxluğu  ilə  deyil,  əməllərinin 
faydalılığı,  əxlaqının  saflığı  və  özlərinin  xeyirxahlığı  ilə  sına­
qdan keçirmək lazımdır.
Şah İsmayıl Xətai:
Bu gün ələ alm az oldum mən sazım,
Ərşə dirək-dirək çıxır avazım.
D örd şey vardır bir qarm daşa lazım,
Bir elm, bir kəlam, bir nəfəs, bir söz.
Əbül Fərəc:
Daş-qaş  əvəzinə  özünə  bilik  yığsan  d ah a  çox  tam narsan, 
on qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç 
kos ala bilməz.
Əqli-kamalı olmayan qəlb -  ölüdür.  O nu əgər elm ilə zəng­
inləşdirsən, üstünə yağış yağmış xam  to rp aq  kimi canlanar.
Əmir Xosrov Dəldəvi:
İnsan bir-birindən əskik yaranmaz,
Bilikdir insanı yüksəldən hər an.
Fəxr et öz elminlə, öz hünərinlə,
Əsil-nəsəb ilə yüksəlməz insan.
257


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
Nakam:
Alimdən,  elmdən  və  hünərdən  zövq  almayan  kəs  bəşə­
riyyətin yaram az övladlarıdır.
Məhəmməd Tağı Sidqi:
Fəzilət,  elm və mərifətdən m əhrum   olanlar  üçün  ölüm n e­
mətdir.
***
D ünyada  elmdən  d ah a  yaxşı  dost  yoxdur.  Elm  dövlətdən 
də  yaxşıdır,  çünki  dövləti  sən  saxlamalısan,  elm  isə  səni  sax­
layır.
Nasir Xosrov:
Hər kəs elmi özünə qalxan etsə,
D ünya zərbələrindən zərər görməz.
Kişinin gözəlliyi elmindədir,
İnsanın kamalı elmdədir.
Şeyx Şamil:
Elmli  adam ı  doğru  bir  şeyə  inandırm aq  üçün  çox  danış­
m ağa ehtiyac yoxdur.
Əbdülqəni Xalisəqarızadə Nuxəvi:
Tərəqqi üçün elm öyrənin.
Abbasqulu ağa Bakıxanov:
Elm və kamalı hər şeydən  daha əziz tut,  çünki  hər şeyi  on ­
ların vasitəsilə əldə edirlər.
258
İntellektual ekologiya
Dünyada  olan  şeylərin  hamısı,  bütün  fəzilətlərin  dövləti 
olan elmə bağlıdır.
Seyid Əzim Şirvani:
Elmdir əhli-sənətin hünəri 
Elmsiz sənətin nədir səməri?
Mirzə Ələkbər Sabir:
Hər kəs elm oxur, bəxtiyar olur;
Millət elm ilə bərqərar olur.
Nəsihət al, nəsihət,
Qıl kəsbi-elmə qeyrət!
Elmsizlik bəlası müşkül,
Müşkül olur həqiqət...
Elm öyrən, im tahan ver,
Öz fəzlini nişan ver,
Qədrin bil elmü fəzlin 
Elmin yolunda can v er...
Abbas Səhhət:
Elmdir cümlə sənətin dəyəri,
Elmsiz sənətin nədir səməri?
Nəriman Nərimanov:
Hansı  millət ki,  qabağa gedib tərəqqi  edibdir,  ancaq  elmin 
gücünə xoşbəxt olubdur.
259


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə